Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-114/2021 21.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1972-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı olan, Ağdaş şəhəri H.Hacıyev küçəsi ev 5 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 1(107)-376/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 19.05.2021-ci il tarixdə Ağdaş RMX-də “COVİD-19” virusu ilə bağlı vermiş olduğu yaxma analizinin nəticəsinin 20.05.2021-ci il tarixdə “pozitiv” çıxmasına, ona həkim nəzarəti altında ev şəraitində 14 gün müddətində müalicə təyin olunaraq ev karantinində olması və evi tərk etməməsi ilə bağlı təlimatlandırılmasına baxmayaraq, o, ev şəraitində müalicə aldığı dövrdə, müalicə müddəti bitməmiş, yəni “Azərbaycan Respublikasinin ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 №-li Qərarının 4.5.5-ci və 4- 1.2-ci bəndlərinə zidd olaraq 21.05.2021-ci il tarixdə, saat 12:10 radələrində ünvan 2 ünvanında yaşadığı evi qəsdən tərk edib piyada şəhərin H.Əliyev prospektində hərəkətdə olmuş, təkrarən o, 22.05.2021-ci il tarixdə saat 08:00 radələrində, Ağdaş şəhəri H.Hacıyev küçəsi ev 5 ünvanındakı evini qəsdən tərk edərək piyada küçəyə çıxmış, təkrarən o, 28.05.20201-ci il tarixdə saat 16:41 dəqiqədə ünvan 1 ünvanındakı evini qəsdən tərk edərək Ağdaş rayonu Dəhnəxəlil kəndinə getmiş, təkrarən o, 30.05.2021-ci il tarixdə saat 13:56 dəqiqədə ünvan 1 ünvanındakı evini qəsdən tərk edərək Ağdaş rayonu Dəhnəxəlil kəndinə getmiş və bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, 21.05.2021-ci il tarixdə saat 12:10 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən şəhər ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (“COVİD-19”) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimi pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində hazırda evli olduğunu və bir azyaşlı oğlu olduğunu, heç bir yerdə işləmədiyini, Şəki Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 1(107)-376/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, 19.05.2021-ci il tarixdə koronavirusa qarşı test verdiyini, həmin vaxt xəstəxanada ondan mobil nömrə istədiklərini və özü istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni bildirdiyini, 20.05.2021-ci il tarixdə xəstəxanadan ona zəng gəldiyini və ona “COVİD-19” xəstəsi olduğunu və testinin nəticəsinin pozitiv çıxdığını, 14 gün müddətində evi tərk etməməli olduğunu, əks halda karantin qaydalarını pozmuş sayılacağını və buna görə onu inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəyini və daha sonra ASM-dən onunla əlaqə saxlayacaqlarını bildirdiklərini, lakin özündə ciddi bir narahatlıq hiss etmədiyini, buna görə də 21.05.2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evdən çıxaraq yaşadığı Ağdaş şəhəri H.Əliyev prospekti ilə hərəkət etdiyini, H.Əliyev prospekti ilə hərəkətdə olarkən polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, həmin vaxt polislərin ona koronavirus xəstəsi olduğunu bildirdiklərini, özünün də polislərə özünü narahat hiss etmədiyini və bu səbəbdən bayıra çıxdığını, həmin vaxt video görüntünü çəkdiklərini və ona evdən çıxmağının cinayət məsuliyyəti olması barədə izahat verdiklərini və evdən bir daha çıxmamağını tapşırdıqlarını, xəstəxanada iltizam sənədinə özü qol çəkdiyini, özünün ola bilsin ki, Ağdaş şəhərində yaşadığı evi tərk etdiyini, konkret olaraq evdən çıxmağını xatırlamadığını, ancaq Ağdaş rayonu Dəhnəxəlil kəndinə getməyini xatırladığını, özünə məxsus mobil telefonu özünün istifadə etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işlədiyini, mütəmadi olaraq xidmət əməkdaşları ilə birlikdə Ağdaş şəhəri ərazisində karantin rejimi qaydasını pozan şəxslərin aşkar edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı reydlər keçirildiyini, bununla bağlı hər gün xəstəxanada verdikləri testin nəticələri pozitiv çıxan şəxslər barədə RPŞ-yə siyahı üzrə məlumat verildiyini və həmin siyahının müvafiq olaraq polis əməkdaşlarına verildiyini, bundan sonra həmin siyahı üzrə “COVİD-19” testinin nəticələri müsbət çıxmış şəxslərin yaşayış yerini tərk edib-etməməsi onlar tərəfindən yoxlanıldığını, 21.05.2021-ci il tarixdə saat təxminən 12:10 radələrində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 və Şahid2 ilə birlikdə reyd keçirərkən ünvan 1-də yaşayan 20.05.2021-ci il tarixdə verdiyi “COVİD-19” testinin nəticələri pozitiv çıxmış xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yerini tərk etdiyini müəyyən etdiklərini və onunla əlaqə saxladıqdan sonra yaşadığı küçədən bir qədər H.Əliyev prospektində olmasını müəyyən etdiklərini, bundan sonra Təqsirləndirilən şəxs videogörüntüsünün çəkildiyini və Əzizin yaşadığı küçəyə darıxdığı üçün getdiyini və bu səbəblə də yaşayış yerini tərk etdiyini, Təqsirləndirilən şəxs bir daha xəbərdarlıq edildikən sonra evlərinə yola salındığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid2 da iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində Ağdaş rayon xəstəxanasının TTTY-nin müdiri vəzifəsində işlədiyini, pandemiya ilə əlaqədar vətəndaşlardan “COVİD-19” test nümunələrinin götürülməsinin onlara həvalə olunduğunu, bununla əlaqədar onlara müraciət edən vətəndaşlardan test nümunəsi götürdüklərini və nəticəsinin müəyyən edilməsi üçün müvafiq laboratoriyaya göndərdiklərini, həmçinin vətəndaşların test verən zaman onların ünvanını və əlaqə nömrəsini qeyd etdiklərini və testin nəticələri çıxdığı zaman onlarla əlaqə saxlayıb lazımi məlumat verdiklərini, onları ilkin olaraq təlimatlandırdıqlarını, daha sonra evdə müalicə alan xəstələrin müayinəsi və onların səhhətinin diqqət mərkəzində saxlanması üçün həmin şəxsin adını və ünvanını Ailə Sağlamlıq Mərkəzinə (ASM) və həmin şəxlərin karantin rejimi qaydalarını pozmasının nəzarət edilməsi üçün RPŞ-yə göndərdiklərini, bundan əlavə testin nəticələri pozitiv çıxmış şəxslərin evlərinin dezinfeksiya edilməsi üçün GEM-ə də məlumat verildiyini, 19.05.2021-ci il tarixdə ünvan 1də yaşayan Təqsirləndirilən şəxs “COVİD-19” pandemiyasının yoxlanılması ilə bağlı test verməyə gəldiyini və özünü narahat hiss etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs test nümunəsi götürdüklərini, bundan sonra Əzizdən götürülmüş testin nəticələrinin laboratoriyaya göndərdiklərini, 20.05.2021-ci il tarixdə laboratoriyadan testin nəticələrinin gəldiyini və nəticələrə əsasən Təqsirləndirilən şəxs “COVİD-19” virus infeksiyası olduğu aşkar edildiyini, həmin günün 20.05.2021-ci il tarixdə özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamaq üçün xəstəxanaya bildirdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini və ona testin nəticəsinin pozitiv olduğunu və 14 gün ərzində yaşayış yerini tərk etməməyini, müalicəsi ilə bağlı ASM tərəfindən onunla əlaqə saxlanılacağını bildirdiyini, həmçinin Təqsirləndirilən şəxs evdə müalicə aldığı təqdirdə yaşadığı yeri tərk etməməyini, əks halda cinayət və ya inzibati məsuliyyət daşıyacağını izah etdiyini bildirmişdir. İşin materiallarında olan 20.05.2021-ci il tarixli fərdi təcrid olunma haqda razılıq formasından görünür ki, Təqsirləndirilən şəxs qaydalarla, o cümlədən müşahidə müddətində (7-14 gün) ev şəraitini tərk etməmək barədə məlumatlandırılmışdır. İşin materiallarında olan 20.05.2021-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs 14 gün ərzində yaşayış yerini tərk etməmək barədə təlimatlandırılmış və bu barədə iltizamı imzalamışdır. İşin materiallarında olan Ağdaş RMX-nin PHŞ-nin 02.06.2021-ci il tarixli, 743 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 17.05.2021-ci il tarixdə “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdə “COVİD-19” infeksiyasına görə analiz vermiş, 18.05.2021-ci il tarixdə nəticə poziliv olmuşdur. 19.05.2021-ci il tarixdə xəstə Ağdaş RMX PHŞ-in X8 briqadası tərəfindən stasionar müalicə üçün xəstəxanaya gətirilmişdir. Aparılmış müayinə və müalicələrdən sonra 20.05.2021-ci il tarixdə X8 briqadası tərəfindən evə aparılmış “14 gün evdə tərdi təcrid” şəraitində müşahidəyə götürülmüşdür. Təqsirləndirilən şəxs 14 gün ərzində yaşayış yerini tərk etməmək barədə təlimatlandırılmış və bu barədə iltizamı imzalamışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ona “COVİD-19” xəstəliyi ilə bağlı vermiş olduğu testin müsbət çıxması barədə, eləcə də evi tərk etməməsi barədə məlumatı olmasına baxmayaraq, çörək almaq üçün mağazaya getdiyini bildirmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinin 1ci hissəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Xalq Məhkəməsinin 23.05.1993-cü il tarixli hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Xalq Məhkəməsinin 07.11.1994-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145-ci maddəsinin 2ci hissəsinin 1,2,6,7,8, bəndləri ilə təqsirli bilinib, Tərtər Qarnizon Hərbi Tribunalının 13.07.1995-ci il tarixli hökmü ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 04.08.2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Göyçay Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli hökmü ilə 1 (bir) il 11 (on bir) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Ağdaş Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 18.08.2021-ci il tarixli, 1(025)-37/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını cəzaçəkmənin əvvəli 18 avqust 2021ci il tarixindən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması hökm edilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 1(107)-376/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 may 2021-ci il tarixli, 1696 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1 - arvadı; X5 – oğlu (10.03.2019-cu il təvəllüdlü). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü etiraf edib səmimi peşman olmasını, ailəli olmaqla himayəsində bir azyaşlı uşağın olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkməsinin əvvəli barəsində həbs qətimkan tədbiri seçildiyi 18.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və onun hazırda Şəki Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 1(107)- 376/2021 saylı qərarına əsasən cəza çəkməsi nəzərə alınsın. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şəki Apellyasiya Məhkəməsinin 12.10.2021-ci-i il tarixli, 1(107)-376/2021 saylı qərarına əsasən ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli, həbsə alındığı 18.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və onun hazırda Şəki Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli, 1(107)-376/2021 saylı qərarına əsasən cəza çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-114/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-114/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver