Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-117/2022 25.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1955-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan xx.xx.1955-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadıqları Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evdə şəxsi münasibətlər zəminində döyərək qəsdən ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zərərçəkmiş şəxs onun doğma oğlu olduğunu, oğlu Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər də mübahisələrin və dava-dalaşlarının baş verdiyini, xx.xx.2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadıqları Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evdə oğlu Zərərçəkmiş şəxs və arvadı Şahid onun həyat yoldaşı Gülxar Həsənova ilə mübahisə etdiklərini, buna görə oğlu Zərərçəkmiş şəxs arvadı ilə birlikdə ona məxsus evdən çıxıb getmələrini tələb etdiyini, bunun üstündə oğlu Zərərçəkmiş şəxs ilə aralarında mübahisənin baş verdiyini, mübahisə zamanı yumruqla oğlu Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini, bundan sonra oğlu İlyasın çıxıb getdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Təqsirləndirilən şəxs onun doğma atası olduğunu, atası Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər də mübahisələrin və davadalaşlarının baş verdiyini, xx.xx.2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadıqları Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evdə atası Təqsirləndirilən şəxs ona “sən və sənin arvadın çıxın gedin mənim evimdən” deyə söylədiyini, bunun üstündə atası Təqsirləndirilən şəxs ilə aralarında mübahisənin baş verdiyini, mübahisə zamanı atası Təqsirləndirilən şəxs üç dəfə yumruqla sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini, bundan sonra atası Təqsirləndirilən şəxs evdən çıxıb getdiyini, evin həyətinə düşərək həyat yoldaşı Şahid atası Təqsirləndirilən şəxs onu döyməsini bildirdiyini göstərdi. İş üzrə Şahid məhkəmə iclasında Zərərçəkmiş şəxs onun əri olduğunu, Təqsirləndirilən şəxs isə onun qayınatası olduğunu, xx.xx.2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində yaşadıqları Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən evdə qayınatası Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs “sən və sənin arvadın çıxın gedin mənim evimdən” deyə söylədiyini, bunun üstündə qayınatası Təqsirləndirilən şəxs ilə əri Zərərçəkmiş şəxs arasında mübahisənin baş verdiyini, mübahisə zamanı qayınatası Təqsirləndirilən şəxs yumruqla əri Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq ona xəsarət yetirdiyini bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 566 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-burun yəhərinin əzilməsi, burun çəpərinin sağa doğru əyilməsi, sol burun dəliyində nəfəsalma və nəfəsvermənin cüzi pozulması, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici izahatından başqa, zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, X1 barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-117/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-117/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver