Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-115/2021 13.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X8 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X2 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, 29.05.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 13 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 22.05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.03.2020-ci ildə Şəki rayon məhkəməsinin qərarı ilə 04 ay 23 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən Ağdaş rayon məhkəməsinin 27.04.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edlmiş, hər iki hökmə əsasən məhkumluğu ödənilmədən və ya götürülmədən, 2021-ci ilin may ayının axırlarında istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə 2.512 qram və iki ədəd kağız bükümdə 0.012, 0.010 qram olmaqla ümumi təmiz çəkisi 2,534 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini, bir ədəd kağız bükümdə 3.857 qram kustar üsulla hazırlanmış tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə 27 may 2021-ci il tarixdə saat 19-09 radələrində ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında onun üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs oğlu məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, sonuncu dəfə 2020-ci ilin mart ayında 4 ay 26 gün şərti azadlığa buraxıldığını, 27.05.2021-ci il tarixdə təxminən saat 18-20 radələrində Ağdaş rayonu Aşağı Zeynəddin kəndində yolun kənarında dayanıb Mingəçevir şəhərinə getmək üçün marşrut gözlədiyini, həmin vaxt polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd kibrit qutusu, arxa sağ cibindən bir ədəd sellofan paket, arxa sol cibindən 01 ədəd “Nokia” markalı telefon və sağ qabaq cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, üzərindən aşkar edilmiş sellofan paket açılan zaman içərisindən 01 ədəd boş şpris, 02 ədəd istifadə edilmiş ampula və 01 paket limon duzu aşkar edildiyini, üzərindən aşkar edilmiş kibrit qutusu açılan zaman içərisindən 02 ədəd sellofan büküm (biri böyük, biri kiçik) və 01 ədəd ampula aşkar edildiyini, həmin ampula açılan zaman içərisindən qəhvəyi rəngə boyanmış pambıq aşkar edildiyini, daha sonra böyük sellofan büküm açıldığını və içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə aşkar edildiyini, kiçik sellofan büküm açılan zaman içərisindən 03 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, daha sonra həmin bükümlərin elektron tərəzidə çəkildiyini və böyük sellofan bükümün çəkisinin 3,06 qram, kağız bükümlərin çəkiləri isə müvafiq olaraq 0,04 qram, 0, 04 qram və 0,03 qram olduğunu, daha sonra isə şalvarının sağ cibindən aşkar edilmiş sellofan büküm açıldığını və içərisindən kağız büküm aşkar edildiyini, həmin kağız büküm açılan zaman isə içərisindən qara rəngli maddə aşkar edildiyini, həmin maddənin elektron tərəzidə çəkilən zaman çəkisinin 4,41 qram olduğunu, həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm, 04 ədəd kağız büküm və 01 ədəd ampula zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özü və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşkar edilmiş narkotik vasitələri 27.05.2021-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində yolun kənarından tapdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, narkotik vasitələrdən istifadə etdiyini, metamfetamin və tiryəkdən istifadə etdiyini, ağrıları çox olanda və ya həmin narkotik vasitələrin təsir etməyəndə heroindən istifadə etdiyini göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Ağdaş rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 27.05.2021-ci il tarixdə Mingəçevir şəhəri Nizami prospekti ev 16, mənzil 15-də qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 18:20 radələrində CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə Ruslanı Ağdaş rayonu Aşağı Zeynəddin kəndində yolun kənarında dayanıb Mingəçevir şəhərinə getmək üçün marşurut gözlədiyini gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Ruslanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ruslanın əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd kibrit qutusu, arxa sağ cibindən bir ədəd sellofan paket, arxa sol cibindən 01 ədəd “Nokia” markalı telefon və sağ qabaq cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, Ruslanın üzərindən aşkar edilmiş sellofan paket açılan zaman içərisindən 01 ədəd boş şpris, 02 ədəd istifadə edilmiş ampula və 01 paket limon duzu aşkar edildiyini, aşkar edilmiş kibrit qutusu açılan zaman içərisindən 02 ədəd sellofan büküm (biri böyük, biri kiçik) və 01 ədəd ampula aşkar edildiyini, həmin ampula açılan zaman içərisindən qəhvəyi rəngə boyanmış pambıq aşkar edildiyini, daha sonra böyük sellofan büküm açıldığını və içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə aşkar edildiyini, kiçik sellofan büküm açılan zaman içərisindən 03 ədəd kağız büküm aşkar edildiyini, həmin kağız bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edildiyini, daha sonra həmin bükümlərin elektron tərəzidə çəkildiyini və böyük sellofan bükümün çəkisinin 3,06 qram, kağız bükümlərin çəkiləri isə müvafiq olaraq 0,04 qram, 0, 04 qram və 0,03 qram olduğunu, daha sonra isə Ruslanın şalvarının sağ cibindən aşkar edilmiş sellofan büküm açıldığını və içərisindən kağız büküm aşkar edildiyini, həmin kağız büküm açılan zaman isə içərisindən qara rəngli maddə aşkar edildiyini, həmin maddənin elektron tərəzidə çəkilən zaman çəkisinin 4,41 qram olduğunu, Ruslanın həmin maddələrin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm, 04 ədəd kağız büküm və 01 ədəd ampula zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs özünün deməsinə görə həmin narkotik maddələri 27.05.2021-ci il tarixdə Ağdaş rayonu Aşağı Zeynəddin kəndində yolun kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olub-olmaması barədə RPŞ-nə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 27 may 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 19:09-dan saat 19:25-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol cibindən 01 ədəd kibrit qutusu, arxa sağ cibindən bir ədəd sellofan paket, arxa sol cibindən 01 ədəd “Nokia” markalı telefon və sağ qabaq cibindən 01 ədəd sellofan büküm aşkar edilmiş, üzərindən aşkar edilmiş sellofan paket açılan zaman içərisindən 01 ədəd boş şpris, 02 ədəd istifadə edilmiş ampula və 01 paket limon duzu aşkar edilmiş, üzərindən aşkar edilmiş kibrit qutusu açılan zaman içərisindən 02 ədəd sellofan büküm (biri böyük, biri kiçik) və 01 ədəd ampula aşkar edilmiş, həmin ampula açılan zaman içərisindən qəhvəyi rəngə boyanmış pambıq aşkar edilmiş, daha sonra böyük sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli toz və kristal halında maddə aşkar edilmiş, kiçik sellofan büküm açılan zaman içərisindən 03 ədəd kağız büküm aşkar edilmiş, həmin kağız bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar edilmiş, daha sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş və böyük sellofan bükümün çəkisinin 3,06 qram, kağız bükümlərin çəkiləri isə müvafiq olaraq 0,04 qram, 0, 04 qram və 0,03 qram olmuş, daha sonra isə şalvarının sağ cibindən aşkar edilmiş sellofan büküm açılmış və içərisindən kağız büküm aşkar edilmiş, həmin kağız büküm açılan zaman isə içərisindən qara rəngli maddə aşkar erdilmiş, həmin maddə elektron tərəzidə çəkilən zaman çəkisi 4,41 qram olmuş, üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm, 04 ədəd kağız büküm və 01 ədəd ampula zərfə qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, zərfin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 28 may 2021-ci il tarixli 17/381 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki : -02 (iki ) ədəd qara-ağ rəngli kağız bükümlərdə, ayrı ayrılıqda təmiz çəkiləri -0,012 qram və 0,010 qram, ümumi təmiz çəkiləri -0,022 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,005 qram olan maddə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotop maddələrin siyahısına” (İ siyahı, İİ bənd, sıra 27) daxil olan metamfetamindir. -01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi -2,512 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi -3,857 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. -01 (bir) ədəd şüşə flakonda və onun içərisindəki pambıqda olan maddə hissəcikləri-heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 03.08.2021-ci il tarixli 904 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-42/2018 saylı 22 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respubilkasının CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə, ona təyin olunmuş cəzadan 04 ay 23 gün əvvəl şərti azad olunmuş, həmçinin Ağdaş Rayon Məhkəməsinin 1(014)-26/2021 saylı, 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Migəçevir şəhəri 4 №-li Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Migəçevir şəhəri 4 saylı Mənzil İstismar Sahəsinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Migəçevir şəhəri 4 №-li Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli 34 saylı arayışından görünür ki, Hacıyev X1 şəhəri, Nizami küçəsi 16№li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X9-anası; X7-həyat yoldaşı, 24.07.2017-ci il təvəllüdlü X3 və 30.01.2012-ci təvəllüdlü X4r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 may 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 18:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Eynur Babayevin 02 avqust 2021-ci il tarixli 138453/3-3 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-26/2021 saylı 27.04.2021-ci il tarixli hökmü üzrə 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-26/2021 saylı 27.04.2021-ci il tarixli hökmü üzrə 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası icra olunmamış qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin, tiryək və metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi heroin 0,15 qram, tiryək 0.5 qram və metamfetamin 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin, tiryəkin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs oğlunun ittihamda qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetir, cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad etmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirləndirilən şəxsin şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri, məişətdə davranışı, məhkumluğu aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi CM-nin 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs oğlunun əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivini yaratmışdır ki, məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzalarını çəkir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin cəzaya AR CM-nin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 27 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 2,474 qram heroin, 3,807 qram tiryək və 0,002 qram metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi Abdulhüsen oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi Abdulhüsen oğlunun məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesablanmaqla 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulsun. Həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 27 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 2,474 qram heroin, 3,807 qram tiryək və 0,002 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: N.M.Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-115/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-115/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver