Məhkəmə qərarları › İş №1(014)-115/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-115/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-115/2022 30.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1961-ci ildə Ağdaş rayonu Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində 30 noyabr 2022-ci il tarixdə, saat 11:20-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 2022-ci ilin aprel ayının sonlarında Ağdaş rayonu Qolqəti kəndində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq xeyli miqdarda, yəni 08 ədəd narkotik tərkibli çətənə bitkisini əkib, aqrotexniki qaydada qulluq edərək yetişdirməkə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 12:43-dən 13:40-dək Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində əkib aqrotexniki qaydada qulluq edərək kultivasiya etməklə yetişdirdiyi 08 ədəd torpaq sahədə olan, ümumi çəkiləri 12 kq 900 qram narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində, hal hazırda idarə etdiyi KAMAZ markalı yük avtomobillə Ağdaş, Yevlax rayonlarına və Mingəçevir şəhərərinə yük daşıyaraq maddi təlabatını ödədiyini, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə etdiyini, 2022-ci ilin aprel ayının axırlarında yaşadığı Ağdaş rayon Qolqəti kəndində yerləşən evin həyətində narkotik tərkibli çətənə bitkisinin toxumlarını özü istifadə etmək üçün əkdiyini, həmin əkdiyi toxumlardan 08 ədəd narkotik tərkibli çətənə kolları bitdiyini bildirmişdir. Ağdaş rayon Qolqəti kəndində yerləşən yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli çətənə kollarına əkdiyi vaxtdan bu vaxta kimi, həfdədə 3-4 dəfə suvarmış, qulluq etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 12:35 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitmiş, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim edib onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söyləmiş, özü də, həmin vaxt onlara həqiqətən də yaşdığı evin həyətində narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu söyləmişdir. Daha sonra yaşadığı evin həyətinə aqronom və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətindən 08 ədəd yerə, torpağa əkib becərdiyi narkotik tərkibli kolları polis əməkdaşlarına göstərmiş, daha sonra yaşadığı evin həyətindən aşkar edilmiş narkotik tərkibli kollar kökündən çıxardılmış və hündürlükləri ölçülmüş, ən kiçik bitkinin hündürlüyü 190 sm, ən böyüyünün isə hündürlüyü 330 sm olmuş, daha sonra həmin bitkilər torbaya qablaşdırılmış, daha sonra torbanın üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulmuş və zərfin üzərinə imza etmişlər. Baxış zamanı video çəkilişdən istifadə edilmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etmişlər. Daha sonra onu Ağdaş RPŞ-nə dəvət etmişlər və Ağdaş RPŞ-də onun dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edilmiş, özü də Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək dövlət tərərfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etmiş, daha sonra şübhəli şəxs kimi tutulmuşdur. Yaşadığı evin həyətindən aşkar edilmiş 08 ədəd yerə, torpağa əkdiyi narkotik tərkibli bitki kollarını 2022-ci ilin aprel ayının axırlarında şəxsi istifadəsi üçün əkmiş, narkotik tərkibli kolların toxumların özü əvvəllər istifadə etdiyi qurudulmuş marixuananın içərisindən yığaraq saxlamış və həmin toxumlarıda torpağa əkmiş, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Mobil telefondan və mobil nömrədən istifadə etmir, onu polis əməkdaşları saxlayarkən ona hər hansı bir fiziki və psixoloji təsir göstərilməmiş, həmin vaxt müdafiəçisi də yanında olmuş və törətdiyi əməldən peşman olduğunu göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində yaşayan xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi barədə RPŞ-nə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunmuş və özü tərəfindən müvafiq sənədləşmələr aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmiş, həmin zaman saat 12:35 radələri olmuşdur. Həyət qapısından Nasiri çağırmışlar və Nasirin yaşadığı evin həyət qapısından çölə çıxan zaman ona həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Nasirin də buna heç bir etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aqranom Arif Səmədov və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Nasirin yaşadığı evin həyətyanı sahəsində 08 ədəd torpaqda əkilmiş vəziyətdə olan çətənə kollarını aşkar edilmiş. Həmin vaxt X9 çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada quluq edilməsi barədə rəy vermiş. Daha sonra 08 ədəd çətənə bitkiləri kökündən çıxarılmış və hündürlükləri ölçülmüş, bitkilərin hündürlüklərinin ən kiçiyinin 190 sm, ən hündürünün isə 330 sm olmuşdur. Bundan sonra aşkar edilmiş 08 ədəd çətənə bitkiləri sellofan torbaya qablaşdırılaraq üzərinə möhür vurulmuş, Nasir və digər iştirakçılar sellofan torbanın üzərinə imza etmiş, baxış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Daha sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, Nasir və digər iştirakçılar heç bir etirazları olmadığı üçün protokolu imzalamışlar. Daha sonra Nasirə Ağdaş RPŞ-də dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edilmiş, Nasirin də Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək dövlət tərərfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən cəmi 08 ədəd narkotik tərkibli bitkilər aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid X4 ifadəsində göstərmişdir ki, o, X10 sertifikatlaşdırma Labaratoriyasında baş aqranom işləyir. xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində qeydiyyatda olan, xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitələri əkməkdə şübhəli olduğunu və onun evinin həyətinə baxış keçirilməsində mütəxəsis kimi iştirak etməyimi xahiş etmiş, özü də etiraz etməmiş və bundan sonra ona hüquqları ona izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirmək üçün Ağdaş rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmiş, həmin zaman saat 12:35 radələri olmuşdur. Həyət qapısından Nasiri çağırmış və Nasir yaşadığı evin həyət qapısına çıxmışdır. Polis əməkdaşları Nasirə həyətində narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi barədə məlumat olduğunu və həyətinə baxış keçirmək istədiklərini bildirmiş, Nasir də buna heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə onun və digər polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Nasirin yaşadığı evin arxa tərəfindən 08 ədəd torpaqda əkilmiş vəziyətdə olan çətənə kollarını aşkar edilmiş, həmin vaxt onun tərəfindən çətənə bitkisinin kollarına baxış keçirərək həmin çətənə kollarına aqrotexniki qaydada quluq edilməsi barədə rəy vermişdir. Daha sonra 08 ədəd çətənə bitkiləri kökündən çıxarılmış və hündürlükləri ölçülmüş, bitkilərin hündürlükləri ən kiçiyinin 190 sm, ən hündürünün isə 330 sm olmuş, bundan sonra aşkar edilmiş 08 ədəd çətənə bitkiləri sellofan torbaya qablaşdırılaraq üzərinə möhür vurulmuşdur. Nasir və digər iştirakçılar sellofan torbanın üzərinə imza etdimişlər. Baxış videoçəkiliş vasitəsi ilə aparılmış, daha sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, Nasir və digər iştirakçılar heç bir etirazları olmadığı üçün protokolu imzaladığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/648 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş 08 ədəd...” sözləri yazılmış 04 ədəd polietilen sintetik kisənin içərisindəki, uzunluqları 190 sm-dən 330 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri – 12 kiloqram 900,0 qram olan 08 (səkkiz) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aqronom rəyinə əsasən 8(səkkiz) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 1xx.xx.2022-ci il tarixli 1376 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabioniddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Ağdaş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli №PHŞ/6.22-2-2022-640 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndində yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 29 sentyabr 2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayonu, Qolqəti kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 sentyabr 2022-ci il tarixli 190 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qolqəti kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: həyat yoldaşı- X2 və 1994cü il təvəllüdlü X1r. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayon, Qolqəti kəndindəki evinin həyətyanı sahəsində torpaqda əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 08 ədəd xeyli miqdarda, ümumi təmiz çəkisi 12 kq 900 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda qanunsuz olaraq 2022-ci ilin aprel ayının sonlarında əkib becərərək aqrotexniki qaydada qulluq edərək yetişdirib kultivasiya etməklə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan 12 kq 899,60 qram çəkidə 08 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 21 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 21 saat hüquqi xidmətə görə 126 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:30-dan 06:00-dək Ağdaş rayonu Qolqəti kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan bir ədəd sintetik kisədə olan təmiz çəkisi tədqiqata sərf edildikdən sonar qalıq qalan 12 kq 899,60 qram çəkidə 08 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 21 saat hüquqi xidmətə görə 126 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar