Məhkəmə qərarları › İş №1(014)-113/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-113/2024

01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-113/2024 01.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X26 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə 4 may 1994-cü il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, evli, himayəsində ki azyaşlı övladı olan, Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 185.2.1, 185.2.1, 185.2.2 və 69.3cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu ilə üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonu, X35ində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxx 1988-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, evli, himayəsində iki azyaşlı övladı olan, Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonu, X35ində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 24 mart 2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 Ağdaş rayonu, X35ində yerləşən evinin həyətyanı sahəsinə çəpərdən aşmaqla qanunsuz daxil olub oradan da həyətyanı sahədəki tövləyə qanunsuz daxil olmaqla 03 baş ümumilikdə 900 manat hər biri 300 manat dəyərində diri çəkisi təxminən 30 kq, təmiz çəkisi təxminən 14 kq dişi qoyunu, 02 baş ümumilikdə 300 manat hər biri 150 manat dəyərində diri çəkisi təxminən 15 kq, təmiz çəkisi təxminən 8 kq dişi quzunun ayaqlarını bağlayıb həyətyanı sahəyə gətirmişlər, lakin həmin heyvanlardan birinin ayağı açıldıqdan sonra səsi gəldiyi üçün ev sahibinin yuxudan oyanaraq onları yaxalayacağından qorxmaları səbəbindən, yəni iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdırmayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 900 manat dəyərində 03 baş qoyun və 02 baş quzusunu oğurlamağa cəhd etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 25 mart 2024-cü il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs1 Ağdaş rayonu, X35ində yerləşən evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olub oradan da həyətyanı sahədəki tövləyə nəfəslikdə olan dəmir parçasını çıxararaq qanunsuz daxil olmaqla 06 baş ümumilikdə 900 manat hər biri 150 manat dəyərində diri çəkisi təxminən 20 kq, təmiz çəkisi təxminən 10 kq dişi qoyunu gizli olaraq talayıb oğurlamaqla zərərçəkmiş şəxs F.Məmmədova 900 manat maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətmələri məhkəmə iclasında özlərinin səmimi etirafları, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, 24 mart 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə söhbət zamanı pullarının olmamasından gileylənmişlər və Təqsirləndirilən şəxs2la həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən 5-6 baş quzu oğurlayıb satmaq qərarına gəlmişlər. Təxminən saat 20:00 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yanına gəlmişdir. Həmin vaxt ətrafa baxıb müşahidə etmiş və heç kimin olmadığına əmin olduqdan sonra, həyətyanı sahəyə kol-kosdan ibarət çəpərdən tullanaraq daxil olmuş və tövlənin qapısının qarşısına gəlmişdir. Tövlənin taxta qapısı yava ilə bağlı olduğundan yavanı götürüb taxta qapını açaraq içəri daxil olmuş, Təqsirləndirilən şəxs2 isə ətrafı müşahidə etmişdir. İçəridə dəqiq sayının bilmədiyi qədər qoyun-quzu olmuş, onlardan 2 baş quzu, 3 baş qoyunu tutmuş və yol kənarında tapdığı iplə ayağını bağlamış və tövlədən çölə çıxarmışdır. Quzuları çölə çıxardıqdan sonra qapını bağlamış və yavanı qapının arxasına söykəmişdir. Həmin quzuları hasarın kənarına gətirmək üçün Təqsirləndirilən şəxs2 yanına çağırmış və onun köməkliyi ilə quzuları hasarın yanına gətirmişdir. Həmin vaxt quzulardan birinin ayağı açılmış və evin qarşısına tərəf qaçmış, Təqsirləndirilən şəxs2 həmin quzunu tutmaq istəmiş, lakin tuta bilməmişdir. Həmçinin quzu səs elədiyi üçün ev sahibinin xəbərinin olacağından qorxmuşdur. Buna görə də həyətə daxil olduqları çəpərdən tullanaraq çölə çıxmış və qaçmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2la məsləhətləşmiş və qonşuları Zərərçəkmiş şəxs1 məxsus tövlədən xırdabuynuzlu heyvan oğurlamaq qərarına gəlmişlər. 25 mart 2024-cü il tarixdə saat təxminən 00:30 radələrində Fayıq Məmmədovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan tullanaraq daxil olaraq tövlənin qarşısına gəlmişlər. Tövlənin qapısı dəmirdən olmuş və qıfıl ilə kilidlənmişdir. Buna görə də tövlənin pəncərə yerini axtarmış və pəncərə yerinin dəmir ilə örtüldüyünü və həmin dəmirə taxta parçası söykənildiyini görmüşdür. Təqsirləndirilən şəxs2 taxtanı götürmüş, özü isə dəmiri yerindən çıxarmışdır. Bundan sonra pəncərədən içəri daxil olaraq 6 ədəd quzunu tövlənin yanında olan iplə ayaqlarını bağlayaraq pəncərədən çıxarıb Təqsirləndirilən şəxs2 vermiş və özü tövlədən çölə çıxmışdır. Tövlədən çıxdıqdan sonra dəmir parçasını pəncərə yerinə taxmış və taxta parçasını həmin dəmir parçasına söykəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 quzuları bir-bir ona vermiş və həmin quzuları həyətə daxil olduğu daş hasarın yanına aparmış, özü hasardan tullanaraq küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs2 isə həyətdəki quzuları ona verməyə başlamışdır. Həmin quzuları küçənin kənarına qoymuşdur. Bundan sonra həmkəndlisi taksi fəaliyyəti ilə məşğul olan Şahid1 zəng edərək özünə və Təqsirləndirilən şəxs2 məxsus quzuların olduğunu, həmin quzuları satmağa aparacağını və bunun üçün də taksi lazım olduğunu demişdir. Həmin vaxtı Abdulla quzuların kimə məxsus olduğunu və oğurluq olubolmamasını soruşmuşdur. O da quzuların özünə və Təqsirləndirilən şəxs2 məxsus olduğunu, həmçinin oğurluq olmadığını bildirmişdir. Bundan sonra Abdulla hara gələcəyini soruşmuş, o, isə Abdullaya küçələrinə gəlməsini demişdir. Təxminən 10-15 dəqiqə sonra Abdulla onların küçəsinə gəlmiş, daha sonra baqajı açmış, lakin özü avtomobildən aşağı düşməmişdir. Abdulla quzuların yenə də kimə məxsus olmasını soruşmuş, onlar da quzuların özlərinə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la birlikdə quzuları baqaja yığaraq Abdullaya Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən bazara gedib quzuları həmin bazarda satacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la Şahid1 məxsus VAZ 2107 markalı avtomobilə əyləşərək Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən bazara getmişlər. Saat təxminən 03:00 radələrində Qəbələ rayonu, Nic bazarına çatmış və həmin vaxtı bazar fəaliyyət göstərmədiyindən Qəbələ şəhərinə gəlmişdir. Qəbələ şəhərində olan zaman qəssab yeri axtarmağa başlamış, lakin tapa bilməmişdir. Qəbələ şəhərində olan zaman yol qırağında bağlı qəssab mağazasının olduğunu görmüşdür. Avtomobildən aşağı düşüb mağazanın üzərində olan mobil nömrəni götürərək Abdullanın mobil telefonu ilə həmin qəssabın nömrəsinə zəng etmiş, lakin zənginə cavab verilməmişdir. Bundan sonra saat təxminən 07:00da X35inə geri qayıtmışdır. Kəndə çatan vaxtı yenidən həmin qəssabın nömrəsinə yığmış və həmin nömrə zənginə cavab vermişdir. Həmin şəxsə mobil nömrəsini qəssab mağazasının qarşısından götürdüyünü demiş və 6 baş satılıq quzularının olduğunu bildirmişdir. Həmin vaxtı qəssab ondan quzuların oğurluq olub-olmamasını soruşmuş, o da həmin quzuların özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin şəxs ona əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Qəbələ rayonu, Vəndam kənd sakini Şahid2 mobil nömrəsini vermişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs2 evlərinə getmək istədiyini bildirmişdir. Abdulla Anarı evlərinin qarşısında düşürmüş və Anar evlərinə getmişdir. Bir neçə dəqiqə sonra Şahid2 zəng etmişdir. Şahid2 zənginə cavab vermiş və söhbət zamanı quzuların oğurluq olub-olmamasını soruşmuş, o da quzuların özünə məxsus olduğunu bildirmişdir. Şahid2 həmin quzuları alacağını bildirmiş, o da quzuları hara gətirəcəyini soruşmuşdur. Şahid2 quzuları Qəbələ rayonu, Vəndam kəndinə gətirməyini istəmiş, o da razılaşmışdır. Şahid2 Abdullanın mobil telefonunda olan “Whatsapp” ani mesajlaşma proqramına konum atmış, Şahid1lə birlikdə Qəbələ rayonu, Vəndam kəndinə getmişlər. Qəbələ rayonu ərazisində dağlıq yerdə olan zaman Abdulladan avtomobilini saxlamasını, quzuların sağ qalıb-qalmamasını yoxlamaq istəməsini bildirmişdir. Abdulla avtomobilinin baqajını açmış, həmin vaxt quzulardan birinin öldüyünü görmüş və həmin quzunu yolun kənarına kolluq bir əraziyə tullamışdır. Baqajda olan quzulardan ikisini ölməməsi üçün avtomobilin arxa oturacağında ayaqaltına qoymuşdur. Bundan sonra isə avtomobilə əyləşib Vəndam kəndinə gəlmişdir. Şahid2 fərdi yaşayış evinin qarşısına çatan zaman ona zəng etmiş, Şahid2 qapıya çıxmışdır. Avtomobildən aşağı düşərək Şahid2 ilə görüşmüş, baqajı və arxa oturacağın qapısını açmışdır. Şahid2 ondan quzuları neçəyə satacağını soruşmuş, o da 1 baş quzu üçün 160 manat pul alacağını bildirmişdir. Şahid2 də 1 baş quzu üçün 130 manat pul verəcəyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra quzuları avtomobildən düşürüb Qafur Məmmədovun fərdi yaşayış evinin giriş qapısına qoymuş, Qafur da fərdi yaşayış evinin qarşısında 650 manat pulu ona vermişdir. Bundan sonra pulu sayıb götürmüş və sağollaşaraq avtomobilə əyləşmişdir. Daha sonra isə Abdulla ilə birlikdə Ağdaş şəhərinə gəlmişdir. Qəbələ rayonu ərazisində olan zaman Abdullaya 130 manat pul vermiş, qalan pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Qoyunların satışından əldə etdiyi puldan Təqsirləndirilən şəxs2 pul verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib, digər Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 24 mart 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində Təqsirləndirilən şəxs1 ilə həmkəndliləri Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən 5-6 baş quzu oğurlayıb satmaq qərarına gəlmələrini, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yanına getmələrini, Təqsirləndirilən şəxs1 2 baş quzu, 3 baş qoyunu tutaraq yol kənarında tapdığı iplə həmin heyvanların ayağını bağlamasını, həmin quzuları hasarın kənarına gətirməsini, quzulardan birinin ayağının açılmasını və evin qarşısına tərəf qaçmasını, ev sahibinin xəbəri olacağından qorxduğu üçün həyətə daxil olduqları hasardan tullanaraq çölə qaçmalarını, daha sonra qonşusu Zərərçəkmiş şəxs1 məxsus tövlədən xırdabuynuzlu heyvan oğurlamaq qərarına gəlmələrini, 25 mart 2024-cü il tarixdə saat təxminən 00:30 radələrində Fayıq Məmmədovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə daş hasardan tullanaraq daxil olmalarını və tövlədən oğurladıqları 6 baş quzunu həmkəndlisi, taksi fəaliyyəti ilə məşğul olan Şahid1 məxsus VAZ 2107 minik markalı avtomobillə Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən bazara aparmalarını, lakin həmin vaxtı bazar fəaliyyət göstərmədiyindən Qəbələ şəhərinə gəlmələrini, Qəbələ şəhərində olan zaman yol qırağında bağlı qəssab mağazasının olduğunu, Təqsirləndirilən şəxs1 mağazanın üzərində olan mobil nömrəni götürərək Şahid1 mobil telefonu ilə həmin qəssabın nömrəsinə zəng etməsini, daha sonra 6 baş quzudan 1 başının havasızlıqdan avtomobilin baqajında öldüyünü, digər quzuları isə Təqsirləndirilən şəxs1 Qəbələ rayonu, Vəndam kənd sakini Şahid2 650 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha sonra hər biri ayrı-ayrılıqda vurulmuş ziyanı tamamilə bərpa etdiklərini, zərərçəkmiş şəxslərlə barışdıqlarını və əməllərindən peşman olmalarını bildirib, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, o, fərdi yaşayış evinin həyətyanı sahəsində xırdabuynuzlu heyvan saxlamaqla qoyun və quzuları var. Həmin qoyun quzuları hər gün səhər tezdən tövlədən həyətyanı sahəsinə otlamağa buraxır, axşam saatlarında isə qoyun quzuları tövləyə salıb taxta qapını arxadan yava ilə bağlamışdır. 24 mart 2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Ağdaş şəhərində olan zaman qardaşı Şahid4 ona zəng edərək 4 baş xırdabuynuzlu heyvanın ayağı bağlı vəziyyətdə, 1 baş xırdabuynuzlu heyvanın isə həmin heyvanların yanında fərdi yaşayış evinin həyətyanı sahəsindəki kolluq sahənin yanında olduğunu və həmin heyvanların oğurlanmağa cəhd edildiyini bildirmişdir. O da dərhal fərdi yaşayış evinə gəlmiş, həmin vaxt qardaşı və ailə üzvləri həyətyanı sahələrində olmuşdur. Qardaşı Şahid4 baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat verdiyini bildirmişdir. Bir müddət sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları fərdi yaşayış evinə gələrək hadisə yerinin fotoşəkillərini çəkib müvafiq sənədləşmə işləri həyata keçirmişdir. Sonradan oğurluq hadisəsinə cəhdin həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyini öyrənmişdir. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid5 Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus “VAZ 2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili var və taksi fəaliyyəti ilə məğul olur. 25 mart 2024-cü il tarixdə saat təxminən 01:30 radələrində Ağdaş rayonu, X35i ərazisində dördyol adlanan yerdə olan zaman Təqsirləndirilən şəxs1 ona zəng edərək quzularının olduğunu, həmin quzuları satmağa aparacağını, bunun üçün də taksi lazım olduğunu bildirirək onu çağırmışdır. Təqsirləndirilən şəxs1 quzuların kimə məxsus olduğunu və oğurluq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 da quzuların özünə və Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 yaşadığı küçəyə gəlmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 küçənin ortasında dayandığını görmüş və onların yanında ayağı bağlı vəziyyətdə 6 baş quzunun olduğunu görmüşdür. Avtomobilinin baqajını açmış, lakin avtomobildən aşağı düşməmişdir. Həmin vaxtı yenə də quzuların kimə məxsus olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 da quzuların özünə məxsus olduğunu bildirərək Təqsirləndirilən şəxs2la birlikdə quzuları avtomobilin baqajına yığmışdır. Təqsirləndirilən şəxs1 ondan Qəbələ rayonu, Nic bazarının işləyib-işləmədiyini soruşmuş, o da bu barədə məlumatının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 da həmin vaxt Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən bazara gedib quzuları həmin bazarda satacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus “VAZ 2107” markalı avtomobilə əyləşmiş və Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən bazara getmişlər. Saat təxminən 03:00 radələrində Qəbələ rayonu, Nic bazarına çatmış və həmin vaxtı bazar fəaliyyət göstərmədiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qəbələ şəhərinə getməyini istəmişdir. Avtomobili ilə Qəbələ şəhərinə gələrək qəssab mağazası axtarmağa başlamış, lakin tapa bilməmişdir. Qəbələ şəhərində olan zaman yol qırağında bağlı qəssab mağazasının olduğunu görmüş, Təqsirləndirilən şəxs1 avtomobilini saxlamağını istəmişdir. Avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobildən aşağı düşüb mağazanın üzərində olan mobil nömrəni götürərək onun mobil telefonu ilə həmin qəssabın nömrəsinə zəng etmiş, lakin zənginə cavab verilməmiş və saat təxminən 07:00 radələrində X35inə geri qayıtmışdır. Kəndə çatan vaxtı Təqsirləndirilən şəxs1 yenidən həmin qəssabın nömrəsinə yığmış və zəngə cavab verilmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxsə mobil nömrəsini qəssab mağazasının qarşısından götürdüyünü və 6 baş satılıq quzusunun olduğunu bildirmişdir. Qəssab Təqsirləndirilən şəxs1 quzuların oğurluq-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 da həmin quzuların özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin şəxs Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Qəbələ rayonu, Vəndam kənd sakini Şahid2 mobil nömrəsini vermişdir. Təqsirləndirilən şəxs1 Şahid2 məxsus mobil nömrəyə zəng etmiş, lakin zənginə cavab verilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 evlərinə getmək istədiyini bildirmiş və onu evlərinin qarşısında düşürmüşdür. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 yenidən Şahid2 zəng etmiş və söhbət zamanı sonuncu quzuların oğurluq olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs1 da həmin quzuların özünə məxsus olduğunu bildirmişdir. Şahid2 həmin quzuları alacağını bildirmiş və quzuları Qəbələ rayonu, Vəndam kəndinə gətirməyini istəmişdir. Onlar razılaşdıqdan sonra Şahid2 onun mobil telefonunda olan “Whatsapp” ani mesajlaşma proqramına konum atmışdır. Həmin konum ilə Qəbələ rayonu, Vəndam kəndinə gedərək Qəbələ rayonu ərazisində dağlıq yerdə olan zaman Təqsirləndirilən şəxs1 ondan avtomobilini saxlayıb quzuların sağ qalıb-qalmamasını yoxlamağını istəmişdir. O avtomobilin baqajını açdıqdsn sonra Təqsirləndirilən şəxs1 quzulardan birinin öldüyünü bildirmiş və həmin quzunu yolun kənarına kolluq bir əraziyə tullamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 baqajda olan quzulardan ikisini avtomobilin arxa oturacağında ayaqaltına qoymuşdur. Bundan sonra avtomobilə əyləşərək Vəndam kəndinə gəlmişdir. Şahid2 fərdi yaşayış evinin qarşısına çatan zaman Təqsirləndirilən şəxs1 ona zəng etmiş və Şahid2 qapıya çıxmışdır. Təqsirləndirilən şəxs1 baqajı və arxa oturacağın qapısını açmış və Şahid2 quzuları neçəyə satacağını Təqsirləndirilən şəxs1 soruşmuşdur. Təqsirləndirilən şəxs1 da 1 baş quzu üçün 160 manat pul alacağını bildirmişdir. Qafur da 1 baş quzu üçün 130 manat pul verəcəyini bildirmiş, Təqsirləndirilən şəxs1 da razılaşmışdır. Təqsirləndirilən şəxs1 quzuları avtomobildən düşürüb Şahid2 fərdi yaşayış evinin giriş qapısına qoyduqdan sonra Şahid2 Təqsirləndirilən şəxs1 650 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 pulu sayıb götürmüş və sağollaşaraq avtomobilə əyləşərək birlikdə Ağdaş şəhərinə gəlmişlər. Qəbələ rayonu ərazisində olan zaman Təqsirləndirilən şəxs1 ona 130 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 25 mart 2024-cü il tarixdə səhər saatlarında qardaşı Cəsur Xanalıyev ona zəng edərək satılıq quzuların olduğunu və əgər istəyərsə almağı təklif etmişdir. Quzuların neçəyə olmasını soruşmuş, lakin qardaşı quzuların qiymətini bilmədiyini və onun mobil nömrəsini quzunu satan şəxsə verəcəyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Qəbələ rayonu, Vəndam kəndində yerləşən fərdi yaşayış evində olan zaman mobil telefonuna əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş rayonu, X35 sakini Təqsirləndirilən şəxs1 zəng edərək quzuları hansı ünvana gətirəcəyini soruşmuş, o da Təqsirləndirilən şəxs1 mobil telefonu ilə yaşadığı ünvanın konumunu atmışdır. Saat təxminən 09:00 radələrində Təqsirləndirilən şəxs1 ağ rəngli “VAZ 2107” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşağı düşmüş və onun yanında əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Ağdaş rayonu, Ləki qəsəbə sakini Şahid1 da olmuşdur. Hər iki şəxslə görüşdükdən sonra Təqsirləndirilən şəxs1 baqajı açmış və baqajda 3 baş dişi cinsli quzunun olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 arxa oturacağın qapısını açmış və orada da 2 baş dişi cinsli quzu olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 quzuları neçəyə satacağını soruşmuş, o da 1 baş quzu üçün 160 manat pul alacağını bildirmişdir. O, da 1 baş quzu üçün 130 manat pul verəcəyini bildirmiş və razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 quzuları avtomobildən düşürüb fərdi yaşayış evinin giriş qapısına qoymuş və o, Təqsirləndirilən şəxs1 650 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid1lə birlikdə avtomobilə əyləşib getmişdir. Quzuları tövləyə salmış, sonradan həmin quzuların oğurluq olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs1 və Şahid1 quzuların oğurluq olması barədə ona heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" MMC-dən daxil olmuş 29 mart 2024-cü il tarixli, ƏQ-98/2024 nömrəli məktubdan görünür ki, 03 baş dişi cinsli, diri çəkisi 30 kq, təmiz çəkisi 13-14 kq olan qoyunun 24 mart 2024-cü il tarixinə hər birinin orta bazar qiyməti, 250 (iki yüz əlli) manat olmaqla, ümumi 750 (yeddi yüz əlli) manat; 02 baş dişi cinsli, diri çəkisi 14-15 kq, təmiz çəkisi 7-8 kq olan quzunun 24 mart 2024-cü il tarixinə hər birinin orta bazar qiyməti, 120 manat olmaqla, ümumi 240 (iki yüz qırx) manat dəyərində; 06 baş dişi cinsli, diri çəkisi 20 kq, təmiz çəkisi 10 kq olan quzunun 25 mart 2024-cü il tarixinə hər birinin orta bazar qiyməti, 120 (yüz iyirmi) manat olmaqla ümumi 720 (yeddi yüz iyirmi) manat dəyərində olmuşdur. 29 mart 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ağdaş rayonu, X35 ərazisində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədir. Tövlənin ərtafı dəmir hasarla başlanmışdır. Tövlənin qapısı dəmirdəndir və bir pəncərə yeri vardır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya predmet və ya maddə müəyyən edilməmişdir. 29 mart 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Şahid2 məxsus Qəbələ rayonu, Vəndam kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş. Baxış zamanı həyətyanı sahədə yerləşən tövlənin yanında 50 baş qoyun sürüsünün olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 həmin sürüdən 5 baş quzunu seçərək özünə məxsus olduğunu bildirmişdir. 24 mart 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs2 həyətində yerləşən tövlədə 11 baş qoyun heyvanından 5 baş qoyun heyvanının ayaqlarının bağlanaraq həyətə qoyulması müəyyən olunmuşdur. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 13 aprel 2024-cü il tarixli, 18-1-22/2-524/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Ağdaş rayon Mərkəzi Xəstəxanası”publik hüquqi şəxsin poliklinika şöbəsində “Kannabinoidlərin epizodik qəbulu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Təqsirləndirilən şəxs1 Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 tərəfindən tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq nəticəsində dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir. Həmin şəxslər barəsində heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 185.2.1, 185.2.1, 185.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 03 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağdaş Rayon Məhkəməsinin 1(014)-106/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-500/2022 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 11 (on bir) gün hissəsi sonuncu hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X35 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli, 5-32-12/2-157/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, X35ində yaşayan Təqsirləndirilən şəxs1 ailə tərkibi – atası X10, anası X4, arvadı X16, övladları 12 iyun 2015-ci il təvəllüdlü X17 və 10 dekabr 2017-ci il təvəllüdlü X3 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X35 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə- şikayət daxil olmamışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyul 2015-ci il tarixli, AZ-İİİ № 569718 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X17 12 iyun 2015-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs1, anası X11r. Ağdaş RİHB-nın X35 İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2017-ci il tarixli, AZ-İV № 043362 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 10 dekabr 2017-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs1, anası X11r. 20 iyul 2014-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 971836 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X12 26 iyul 2014-cü il tarixdə 584 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 30 mart 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 30 mart 2024cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuş, 01 aprel 2024-cü il tarixdə, saat 09:10-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə 09:30-da təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 1(014)-125/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X35 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli, 5-32-12/2-158/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, X35ində yaşayan Təqsirləndirilən şəxs2 ailə tərkibi – atası X7, anası X5, arvadı X21, övladları 26 fevral 2017-ci il təvəllüdlü X22 və 24 iyul 2018-ci il təvəllüdlü X18 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X35 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 fevral 2019-cu il tarixli, AZ-İV № 256170 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X22 26 yanvar 2017-ci il tarixdə rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs2, anası X14r. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 fevral 2019-cu il tarixli, AZ-İV № 256171 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X30 25 iyul 2018-ci il tarixdə rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs2, anası X14r. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 30 mart 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 30 mart 2024cü il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuş, 01 aprel 2024-cü il tarixdə, saat 11:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə 11:30-da təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin tədqiq edilmiş ifadələrini, 24 mart 2024-cü il və 29 mart 2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokolları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yoxlanılması istintaq hərəkəti keçirilən zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 04 ədəd DVD diski, "xxxx" MMC-nin 29 mart 2024-cü il tarixli, ƏQ-98/2024 nömrəli məktubunu, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələri, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqadan əlbir olmuş bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd etmiş və təkrarən qabaqadan əlbir olmuş bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamış, yəni oğurluq cinayətini törətmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət etməyə cəhd, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, təkrar törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə 177.2.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər, həmin əməllərdə Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək törətdikləri əməllərə görə cəzalanmalıdırlar. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, hər iki təqsirləndirilən şəxs əvvəllər müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiklərindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə müvafiq olaraq onların hazırki iş üzrə Cinayət Məcəlləsinin 177.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri cinayətlərin residivini yaradan hallar kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş materiallarına istinad edib təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayəsində iki azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, törətdikləri cinayət əməlini səmimi etiraf etmələrini, əməllərindən peşman olmalarını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onlara məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına baxmayaraq, cəza çəkdikləri müddət ərzində yenidən qəsdən cinayət törətmələrini, onların hər birinin barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbirinin gözlənilən səmərəni verməməsini, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah olunmaları mümkün deyildir, onların hər birinin barəsində, başa çatmayan və başa çatmış cinayətlərə görə ayrılıqda, yəni cinayətlərin məcmusu nəzərə alınmaqla təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 15-ci bəndində göstərilmişdir ki, başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 01 iyul 2024-cü il tarixli, c/i-1057 və c/i-1058 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş Rayon Məhkəməsinin 1(014)-106/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın 08 ay 14 gününü çəkmiş, 01 iyul 2024-cü il tarixə 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün çəkilməmiş cəzası qalmış, Təqsirləndirilən şəxs2 Ağdaş Rayon Məhkəməsinin 1(014)-125/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmü ona təyin edilmiş cəzanın 08 ay 03 gününü çəkmiş, 01 iyul 2024-cü il tarixə 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün çəkilməmiş cəzası qalmışdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 1(014)-106/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 10 (on) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Eləcə də, Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(014)-125/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli, həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı iki gün müddətona təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlara təyin ediləcək cəzanı real olaraq çəkməlidirlər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməli və hər birinə münasibətdə cəza çəkmə müddətinin əvvəli hökm çıxarılan gündən, yəni 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsinə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi tələb etdiklərinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanlarının olmadığını bildirdiklərinə görə onlar hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onların məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Müdafiəçilər tərəfindən təqdim edilmiş müvafiq arayışlardan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə 18 saat, vəkil Müdafiəçi2 tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə isə 19 saat vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 108 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan hesabına, - Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 114 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə dəymiş ziyanın isə təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 üzərində 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 1(014)-106/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 10 (on) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılsın, üzərində 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3 maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs2 üzərində 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(014)-125/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılsın, üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardıma görə haqq ödəməkdən azad edilsinlər və onların məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 108 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan hesabına, Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 114 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar