Məhkəmə qərarları › İş №1(014)-117/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-117/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-117/2021 04.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X16 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1988-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində 2 azyaşlı övladı olan, orta təhsilli, Ağdaş şəhərində diş texniki işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri Nəsimi küçəsi 2/24-də qeydiyyatda olan və yaşayan, barəsində 20.05.2021-ci il tarixdə “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 noyabr 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, o, 13.04.2020-ci il tarixdə səhər saat təxminən 11:39 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayon Bulaqotağı kənd sakini, XX.XX.1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsus Ağdaş rayon Bulaqotağı kəndində yerləşən evinə qanunsuz daxil olaraq, sonuncunun yaşadığı evində olan əl çantasından sonuncuya məxsus 01 ədəd 4,00 manat dəyərində sadə pul kisəsi və həmin pul kisəsinin içərisində olan 01 ədəd istifadədə olmuş 40,00 manat dəyərində “kgtel” markalı, düyməli, sadə mobil telefon, 01 ədəd 4,00 manat dəyərində GSM nömrə, X3 adına olan 10,00 manat dəyərində Kapital Banka məxsus torpaq pulu kartı, Zərərçəkmiş şəxs aid 10,00 manat dəyərində Beynəxlaq Banka məxsus təqaüd kartını və 7490,00 manat nəğd pulunu oğurlamış, yəni Zərərçəkmiş şəxs xeyli miqdarda cəmi 7558,00 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində ifadəsində əvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyi olmadığını, Ağdaş şəhəri H.Əliyev prospektində diş texniki işlədiyini, Zərərçəkmiş şəxs tanıdığını, təxminən iki il öncə Saqibənin ağzında olan dişlərini müalicə etdiyini, sonradan 2020-ci ilin mart ayının əvvəllərində yenidən Saqibənin ağzında olan dişlərini qızıl dişlərlə əvəz etdirməsi üçün onun işlədiyi yerə gəldiyini, özünün də Saqibə ilə razılığa gələrək ağzında olan ön dişlərinin alt-üst 12 ədədini 1000 manat dəyərində pula düzəldəcəyini bildirərək razılaşdıqlarını, Saqibənin də həmin vaxt ona 1000 manat pul verdiyini və dişlərini yenisi ilə əvəz etməsini bildirdiyini, həmin vaxtdan karantin olan vaxta kimi təxminən 3-4 dəfə yanıma gəlib getdiyini, həmin vaxtlarda tanışı Şahid1 3-4 dəfə “Saqibəni Ağdaş rayon Bulaqotağı kəndindən götürərək onun yanına dişlərini müalicə elətdirmək üçün gətirəməsini dediyini, sonuncu dəfə 12.04.2020-ci il tarixdə təxminən saat 19:00 radələrində Saqibənin onun mobil telefonuna zəng edərək ağlayaraq “dişlərim olmadığından yemək yeyə bilmirəm, mənim dişlərimi tez bir vaxtda müalicə et” dediyini, bundan qabaq özünün borcu olduğu üçün Saqibədən borca pul istədiyini, lakin Saqibənin ona pulunun olmadığını dediyini, özünün isə Saqibənin pulunun olmasını bildiyini, Saqibənin ona dəfələrlə “lazımdırsa bundan da yaxşı dişlər düzlətdirə bilərəm” dediyini, Saqibənin pulunun olduğunu düşündüyünü, 13.04.2020-ci il tarixdə səhər saat təxminən 11 radələrində Saqibəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəm ilə onun istifadəsində olan ***-***-**-** saylı sim nömrəsinə zəng etdiyini və ona “dişlərin hazırdır, gəl götür” dediyini, Saqibənin də ona “arxamca həmişəki taksini göndər gəlim” dediyini, daha sonra da taksi sürücüsü Ağdaş şəhərində yaşayan Şahid1 istifadəsində olan ***-***- **-** saylı sim nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı sim nömrəsi ilə zəng etdiyini və ona “avtomobilinlə mənim yaşadığım evə gəl” dediyini, Tərlanın da idarə etdiyi VAZ 21099 markalı **-GJ-*** dövlət nömrə nişanlı avtomobili ilə onun yaşadığı evə gəldiyini və onun avtomobilinə əyləşdiyini, bundan sonra Tərlana “gedək Saqibə arvadı evindən götürək, onun dişlərinə təhvil verəcəm, lakin o evdən çıxdıqdan sonra mən sənə zəng edəcəm, dala qayıdarsan, mənim Saqibənin evində qızla görüşüm olacaq” dediyini, Tərlanın da ona “Saqibənin evində qızla görüşmək olmaz” dediyini, bundan sonra Tərlanla birlikdə Saqibənin yaşadığı evinə getdiklərini, Tərlanın avtomobili Saqibənin yaşadığı evin qarşısında saxladığını, bundan sonra hər ikisinin Saqibənin həyətinə girdiklərini, Saqibənin onu görməməsi üçün tez Saqibənin evinin arxasına keçdiyini, sonra Tərlanın Saqibəni çağırdığını və Saqibənin də əlində çanta ilə çölə çıxdığını, Tərlanın da onun əlindən tutaraq həyətə giriş qapısından çölə çıxardığını və çöl qapısını qıfılla bağlayıb, hər ikisinin avtomobilə əyləşib getdiklərini, bundan sonra dərhal evin giriş qapısına yaxınlaşdığını və qapını əli ilə basdıqda evin giriş qapısının açıq olduğunu gördüyünü, həmin zaman Saqibənin əlində çantada pullarını apardığını bildiyini, Saqibənin həmişə pullarının onun əl çantasında olduğunu, Saqibənin əl çantasını götürüb gedəndə də pulları da özü ilə apardığını bildiyini, əvvəlcə Saqibənin evdən çıxan zaman çantasını evdə qoyacağını və həmin pulları oğurlayacağını düşündüyünü, lakin çantanı özü ilə apardığı üçün pulları oğurlaya bilmədiyini, təxminən 15 dəqiqədən sonra Tərlana zəng etdiyini və ona “Saqibəyə de ki, doxtur pandemiya ilə əlaqədar işləyə bilmir, sonra özü sənə deyəcək, gələrsən”, daha sonra isə “Saqibə arvad həyətə girdikdən sonra sən küçədə gözlə mən də çıxacam” dediyini, aradan təxminən biraz keçdikdən sonra Tərlanın avtomobillə küçədə dayandığını, dərhal özünün evə girdiyini və evdə mətbəxdə gizləndiyini, bundan sonra Saqibənin evə girib əl çantasını çarpayının üzərinə qoyduğunu və daha sonra özü çölə çıxdığını, həmin vaxt Saqibənin çölə çıxmasından istifadə edib, onun qara rəngli çantasının zamok hissəsini açdığını və içərisində pul qabı olduğunu gördüyünü, bundan sonra həmin pul qabını götürdüyünü, həmin vaxtı Tərlanın istifadəsində ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə əvvəlcə zəng etdiyini, lakin ona cavab vermədiyini, daha sonra Tərlanın ona mənə SMS yazaraq “tez çıx, məni görsələr porblem olacaq, telefonu aç mənə zəng elə” bildirdiyini, özünün də Tərlana SMS yazaraq “qapıda gözlə çıxıram” bildirdiyini, daha sonra Tərlanın ona SMS yazaraq “qapıdan çöldə dayanıb gözləyəcəm, burada dayanmağım apasnıdı, səndə telefonu açmırsan, sənə dedim axı mən arvadı çıxartdım evə, səndə çıx yola” dediyini, daha sonra Saqibəyə görünmədən evdən çıxdığını, həmin zaman Tərlanın da qapıda öz avtomobilində onu gözlədiyini, Tərlanın avtomobilinə əyləşdiyini, Tərlanın ondan “qızla görüşə bildinmi” soruşduğunu, özünün də ona “qızla görüşümüz alınmadı” dediyini və Tərlanı bu cür aldatdığını, sonra Tərlanın onu yaşadığı evə düşürtdüyünü, daha sonra yaşadığı evdə həmin pul kisəsini açdığını və içərisində Saqibəyə məxsus ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi, bir ədəd pul kartı, kağızlar, bir ədəd qara rəngli markasını bilmədiyi telefon və 42 ədəd 100 manatlıq pul əskinası olduğunu, həmin pulu götürdüyünü və həmin gün axşam saatlarında həmin pul kisəsini içərisində, Saqibəyə məxsus ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi, bir ədəd pul kartı, kağızlar və bir ədəd qara rəngli markasını bilmədiyi telefonla birlikdə öz avtomobili ilə Ağdaş rayon Bulaqotağı kəndi ərazisinə gedərək, həmin kənd ərazisindən keçən X10 kənarına atdığını, həmin pul qabını kiminsə yoldan tapıb Saqibəyə təhvil verəcəyini və Saqibənin də pul qabını yolda düşürdüyünü başa düşəcəyini fikirləşdiyini, daha sonra həmin yerdən uzaqlaşıb getdiyini, bundan sonra 22.04.2021-ci il tarixdə Ağdaş RPŞ-nin təhqiqatçısı Haxverdi Əliyevin onu PŞ-nə dəvət etdiyini və izahatının alındığını, izahatında da Saqibənin pulunun oğurlamadığını, kiminsə də oğurlamasını bilmədiyini bildirdiyini, həmçinin də Tərlanın da izahatının Haxverdi Əliyev tərəfindən alındığını, sonra Tərlanın ondan Saqibənin evindən oğurluq edib etmədiyini soruşduğunu, özünün də ona Saqibənin evindən oğurluq etmədiyini bildirdiyini, həmin 4200 manat pulun bir hissəsini özünün şəxsi xərcləri üçün xərclədiyini, bir hissəsininin isə avtomobilini rəngləmək üçün Ağdaş şəhərində Bayram adlı rəngsaza verərək avtomobilini rənglətdiyini, bu oğurluqdan başqa heç bir yerdən oğurluq etmədiyini, ilk dəfə idi ki, oğurluq etdiyini, oğurluq etməyi barədə heç kimin məlumatının olmadığını, pulu və digər əşyaları oğurladıqdan sonra Tərlana oğurluq etdiyini demədiyini, Saqibənin evindən oğurluq etməkdə məqsədinin pul oğurlamaq olduğunu, Saqibənin evində pul qabının içərisində pulları görüb oğurladığını, sonra evdə Saqibəyə məxsus ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi, bir ədəd pul kartı, kağızlar və bir ədəd qara rəngli markasını bilmədiyi telefon olduğunu gördüyünü, onları birlikdə öz avtomobili ilə Ağdaş rayon Bulaqotağı kəndi ərazisinə gedərək, həmin kənd ərazisindən keçən X10 kənarına atdığını, həmin pul qabını kiminsə yoldan tapıb Saqibəyə təhvil verəcəyini və Saqibənin də pul qabını yolda düşürdüyünü başa düşəcəyini, həmin əşyaları oğurlamaq fikri olmadığını, həmin pul qabının içərisində 01 ədəd pul kartı gördüyünü göstərmişdir. Məhkəmədə son sözündə ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində oğlu X2 1993-cü il də müharibədə şəhid olduğunu, oğlunun şəhid olması ilə bağlı yadında qalmayan tarixdə ona 11000 manat pul verildiyini, həmin puldan yaşadığı kənd ərazisində yerləşən Məscidə 2000 manat xərcləyərək təmir etdirdiyini, daha sonra həmin pulun bir qismi ilə dişlərini Ağdaş şəhərində fəaliyyət göstərən Elçin adlı şəxsə dişlərini düzəltdirmək qərarına gəldiyini, 13.04.2020-ci il tarixdə təxminən saat 10:00 radələrində yaşadığı evdə olan zaman istifadəsində olan ***-***-**-** saylı sim nömrəsinə əvvəllər dişlərini müalicə etdirdiyi, Ağdaş şəhəri H.Əliyev prospektində diş həkimi işləyən Elçin adlı şəxsin yadında olmayan mobil nömrə ilə zəng edərək ona “sənin arxanca taksi göndərirəm, həmin taksi ilə gəl ağzında olan dişlərini müalicə edim” dediyini, diş həkimi Elçinlə telefonla danışdıqdan təxminən 5-10 dəqiqə sonra kiminsə yaşadığı evin həyətindən onu çağırmağını eşitdiyini, yaşadığı evdən həyətə çıxan zaman üzdən tanıdığı, lakin adını bilmədiyi taksi sürücüsünün onu çağırdığını gördüyünü, özünün də evdə geyindiyi paltarını dəyişməyib əyninə əlavə jilet keçirərək özünə məxsus markasını bilmədiyi, dəyəri 30-40 manat olan mobil telefonunu əynində olan jiletin sağ yan cibinə, 4 ədəd 100 manatlıq, 4 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq pul əskinasları, kaşlokunun içərisində olduğundan jiletinin sağ yan cibinə qoyaraq evin otağında olan qara rəngli əl sumkasının içərisində saxladığı özünə məxsus ümumvətəndaşlıq pasportunun vərəqləri arasında olan 70 ədəd 100 manat pullarını, şəxsiyyətini təsdiq edən sənədini, 3 ədəd pul kartlarını (torpaq pulu, oğlunun şəhidlik pulu və pensiya pulu olan kartı) evdə heç kim olmadığından özü ilə götürdüyünü, yaşadığı evin həyətindən küçəyə çıxaraq arxası ilə gələn rəngini, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşdiyini, yaşadığı evin həyət qapısını taksi sürücüsünün qıfılla bağlayıb açarı ona verdiyini, taksi ilə Elçin adlı diş həkiminin yanına gedən zaman Ağdaş rayon Yuxarı Qəsil kəndində adını bilmədiyi taksi sürücüsünün mobil telefonuna zəng gəldiyini, sürücünün telefonla danışdıqdan sonra ona “zəng edən Elçin həkimdir, deyir ki, karantin rejimi ilə əlaqədar heç kimi işləməyə qoymadıqlarından iş yerini açaraq işləyə bilməyəcək” dediyini, həmin taksi sürücüsünün idarə etdiyi avtomobili ilə geriyə dondərərək onu yaşadığı evin həyət qapısının girişinə düşürtdüyünü və ona kömək edərək həyətin dəmir darvazasına bağlanmış qıfılı açaraq onu həyətə keçirtdikdən sonra öz avtomobilinə əyləşərək sürüb getdiyini, yaşadığı evə gələrək əlində olan qara rəngli əl sumkasını otaqda olan divanın üzərinə qoyaraq əynində olan jiletinidə soyunaraq stolun üzərinə qoyduğunu, həmin vaxtdan təxminən 15 dəqiqə sonra özünə məxsus mobil telefonu və pul kaşiloklarına baxan zaman 7000 manat pulu, ümumvətəndaşlıq pasportumu, şəxsiyyət vəsiqəsi, 3 ədəd pul kartlarını (torpaq pulu, oğlunun şəhidlik pulu və pensiyə pulu olan kartı) əl sumkasında, əlavə jiletinin ciblərinə qoyduğu markasını bilmədiyi üzərində ***-***-**-** saylı sim nömrəsi olan mobil telefonu və digər cibinin içərisində ümumi 490 manat olan pulun çanta ilə birgə olmadığını gördüyünü, yaşadığı evi nə qədər axtarsa da pullarını və digər əşyalarını tapa bilmədiyini, 14.04.2020-ci il tarixdə yaşadığı evdə olan zaman həmkəndlisi Baxcamal adlı şəxsin onun yaşadığı evə gələrək ona məxsus şəxsiyyət vəsiqəsi, ümumvətəndaşlıq pasportu və bir ədəd pul kartı içərisində olan pul kaşiloku və markasını bilmədiyi istifadə etdiyi mobil telefonu oğlu Adil adlı şəxsin yaşadıqları kəntdə kanalın kənarından tapdığını bildirdiyini, özünün də Baxdıcamalın ona məxsus gətirdiyi kaşlokun içərisinə baxdıqda həmin kaşilokun içərisində olan 7000 manat pulunun içərisində olmadığını gördüyünü, nəvəsi Elnurun Ağdaş rayon Hüşün kəndində xurma bağında xurma yığdığını, Elnurun Ağdaş şəhərində Mədəniyyət evinin arxasında yerləşən evdə yaşadığını və onun yanına hərdən bir gəlib getdiyini, dəqiq tarix yadında olmadığını, mobil telefonuna sms gəldiyini və oğlu şəhid olduğu üçün, ona 11.000 manat pul gəldiyini, Ağdaş rayonunda yerləşən kapital banka yaxınlaşıb pulunu götürə biləcəyinin bildirdildiyini, özünün də dərhal kəndin icra nümayəndəsinin müavini Rəvan adlı şəxsə nəvəsi Elnurun mobil telefonu ilə zəng etdiyini və pulun onun hesabına gəlməsini dediyini sonrada Rəvanla birlikdə gedib 11.000 manat pulu götürüb gəldiyini, özündə olan 11.000 manat pulun olmasını Elçin həkimin, nəvəsi Elnur, Rəvanın bildiyini, həmin pulu axrıncı dəfə nə vaxt saymağını bilmədiyini, lakin həmin puldan bir hissəsini xərclədiyini, 7600 manat qaldığını, məscidə verdiyi təmiri üçün olan pulu da həmin 11.000 manatdan ayrı özündə olan puldan xərclədiyini, övladları və nəvələri ilə heç bir düşmənçiliyi və ədavəti olmadığını, dişlərini təmir etdirdiyi Elçin adlı həkimin onda pul olmasını bildiyini, buna görə də ondan 1000 manat pul istədiyini, özünün də ona 100 manat bir, 200 manatda bir pul verdiyini, sonra da həmin pulları ondan aldığını, daha sonra ondan pul istəmədiyini, ümumiyyətlə qohumlarının da ondan pul isdəmədiyini, əvvəl nəvəsi Elnurdan şübhələndiyini, sonrada oğurluğun nəvəsi Elnurluq olmadığını, oğurluğu Elçin həkimin etdiyini, həmin taksi sürücüsünü əvvəllər adını bilmədiyini, sonradan onun adının Tərlan olduğunu bildiyini, Elçinin evindən konkret olaraq 01 ədəd işlənmiş vəziyyətdə 110 manat dəyərində “Kgtel” markalı mobil telefon və telefonun içərisində olan “Azərcell MMC”-nə məxsus mobil nömrə, X3 adına olan Kapital banka məxsus torpaq pulu kartı, oğlu X1 adına Kapital banka məxsus şəhid pulu kartı və özünə aid Beynəlxalq Banka məxsus təqaüd kartı, ümumivətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi və 7490 manat pulunun oğurlandığını göstərmişdir. Məhkəmədən təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilməsini və ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində 14.04.2020-ci il tarixdə təxminən saat 12:20 radələrində yaşadığı evdən çıxaraq Ağdaş rayon Bulaqotağı kənd ərazisisndə yerləşən otlaq sahəsinə təsərrüfatında olan atla gedən zaman Ağdaş rayon Bulaqotağı kəndindən keçən X10 kənarı ilə gedən zaman yolun daşlıq hissəsində bir ədəd pul kaşilokuna oxşar nəsə gördüyünü, həmin əşyaya yaxınaşaraq əlinə götürüb içərisinə baxan zaman pul kaşilokunun içərisində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi, bir ədəd pul kartı, kağızlar və bir ədəd qara rəngli markasını bilmədiyi telefon olduğunu gördüyünü, özünün də Saqibəyə məxsus pul kaşilokunu götürərək otlaq sahəsinə gedən zaman yaşadıqları evə atası Baxdıcamalın getdiyini gödüyünü, Saqibəyə məxsus pul kaşilokunu və içərisində olanları atası Baxdıcamala verdiyini və “mənim aparmağım gec olar sən apar Saqibənin əşyalarını özünə ver” dediyini, sonrada özlərinə məxsus otlaq sahəsinə getdiyini, kaşiloku yerdən taparaq içinə baxan zaman içərisində olan sənədlərin həmkəndlisi Saqibəyə məxsus olduğunu gördüyünü, lakin pul qabının içərisində pul olmadığını, kaşilokun iki ədəd zamoklu ciblərinin olduğunu, bir cibinin zamokunun işləmədiyini, bağlı cibdə isə telefon və sənədlər olduğunu, Saqibəyə məxsus pul kaşilokunu görən zaman ətrafda heç kimin olmadığını, kimlərinsə həmin kaşiloku oraya atmasını görmədiyini, hadisə baş verən günü ***-***-**-** saylı mobil nömrədən istifadə etdiyini, hal-hazırda da həmin mobil nömrədən istifadə etdiyini, Saqibəyə aid əşyaları tapmamışdan qabaq, orda kimlərəsə rast gəlmədiyini, həmin vaxtı yanından hər hansı bir avtomobil keçmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək analoji ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, etibarnamə əsasında VAZ 21099 markalı **-GJ-*** dövlət nömrə nişanlı avtomobil idarə etdiyini, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olduğunu, həmin avtomobillə Ağdaş şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi tanıdığını və Elçinin Ağdaş şəhərində diş texniki kimi fəaliyyət göstərdiyini bildiyini, Elçinin 2020-ci ilin mart ayının əvvəllərində ona zəng edərək Ağdaş rayon Bulaqotağı kəndində yaşayan Saqibə adlı qoca qadını onun yanına gətirməyini bildirdiyini, özünün 3-4 dəfə diş həkimi Elçinin dediyi vaxtlarda Saqibənin yaşadığı kəndə gedərək onu Elçinin yanına gətirdiyini, sonuncu dəfə 13.04.2020-ci il tarixdə təxminən saat 11 radələrində Elçinin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək ona “avtomobilinlə mənim yaşadığım evə gəl” dediyini, özünün də Elçinin yaşadığı evə getdiyini və Elçinin onun avtomobilinə əyləşdiyini, bundan sonra ona “gedək Saqibə arvadı evindən götürək, onun dişlərini təhvil verəcəm, lakin o evdən çıxdıqdan sonra mən sənə zəng edəcəm, dala qayıdarsan, mənim Saqibənin evində qızla görüşüm olacaq” dediyini, özünün də Elçinə “Saqibənin evində qızla görüşmək olmaz, qızla görüşürsənsə get başqa yerdə, otellərdə görüş, onun evi qızla görüşmək üçün münasib yer deyil” dediyini, bundan sonra birlikdə Saqibənin yaşadığı evinə getdiklərini, avtomobili Saqibənin yaşadığı evin qarşısında saxladığını, daha sonra hər ikisinin Saqibənin həyətinə girdiklərini, bu zaman Elçinin Saqibənin onu görməməsi üçün tez Saqibəinin evinin arxasına keçdiyini, sonra Saqibəni çağırdığını və Saqibənin də əlində çanta ilə çölə çıxdığını, Saqibənin yaşlı qadın olduğu üçün onun əlindən tutaraq həyətə giriş qapısından çölə çıxardığını və çöl qapısını qıfılla bağlayıb, avtomobilə əyləşib getdiklərini, təxminən 15 dəqiqədən sonra Elçinin ona zəng edərək “Saqibə əlində çanta aparıbmı” dediyini, özünün də ona “hə əlində çanta var və onun əlində çantası olmasını nə səbəbə soruşursan” dediyini, Elçinin bu barədə ona heç nə demədiyini və “Saqibəyə deki, doxtur pandemiya ilə əlaqədar işləyə bilmir, sonra özü sənə deyəcək, gələrsən, Saqibə arvad həyətə girdikdən sonra sən küçədə gözlə məndə çıxacam” dediyini, özünün də bu barədə Saqibəyə bildirdiyini, bundan sonra geri qayıtdıqlarını, həmin vaxt Ağdaş rayon Qəsil kəndinə yaxınlaşdığını, daha sonra Saqibəni yaşadıqları evin giriş qapısının qarşısına düşürdüyünü və Saqibənin də yaşadığı evinə getdiyini, daha sonra avtomobillə həmin yerdən biraz qabağa gedib, yenidən geri qayıdıb həmin yerdə dayanıb Elçini gözlədiyini, biraz gözlədikdən sonra istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsi ilə Elçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə əvvəlcə zəng etdiyini, lakin Elçinin onun zənginə cavab vermədiyini, bundan sonra ona SMS yazaraq “tez çıx, məni görsələr porblem olacaq, telefonu aç mənə zəng elə” bildirdiyini, Elçinin də ona SMS yazaraq “qapıda gözlə çıxıram” bildirdiyini, lakin biraz da gözləməyinə baxmayaraq Elçinin yenə də həmin evdən çıxmadığını, bundan sonra Elçinə SMS yazdığını və “ qapıdan çöldə dayanıb gözləyəcəm, burada dayanmağım apasnıdı, səndə telefonu açmırsan, sənə dedim axı mən arvadı çıxartdım evə, səndə çıx yola” dediyini, təxminən aradan bir neçə dəqiqə keçdikdən sonra Elçinin həmin həyətdən çıxdığını və onun avtomobilinə əyləşdiyini, özünün Elçindən “qızla görüşə bildinmi” deyə soruşduğunu, Elçinin də ona “qızla görüşümüz alınmadı” dediyini, daha sonra Elçini yaşadığı evə düşürtdüyünü, bundan sonra 22.04.2020-ci il tarixdə Ağdaş RPŞ-nin təhqiqatçısı Haxverdi Əliyevin onu PŞ-nə dəvət etdiyini və onun izahatının alındığını, izahatımda da Saqibənin pulunun oğurlamadığını, kiminsə də oğurlamasını bilmədiyibi bildirdiyini, həmçinin də Elçinin də izahatı Haxverdi Əliyev tərəfindən alındığını, sonra Elçindən Saqibənin evindən oğurluq edib-etmədiyini soruşduğunu, Elçinin də ona Saqibənin evindən oğurluq etmədiyini bildirdiyini, 20.05.2021-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşı Müdafiəçi ona zəng edib onu PŞ-nə dəvət etdiyini, PŞ-də ona Elçini Saqibənin evinə aparanda, Elçin Saqibəninin evində qızla görüşməyi bəhanə etdiyini, həmin vaxt Saqibənin evindən əl çantasının içərisindən, içərisində Saqibəyə məxsus ümumvətəndaşlıq pasportu, şəxsiyyət vəsiqəsi, bir ədəd pul kartı, kağızlar, bir ədəd mobil telefon və 4200 manat pulunu oğurlamasının ona məlum olduğunu, Elçinin Saqibənin evindən çıxıb gələn zaman onun əlində heç nə olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X5 ifadəsində Nənəsi Zərərçəkmiş şəxs tək yaşadığını, 13.04.2020-ci il tarixdə təxminən saat 12:30 radələrində nənəsinin tanımadığı nömrə ilə onun mobil telefonuna zəng edərək əl çantasında olan “kaşiloku” ilə birgə içərisində olan pulu, şəxsiyyət vəsiqəsi, ümumvətəndaşlıq pasportu, 3 ədəd pul kartları və markasını bilmədiyi üzərində ***-***-**-** saylı sim nömrə olan mobil telefonunu itirdiyini, tapa bilmədiyini bildirdiyini, özünün də həmin vaxt Ağdaş şəhərində olduğunu, nənəsi Saqibənin ona zəng etdiyindən nənəsinin yaşadığı Ağdaş rayon Bulaqotağı kəndindəki evinə getdiyini, nənəsi Saqibənin yaşadığı evi, getdiyi yerləri nə qədər axtarsaq da pulu və digər əşyaları tapa bilmədiklərini, təxminən 2-3 gün sonra yenidən nənəsi Saqibənin yaşadığı evə gedən zaman nənəsi Saqibənin ona həmkəndliləri Baxdcamalın oğlu Adilin ona məxsus şəxsiyyət vəsiqəsini, ümumvətəndaşlıq pasportunu, 3 ədəd pul kartından birini, mobil telefonunu və pul kaşilokunu tapdığını və Baxcamalın isə gətirərək nənəsi Saqibəyə kənddə kanalın yaxınlığından tapdığını bildirdiyini, nənəsi Saqibənin 7490 manat pulunu və iki ədəd pul kaşilokunu hansı istiqamətdə itirməsini bilmədiyini, ümumiyyətlə nənəsi Saqibənin pul kaşilokunda təxminən 150-200 manat puldan başqa pul görmədiyini, nənəsi Saqibənin 7490 manat pulunun olması barədə heç bir məlumatının olmadığını, nənəsi Saqibəyə məxsus pullarının və iki ədəd pul kartının kimlərinsə tapması və ya götürməsi barədə məlumatının olmadığını, hadisə baş verən gün ***-***-**-** saylı mobil nömrəsindən istifadə etdiyini və hal hazırda da bu nömrədən istifadə etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində heç bir ruhi-əsəb və.s. xəstəliyi olmadığını, Ağdaş şəhərində avtomobil rəngsazı işlədiyini, Təqsirləndirilən şəxs tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, Elçinin Ağdaş şəhərində diş texniki işlədiyini, onunla bir küçədə yaşadıqlarını, 2020-ci ilin aprel ayının axırlarında Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı avtomobilini ona rəngləməyi üçün verdiyini, onun avtomobilini rəngləməyi müqabilində ona 500 manat pul verdiyini, həmin pulun da haradan əldə etməsindən də xəbərinin olmadığını, ümumiyyətlə Elçinin oğurluq etdiyini sonradan eştidyini, lakin kimin evindən və konkret olaraq nə oğurlamasını bilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.07.2021-ci il tarixli 9/4744 saylı rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən və edilməyən malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 68,00 manat müəyyən edilir. O cümlədən: -təqdim edilmiş 1 ədəd istifadədə olmuş “kgtel” markalı, düyməli, sadə mobil telefon aksesuarsız-40,00 manat, GSM nömrə - 4,00 manat, -təqdim edilmiş 1 ədəd sadə pul kisəsi – 4,00 manat, -1 ədəd torpaq pulu kartının dəyişdirilməsi – 10,00 manat, -1 ədəd torpaq pulu kartının dəyişdirilməsi – 10,00 manat, -1 ədəd şəhid pulu kartının dəyişdirilməsi – 0,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 01 iyun 2021 -ci il tarixli 731 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli 1636 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, İ.Nəsimi küçəsi 2/24-№il evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı-X7 və övladları-X8 (13.01.2019-cu il); X9 (02.04.2020-ci il). İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında“ qərardan görünür ki, 20.05.2021-ci il tarixə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə toplanmış mötəbər sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 20, 21 və 22-ci bəndlərində göstərilmişdir ki, Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-in 69-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması qənaətinə gəlir və Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübut kimi 01 ədəd işlənmiş vəziyyətdə Kgtel markalı mobil telefonu, həmin telefonun içərisində olan “Azərcell MMC”-nə məxsus mobil nömrə və pul qabı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə hüquqlarını 60 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 60 saat hüquqi xidmətə görə 360 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayon Hacılı kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhəri ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun.. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01ədəd işlənmiş vəziyyətdə "Kgtel" markalı mobil telefonu, həmin telefonun içərisində olan “Azərcell MMC”-nə məxsus mobil nömrə və pul qabı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 60 saat hüquqi xidmətə görə 360 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar