Məhkəmə qərarları › İş №1(014)-113/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-113/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-113/2021 17.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1959-cu il də Ağdaş rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında 27.07.2021-ci il tarixdə saat 19:00 radələrində Ağdaş rayonu Qaradağlı kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin qarşısındakı küçədə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əsəbləşərək yumruqla bir dəfə Zərərçəkmiş şəxs çənə nahiyəsindən qəsdən vuraraq ona alt sağ İİ kəsici dişin düşməsi, alt sağ və sol İ kəsici dişlərin laxlaması, alt dodağın diş səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri 27.07.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edərək ifadəsində Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, eyni zamanda Zərərçəkmiş şəxs onunla qonşuluqda yaşadığını, əvvəllər Zərərçəkmiş şəxsla ədavət və düşmən münasibətinin olmadığını, 27.07.2021-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı kəndin təxminən 5-6 kilometr məsafəsində yerləşən özünə məxsus otlaq sahəsinə nəzarət etmək üçün getdiyini, özünə məxsus otlaq sahəsinə baxan zaman ona məxsus otlaq sahəsinin bir hissəsinin iri buynuzlu heyvanlar tərəfindən otarıldığını və otlaq sahəsinin heyvan dırnaqları altında əzilməsini gördüyünü, həmin gün ona məxsus otlaq sahəsinin yanında həmkəndlisi, eyni zamanda qonşusu olan Zərərçəkmiş şəxs özünə məxsus iribuynuzlu heyvanları otarmasını öyrəndiyini, buna görə də, ona məxsus otlaq sahəsinə Zərərçəkmiş şəxs otardığı iribuynuzlu heyvanların ziyanlıq etməsini fikirləşdiyini, əvvəllər də Zərərçəkmiş şəxs otardığı iribuynuzlu heyvanların ona məxsus otlaq sahəsinə keçərək ziyanlıq etdiyini, buna görə də, əvvəllər bir neçə dəfə Zərərçəkmiş şəxs otardığı iribuynuzlu heyvanları ona məxsus otlaq sahəsinə ziyanlıq etməsinə görə öz iradını bildirdiyini, 27.07.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində özünə məxsus otlaq sahəsindən geri qayıdan zaman yaşadığı evə gedərkən, Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin qarşısındakı küçədə Zərərçəkmiş şəxsla qarşılaşdığını, velosipeddən düşərək Zərərçəkmiş şəxsla salamlaşdığını, Zərərçəkmiş şəxs yaxınlaşaraq otardığı iribuynuzlu heyvanların yenə də ona məxsus otlaq sahəsinə ziyanlıq etməsini söylədiyini və Zərərçəkmiş şəxs nəyə görə otardığı iribuynuzlu heyvanların ona məxsus otlaq sahəsinə keçməsinin səbəbini soruşduğunu, həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşıb otardığı iribuynuzlu heyvanların ona məxsus otlaq sahəsinə keçmədiyini söylədiyini, lakin Zərərçəkmiş şəxs otardığı iribuynuzlu heyvanların 27.07.2021-ci il tarixdə ona məxsus otlaq sahəsinə ziyanlıq etməsini söylədiyini, həmin vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşaraq nalayiq ifadə işlətdiyini, buna görə də Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Zərərçəkmiş şəxs əsəbləşdiyini və Zərərçəkmiş şəxs çənə nahiyəsindən əli ilə qəsdən vuraraq itələyib özündən kənarlaşdırdığını, həmin vaxt Zərərçəkmiş şəxs geriyə çəkildiyini, daha sonra isə onun çıxıb getdiyini, Zərərçəkmiş şəxsla onun arasındakı mübahisə və dava-dalaş zamanı Zərərçəkmiş şəxs özündən kənarlaşdırmaq üçün bir dəfə qəsdən Zərərçəkmiş şəxs çənə nahiyəsindən vuraraq onu kənara itələdiyini və həmin vaxt Zərərçəkmiş şəxs xəsarət yetirdiyini, Zərərçəkmiş şəxsla onun arasında mübahisə və dava-dalaşın 27.07.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin qarşısından keçən küçədə baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, eyni zamanda Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşadığını, əvvəllər Təqsirləndirilən şəxsla ədavət və düşmən münasibətinin olmadığını, normal qonşuluq münasibətlərinin mövcud olduğunu, 27.07.2021-ci il tarixdə özünə məxsus iribuynuzlu heyvanları yaşadığı kəndin örüş sahəsində otarıb, təxminən saat 19:00 radələrində yaşadığı evin qarşısından keçən küçədə özünə məxsus heyvanları yaşadığı evin həyətinə salan zaman onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs velosipedlə onun yanından keçərkən onun yanında dayandığını, Təqsirləndirilən şəxs ona “sənin otlaq sahəsində otardığın iribuynuzlu heyvanlar mənim otlaq sahəmə keçib” deyə söylədiyini, onun da Təqsirləndirilən şəxs otardığı iribuynuzlu heyvanların ona məxsus otlaq sahəsinə keçmədiyini, otardığı iri buynuzlu heyvanların yanında dayanıb otlaq sahəsində otardığını söylədiyini, lakin Təqsirləndirilən şəxs yenə də təkidlə ona otardığı iribuynuzlu heyvanların nəzarətsiz qalmasına görə ona məxsus otlaq sahəsinə keçib ziyanlıq etməsini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxsla onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşıb yumruqla bir dəfə qəsdən onun çənə nahiyəsindən vurduğunu, həmin vaxt alt dişindən birinin düşdüyünü, iki dişinin isə laxladığını, Təqsirləndirilən şəxs onu vurduqdan sonra oradan çıxıb getdiyini, Təqsirləndirilən şəxsla onun arasında mübahisə və dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş təhqiqatda şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs onun əri olduğunu, 27.07.2021-ci il tarixdə təxminən saat 19:00 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs çənə nahiyəsinə yumruqla bir dəfə vuraraq xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs döyməsi nəticəsində Zərərçəkmiş şəxs alt dişlərindən birinin düşməsini, iki dişinin isə laxlamasını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 28.07.2021-ci il tarixli, 462 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - alt sağ İİ kəsici dişin düşməsi, alt sağ və sol İ kəsici dişlərin laxlaması, alt dodağın diş səthinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 27.07.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar