Məhkəmə qərarları › İş №1(014)-113/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-113/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-113/2023 19.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1998-ci ildə Ağdaş rayonu, Ağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 8/1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Şəkili kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri M.İsayev küçəsi ev 8/1 ünvanında yaşayan tanışı Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Ağdaş şəhəri H.Əliyev adına mərkəzi parkda söhbət əsnasında Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs əlindəki təsbehi istəmiş, Zərərçəkmiş şəxs əlindəki təsbehi Təqsirləndirilən şəxs verməyib, iki il əvvəl ona bağışlamış olduğu təsbehi geri istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs yumruqla iki dəfə sifətinin sağ nahiyəsinidən qəsdən vurmuş, daha sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs sinə və bilək nahiyəsindən yumruqla qəsdən bir dəfə vuraraq qəsdən Ceyhunn Musayevə üzün sağ almacıq nahiyəsinin, qançır və şişkinliyi (dərialtı hematoması) sağ gözün ağlı qişasına qansızma, sağ mil bilək oynağının əzilməsi, sağ əlin üst səthinin qançır və şişkinliyi (dərialtı hematoması), döş qəfəsinin ön sol İİİ qabırğa proyeksiyasının sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gələn sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək, xx.xx.2023-cü il tarixdə əvvəllər tanıdığı və iş yoldaşı olmuş, Zərərçəkmiş şəxs təxminən 3 ildir ki, tanıdığını, Zərərçəkmiş şəxslə əvvəllər arasında hər hansı mübahisə və dava-dalaşın baş vermədiyini, Zərərçəkmiş şəxslə birlikdə əvvəllər Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən "xxxx" MMC-də fəhlə işlədiklərini, “Türyançay” fermasındakı işindən keçən il ayrıldığını, Ceyhunun da təxminən həmin vaxtda işdən çıxdığını, Zərərçəkmiş şəxslə ara-bir Ağdaş şəhərində görüşdüyünü, birlikdə çay içdiklərini, sonuncu dəfə Zərərçəkmiş şəxs ilə xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Ağdaş şəhərindəki H.Əliyev adına mərkəzi parkda rastlaşdıqlarını, həmin vaxt yanlarında kiminsə olmadığını, Ceyhunla salamlaşdıqdan sonra parkda gəzdiklərini, təxminən bir saat parkda gəzdikdən sonra birlikdə mağazaya getdiklərini, mağazadan Ceyhunun həm özünə həm də ona “Jaguar” adlı enerji içkisi aldığını, Ceyhunla birlikdə enerji içkisini içə-içə yenidən parka qayıtdıqlarını, parka arxa tərəfindəki girişdən daxil olduqlarını, təxminən 22:00 radələrində parkda gəzən zaman Ceyhunun əlində təsbeh olduğunu, Ceyhundan həmin təsbehi ona verməsini, təsbehə baxmaq istəməsini dediyini, Ceyhunun isə təsbehi ona vermədiyini, Ceyhunun “iki il bundan əvvəl sənə təsbeh bağışlamışdım, onu mənə geri qaytar.” dediyini, lakin Ceyhuna təsbehi ona geri qaytardığını, onun yadından çıxdığını dediyini, Ceyhun isə “təsbehi ona vermədiyini, qəsdən özündə saxlamasını” dediyini, Ceyhuna “əgər təsbehi mənə verməsən, sənə salam verməyəcəyəm və səninlə münasibəti kəsəcəm.” dediyini, bu zaman Ceyhunun əsəbləşərək ona qarşı nalayiq ifadələr işlətdiyini, həmin vaxt yanlarında kiminsə olmadığını, Ceyhuna nalayiq ifadə işlətməməsini bildirdiyini, bundan sonra aralarında mübahisə yarandığını, mübahisə zamanı yumruqla qəsdən Zərərçəkmiş şəxs üzünün sağ tərəfindən, sağ gözünün alt nahiyəsindən iki dəfə vuraraq ona qəsdən xəsarət yetirdiyini, daha sonra isə bir dəfə sinəsindən, bir dəfə isə sağ biləyindən yumruqla qəsdən vurduğunu, bundan sonra Zərərçəkmiş şəxs oradan uzaqlaşıb getdiyini, Zərərçəkmiş şəxs ilə aralarında mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə saat təxminən 22.30 radələrində baş verdiyini və təxminən 2-3 dəqiqə davam etdiyini, həmçinin yanlarında kiminsə olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) izahatında Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıdığını, Təqsirləndirilən şəxslə əvvəllər aralarında hər hansı mübahisə və dava-dalaşın baş vermədiyini, Təqsirləndirilən şəxs ilə birlikdə əvvəllər Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən "xxxx" MMC-də fəhlə işlədiklərini, “Türyançay” fermasındakı işindən keçən il ayrıldığını, Cəfərin də təxminən həmin vaxtda işdən çıxdığını, Təqsirləndirilən şəxs ilə ara-bir Ağdaş şəhərində görüşdüyünü, birlikdə çay içdiklərini, sonuncu dəfə Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində Ağdaş şəhərindəki H.Əliyev adına mərkəzi parkda rastlaşdıqlarını, həmin vaxt nə özünün nə də ki, Cəfərin yanında kiminsə olmadığını, Cəfərlə salamlaşdıqdan sonra birlikdə parkda gəzdiklərini, təxminən bir saat parkda gəzdikdən sonra birlikdə mağazaya getdiklərini, mağazadan həm özünə həm də Cəfərə “Jaguar” adlı enerji içkisi aldığını, Cəfərlə birlikdə enerji içkisini içə-içə yenidən parka qaytdıqlarını, parka arxa tərəfdəki girişdən daxil olduqlarını, təxminən 22:00 radələrində parkda gəzən zaman əlində təsbeh olduğunu, Cəfərin ondan həmin təsbehi ona verməsini, baxmaq istəməsini dediyini, təsbehi Cəfərə vermədiyini, Cəfərə “iki il bundan əvvəl sənə təsbeh bağışlamışdım, onu mənə geri qaytar.” dediyini, lakin həmin təsbehi Cəfər geri qaytarmasını, onun unutmasını dediyini, Cəfərə təsbehi qaytarmadığını, özündə saxlamasını dediyini, daha sonra Cəfərin “əgər təsbehi mənə verməsən, sənə salam verməyəcəyəm və səninlə münasibəti kəsəcəm.” dediyini, bu zaman əsəbləşərək Cəfərə qarşı nalayiq ifadələr işlətdiyini, həmin vaxt yanlarında kiminsə olmadığını, buna görə aralarında mübahisə yarandığını, mübahisə zamanı Cəfərin yumruqla qəsdən onun üzünün sağ tərəfindən, sağ gözünün alt nahiyəsindən iki dəfə vuraraq ona qəsdən xəsarət yetirdiyini, daha sonra isə bir dəfə sinəsindən, bir dəfə isə sağ biləyindən yumruqla qəsdən vurduğunu, bundan sonra oradan uzaqlaşıb getdiyini, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə saat təxminən 22:30 radələrində baş verdiyini, təxminən 2-3 dəqiqə davam etdiyini, Təqsirləndirilən şəxs ilə aralarında mübahisə və dava-dalaş zamanı yanlarında kiminsə olmadığını və səs-küyə kiminsə gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 246 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – üzün sağ almacıq nahiyəsinin, qançır və şişkinliyi (dərialtı hematoması), sağ gözün ağlı qişasına qansızma, sağ mil bilək oynağının əzilməsi, sağ əlin üst səthinin qanır və şişkinliyi (dərialtı hematoması), döş qəfəsinin ön sol İİİ qabırğa proyeksiyasının sıyrığı, küt alət təsirindən törənmiş törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar