Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-116/2024 05.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X17 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 iştirakları ilə, X6 Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X1 rayonu, Qarağan Şıxlar kəndində yaşayır. Canahgir müxtəlif ünvanlara və internet səhifələrində onun şərəfinə nəlayiq sözlər yazaraq böhtan xarakterli sözlər deyərək, eyni zamanda şantaj edərək onu uşaqları ilə hədələmişdir. Daha sonra o, Ağdaş şəhər Region kursuna hazırlığa gedərkən Cahangir onun mobil nömrəsini taparaq təxminən fevral aylarında ona “Whatsapp” proqramı vasitəsi ilə yazaraq narahat etmişdir. Dəfələrlə ona yazmamasını bildirmiş, lakin Cahangir onu hədələyərək yazmağa davam etmiş, başına oyun açacağını bildirmişdir. Bir müddət yazdıqdan sonra yazılan mesajlara cavab vermədikdə Cahangir onu uşaqlarını qaçırtmaqla və öldürməklə hədələyərək ondan ayrlmamasını tələb etmişdir. O, da Cahangirin onu naratahat etməməsi üçün möbil nömrəsini dəyişmişdir. Cahangir internet səhifələrində, ata və anasına, həmçinin uşaqlarının atasına, yəni keçmiş ərinə və keçmiş qayınatasına onun pozğun olduğunu, guya keçmiş ərinin evində başqa şəxslərlə görüşdüyünü bildirərək şərəf və ləyaqətini alçaldıb təhqir etmişdir. Eyni zamanda onun mobil nömrəsini tanımadığı şəxslərə göndərərək onun namusuna xələl gətirməyə çalışmışdır. O, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək olanlar barədə məlumat vermiş və Cahangir Mahmudovdan şikayətçi olmuşdur. Onun iki qız övladı var və onlar məktəbə getməyə qorxurlar. Cahangir keçmiş ərinə və kənd sakinlərinə onun pozğun olması barədə yalan məlumatlar yaymışdır. 20 fevral 2024-cü il tarixdə onun fotoşəkillərini pozğun kimi sosial şəbəkələrdə paylaşmışdır. Tik tok sosial şəbəkədə “Dilli məclis” adlı, instaqram sosial şəbəkədə “fedailer terror təşkilatıdır” adlı səhifələrdə onun ünvanına təhqir edici və nalayiq sözlər yazaraq onu hədələmişdir. Tik tok sosial şəbəkəsində onun şəkillərinə pozğun olmasına dair sözlər yazaraq onun şərəfinə ləkə salmış və həmin gün Ağdaş rayon prokurorluğuna şikayət etmiş, daha sonra Ağdaş rayon Polis Şöbəsinə müraciət edərək sosial şəbəkələrdən şəkillərinin silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Anası sosial şəbəkələrdə olan şəkillərini görərək narahat olmuş, səhhətində problemlər yarandığından təcili tibbi yardım çağırılaraq ilkin tibbi yardım göstərilmişdir. Polisə müraciət edildikdən sonra sosial şəbəkələrdən onun şəkilləri və barəsində olan təhqiramiz sözlər silinmişdir. İnternet səhifələrində ona qarşı böhtan dolu və şərəfini ləkələməklə əlaqədar təhqiqat zamanı da X11 bu faktı bilə-bilə böhtan kimi yazdığını və yaydığını özü də etiraf etmişdir. X11 barəsində yaydığı böhtan xarakterli məlumatlar Ağdaş rayon Polis Şöbəsinin təhqiqat qrupu tərəfindən araşdırılmış və həmin faktlar öz təsdiqini tapmışdır. Cahangir Mahmudov faktiki olaraq rəsmi dövlət orqanlarına, xüsusilə də onların tabe olduqları və digər Respublika hüquq mühafizə orqalarına yalan olduğunu bilə-bilə yazdığı böhtan xarakterli məlumatlarda rəsmi şəkildə onun haqqında yalan məlumatlar verərək onun şərəf və ləyaqətimi təhqir edərək böhtan atmışdır. Odur ki, barəsində yayılan məlumatlar həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar olduğundan Cahangir Mahmudovun barəsində cinayət işinin başlanması, məsuliyyətə cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün tədbirlər görülməsi, qeyd olunan yalan məlumatları təkzib etməklə onlardan üzrxahlıq etməsi, həmçinin barələrində böhtan xarakterli məlumatlar yaymaqla onların şərəf və ləyaqətinə zərər vuran, cəmiyyətin üzvləri arasında nüfuzlarına xələl gətirən hərəkətləri nəticəsində vurduğu mənəvi ziyana görə cavabdehlik daşımalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 ifadəsində şikayətinin icraata qəbul edilməsini və X6 cinayət məsuliyyətinə cəlb olunaraq cəzalanmasını xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Qurbanzadənin fotoşəklini sosial şəbəkələrdə paylaşdığını etiraf edib, əməlindən peşman olduğunu, 2024-cü ilin fevral ayından sonra Röyanı narahat etmədiyini bildirib ərizənin icraata qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X4 şikayətində qeyd edilən böhtan, yəni Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmamaqla yanaşı, X9 X7 böhtan atmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 qeyd edilsə də, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 deyil, X12r. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittihamçı X4 şikayətinin məzmunu Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Yuxanda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikasını Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №1(014)-116/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-116/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver