Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-112/2021 22.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1990-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi 2/3-də qeydiyyatda olan və yaşayan, 19.05.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamış və daşıyaraq satmışdır. Belə ki o, istintaqa məlum olmayan mənbədən 03 ədəd gümüşü-ağ bükümdə ayrıayrılıqda çəkiləri 0.021 qram, 0.024 qram, 0.025 qram ümumi təmiz çəkisi 0,070 qram narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış heroini və 0.313 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki satış məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlayaraq daşımış, həmin narkotik vasitələrdən 01 ədəd kağız bükümdə 0.021 qram narkotik vasitə hesab olunan heroini 16.05.2021-ci il tarixdə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində Ağdaş rayon Aral-1 kənd sakini Şahid6 15 manata satmışdır. 17.01.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahid6 Elbrus oğlu C.Məmmədquluzadə küçəsində saxlanılaraq RPŞ-nə gətirilmiş, RPŞ-nin növbətçi hissəsində saat 17-05 da onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq, satış məqsədi olmadan üzərində daşıdığı 01 ədəd kağız bükümdə 0.021 qram narkotik vasitə hesab olunan heroin üzərindən aşkar edilərək götürülmüşdür. Həmçinin 17.01.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospektində saxlanılaraq polis şöbəsinə gətirilmiş, RPŞ-nin növbətçi hissəsində saat 18-00 da onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq, satış məqsədilə üzərində saxlayarq daşıdığı 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0.024 qram, 0.025 qram ümumi təmiz çəkisi 0,049 qram narkotik vasitə hesab olunan kustar üsulla hazırlanmış heroin və 0.313 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitə olan heroindən və tiryəkdən istifadə etdiyini, heroini çəkmək yolu ilə, tiryəki isə atmaq yolu ilə istifadə etdiyini, əvvəllər oğurluq etdiyinə görə cinayət məsuliiyətinə cəlb olunduğunu, subay olduğunu, 17.05.2021-ci il tarixdə təxminən saat 17-20 radələrində Ağdaş şəhəri, Mərkəzi bazarın yaxınlığında H.Əliyev prospekti ilə piyada gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ cibindən isə 01 ədədə üzərinə “Sabranie” sözü yazılmış siqaret qutusu aşkar edildiyini, daha sonra həmin siqaret qutusu açılan zaman içərisindən iki ədəd kağız büküm və bir ədəd qara rəngli yumru halda tiryək aşkar olunduğunu, üzərindən aşkar edilmiş kağız bükümlər açılan zaman isə içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddələr aşkar edildiyini, özünün həmin maddələri tapdığını və özü istifadə etməyi üçün üzərində saxladığını söylədiyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddələrin elektron tərəzidə çəkildiyini və tiryəyin çəkisinin 0,32 qram, kağız bükümlərin çəkiləri isə müvafiq olaraq 0,09 qram və 0,06 qram olduğunu, sonra həmin kağız bükümlərin və tiryəkin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik vasitələri 17.05.2021-ci il tarixdə Ağdaş rayon mərkəzi bazarın yaxınlığından tapdığını, Kəyyamın ifadəsində doğru dediyini, 16.05.2021-ci il tarixdə Kəyyama doğrudan da 15 manata bir büküm narkotik vasitə olan heroin satdığını, lakin pulunu almadığını, həmin pulu Kəyyamın ona 17.05.2021-ci il tarixdə verməli olduğunu, lakin həmin pulu Kəyyamdan almağa gedəndə polislərin onu saxladıqlarını, doğrudan da 16.05.2021-ci il tarixdə Kəyyama 15 manata bir büküm narkotik vasitə hesab olunan heroin satdığını, Kəyyamın ondan 30 manata bir büküm narkotik vasitə hesab olunan heroin istədiyini, lakin ona 15 manatlıq heroin verdiyini, onun pulunu Kəyyamın ona 17.05.2021-ci il tarixdə verməli olduğunu, bundan başqa doğrudan da Kəyyamın ondan 17.05.2021-ci il tarixdə 8 manata bir büküm heroin istədiyini, həmin heroinə görə ona Kəyyamın 4 manat da pul verdiyini, 4 manatını da heroini gətirəndə verməli olduğunu, həmçinin həmin 4 manatla birlikdə 15 manatı da verməli olduğunu, lakin pulu almağa gedəndə və ona heroin verməyə gedəndə polislərin onu saxadıqlarını, Kəyyamın ona verdiyi 4 manatın 1 manatını xərclədiyini, 3 manatın isə üzərində olduğunu, həmin 3 manatı isə MSY-nə təhvil verdiyini, başqa heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Elbrus oğlu ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunmadığını, 17.05.2021-ci il tarixdə təxminən saat 16-20 radələrində Ağdaş şəhəri Mərəzi bazarın yaxınlığındakı C.Məmmədquluzadə küçəsi ilə piyada gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünün də, polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarın sağ cibindən 01 ədəd “Nokia” maraklı telefon, 01 ədəd kağız büküm və 04 ədəd bir manatlıq pul əskinasları aşkar edildiyini, daha sonra həmin kağız büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, həmçinin həmin narkotik maddəni Elçin adlı şəxsdən 15 manata 16.05.2021-ci il tarixdə satın aldığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 0,14 qram olduğunu, sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmçinin 4 manat pulunun onun özünə qaytarıldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni 16.05.2021-ci il tarixdə saat 12 radələrində Ağdaş rayon mərkəzi bazarın arxasında Təqsirləndirilən şəxs 15 manat pula satın aldığını, 16.05.2021-ci il tarixdə də, Ağdaş şəhəri mərkəzi bazarın arxasında saat 12 radələrində Təqsirləndirilən şəxs 15 manat pula bir bükümdə narkotik vasitə olan heroin, saat 15 radələrində isə 30 manat pula isə bir bükümdə narkotik vasitə hesab olunan heroin aldığını, 30 manata aldığı heroini özü istifadə etdiyini, 15 manata aldığı heroinin isə üzərində qaldığını, həmin heroinin üzərində şəxsi axtarış aparılarkən aşkar olunub götürüldüyünü, həmçinin bu gün, yəni 17.05.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenə də narkotik vasitə olan heroin istədiyini, Elçinin də ona 8 manata istifadə etmək üçün narkotik vasitə olan heroin təşkil edəcəyini bildirdiyini, ona üzərində olan 4 manatı verdiyini, daha sonra Elçinin ona heroini gətirəndə ona 4 manat da verməli olduğunu, lakin polis əməkdaşlarının onu saxladığından Elçindən həmin gün narkotiki ala bilmədiyini, ona verməli olduğu 4 manat pulun isə üzərində olduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onun dostu olduğunu, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərə daxil məlumatların müəyyənləşdilməsi barədə Azercell MMC-nə verilmiş sorğuya alınmış cavabların təhlili zamanı 10.04.2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs mesaj yazaraq “Mene biraz şüşə lazımdı qaqa, Qonaqim var tecilidi acda poxu” bildirməsi ilə bağlı həmin mesajı özü yazmadığını, ola bilsin ki, onun telefonu ilə kiminsə yazdığını, kim yazdığını bilmədiyini, Elçidən narkotik vasitə almadığını, Elçinin narkotik vasitə satdığını bilmədiyini bildirmişdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onun dostu olduğunu, özünün ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, 25.09.2020-ci il tarixdə saat 21:18-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj yazaraq “qa goycaya getmeliyem.menivezyetden cixart.gedim.gec olur.gedemmiycem”, həmin gün saat 22:00-da yenidən mesaj yazaraq “e qa yarimda pati istiyir. yunis sen ol. meni yig”, saat 22:28-də “e kiwisen adamsan e yarim kola yarim pati istiyirler.bugun yoxsansa birkelme gotur dinen aralidayamda.” 21.02.2021ci ildə saat 04:51-də “Sarvan yatmamisansa yığ. Bidene yarim istiyirem 25 im var sen ol”, həmin gün saat 20:00-da “Sarvan pul düzeldi qaqa gidene dobru yarim tap mene gorusek”, daha sonra onun Elçinə mesaj yazaraq saat 21:11-də “Qa yimek yiyib cixiram gede teli acmir 25 anardan alaq” saat 21:20-də Elçin sizə mesaj yazaraq “E kiwisen adamsanee anardan men ala bilmiremkii direm 20 manat pul var anarda 40 deyqeye gelcek. Bu pox teli goturda” 08.03.2021-ci il tarixdə saat 04:05-də sizə “Qa yatmamısansa bir qr düzəlt. Aparım verim. Ucardayıq gəlirik”, həmin gün saat 04:12-də siz ona “Qaqa hec 1cetde yoxdu sehere olmalidi yatiraw qaqa seher goruwerik gecen xeyre”, 22.03.2021-ci il tarixdə saat 00:00-da Elçinin ona “İndi bunun adini ne qoyaq ay sarvan. Bir dene das pati verda varsa mene. Hec verme harasa qoy goturum. Vaxti zadi almiyim”, 27.03.2021-ci il tarixdə saat 00:15-də onun Elçinə “Hazir qoy 1sata gelib gotcem”, Elçin ona “Hazirdi qa gəl götür. Sabah mütləq Bakıya getməliyem sabah seher çıxcam Allah qoysa 4-5 günə gelcəm. Buların hamsını verim sənə. 3 günə pulunu verə bilcəsənsə ama. Dəqiq söz de. 200 manat, Birdə bugun 200 manaat göndərmək lazımdı. Söz vermişəm sən öl. Mütləq göndərcəm. Sən qaqana jest elə qaqanda sənə.3-4 günə mayanda çıxartcan xayanda. Tez gəl danışaqda. Yatmalıyam, Ay qa men burda dolem sen cox yox 20 dene bize verdva cox lazim dolu, Gəl görüşəkda. Mən bakiya çıxmalıyam səni gözdüyrəm. Bunu yer be yer eləməmiş getmiyim. Oğraşdı yalan diyən Peysərə atmaxdan qorxmasam sənə zəng eliyənə söyüş quraramee öz payıma ,Sarvana diyirəmki bakıya çıxmalıyam. 50-100 manat pul ver hamsını verim qalanıda 4 gunə 5 gunə verərsən. Saat 9 a qədər götürsənsə göt” , 18.04.2021-ci il tarixdə onun Elçinə “Ay qa 10luq fanta lazimdi” “Qaqam allaha and olsun pul catdirmaliyam nolar yardim elini uzat imkan varsa 20de artiq ver vallah sabah axw terefi qaytaracam nolar cavab ver bakiye catiblar”, 29.04.2021-ci il tarixdə Elçinin ona “Patı istiyrəm bidəmə daş”, 10.05.2021-ci il tarixdə siz oan “İsllam yanimdadi pis gunde”, Elçinin ona “Qa islami neynirem biraz kola ver gedimda. tekcene patini neynirem.budayam” siz ona “E bunu nagarim men” Elçin sizə “Qa səncanı mal götürəndə şüşədə götür biraz, Qa samiri zapret söhbətinə görə tutuflar. Mənə elcana rəşada axtarış verilib. Qapını 2 nəfər bayaxdan döyürlər. Məndə dükanın yanında dayanmışam. Çöldə gəzmiyim evdəsənsə gəlim sizə”, 12.05.2021-ci il tarixdə saat 23:49da siz Elçinə “Wotciye qoyuram sende ora qoy” yazılmasının müəyyən edilməsi ilə bağlı həmin mesajlarda nə yazdığının yadında olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini,17.05.2021-ci il tarixdə Ağdaş rayonu Aral Bir kəndində qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü Şahid6 narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 16:20 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid5 ilə birlikdə Şahid6 Ağdaş şəhər C.Məmmədquluzadə küçəsində piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Kəyyamın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Kəyyamın əynində olan ağ rəngli cins şalvarın sağ cibindən 01 ədəd “Nokia” maraklı telefon, 01 ədəd kağız büküm və 04 ədəd bir manatlıq pul əskinasları aşkar edildiyini, daha sonra həmin kağız büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, Kəyyamın həmin maddənin narkotik vasitə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, həmçinin həmin narkotik maddəni Elçin adlı şəxsdən 15 manata 16.05.2021-ci il tarixdə satın aldığını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 0,14 qram olduğunu, sonra həmin kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Şahid6 və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, həmçinin 4 manat pulun Kəyyamın özünə qaytarıldığını, bundan sonra Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün RPŞ-nin TB-nin təhqiqatçısı Ruhid Yaqublu tərəfindən RPŞ-nin rəhbərliyinə raportla məruzə olunduğunu, həmin raportun araşıdırlmasının ona həvalə edilərək icraatına daxil olduğunu, bundan sonra özü tərəfindən Ağdaş şəhəri C.Məmmədquluzadə küçəsi 2/3-də qeydiyyatda olan xx.xx.1990cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 17:20 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhər H.Əliyev prospekti ilə piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Elçinin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Elçinin əynində olan qara rəngli cins şalvarın sol cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sağ cibindən isə 01 ədədə üzərinə “Sabranie” sözü yazılmış siqaret qutusu aşkar edildiyini, daha sonra həmin siqaret qutusu açılan zaman içərisindən iki ədəd kağız büküm və bir ədəd qara rəngli yumru halda tiryək aşkar olunduğunu, Elçinin üzərindən aşkar edilmiş kağız bükümlər açılan zaman isə içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddələr aşkar edildiyini, Elçin həmin maddələri tapdığını və özü istifadə etməyi üçün üzərində saxladığını söylədiyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddələrin elektron tərəzidə çəkildiyini və tiryəkin çəkisi 0,32 qram, kağız bükümlərin çəkiləri isə müvafiq olaraq 0,09 qram və 0,06 qram olduğunu, sonra həmin kağız bükümlərin və tiryəkin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini,şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddəni ilkin sorğu zamanı 17.05.2021-ci il tarixdə Ağdaş rayon mərkəzi bazarın yaxınlığından yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə CAB-na əməliyyat məlumatları daxil olduğunu, lakin həmin məlumatlaı realizə edə bilmədiklərini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını, Şahid6 narkotik maddələrin satışı ilə məşğul olması barədə CAB-na heç bir məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onun dostu olduğunu, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərə daxil məlumatların müəyyənləşdilməsi barədə Azercell MMC-nə verilmiş sorğuya alınmış cavabların təhlili zamanı 29.03.2021-ci il tarixdə saat 16:20-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs mesaj yazaraq “Elcn. nlem. cxardsan. aqridan”, 01.04.2021-ci il tarixdə 15:53-də “Catram. 5 dyqaya. qurvn. olm. yaxwi. olsn. dunenki. vrez. zefeydi. bter. pul. tapd” 12.04.2021-ci il tarixdə saat 20:18-də Taksdym. nolar. yaxwi. olsn, Ququn. yandasan. dye. yazram. sen.o. heyatda. kmi. istsen. on. cani. oluvse. goru. yaridi. elcn. vu. Toyve .men. pulu. cetn. taprm. yarya. Oxwmr, Vurdyn. tez. ge. Sencani” 16.04.2021-ci il tarxidə saat 19-54-də “Elcn. qurvan. olm. yaxwisi. olsun. yalvaram. Me. komy. ele. kutarm. vu. veladan iappg”, 16.04.2021-ci il tarxidə saat 23-05də “Sen. olar. kmi. dosen. axi. vlsen. pulu. zulumnan. tapv. valamn. aqznan. kesrm. sen. ozge. dosen. evde. qazm. kutarv. valah. eve. aleme. qiymram. lomkadan. cox. qorxuram. asmamda. Var. lomkada. ureym. cxr. Seman. kewdm. 5 dyqaya.” yazmasının müəyyən edilməsi ilə bağlı həmin mesajlarda nə yazdığının yadında olmadığını, Elçidən narkotik vasitə almadığını, Elçinin narkotik vasitə satdığını bilmədiyini bildirmişdi. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X1 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onun dostu olduğunu, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərə daxil məlumatların müəyyənləşdilməsi barədə Azercell MMC-nə verilmiş sorğuya alınmış cavabların təhlili zamanı 07.04.2021-ci il tarixdə 15-47-də istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs mesaj yazaraq “Qaqa veziyet ruccadi me bir ver ozum vezyetden cixim hara gelim lomuculuqdu”, 08.04.2021-ci il tarixdə saat 18- 19-da “Bidene faxiz var onuda agrida qoyursansa men bu Adaletle barismaram qa 1 isleyirem” 14.05.2021-ci il tarixdə saat 15-21-də “Eli saxla alma bu qeribdeyi maldandi gelirem pulu ver yeke oglansan se dedim ondandisa verme” bildirməsi ilə bağlı həmin mesajlarda nə yazdığının yadında olmadığını, Elçindən narkotik vasitə almadığını, Elçinin narkotik vasitə satdığını bilmədiyini bildirmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 18 may 2021-ci il tarixli 17/349 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şahid6 üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,021 qram, olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki: -02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,024 qram və 0,025, ümumi təmiz çəkiləri -0,049 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - təmiz çəkisi- 0,313 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. - tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik tiryək iyli maddə kütləsi aşkar edilmədi. Tədqiqata təqdim edilmiş 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər.. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 18.06.2021-ci il tarixli 724 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və tiryəkdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilkatiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-n Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin 22.04.2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat cərimə cəzasına məhkum edilmiş, 03.08.2017-ci ildə cəriməni tam ödəmiş, məhkumluğu ödənmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 iyun 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 2/3 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2; X4. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 may 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:45də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 4(014)-41/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 17 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan ümumi təmiz çəkisi 0.040 qram narkotik vasitə olan heroin və 0.263 qram tiryək məhv edilməlidir. İş üzrə maddi sübutlar 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı” Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı vaxtdan 17.05.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan ümumi təmiz çəkisi 0.040 qram narkotik vasitə olan heroin və 0.263 qram tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübutlar 01 ədəd “Samsung” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı” Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-112/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-112/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver