Məhkəmə qərarları › İş №1(014)-114/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-114/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-114/2023 05.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin (mülki iddia üzrə iddiaçının) nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki iddia üzrə cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxx 1965-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təbiətə külli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Belə ki, o, xx.xx.2009-cu il tarixli, ******* nömrəli, xx.xx.2009-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışlarla mülkiyyətinə verilmiş “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid olan Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən müvafiq olaraq 0,3592 ha, 2,5145 ha və 2,20 ha torpaq sahələrində 2022-ci ilin fevral-mart ayları ərzində vahid niyyətlə bioloji inkişafda köküstə yaş halda olan dəyəri 300 manat olan 1 ədəd, diametri 29 sm söyüd ağacını, dəyəri 180 manat olan diamteri 18 sm 1 ədəd söyüd ağacını, dəyəri 650 manat olan 1 ədəd diamteri 45 sm söyüd ağacını, dəyəri 200 manat olan 2 ədəd, diametri 21 sm, dəyəri 180 manat olan 4 ədəd, diametri 20 sm, dəyəri 180 manat olan 8 ədəd, diametri 19 sm, dəyəri 120 manat olan 1 ədəd, diametri 12 sm, dəyəri 250 manat olan 1 ədəd, diametri 25 sm olan, dəyəri 150 manat olan 6 ədəd, diametri 16 sm olan, dəyəri 250 manat olan 1 ədəd, diametri 24,5 sm olan, dəyəri 150 manat olan 1 ədəd, diametri 14,5 sm olan, dəyəri 180 manat olan 1 ədəd, diametri 19,5 sm olan, dəyəri 120 manat olan 1 ədəd, diametri 10,5 sm olan, dəyəri 200 manat olan 1 ədəd, diametri 24 sm olan, dəyəri 120 manat olan 1 ədəd, diametri 11,5 sm olan, dəyəri 200 manat olan 1 ədəd, diametri 22 sm olan, dəyəri 350 manat olan 1 ədəd, diametri 35 sm olan, dəyəri 100 manat olan 1 ədəd, diametri 8 sm olan, dəyəri 150 manat olan 1 ədəd, diametri 14 sm olan, dəyəri 300 manat olan 1 ədəd, diametri 30 sm olan, dəyəri 180 manat olan 3 ədəd, diametri 17 sm olan qovaq ağaclarını, ümumilikdə 3 ədəd söyüd və 36 ədəd qovaq ağaclarını qanunsuz kəsib təbiətə 7620 manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində 0,35 ha, 2,51 ha və 1,75 ha kənd təsərrüfatlı təyinatlı torpaqları olduğunu, həmçinin Ağdaş rayonu, Pirəyir kəndinin ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı olan 2,20 ha, 4,10 ha və 9,59 ha torpaqlarını Ağdaş rayon Bələdiyyəsindən ödəniş edərək təxminən 2005- 2006-cı illərdə alaraq həmin vaxtdan da, istifadə etdiyini, Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı olan torpaqların sənədlərini xx.xx.2019-cu il tarixdə öz adına sənədləşmə apararaq aldığını, həmçinin Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən 2,20 ha torpaq sahəsinin baş tərəfində və həmin yerə bitişik olan Ağdaş rayonu, Nehrəxəlil kəndinin ərazisində yerləşən 0,35 ha, 2,51 ha və 1,75 ha kənd təsərrüfatlı təyinatlı özünə məxsus torpaqların baş hissəsində çəpərin kənarında olan 25 ədəd söyüd və 35 ədəd qovaq ağaclarının qurumuş vəziyyətdə olmasını görüb Ağdaş rayon Kotanarx kənd bələdiyyəsinə müraciət edərək həmin ağaclar təhlükə yaratdığı üçün kəsilməli olduğunu bildirdiyini, daha sonra 8 saylı RETS-nin əməkdaşı Əfqan adlı şəxsin gələrək həmin ağacların olduğu yerə baxış keçirdiyini və ona ağacların qurumuş vəziyyətdə olduğunu, bu barədə idarəyə məlumat verəcəyini bildirdiyini, bundan sonra idarədən ağacları kəsməyinə razılıq verilməsi barədə gözlədiyini, daha sonra xx.xx.2021-ci il tarixdə bələdiyyə sədri Miralının onu idarəyə dəvət edərək ağacların kəsilməsi ilə bağlı razılıq verildiyini bildirdiyini, lakin özünün də, həmin vaxtlarda vaxtı olmadığı üçün ağacları kəsmədiyini, sonradan 2022-ci ilin mart ayı ərzində icazəsini aldığı quru vəziyyətdə olan 25 ədəd söyüd və 35 ədəd qovaq ağaclarını hissə-hissə kəsərək idarə etdiyi VAZ 2106 markalı avtomobillə yaşadığı evə apararaq bir hissəsini yaşadığı evdə yandırdığını, qalan qurumuş budaqları ilə özünə məxsus ərazinin kənarlarını çəpərlədiyini, 2022-ci ilin mart ayında hissə-hissə olaraq ümumilikdə 60 ədəd ona icazəsi verilən quru ağacları kəsdiyini, qalan kəsilmiş ağacların isə 60 ədəd kəsmiş olduğu həmin ağacları kəsməmişdən əvvəl naməlum vaxtlarda və naməlum şəxslər tərəfindən kəsilərək aparıldığını, bununla bağlı heç bir məlumatı olmadığını, ona məxsus pay torpaq sahəsinin baş hissələrində olan söyüd və qovaq ağaclarının naməlum şəxs və ya şəxslər tərəfindən kəsilməsi ilə bağlı rəsmi olaraq heç bir quruma müraciət etmədiyini, ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi kimi tanıdığı Şahid4 adlı şəxsə şifahi məlumat verdiyini, ona məxsus torpaq sahələrinin baş hissəsində olan söyüd və qovaq ağaclarını təxminən 10-12 il öncə rəhmətlik atası ilə birgə əkdiyini, həmin ağacların kimə məxsus olmasını bilmədiyini, ona məxsus torpaq sahəsinin kənarlarında olan 25 ədəd söyüd və 35 ədəd qovaq ağaclarını kökündən özünə məxsus motorlu mişarla özü kəsdiyini, həmin vaxt yanında heç kimin olmadığını, həmin ağacları özü kəsərək həmin yerdən özünün apardığını, ağacları kəsməyindən Kotanarx bələdiyyəsinin sədrinə və ya başqa şəxslərə heç bir məlumat vermədiyini, kəsmiş olduğu ağacların heç birinin yaş vəziyyətdə olmadığını, ağacların quru vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçi vəzifəsində işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumatla əlaqədar 22 aprel 2022-ci il tarixdə Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən torpaq sahəsinə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid1, Bərdə RMTM-in Ağdaş meşəbəyliyi üzrə meşə əkin mühəndisi Şahid2 və Ağdaş rayon Kotanarx kənd bələdiyyə sədri Şahid3 ilə birgə baxış keçirildiyini, baxış zamanı torpaq sahəsinin Ağdaş rayonu, Nehrəxəlil kənd sakini Təqsirləndirilən şəxs mülkiyyətində olan pay torpaq sahəsi olduğunu, həmin pay torpaq sahəsində 210 ədəd müxtəlif diametrli qovaq və söyüd ağaclarının kəsilməsinin müəyyən edildiyini, Təqsirləndirilən şəxs isə həmin yerdə 25 ədəd söyüd və 35 ədəd qovaq ağaclarını kəsdiyini bildirdiyini, bununla bağlı izahatlar alındığını və müvafiq akt tərtib olunduğunu, müvafiq sənədləşmələr aparıldıqdan sonra bu barədə idarə rəhbərliyinə məlumat verildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində aparıcı məsləhətçi müfəttiş vəzifəsində işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumatla əlaqədar xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Pirəyir kəndi ərazisində özünə məxsus pay torpaq sahəsinə onun, Təqsirləndirilən şəxs, Bərdə RMTM-in Ağdaş meşəbəyliyi üzrə meşə əkin mühəndisi Şahid2 və Kotanarx bələdiyyəsinin sədri ilə baxış keçirildiyini, baxış zamanı 210 ədəd qovaq və söyüd ağaclarının kəsilməsinin müəyyən edildiyini, lakin həmin zaman Təqsirləndirilən şəxs 25 ədəd söyüd və 35 ədəd qovaq ağaclarını kəsdiyini bildirdiyini, kəsilən digər ağaclardan xəbərinin olmadığını bildirdiyini, baxış keçirilməsi barədə protokol tərtib edildiyini və həmin protokolun imzalanaraq təsdiq edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid Bərdə RMTM-in Ağdaş meşəbəyliyi üzrə meşə əkin mühəndisi Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində Ağdaş rayon Kotanarx bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Kotanarx bələdiyyəsinin tərkibinə Nehrəxəlil, Cardam və Kotanarx kəndləri ərazisində olan torpaqların daxil olduğunu, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məlumatla tanış olduğunu, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşadığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Təqsirləndirilən şəxs Nehrəxəlil kəndi ərazisində özünə məxsus təxminən 5 ha pay torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsində özünün bağ sahəsi saldığını, Təqsirləndirilən şəxs özünə məxsus olan pay torpaq sahəsinin kənarlarına rəhmətlik atası ilə birlikdə söyüd və qovaq ağacları əkdiklərini, təxminən 2021-ci ilin oktyabr ayının ortalarında Bəhərçinin bələdiyyəyə müraciət edərək pay torpaq sahəsinin kənarında olan ağacların təhlükə yaratdığı üçün kəsmək istəməsini bildirdiyini, özünün də bu barədə rəy verə bilmədiyini, Bakı şəhərində yerləşən Ekologiya ekspertiza mərkəzinə müraciət edərək bu barədə məlumat verdiyini, həmin idarədən təxminən 2-3 ay sonra ona cavab gəldiyini, həmin cavabda həmin ağacların kəsilməsinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə mümkün olduğunu bildirdiyini, bundan sonra bu barədə Bəhərçinə bildirdiyini, lakin sonradan Bəhərçinin ağacları kəsib kəsməməsi barədə məlumatı olmadığını, xx.xx.2022-ci il tarixdə Ağdaş rayon prokurorluğunun əməkdaşı Zaur Əliyevin ona məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq ağac kəsməsi barədə bildirdiyini, özünün də bu barədə məlumatının olmadığını bildirdiyini, daha sonra Zaur müəllimin, 8 saylı RETS-in müfəttişi Şahid1, özünün və Təqsirləndirilən şəxs iştirakı ilə həmin ağacların kəsildiyi yerə baxış keçirildiyini, baxış zamanı 210 ədəd qovaq və söyüd ağaclarının kəsilməsinin müəyyən edildiyini, lakin həmin zaman Bəhərçinin 25 ədəd söyüd və 35 ədəd qovaq ağaclarını kəsdiyini bildirdiyini, kəsilən digər ağaclardan xəbərinin olmadığını bildirdiyini, baxış keçirilməsi barədə protokol tərtib edildiyini və həmin protokolun tərəflərindən imzalanaraq təsdiq edildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2006-cı ildən xx.xx.2022-ci il tarixədk 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparıcı məsləhətçi vəzifəsində işlədiyini, lakin sonradan həmin idarədən işdən çıxarıldığını, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kənd sakini kimi tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavətin olmadığını, Təqsirləndirilən şəxs ona özünə məxsus Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən pay torpaq sahəsindən ağacların kəsilməsi barədə məlumat vermədiyini, əslində özünün bu barədə idarəyə məlumat verməli olduğunu, çünki həmin yerə gedən işçinin idarənin rəisnin göstərişi əsasında rəsmi olaraq getməli olduğunu, qeyri-qanuni heç bir işçi həmin yerə gedə bilmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kənd sakini kimi tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavətin olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndində və Ağdaş rayonu, Pirəyir kəndində torpaq sahələrinin olduğunu, həmin kəndlərdə yerləşən torpaq sahələrinin bir-biriləri ilə həmsərhəd yerləşdiyini, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən torpaq sahəsinin əvvəllər Pirəyir kənd camaatının örüş torpaq sahəsi olduğunu, lakin sonradan həmin torpaq sahələrinin Bəhərçinə verildiyini, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən torpaq sahələrinin kənarlarına əkilmiş ağacları kəsdiyini gördüyünü, həmin ağacların qanunsuz kəsildiyini fikirləşdiyi üçün həmin ağacların kəsilməsini videoçəkiliş vasitəsi ilə qeyd aldığını, həmçinin həmin yerlərə baxan zaman Təqsirləndirilən şəxs ümumilikdə 210 ədəd ağacları kəsdiyini gördüyünü, Təqsirləndirilən şəxs Pirəyir kənd camaatına məxsus örüş torpaq sahəsindən istifadə etdiyi üçün onun barəsində kənd camaatı ilə birlikdə Ağdaş rayon İcra hakimiyyətinin başçısına ərizə yazan zaman həmin videogörüntünü də diskə köçürərək ərizəyə əlavə etdiyini, lakin sonradan müraciətlərinə baxılaraq həmin ərazilərin çıxarışlar əsasında Təqsirləndirilən şəxs istifadəsinə verilməsinə aydınlıq gətirildiyini, həmçinin xx.xx.2022-ci il tarixdə 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən də həmin əraziyə baxış keçirildiyini və özü nündə həmin baxışda iştirak etdiyini, baxış zamanı da Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən torpaq sahələrinin kənarlarından 210 ədəd ağacların kəsilməsinin müəyyən edildiyini, Bəhərçini ağacları kəsən zaman gördüyünü, Təqsirləndirilən şəxs həmin ərazidən onun tək 210 ədəd ağacları kəsdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kənd sakini kimi tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavətin olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndində və Ağdaş rayonu, Pirəyir kəndində torpaq sahələri olduğunu, həmin kəndlərdə yerləşən torpaq sahələrinin bir-biriləri ilə həmsərhəd yerləşdiyini, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən torpaq sahəsinin əvvəllər Pirəyir kənd camaatının örüş torpaq sahəsi olduğunu, lakin sonradan həmin torpaq sahələrinin Bəhərçinə verildiyini, 2022-ci ilin fevral ayı ərzində həmin əraziyə yaxın yerlərdə heyvan otaran zaman Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən torpaq sahələrinin kənarlarına əkilmiş ağacları kəsdiyini gördüyünü, lakin həmin torpaq sahələrinin onun özünə məxsus olduğu üçün bu barədə nə ona, nə də ki, heç kimə məlumat vermədiyini, daha sonra bu barədə xx.xx.2022-ci il tarixdə 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən də həmin əraziyə baxış keçirilən zaman həmin baxışda özünün də iştirak etdiyini, baxış zamanı da Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən torpaq sahələrinin kənarlarından 210 ədəd ağacları kəsməsinin müəyyən edildiyini, Bəhərçini ağacları kəsən zaman gördüyünü bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs Ağdaş rayon Nehrəxəlil kənd sakini kimi tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayon Nehrəxəlil kəndində və Ağdaş rayon Pirəyir kəndində torpaq sahələri olduğunu, həmin kəndlərdə yerləşən torpaq sahələrinin bir birləri ilə həmsərhəd yerləşdiyini, Təqsirləndirilən şəxs Ağdaş rayonu Pirəyir kəndi ərazisində yerləşən torpaq sahəsinin əvvəllər Pirəyir kənd camaatının örüş torpaq sahəsi olduğunu, lakin sonradan həmin torpaq sahələrinin Bəhərçinə verildiyini, 2022-ci ilin fevral ayı ərzində həmin əraziyə yaxın yerlərdə heyvan otaran zaman Təqsirləndirilən şəxs Ağdaş rayon Nehrəxəlil kəndi ərazisində yerləşən torpaq sahələrinin kənarlarına əkilmiş ağacları kəsdiyini gördüyünü, lakin həmin torpaq sahələrinin onun özünə məxsus olduğu üçün bu barədə nə ona, nədə ki, heç kimə məlumat vermədiyini, daha sonra bu barədə xx.xx.2022-ci il tarixdə 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən də həmin əraziyə baxış keçirilən zaman həmin baxışda özünün də iştirak etdiyini, baxış zamanı da Təqsirləndirilən şəxs Ağdaş rayon Nehrəxəlil kəndi ərazisində yerləşən torpaq sahələrinin kənarlarından 210 ədəd ağacları kəsməsinin müəyyən edildiyini, Bəhərçini ağacları kəsən zaman gördüyünü, həmin zamanlar onun tək olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kənd sakini kimi tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavətin olmadığını, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndində və Ağdaş rayonu, Pirəyir kəndində torpaq sahələri olduğunu, həmin kəndlərdə yerləşən torpaq sahələrinin bir-biriləri ilə həmsərhəd yerləşdiyini, Ağdaş rayonu, Pirəyir kəndi ərazisində yerləşən torpaq sahəsinin əvvəllər Pirəyir kənd camaatının örüş torpaq sahəsi olduğunu, lakin sonradan həmin torpaq sahələrinin Bəhərçinə verildiyini, 2022-ci ilin fevral ayı ərzində həmin əraziyə yaxın yerlərdə heyvan otaran zaman Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən torpaq sahələrinin kənarlarına əkilmiş ağacları kəsdiyini gördüyünü, lakin həmin torpaq sahələrinin onun özünə məxsus olduğu üçün bu barədə nə ona, nə də ki, heç kimə məlumat vermədiyini, daha sonra bu barədə xx.xx.2022-ci il tarixdə 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən də həmin əraziyə baxış keçirilən zaman həmin baxışda özünün də iştirak etdiyini, baxış zamanı da Təqsirləndirilən şəxs Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən torpaq sahələrinin kənarlarından 210 ədəd ağacları kəsməsinin müəyyən edildiyini, Bəhərçini ağacları kəsən zaman gördüyünü bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Pirəyir kəndinə yerləşən 2,20 hektar torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Pirəyir kəndinə yerləşən 4,1065 hektar torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Pirəyir kəndinə yerləşən 9,5935 hektar torpaq sahəsi Təqsirləndirilən şəxs mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 99 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış zamanı həmin 1 ədəd diskin içərisində Təqsirləndirilən şəxs məxsus torpaq sahəsinin kənarında olan ağacların kəsilməsi ilə əlaqədar olan 1 ədəd videogörüntü olması müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-bioloji və əmtəəşünaslıq ekspertizalarının 12 may 2022ci il tarixli, 7/439 və 9/3194 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş Ağdaş rayonu Pirəyir kənd ərazisində yerləşən 210 ədəd müxtəlif diametrli 21 sm olan qovaq, 4 ədəd dimaterləri 20 sm olan qovaq, 8 ədəd diametrli 19sm olan qovaq, 1 ədəd diametrləri 12 sm olan qovaq, 1 ədəd dimateri 25sm olan qovaq, 1 ədəd dimateri 29sm olan qovaq, 6 ədəd dimateri 16sm olan qovaq, 1 ədəd dimateri 24,5sm olan qovaq, 1 ədəd dimateri 14.5sm olan qovaq, 1 ədəd dimateri 19.5sm olan qovaq, 1 ədəd dimateri 18sm olan söyüd, 1 ədəd diamteri 10,5sm olan qovaq, 1 ədəd dimateri 24sm olan qovaq, 1 ədəd dimateri 11,5sm olan qovaq, 1 ədəd dimateri 22sm olan qovaq, 1 ədəd dimateri 35sm olan qovaq, 1 ədəd dimateri 8sm olan qovaq, 1 ədəd dimateri 14sm olan qovaq, 1 ədəd dimateri 30sm olan qovaq, 1 ədəd dimateri 45sm olan söyüd, 3 ədəd dimateri 17 sm olan qovaq cinsindən olan ümumi sayı cəmi 39 ədəd ağaclar kök üstə yaş vəziyyətdə kəsilmişdir. Qalan müxtəlif diametrli ağaclar kök üstə qurumuş vəziyyətdə kəsilmişdir. Rəyin bioloji tədqiqat hissəsində göstərilən məlumata və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına əsasən 39 ədəd müxtəlif diametrli ağacların qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği nəzəri qaydada 7620,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-22/2- 831/2023 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 mart 2023-cü il tarixli 5-32-12/2-143/2023 saylı arayışdan görünür ki, X2 şəhərində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Nehrəxəlil kəndi ünvanında yaşamaqla ailə tərkibi arvadı -1977-ci il təvəllüdlü X3, oğulları - 1995-ci il təvəllüdlü X4, 2001-ci il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 11:30-da tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq 39 ədəd köküstə yaş halda ağacları kəsməsi nəticəsində təbiətə vurduğu 7620 manat pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi xahiş edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" ASC ödəniş terminalına məxsus 31643 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən mülki iddia üzrə tələb olunan 7620 manat ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən etiraf edilməsə də, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinə əsasən külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, dəymiş zərəri tamamilə ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində bir azyaşlı uşağın olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunmalı, təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Mülki iddia üzrə tələb olunan məbləğ tamamilə ödənildiyindən və hazırda mülki iddia üzrə cavabdehin mülki iddiaçı qarşısında öhdəliyi qalmadığından təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 7000 (yeddi min) manat cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Mülki iddia təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar