Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-116/2021 21.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X5, onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx.xx.1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, Ağdaş RMX-sı publik hüquqi şəxsdə dəstək xidmətləri şöbəsində təhlükəsizlik bölməsində nəzarətçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 18.05.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1988-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 18.05.2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 dekabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 02.05.2021-ci il tarixdə saat 21:30 radələrində Ağdaş şəhəri M.P.Vaqif küçəsi 2/21/11-də yaşayan 22.06.1992-ci il təvəllüdlü X14 və ünvan 2 ünvanında yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə sonuncunun idarə etdiyi VAZ 2109 markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında yaşayan xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi BMW markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin heroin satmamaq barədə xəbərdarlıq etmək üçün qarşısını kəsmiş, daha sonra Zərərçəkmiş şəxs avtomobilindən düşərək onlara yaxınlaşmış, bundan sonra Vüsala “ avtomobilə əyləş, səninlə işimiz var” deyib Vüsalı Təqsirləndirilən şəxs2 avtomobilinə əyləşdirərək sonuncu ilə birlikdə Ağdaş rayonu Şıxlı kənd ərazisində yerləşən Şıxlı kafesinin qarşısına apararaq, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək, orada davranışı ilə özünü ətrafda olan şəxslərə qarşı qoyub onlara münasibətdə laqeydliyini və etinasızlığını nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə döyməklə başın sol ənsə nahiyəsinin yarası, sol bazunun aşağı 1/3-nin bayır səthinin qançırı ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozaraq şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 221.2.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 02.05.2021-ci il tarixdə saat 21:30 radələrində Ağdaş şəhəri M.P.Vaqif küçəsi 2/21/11-də yaşayan 22.06.1992-ci il təvəllüdlü X14 və ünvan 4 ünvanında yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə özünün idarə etdiyi VAZ 2109 markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanında yaşayan xx.xx.1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi BMW markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobilinin heroin satmamaq barədə xəbərdarlıq etmək üçün qarşısını kəsmiş, daha sonra Zərərçəkmiş şəxs avtomobilindən düşərək onlara yaxınlaşmış, bundan sonra Vüsala “avtomobilə əyləş, səninlə işimiz var” deyib Vüsalı öz avtomobilinə əyləşdirərək Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağdaş rayonu Şıxlı kənd ərazisində yerləşən Şıxlı kafesinin qarşısına apararaq, Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək orada davranışı ilə özünü ətrafda olan şəxslərə qarşı qoyub onlara münasibətdə laqeydliyini və etinasızlığını nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əlləri və ayaqları ilə döyməklə başın sol ənsə nahiyəsinin yarası, sol bazunun aşağı 1/3-nin bayır səthinin qançırı ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozaraq şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş X5 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində əvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyi olmdığını, ailəli olduğunu və bir azyaşlı övladının olduğunu, Ağdaş RMX-da təhlükəsizlik xidmətində nəzarətçi vəzifəsində işlədiyini, arada bir narkotik vasitə olan qurudulumuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitə olan marixuana və digər güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını, Zərərçəkmiş şəxs tanıdığını, onun narkotik vasitə olan “Kokos” və “Şüşə” adlanan maddələrin satışı ilə məşğul olduğunu, əvvəllər özü, Ağdaş şəhər sakinləri X14, Şahid2, Təqsirləndirilən şəxs2 və Şahid3 ilə birlikdə Vüsalı Ağdaş şəhərində görüb ona “Ağdaş şəhərində azyaşlılara narkotik vasitə olan “Kokos” və “Şüşə” satırsan, bu da rayonda gənclərə pis təsir edir, gənclərin həyatı pozulur, belə hərəkətlərdən əl çək, bizim də övladlarımız var, gələcəkdə bizim övladlarımız da sənin belə etdiyin hərəkətlər onlara təsir edəcəkdir” dediyini, buna baxmayaraq Vüsal öz hərəkətlərinə davam etdiyini, 02.05.2021-ci il tarixdə saat təxminən 21:30 radələrində Fizuliyə məxsus VAZ 2109 markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhəri M.İsayev küçəsi ilə üzü H.Əliyev prospektinə tərəf gəldiklərini, həmin vaxt avtomobildə özü, Fizuli və X3 başqa heç kimin olmadığını, Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri M.İsayev küçəsindən “Qaz İdarəsi” adlanan binanın həyətinə daxil olduğunu, həmin vaxt onun avtomobilində qabaqda Müşfiq adlı şəxsin də əyləşdiyini, arxada isə kim əyləşməsini bilmədiklərini, çünkü avtomobilin arxa şüşələrinin qara rəngli olduğu üçün görsənmədiyini, bu vaxt Fizulinin avtomobilinin həmin binanın həyətinə digər hissədən giriş tərəfə sürdüyünü və onları qarşıladıqlarını, həmin vaxt Vüsalın avtomobilinin gəldiyini gördüklərini, Fizulinin avtomoilbini Vüsalın avtomobilinin qarşısına verib saxladığını, həmin zaman Elcan və özünün avtomobildən düşdüklərini, Fizulinin isə həmin zaman avtomobildə qaldığını, avtomobildən yerə düşən kimi Vüsalın da öz avtomobilindən yerə düşdüyünü, Vüsalın yanına yaxınlaşdıqlarını və ona “sənə bir dəfə xəbərdarlıq etmişik ki, narkotik vasitə satma, lakin sən yenə də öz hərəkətinə davam edirsən” dediklərini, bu zaman Elcan və özünün Vüsalı gətirib Fizulinin avtomobilinə əyləşdirdiklərini, həmin zaman Elcanın da həmin yerdə qaldığını, daha sonra Fizuli avtomobili çevirib üzü Ağdaş rayon Şıxlı kənd istiqamətinə getdiklərini, Elcanın da Vüsalın avtomobilini həmin yerdən götürüb Ağdaş rayon Dəhnə kənd istiqamətinə getdiyini sonradan bildiklərini, Vüsalı Ağdaş rayon Şıxlı kəndində ərazisində yerləşən yeməkxananın qarşısına apardıqlarını, orada Fizulinin avtomobilindən yerə düşdüklərini, həmçinin Vüsalı da avtomobildən yerə düşürtdüklərini, Vüsala yenə də “nə üçün sən “Kokos” və “Şüşə” satırsan” dediklərini, Vüsalın da onlara “narkotik vasitə olan “Kokos” və “Şüşə” satmışam və bir daha satmayacam” dediyini, həmin vaxt özlərindən başqa orada tanımadıqları Ağdaş şəhər sakinlərinin təxminən 30-40 nəfərə yaxın şəxslərin olduğunu, orada Vüsalı kimin vurduğunu bilmədiyini, həmçinin Vüsalı kiminsə Ağdaş şəhərinə gətirdiyini bilmədiyini, sonradan Vüsalın avtomobili haradan götürməyindən də xəbəri olmadığını, Vüsalı vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, 08.05.2021-ci il tarixdə Vüsalın və onun anası RPŞ-nə ərizə ilə müraciət edərək onlaran Vüsalı döydüklərini, həmçinin də Vüsalın avtomobilini qaçırdıqlarını bildirdiyini özünün sonradan bildiyini, Vüsal narkotik vasitənin üzərində saxlanılması barədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən tutulduğunu eşitdiyini, özünün Vüsalı vurmadığını, onu kimin vurmasını bilmədiyini, həmçinin onun avtomobilini qaçırmadığını, 02.05.2021-ci il tarixdə Vüsalın avtomobilində qabaqda Ağdaş şəhər sakini Müşfiq adlı şəxsin əyləşməsini gördüklərini, Müşfiqin də narkotik vasitədən istifadə etdiyini bildiklərini, bu səbəblə də Vüsalın Müşfiq adlı şəxsə narkotik vasitə satmaq istədiyini başa düşdüklərini, buna görə də onun avtomobilinin qarşısını kəsdiklərini, həmin zaman Vüsal özünün avtomobildən yerə düşdüyünü, Vüsalın onlara “avtomobildə arxada ailə var” dediklərini, ona “avtomobilə əyləş” dediklərini, həmin zaman Vüsalın da onlara “başqa vaxt söhbət edərik” dediyini, bundan sonra Vüsala “avtomobilə əyləş” dediklərini və onu avtomobiliə əyləşdirdiklərini, həmin zaman Elcanın həmin yerdə qaldığını, ümumiyyətlə Vüsala həmin vaxt heç bir hərəkət etmədiklərini, Vüsalı da aparmaqda məqsədlərinin onu döymək olmadığını, sonra da Elcanın Vüsalın avtomobilini götürüb apardığını, ümumiyyətlə Vüsala qarşı heç bir xuliqanlıq hərəkəti etmədiklərini, ümumiyyətlə əvvəlcədən Vüsalı döymək fikirlərinin olmadığını, Vüsalın avtomobilinin qarşısını kəsdikdən sonra onu avtomobilə mindirməkdə məqsədlərinin onu aparıb əvvəlki kimi sözlə narkotik vasitə satmamasını başa salmaq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs X1 sözündə ona ittihamla elan olunmuş əməli tam etiraf edərək ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ondan heş bir şikayət və tələbinin olmmasını və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində əvvəllər məhkum olunmadığını, heç bir ruhiəsəb və s. xəstəliyi olmadığını, ailəli olduğunu və üç azyaşlı övladı olduğunu, heç bir yerdə işləmədiyini, hərdən bir narkotik vasitə olan qurudulumuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitə olan marixuana və digər güclü təsir edən maddələrin satışı ilə məşğul olmadığını, Zərərçəkmiş şəxs tanıdığını, narkotik vasitə olan “Kokos” və “Şüşə” adlanan maddələrin satışı ilə məşğul olduğunu, əvvəllər özü, Ağdaş şəhər sakinləri X14, Şahid2, Təqsirləndirilən şəxs1 və Şahid3 Vüsalı Ağdaş şəhərində gördüklərini və ona “Ağdaş şəhərində azyaşlılara narkotik vasitə olan “Kokos” və “Şüşə” satırsan, bu da rayonda gənclərə pis təsir edir, gənclərin həyatı pozulur, belə hərəkətlərdən əl çək, bizim də övladlarımız var, gələcəkdə bizim övladlarımız da sənin etdiyin belə hərəkətlər onlara təsir edəcəkdir”dediklərini, buna baxmayaraq Vüsalın öz hərəkətlərinə davam etdiyini, 02.05.2021-ci il tarixdə saat təxminən 21:30 radələrində özünə məxsus VAZ 2109 markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş şəhəri M.İsayev küçəsi ilə üzü H.Əliyev prospektinə tərəf gəldiyini, həmin vaxt avtomobilində X14 və Təqsirləndirilən şəxs1 əyləşdiyini, Zərərçəkmiş şəxs idarə etdiyi “BMW” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri M.İsayev küçəsindən “Qaz İdarəsi” adlanan binanın həyətinə daxil olduğunu, həmin vaxt onun avtomobilində qabaqda Müşfiq adlı şəxsin də əyləşdiyini, arxada isə kim əyləşməsini bilmədiklərini, çünkü avtomobilin arxa şüşələrinin qara rəngli olduğu üçün görsənmədiyini, bu vaxt özünün avtomobili həmin binanın həyətinə digər hissədən giriş tərəfə sürdüyünü və onları qarşıladığını, həmin vaxt Vüsalın avtomobilinin gəldiyini gördüyünü, avtomobili Vüsalın avtomobilinin qarşısına verib saxladığını, həmin zaman Elcan və Elburus avtomobildən düşdüklərini, özünün isə həmin zaman avtomobildə qaldığını, onların avtomobildən yerə düşən kimi Vüsalın da öz avtomobilindən yerə düşdüyünü, onların Vüsalın yanına yaxınlaşdıqlarını və ona “sənə bir dəfə xəbərdarlıq emtişik ki, narkotik vasitə satma, lakin sən yenə də öz hərəkətinə davam edirsən” dediklərini, bu zaman Elcan və Elburusun Vüsalı gətirib onun avtomobilinə əyləşdirdiklərini, həmin zaman Elcanın da həmin yerdə qaldığını, daha sonra avtomobili çevirib üzü Ağdaş rayon Şıxlı kənd istiqamətinə getdiyini, sonrada Elcan da Vüsalın avtomobilini həmin yerdən götürüb Ağdaş rayon Dəhnə kənd istiqamətinə getdiyini sonradan bildiyini, Vüsalı Ağdaş rayon Şıxlı kəndində ərazisində yerləşən yeməkxananın qarşısına apardıqlarını, orada Vüsalı avtomobildən yerə düşürdüklərini, Vüsala həmişəki kimi “nə üçün sən Kokos” və “ Şüşə” satırsan”, Vüsalın da onlara “narkotik vasitə olan “Kokos” və “Şüşə” satmışam və bir daha satmayacam” dediyini, həmin vaxt onlardan başqa orada tanımadıqları Ağdaş şəhər sakinləri təxminən 30-40 nəfərə yaxın şəxslərin də olduğunu, Vüsalı kimin vurduğunu, daha sonra X21 şəhərinə apardığını, sonradan Vüsalın avtomobili haradan götürməyindən də xəbəri olmadığını, Vüsalı vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, 02.05.2021-ci il tarixdə Vüsalın avtomobilində qabaqda Ağdaş şəhər sakini Müşfiq adlı şəxsin əyləşməsini gördüklərini, Müşfiqin də narkotik vasitədən istifadə etdiyini bildiklərini, bu səbəblə də Vüsalın Müşfiq adlı şəxsə narkotik vasitə satmaq istədiyini başa düşdüklərini, buna görə də onun avtomobilinin qarşısını kəsdiklərini, həmin zaman Vüsal özünün avtomobildən yerə düşdüyünü, Vüsalın onlara “avtomobildə arxada ailə var” dediklərini, ona “avtomobilə əyləş” dediklərini, həmin zaman Vüsalın da onlara “başqa vaxt söhbət edərik” dediyini, bundan sonra Vüsala “avtomobilə əyləş” dediklərini və onu avtomobiliə əyləşdirdiklərini, həmin zaman Elcanın həmin yerdə qaldığını, ümumiyyətlə Vüsala həmin vaxt heç bir hərəkət etmədiklərini, Vüsalı da aparmaqda məqsədlərinin onu döymək olmadığını, sonra da Elcanın Vüsalın avtomobilini götürüb apardığını, ümumiyyətlə Vüsala qarşı heç bir xuliqanlıq hərəkəti etmədiklərini, Vüsalın avtomobilinin qarşısını kəsdikdən sonra onu avtomobilə mindirməkdə məqsədlərinin onu aparıb əvvəlki kimi sözlə narkotik vasitə satmamasını başa salmaq olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 son sözündə ona ittihamla elan olunmuş əməli tam etiraf edərək ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin ondan heş bir şikayət və tələbinin olmmasını və əməlindən səmimi peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. 12.11.2021-ci il tarixə saat 15:00-a Ədliyyə Nazirliyinin PX-nin İxtisaslaşdırılmış MM-də zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhiəsəb xətəliyi olmadığını, əvvəllər məhkum olunduğunu, sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edildiyini, anası ilə birlikdə ünvan 5 ünvanında yaşadığını, heç yerdə işləmədiyini, 02.05.2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi BMW markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhərində yaşayan Müşfiq adlı şəxs, onun oğlu və arvadı ilə birlikdə Müşfiqin qızı Fidanı Müşfiqin digər Ağdaş rayon Şəkili kənddə olan qızıgildən gətirmək üçün getdiyini, Müşfiqin qızı Fidani bacısıgildən götürüb Ağdaş şəhəri istiqamətinə gəldiklərini, həmin zaman qabaqda Müşfiqin əyləşdiyini, Müşfiqin ailəsi ilə arxada əyləşdiyini, avtomobilinin arxa şüşələrinin qara rəngli olduğu üçün çöl hissədən baxanda arxada kiminsə əyləşməsi görsənmədiyini, Ağdaş şəhəri M.İsayev küçəsi ilə hərəkətdə olub Ağdaş şəhəri H.Hacıyev küçəsində yerləşən “Qaz İdarəsi” binasının “Ümid Şadlıq” sarayı olan hissədən girişdən girdikdən sonra binanın qarşı hissəsi ilə gəlib binanın digər hissəsindən çıxmaq istəyəndə Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2109 markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin qarşısını kəsdiyini, həmin zaman onun avtomobilindən Ağdaş şəhər sakinləri X14, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən yerə düşdüklərini, həmin vaxt özünün də öz avtomobilindən onlara avtomobilində ailə olduğunu demək üçün yerə düşdüyünü, bu vaxt həmin şəxslərin ona “gəl otur avtomobilə gedək” dediklərini, onlara “sonra söhbət edərik” dediyini, lakin həmin şəxslərin ona “otur maşına gedək söhbət edək” dediklərini, özünün də onlara heçnə demədən onların avtomobilinin arxa hissəsinə əyləşdiyini, öz avtomobilinin isə həmin yerdə qaldığını, həmçinin Elcan Gözəlovun da onun avtomobilinin yanında qaldığını, avtommobilindən Müşfiq və onun ailəsi düşüb evləri tərəfə gedəndə Elcanın tez onun avtomobilinin sükan hissəsinə əyləşib sürüb getdiyini, Fizulinin isə həmin vaxt avtomobilini çevirib, onu Ağdaş rayon Şıxlı kəndi ərazisinə Xudu adlı şəxsin restoranın qarşısına apardıqlarını, restoranın qarşısına çatanda orada adlarını bilmədiyi, narkotik vasitədən istifadə edən Ağdaş şəhər sakinlərinin olduğunu gördüyünü, onu avtomobildən yerə düşən kimi əvvəlcə Elbrus və Fizulinin onu təpiklə vurub yerə yıxdıqlarını, bundan sonra təpiklə, yumruqla başından və bədəninin müxtəlif yerlərindən vuraraq ona qarşı nalayiq ifadələr işlətdiklərini, həmin zaman orada olan tanımadığı şəxslərin də onun yanına yaxınlaşdıqlarını və həmin şəxslərin də onu də vurmağa başladıqlarını, lakin onun bədənində və başında olan xəsarətləri konkret olaraq Elbrus və Fizulinin yetirdiyini, bundan sonra tanıdığı Ağdaş şəhər sakinləri Şahid3 Rafail oğlu və Şahid2 da orada olduqlarını, həmin vaxt Şahid3 ona yaxınlaşdığını və onu döyməməsi üçün həmin şəxsləri ondan araladığını, Rəşad isə kənardan durub baxdığını, bundan sonra Samirin onu öz avtomobilinə əyləşdirib Ağdaş şəhərinə gətirdiyini, Ağdaş şəhərində Samir Elcan adlı şəxsə zəng edib ona “Vüsalın avtomobilinin yerini de” dediyini, Elcanın da “Vüsalın avtomobilini Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində Yuxarı Şirvan kanalının kənarında saxlamışam” dediyini, daha sonra Samirin onu həmin yerə apardığını, avtomobilə yaxınlaşanda avtomobilinin arxa bufer hissəsi qopmuş vəziyyətdə olduğunu, arxa sol qanad hissəsinin isə təpiklə vurularaq əzilmiş vəziyyətdə olduğunu gördüyünü, həmçinin avtomobilinin salonuna baxan zaman avtomobilinin salonundan günlük hissədən 1050 manat pulunun olmadığını gördüyünü, bu vaxt Samirə “mənim avtomobilimdən günlük hissədən Elcan 1050 manat pulumu oğurlayıbdır” dediyini, bundan sonra Samirin ona “narahat olma deyəcəm sənin maşını düzəltsinlər və pulunu da qaytarsınlar” dediyini, daha sonra öz avtomobilinə əyləşdiyini, avtomobilinin bufer hissəsini də avtomobilin salonuna qoyub, avtomobilini Ağdaş şəhərində avtomobil elektriki işləyən Anar adlı şəxsin yanına apardığını, Anara da olanları danışdığını, həmçinin ona da 1050 manat pulunun Elcan tərəfindən oğurlanmasını, Elcanın avtomobilimin qaçırmasını, həmçinin də yuxarıda adlarını qeyd etdiyi şəxslərin onu döymələrini bildirdiyini, buna baxmayaraq döyülməyi və avtomobilinin qaçırılması barədə ərizə ilə Ağdaş RPŞ-nə müraciət etmədiyini, bəlkə onun pulunu qaytaracaqlarını və avtomobilini düzəltdirəcəklərini gözlədiyini, 03.05.2021-ci il tarixdə mən Ağdaş şəhərində nömrəsini bilmədiyi qırmızı rəngdə VAZ 2106 markalı avtomobillə toqquşduğunu, həmin vaxt avtomobilinin sağ qabaq qanad və qabaq hissəsinin əzildiyini və həmin yerə RPŞ-nin DYPB-nin əməkdaşlarının gəldiklərini, bundan sonra hadisə sənədləşdirildiyini, 06.05.2021-ci il tarixdə üzərimdə narkotik vasitə olan heroin gəzdirdiyi üçün Ağdaş RPŞ-nin əməkdaşlarının onu PŞ-nə gətirdiklərini, PŞ-də şübhəli kimi tutulduğunu, 07.05.2021-ci il tarixdə də PŞ-nə ərizə ilə müraciət edərək Elcan və 40 nəfər şəxs tərəfindən döyüldüyünü bildiriyini, Elcanın onu vurmadığını, Elcanın konkret olaraq Fizuli və Elbrusla birlikdə ona “avtomobilə əyləş səninlə işimiz var” dediyini, özünün də avtomobilə əyləşdikdən sonra Elbrus və Fizulinin onu Ağdaş rayon Şıxlı kəndi ərazisində yerləşən Xudu adlı şəxsin restoranın qarşısına apardıqlarını, onu orada Elbrus və Fizuli döydüyünü, Elcanın isə avtomobilini qaçırıb apardığını, avtomobilini qaçıran vaxtı da avtomobilində günlük hissədə olan 1050 manat pulunu da oğurladığını, Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin olaraq izahatında onu döydüklərini bildirsələr də sonradan şübhəli şəxs qismində tutulan zaman onu döymədiklərini bildirmələri barədə onlar hər ikisinin yalan dediklərini, məsuliyyətə cəlb olunacaqlarından qorxduqları üçün bu cür bildirdiklərini, onu döyən adlarını qeyd etdiyi şəxslərdən başqa digər şəxslərin adlarını bilmədini, ona kənardan yumruq və təpik atsalar da onların adlarını bilmədiyini bildirdi. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışdığını, onlardan heç bir şikayət və tələbinin olmadığını, buna görədə onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi-əsəb xətəliyi olmadığını, əvvəllər məhkum olunmadığını, Zərərçəkmiş şəxsm onun doğma oğlu olduğunu, oğlunun subay olduğunu və heç bir yerdə işləmədiyini, mülkiyyətində olan BMW markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmin avtomobili özünün etibarnamə ilə idarə etməsi üçün oğlu Zərərçəkmiş şəxs verdiyini, 02.05.2021-ci il tarixdə oğlu Vüsalın evə gəldiyini, onun baş nahiyəsində gözlə görünən xəsarət olduğunu, həmin günü ondan “sənə nə olubdur” deyə soruşduğunu, Vüsalın da ona dalaşmağını bildirdiyini, Ağdaş şəhər sakinləri Elcan, Fizuli, Samir, Rəşad və adlarını bilmədiyi digər şəxslərin Vüsalı döydüklərini daha sonra bildiyini, 02.05.2021-ci il tarixdə saat təxminən 18:30 radələrində Ağdaş şəhər sakini Müşfiq adlı şəxs, oğlu və arvadı ilə birlikdə qızı Fidanı bacısıgildən yaşadığı evə gətirmək üçün getdiklərini, həmin gün də saat təxminən 21:30 radələrində Vüsalın avtomobili ilə Ağdaş şəhəri H.Hacıyev küçəsində yerləşən “Qaz idarəsi” adlanan binanın həyətində Müşfiqin yaşadığı evin yaxınlığından çıxarkən bu vaxt Elcan, Fizuli və Elbrus adlı şəxslərin Fizulinin avtomobili ilə Vüsalın avtomobilinin qarşısını kəsdiyini, bundan sonra oğlu Vüsalın avtomobildən yerə düşdüyünü, həmin vaxtı oğlu Vüsalı onların avtomobilə əyləşdirdiyini, bu vaxt avtomobildə olan Müşfiq və onun ailəsinin qorxudan qaçıb evə getdiklərini, həmin vaxtı Elcan adlı şəxsin də oğlu Vüsalın avtomobilinə əyləşdiyini, avtomobili qaçıraraq Ağdaş rayon Dəhnəxəlil kəndi ərazisinə apardığını, həmin vaxtı da Elcanın orada avtomobilin arxa bufer hissəsini və alt ehtiyat hissələrini yararsız hala saldığını, Fizuli, Elbrus və digər adlarını bilmədiyi şəxslərin də Vüsalı Ağdaş rayon Şıxlı kəndi ərazisinə apardığını, orada Vüsalı guya “narkotik vasitələrin satışı ilə məşğul olursan” deyib bəhanə gətirərək ona xəsarət yetirdiklərini, daha sonra da Vüsalın avtomobili Ağdaş rayon Dəhnəxəlil kəndi ərazisində Yuxarı Şirvan kanalının kənarından gedib tapıb Vüsalın dostu olan Anar adlı şəxsgilə apardığını, sonra da 06.05.2021-ci il tarixdə axşam radələrində oğlu Vüsalın üzərində narkotik vasitə gəzdirdiyi üçün tutulduğunu, həmçinin Vüsalın 08.05.2021-ci il tarixdə ərizə ilə PŞ-nə müraciət edərək Elcan və digər adlarını bilmədiyi şəxslərin onu döydüyünü və avtomobilini əlindən alıb qaçırdıqlarını bildirdiyini, özünün də 09.05.2021-ci il tarixdə PŞ-nə ərizə ilə müraciət edərək 02.05.2021-ci il tarixdə Elcan, Fizuli, Rəşad, Samir və digər adlarını bilmədiyi şəxslərin oğlu Vüsalı döyərək ona xəsarət yetirdiklərini, həmçinin də Elcan adlı şəxsin Vüsalın avtomobilini qaçırdığını bildirdiyini, lakin konkret olaraq Vüsalı döyən şəxslərin kim olmasını əvvəlcə bilmədiyini, bu cür eşitdiyinə görə ərizə ilə müraciət etdiyini, Vüsalı kimin döyməsini özü bildiyini, onu Elbrus və Fizulinin döydüyünü bildiyini, sonradan Vüsalın ona “Elcan adlı şəxs avtomobilini qaçıran zaman avtomobilin günlük hissəsində 1050 manat pul olubdur, həmin pulu da Elcan adlı şəxs oğurlayıbdır” dediyini, hətta bunu ona Ağdaş şəhər sakini maşın elektriki işləyən Anar adlı şəxsin də dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində heç bir ruhi əsəb və.s. xəstəliyi olmadığını, əvvəllər məhkum olunmadığını, ailəli olduğunu və iki azyaşlı övladı olduğunu, mağazada satıcı işlədiyini, narkotik vasitədən istifadə etmədiyini, həmçinin də narkotik vasitə olan marixuana və digər güclü təsir edən maddələrin satışı ilə məşğul olmdığını, Zərərçəkmiş şəxs tanıdığını, onun narkotik vasitə olan “Kokos” və “Şüşə” adlanan maddələrin satışı ilə məşğul olduğunu, əvvəllər özü, Ağdaş şəhər sakinləri X14, Şahid3 Rafail oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Vüsalı Ağdaş şəhərində gördüklərini və ona “Ağdaş şəhərində azyaşlılara narkotik vasitə olan Kokos” və “ Şüşə” satırsan, bu da rayonda gənclərə pis təsir edir, gənclərin həyatı pozulur, belə hərəkətlərdən əl çək, bizim də övladlarımız var, gələcəkdə bizim övladlarımız da sənin belə etdiyin hərəkətlər onlara təsir edəcəkdir” dediklərini, buna baxmayaraq Vüsalın öz hərəkətlərinə davam etdiyini, 02.05.2021-ci il tarixdə saat təxminən 21:45 radələrində özü Samir adlı tanışı ilə birlikdə tanışlarının Vüsalı Ağdaş rayon Şıxlı kəndində Xudu adlı şəxsin restoranına apardıqlarını eşitdiyini, həmin vaxtı ora getdiklərini və qaranlıqda səs küy gəldiyini gördüyünü, onlara yaxınlşadığını və Zərərçəkmiş şəxs orada olduğunu və tanımadığı şəxslərin Vüsala nalayiq ifadələr işlədərək onu vurduqlarını gördüyünü, bundan sonra Samirin Vüsalı oradan götürüb, öz avtomobilinə əyləşdirib Vüsalın avtomobilinin olduğu yerə yəni Ağdaş rayon Dəhnəxəlil kəndinə apardığını, Elcanın Vüsalın avtomobilini ona verdiyini eşitdiklərini, özünün Vüsalı döymədiyini və ona heç bir xəsarət yetirmədiyini, həmçinin də onun avtomobilini qaçırmadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid qismində dindirilmiş Şahid3 Rafail oğlu da öz ifadəsində təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində heç bir ruhi əsəb və.s. xəstəliyi olmadığını, qızı Fidan 02.05.2021-ci il tarixdə Ağdaş rayon Şəkili kəndində yaşayan digər qızı Pakizəgilə qonaq getdiyini, həmin gün saat təxminən 19:00 radələrində özü, əri Müşfiq və oğlu Tofiqin Zərərçəkmiş şəxs “BMW” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla qızı Fidanı qızı Pakizəgildən gətirmək üçün getdiklərini, həmin gün Ağdaş rayon Şəkili kəndindən gəlib Ağdaş şəhəri M.İsayev küçəsinə daxil olub ”Qaz idarəsi” adlanan binanın Ümid şadlıq sarayı yerləşən hissədən binanın həyətinə daxil olduqlarını, həmin vaxt avtomobili Vüsalın idarə etdiyini, qabaqda əri Müşfiqin, arxada isə qızı Fidanın, özü və oğlu Tofiqin əyləşdiyini, binaya daxil olub binanın digər çıxış hissəsinə yaşadıqları evin qarşısına çatanda nömrəsini və modelini bilmədiyi avtomobilin Vüsalın avtomobilin qarşısına verib saxladığını, bu zaman Vüsalın öz avtomobilindən yerə düşdüyünü, həmin vaxt Vüsalın avtomobilin qarşısında dayanan avtomobildən Elcan, Elbrus və digər tanımadığı şəxsin düşərək Vüsala yaxınlaşdıqlarını, həmin şəxslərin Vüsala nəsə dediklərini, bu vaxt Vüsalın onlara “avtomobildə ailə var, onları düşürdüm sonra söhbətimizi edərik” dediyini, buna baxmayaraq onların Vüsalı öz avtomobillərinin arxa hissəsinə əyləşdirdiklərini, Elcan adlı şəxsin onlardan ayrılıb, gəlib Vüsalın avtomobilinin arxa qapısını açdığını və onların arxada əyləşdiklərini gördüyünü, Elcanın onlara heç nə demədən avtomobilin qapısını örtüb avtomobilin qarşısına keçdiyini, həmin zaman avtomobildən yerə düşdüklərini, bu zaman Vüsalı əyləşdirdikləri avtomobilin həmin yerdən çıxıb getdiyini, bundan sonra Elcanın da Vüsalın avtomobilinin sükan hissəsinə əyləşdiyini, Vüsalın avtomobilini işə salıb çıxıb getdiyini, səhəri günü Vüsalın onlara gəldiyini və onlara onu avtomobillə aparan zaman Elcanın yanında olan şəxslər onu aparıb döydüklərini bildirdiyini, həmçinin həmin zaman Vüsalın baş nahiyəsində də xəsarət olduğunu, Vüsalın özünün də döyülən zaman baş və qol nahiyəsindən xəsarət aldığını bildirdiyini, Elcan və digər şəxslərin onlara qarşı hər hansı bir zor tətbiq etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 ifadəsində heç bir ruhi-əsəb xətəliyi olmadığını, Zərərçəkmiş şəxs tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Ağdaş şəhərində köhnə xəstəxananın yanında yaşadığı evin həyətində avtomobil təmiri sexinin olduğunu və həmin sexdə elektrik işlədiyini, 02.05.2021-ci il tarixdə Vüsalın gecə radələrində ona zəng etdiyini və ona evdə olub olmadığını soruşduğunu, Vüsala “hə evdəyəm nə olubdur” dediyini, Vüsalın ona “Elcan mənim avtomobili qaçırıb Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində Yuxarı Şirvan kanalının kənarına aparıb tullayıbdır, avtomobilimin arxa bufer hissəsi qırılıbdır, həmin buferi sənin sexinə qoyaq” dediyini, aradan təxminən 5-10 dəqiqə keçdikdən sonra Vüsalın onlara gəldiyini və Vüsalın avtomobilinin arxa buferinin qırıldığını, avtomobilin qabaq hissəsinin də əzildiyini gördüyünü, lakin həmin əzilmiş hissəninin özü hadisədən bir neçə gün qabaq yol nəqliyyat hadisəsi törədən zaman digər avtomobilə vurub əzdiyini bildiyini, Vüsaldan “nə üçün Elcan sənin avtomobilini qaçırıbdır” deyə soruşduğunu, həmin vaxt Vüsalın ona “Fizuli, Elbrus onu döyüblər, Elcan da onun avtomobilinin qaçırıbdır, avtomobilinin günlük hissəsində 1050 manat pul olubdur, onu da Elcan oğurlayıbdır” dediyini, lakin qabaqcadan həmin 1050 manat pulun Vüsalın avtomobilinin günlük hissəsində olmasını görmədiyini, avtomobilinin bufer hissəsinini onun sexinə qoyub çıxıb getdiyini, Vüsalın anası və özünün PŞ-nə Vüsalın döyülməsi və onun avtomobilinin qaçırılması barədə ərizə ilə müraciət etdiyini sonradan eşitdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmə tibbi ekspertizasının 08.05.2021-ci il tarixli 264 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – başın sol ənsə nahiyəsinin yarası, sol bazunun aşağı 1/3-nin bayı səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddəti 02.05.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış 26.05.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon İcra Hakmiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən alınmış 03 avqust 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində müəsisəyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon İcra Hakmiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən alınmış 03 avqust 2021-ci il tarixli arayişdən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 saylı evdə yaşamaqla ailə tərkibi X15-anası, X10-arvadı və 03.10.2008-ci il təvəllüdlü X11-qızıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış 03 avqust 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxsdə Dəstək xidmətləri şöbəsində Təhlükəsizlik bölməsində nəzarətçi vəzifəsində işləyir, özünü səriştəli və bacarıqlı işçi kimi göstərmiş, kollektiv arasında özünə xüsusi hörmət qazanmış, işlədiyi müddət ərzində heş bir töhmət və xəbərdarlıq almamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon İcra Hakmiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən alınmış 27 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində müəsisəyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Ağdaş rayon İcra Hakmiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən alınmış 27 may 2021-ci il tarixli arayiş görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri S.Hacıbəyov küçəsi 03 saylı evdə yaşamaqla ailə tərkibi X6-arvadı və 07.04.2010-cu il təvəllüdlü X7oğlu, 27.08.2013-cü il təvəllüdlü X8-qızı və 20.11.2014-cü il təvəllüdlü X12-oğludur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan şübhəli şəxsin tutulması haqqında 16 may 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 16 may 2021-ci il tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 4(014)-40/2021 qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə məhkəmə zalından həbsdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli 4(014)-39/2021 qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə məhkəmə zalından həbsdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayət və tələbinin yoxdur, buna görədə onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özlərinin məhkəmə iclasında verdiyi etirafedici ifadələrindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1-ci maddəsində göstərilir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ...ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarın nəticəvi hissəsinin 1-ci bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 maddəsinin «tətbiq etməklə» müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Təqsirləndirilən şəxs2 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini,məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin etməklə onu islah etmək mümkündür. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əsasən 16.05.2021-ci il tarixdən 18.05.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldıqları iki gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 8 gün müddət onun cəzasından çıxılmalı və üzərlərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək islah işləri cəzaçəkmə müddətinin əvvəli onların qazancından tutulmalar aparıldığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə iclasları dövründə hüquqlarını 85 saat müddətində müdafiə etmişdir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi3 Təqsirləndirilən şəxs1 məhkəmə iclasları dövründə hüquqlarını 85 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə 510 (beş yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə 510 (beş yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi3 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 16.05.2021-ci il tarixdən 18.05.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 8 gün müddət onun cəzasından çıxılsın və qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir ay) 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 16.05.2021-ci il tarixdən 18.05.2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesablanmaqla cəmi 8 gün müddət onun cəzasından çıxılsın və qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 11 (on bir ay) 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə 510 (beş yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə 510 (beş yüz on) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi3 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-116/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-116/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver