Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-117/2023 03.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1965-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə ümumi təmiz çəkisi 6,29 qram eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, həmin narkotik vasitənin bir hissəsini, yəni 0,27 qramını xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində, 10 (on) manat müqabilində Şahid3 satmış, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində saxlanılaraq rayon Polis şöbəsinə gətirildikdən sonra ünvan 2 ünvanında yerləşən rayon Polis şöbəsinin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 01:38-dən saat 02:04-dək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,27 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı kimi xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində saxlanılaraq Ağdaş rayon Polis şöbəsinə gətirildikdən sonra rayon polis şöbəsinin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 10:02-dən 10:24-dək üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,41 qram və 2,61 qram, ümumi təmiz çəkisi 6,02 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 09:20 radələrində Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4/2 ünvanında yerləşən yaşadıqları evin qarşısında piyada dayanan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlaması barədə onlarda məlumat olmasının bildirirək onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, özünün də onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, onu Ağdaş rayon Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, daha sonra Ağdaş rayon Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusu, həmin gödəkçənin sol döş cibindən üzərində “West” yazılmış siqaret qutusu, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, həmin şalvarın sol yan cibindən isə 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulları aşakr olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun açıldığını, həmin 2 ədəd kibrit qutuları açılan zaman içərisində yaşıl rəngli, kəskin iyli bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, özü istifadə etmək üçün üzərində saxladığını, bundan sonra üzərindən aşkar edilmiş içərisində bitki kütləsi olan 2 ədəd kibrit qutusunun elektron tərəzidə çəkildiyini, hər birinin ayrı-ayrılıqda çəkilərinin 5,8 qram və 6,7 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pullar iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra üzərindən aşkar olunmuş “West” yazılmış 1 ədəd siqaret qutusunun açıldığını, açılan zaman içərisindən siqaretlər aşkar edildiyini, sonra üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində narktoik vasitə istifadəçisi olduğunu, lakin heç kimə narkotik vasitə satmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını, İlkini xalası oğlu vasitəsi ilə tanıdığını, İlkinlə heç bir düşmənçiliyinin olmadığını, əvvəllər İlkinlə birlikdə narkotik vasitə istifadə etdiyini, bəzən narkotik vasitəni özünün, bəzən isə İlkinin tapdığını, İlkin özünə məxsus ***-***-**-** mobil nömrəsinə İlkinin zəng edərək hal əhval tutduğunu, İlkinin tutulan günü onunla görüşmədiyini və üzərində narkotik vasitə olmadığını, İlkinin üzərindən aşkarlanmış narkotik vasitəni Arzudan, yəni ondan aldığını deməsi üçün döydüklərini və üzləşdirdiklərini, üzləşmə zamanı İlkinin təzyiq altında olduğundan həmin narkotik vasitəni ondan aldığını bildirdiyini, bunun yalan və böhtan olduğunu, İlkinə narkotik satmadığıını bildirmişdir. Özünü narktoik vasitələrdən istifadə etməkdə təqsirli bilir və əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 25 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu, mütəmadi olaraq narkotik vasitə olan və “nəşə” adlandırdığı qurudulmuş marixuanadan istifadə etdiyini, bu səbəblə də özü istifadə etmək üçün 2022-ci ilin yay aylarında yaşadığı evin həyətyanı sahəsində 1 ədəd dibçəkdə 1 ədəd narkotik tərkibli çətənə kolu əkdiyini, daha sonra təxminən 2 aydan sonra həmin 1 ədəd kol yetişdiyini, həmin kolu dibçəkdən çıxararaq yarpaqlarını yığıb qurutduğunu, bundan sonra həmin narkotik vasitədən özü üçün istifadə etməyə başladığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə olan zaman tanışı İlkin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə İlkinin istifadə etdiyi sonu 00-20 saylı mobil nömrədən zəng edərək ona “Dayı bəlkə 1 ədəd şey ola, narahatam” deyə söylədiyini, həmin vaxt ona pul lazım olduğu üçün İlkinlə razılaşdığını, özündə olan narkotik vasitənin bir hissəsini ona satmaq qərarına gəldiyini, lakin İlkinə nə qədər pul verməli olduğu barədə heç bir söz demədiyini, həmçinin İlkinə evdə olduğunu dediyini, İlkini yaşadığı evinin yerləşdiyi Ağdaş şəhəri, M.Şeyxzadə küçəsinə dəvət etdiyini, təxminən 5-10 dəqiqə sonra İlkin onun yaşadığı evin yerləşdiyi küçəyə gəldiyini, həmin zaman ona bir dəfə istifadə etməsi üçün kağız bükümdə “nəşə” yəni qurudulmuş marixuana verdiyini, İlkinin də cibindən çıxardığı 10 (on) manat pulu ona verdiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 09:20 radələrində Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4/2 ünvanında yerləşən yaşadığı evin qarşısında - küçədə dayanan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı, satmağı barəsində onlarda məlumat olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, onun da polis əməkdaşları ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, Ağdaş rayon Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş rayon Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparıldığını, şəxsi-axtarış zamanı polis əməkdaşının ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməyi təklif etdiyini, özünündə həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusu, həmin gödəkçənin sol döş cibindən “West” markalı siqaret qutusu, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, həmin şalvarın sol yan cibindən isə 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulları masanın üzərinə qoyduğunu, bundan başqa üzərindən hər hansı bir əşya aşkar edilmədiyini, daha sonra üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun açıldığını, həmin kibrit qutuları açılan zaman içərisində yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsinin aşkar edildiyini, həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, özü istifadə etmək üçün üzərində saxladığını, bundan sonra üzərindən aşkar edilmiş içərisində bitki kütləsi olan 2 ədəd kibrit qutusu ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini, çəkilərinin 5,8 qram və 6,7 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pullar iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra üzərindən aşkar olunmuş “West” markalı 1 ədəd siqaret qutusunun açıldığını, açılan zaman içərisində siqaretlər aşkar edildiyini, sonra üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin polis əməkdaşının onun kiməsə narkotik vasitə satıbsatmadığını soruşduğunu, onun da narkotik vasitələri çoxdan satdığını, daha sonra polis əməkdaşının ona üzərindən narkotik vasitə saxlamasında və daşımasında şübhəli olduğu üçün tutulmuş Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəni ondan almasını bildirdiyini bildirmiş, onun da polis əməkdaşına xx.xx.2023-cü il tarixdə İlkin adlı şəxsə narkotik vasitə satdığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, sonra üzərindən aşkar edilmiş “West” markalı siqaret qutusu və 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulların özünə qaytarıldığını, bundan sonra ona yaşadığı evə baxış keçirilməsi təklif edildiyini, onun da buna heç bir etiraz etmədiyini və yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazının olmaması ilə bağlı Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, daha sonra onun yaşadığı Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4/2 ünvanında yerləşən evə videoçəkilişdən istifadə etməklə onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, lakin baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilmədiyini və götürülmədiyini, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini və ucadan oxunduğunu, onun və digər proses iştirakçılarının həmin protokolu imzaladıqlarını, bundan sonra baxışın başa çatdığını bildirmişdir. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitəni və Şahid3 satmış olduğu narkotik vasitəni 2022-ci ildə yaşadığı evin həyətində dibçəkdə əkdiyini, narkotik tərkibli kolun yarpaqlarından yığıb qurudaraq saxladığını, həmçinin dibçəyi hazırda dəqiq olaraq xatırlamadığı tarixdə zibilliyə tulladığını, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Şahid3 bir bükümü 10 manat qarşılığında satdığını, üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefondan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi, üzləşdirmə istintaq hərəkətinin protokolu, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin manqa komandiri vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan və yaşayan Şahid3 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə 01 radələrində Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində Şahid3 yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, üzərində narkotik maddələr olması barədə əməliyyat məlumatı olmasını bildirdiklərini, onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiklərini, rayon Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız büküm, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əsginası (ümumilikdə 125 manat pul), əynində olan qara rəngli gödəkçənin sol yan cibindən dəmirdən, ev açarları, üzərində “Vinçestr” yazılmış, içərisində siqaret kötüyü olan siqaret qutusu, 1 ədəd alışqan, sol iç cibindən “Samsung Grand prime” markalı telefon, üzərində “Fermer” yazılmış, plastik bank kartı və qəpik pul aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümün açıldığını, həmin ağ rəngli kağız büküm açılan zaman içərisində yaşıl rəngli, kəskin iyli, bitki tərkibli kütlə aşkar edildiyini, həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını, özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli bitki kütləsi olan 1 ədəd ağ rəngli kağız bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 0,5 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş “Samsung GRAND prime” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən, zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra üzərindən aşkar olunmuş üzərində “Vinçestr” yazılmış 1 ədəd əzik halda siqaret qutusunun açıldığını, açılan zaman içərisində siqaret kötüyü aşkar edildiyini, sonra üzərindən aşkar edilmiş ağ rəngli 1 ədəd kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, sonra aşkar edilmiş üzərində “Vinçestr” yazılmış 1 ədəd siqaret qutusunun, ev açarları, alışqan, üzərində “Fermer” yazıldığını, plastik bank kartı, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əsginası (ümumilikdə 125 manat pul) özünə qaytarıldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Arzu” adlı şəxsdən Arzunun yaşadığı Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində 10 manata satın aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4/2 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə 09 radələrində Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində, Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, üzərində narkotik maddələr olması və şəxsiyyəti məlum olan şəxsə narkotik vasitələr satması barədə əməliyyat məlumatı olmasını bildirdiklərini, onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiklərini, rayon Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildiyini, həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusu, həmin gödəkçənin sol döş cibindən “West” markalı siqaret qutusu, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, həmin şalvarın sol yan cibindən isə 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulu masanın üzərinə qoyduğunu, bunlardan başqa üzərindən hər hansı bir əşya aşkar edilmədiyini, daha sonra üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun açıldığını, həmin kibrit qutuları açılan zaman içərisində yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsinin aşkar edildiyini, Arzunun həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş içərisində bitki kütləsi olan 2 ədəd kibrit qutusunun ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini, çəkilərinin 5,8 qram və 6,7 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pullar iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra üzərindən aşkar olunmuş “West” markalı 1 ədəd siqaret qutusunun açıldığını, açılan zaman içərisində siqaretlərin aşkar edildiyini, sonra həmin üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin polis əməkdaşının Arzudan kiməsə narkotik vasitə satıb-satmadığımı soruşduğunu, çoxdan narkotik vasitə satmasını könüllü olaraq etiraf etdiyini, daha sonra polis əməkdaşının Arzuya üzərində narkotik vasitə saxlamasında və daşımasında şübhəli olduğu üçün tutulmuş Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəni “Arzu” adlı şəxsdən almasını dediyini, Arzunun da polis əməkdaşına xx.xx.2023-cü il tarixdə İlkin adlı şəxsə narkotik vasitə satdığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, sonra Arzunun üzərindən aşkar edilmiş “West” markalı siqaret qutusu və 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulların özünə qaytarıldığını, bundan sonra Arzunun yaşadığı evə baxış keçirilməsinin təklif edildiyini, Arzunun da buna heç bir etiraz etmədiyini, yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazının olmaması ilə bağlı Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, daha sonra onun yaşadığı Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4/2 ünvanında yerləşən evə videoçəkilişdən istifadə etməklə Arzunun, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, lakin baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilmədiyini, götürülmədiyini, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, ucadan oxunduğunu, proses iştirakçılarının həmin protokolu imzaladıqlarını, bundan sonra baxışın başa çatdığını, üzərindən aşkar edilmiş narkotik vasitəni və Şahid3 satmış olduğu narkotik vasitəni 2022-ci ildə yaşadığı evin həyətində dibçəkdə əkdiyini, narkotik tərkibli kolun yarpaqlarından yığıb qurudaraq saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 01:00 radələrində Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində piyada gəzən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, Ağdaş rayon Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş rayon Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız büküm, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əsginası (ümumilikdə 125 manat pul), əynində olan qara rəngli gödəkçənin sol yan cibindən dəmirdən ev açarları, üzərində “Vinçestr” yazılmış, içərisində siqaret kötüyü olan siqaret qutusu, 1 ədəd alışqan, sol iç cibindən “Samsung Grand prime” markalı telefon aşkar olunduğunu, üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümün açıldığını, həmin ağ rəngli kağız büküm açılan zaman içərisində yaşıl rəngli, kəskin iyli, bitki tərkibli kütlənin aşkar edildiyini, həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli bitki kütləsi olan 1 ədəd ağ rəngli kağız bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 0,5 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş “Samsung GRAND prime” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən, zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra üzərindən aşkar olunmuş üzərində “Vinçestr” yazılmış 1 ədəd əzik halda siqaret qutusunun açıldığını, açılan zaman içərisində siqaret kötüyü aşkar edildiyini, sonra həmin üzərindən aşkar edilmiş ağ rəngli 1 ədəd kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, İlkin və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, sonra üzərindən aşkar edilmiş üzərində “Vinçestr” yazılmış 1 ədəd siqaret qutusu, ev açarları, alışqan, üzərində “Fermer” yazılmış, plastik bank kartı, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əsginasının özünə qaytarıldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Arzu” adlı şəxsdən Arzunun yaşadığı Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində 10 manata satın aldığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan və yaşayan Şahid3 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə 01 radələrində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin manqa komandiri Şahid1 ilə birlikdə Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində Şahid3 yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, üzərində narkotik maddələr olması barədə əməliyyat məlumatı olmasını bildirdiklərini, onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiklərini, rayon Polis şöbəsidə ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız büküm, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əsginası (ümumilikdə 125 manat pul), əynində olan qara rəngli gödəkçənin sol yan cibindən dəmirdən, ev açarları, üzərində “Vinçestr” yazılmış, içərisində siqaret kötüyü olan siqaret qutusu, 1 ədəd alışqan, sol iç cibindən “Samsung Grand prime” markalı telefon, üzərində “Fermer” yazılmış, plastik bank kartı və qəpik pul aşkar olunduğunu, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümün açıldığını, həmin ağ rəngli kağız büküm açılan zaman içərisində yaşıl rəngli, kəskin iyli, bitki tərkibli kütlə aşkar edildiyini, həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olmasını, özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli bitki kütləsi olan 1 ədəd ağ rəngli kağız bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 0,5 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş “Samsung GRAND prime” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən, zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra üzərindən aşkar olunmuş üzərində “Vinçestr” yazılmış 1 ədəd əzik halda siqaret qutusunun açıldığını, açılan zaman içərisində siqaret kötüyünün aşkar edildiyini, sonra üzərindən aşkar edilmiş ağ rəngli 1 ədəd kağız bükümün zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özünün və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, sonra aşkar edilmiş üzərində “Vinçestr” yazılmış 1 ədəd siqaret qutusu, ev açarları, alışqan, üzərində “Fermer” yazılmış, plastik bank kartı, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əsginasının (ümumilikdə 125 manat pul) özünə qaytarıldığını, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarixdə “Arzu” adlı şəxsdən Arzunun yaşadığı Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində 10 manata satın aldığını bildirdiyini söylədiyini, həmin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4/2 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında müvafiq sənədləşmə işləri aparıldığını, xx.xx.2023-cü il tarixdə 09 radələrində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid2 ilə birlikdə Ağdaş şəhəri, M.Şeyxzadə küçəsində, Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını, özlərini təqdim etdiklərini, üzərində narkotik maddələr olması və şəxsiyyəti məlum olan şəxsə narkotik vasitələr satması barədə əməliyyat məlumatı olmasını bildirdiklərini, onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiklərini, rayon Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edildiyini, şübhəli şəxs qismində tutulduğunu, bundan sonra onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirildiyini, həmin vaxt əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd kibrit qutusu, həmin gödəkçənin sol döş cibindən “West” markalı siqaret qutusu, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, həmin şalvarın sol yan cibindən isə 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulu masanın üzərinə qoyduğunu, bunlardan başqa üzərindən hər hansı bir əşya aşkar edilmədiyini, daha sonra üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun açıldığını, həmin kibrit qutuları açılan zaman içərisində yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edildiyini, Arzunun həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra üzərindən aşkar edilmiş içərisində bitki kütləsi olan 2 ədəd kibrit qutusunun ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyini, çəkilərinin 5,8 qram və 6,7 qram olduğunu, daha sonra üzərindən aşkar edilmiş 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pullar iş üçün əhəmiyyət kəsb edə biləcəyindən zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra üzərindən aşkar olunmuş “West” markalı 1 ədəd siqaret qutusunun açıldığını, açılan zaman içərisində siqaretlər aşkar edildiyini, sonra həmin üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunun zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin polis əməkdaşının Arzudan kiməsə narkotik vasitə satıbsatmadığımı soruşduğunu, çoxdan narkotik vasitə satmasını könüllü olaraq etiraf etdiyini, daha sonra polis əməkdaşının Arzuya üzərində narkotik vasitə saxlamasında və daşımasında şübhəli olduğu üçün tutulmuş Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəni “Arzu” adlı şəxsdən almasını deməsini, Arzunun da polis əməkdaşına xx.xx.2023cü il tarixdə İlkin adlı şəxsə narkotik vasitə satdığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, onun və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, sonra Arzunun üzərindən aşkar edilmiş “West” markalı siqaret qutusu və 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulların özünə qaytarıldığını, bundan sonra Arzunun yaşadığı evə baxış keçirilməsi təklif edildiyini, Arzunun da buna heç bir etiraz etmədiyini, yaşadığı ünvana baxış keçirilməsinə dair heç bir etirazının olmaması ilə bağlı Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, daha sonra onun yaşadığı Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4/2 ünvanında yerləşən evə videoçəkilişdən istifadə etməklə Arzunun, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, lakin baxış zamanı onun yaşadığı evdən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilmədiyini, götürülmədiyini, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, ucadan oxunduğunu, Cəsarət və digər proses iştirakçılarının həmin protokolu imzaladıqlarını, bundan sonra baxışın başa çatdığını, üzərindən aşkar edilmiş narkotik vasitəni və Şahid3 satmış olduğu narkotik vasitəni 2022ci ildə yaşadığı evin həyətində dibçəkdə əkdiyini, narkotik tərkibli kolun yarpaqlarından yığıb qurudaraq saxladığını bildirmişdir. İşin materiallarında olan 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin tarixdə 01 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid3 M.Şeyxzadə küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı polis kapitanı X5 Səfərovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Şahid3 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Şahid3 üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Şahid3 əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız büküm, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əsginası (ümumilikdə 125 manat pul), əynində olan qara rəngli gödəkçənin sol yan cibindən dəmirdən ev açarları, üzərində “Vinçestr” yazılmış,içərisində siqaret kötüyü olan siqaret qutusu, 1 ədəd alışqan, həmin gödəkçənin sol iç cibindən “Samsung GRAND prime” markalı mobil telefon, üzərində “Fermer” yazılmış, plastik bank kartı və qəpik pul aşkar olunmuş, daha sonra üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız büküm açılmış, həmin ağ rəngli kağız büküm açılan zaman içərisində yaşıl rəngli, yaşıl rəngli,kəskin iyli, bitki tərkibli kütlə aşkar edilmiş, həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmuş, həmin maddədən özü istifadə etmək üçün üzərində saxlamış, bundan sonra üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli bitki kütləsi olan 1 ədəd ağ rəngli kağız büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,5 qram olmuş, daha sonra üzərindən aşkar edilmiş “Samsung GRAND prime” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılaraq götürülmüş, daha sonra üzərindən aşkar olunmuş üzərində “Vinçestr” yazılmış 1 ədəd əzik halda olan “Vinçestr” siqaret qutusu açılmış, açılan zaman içərisindən siqaret kötüyü aşkar edilmiş, sonra həmin üzərindən aşkar edilmiş ağ rəngli 1 ədəd kağız büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər, Şahid3 həmin ağ bükümdəki olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və onu Ağdaş şəhər sakini “Arzu” adlı şəxsdən Ağdaş şəhərində, adının dəqiq yadında qalmadığı küçədə 10 manata satın aldığını bildirmiş, Şahid3 üzərindən aşkar olunan mobil telefonda qablaşdırılaraq götürülmüş, qalan əşyalar üzərinə “Vinçestr” yazılmış 1 ədəd siqaret qutusu, ev açarları, alışqan, üzərində “Fermer” yazılmış plastik bank kartı, 5 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 2 ədəd 20 manatlıq və 1 ədəd 50 manatlıq pul əsginasları özünə qaytarılmış, şəxsi axtarış prosesi videokamera vasitəsilə videoqeydə alınmış, protokol tərtib olunmuşdur. İşin materiallarında olan 1 ədəd CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı küçədə saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı polis kapitanı Xəyyam Mehtiyev, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkcəsinin sağ yan cibindən 2 ədəd kibrit qutusu, həmin gödəkçənin sol döş cibindən “West” markalı siqaret qutusu, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları, həmin şalvarın sol yan tərəf cibində isə 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pulları masanın üzərinə qoymuş, üzərindən başqa heç bir əşya aşkar edilməmiş,üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusu açılmış, həmin kibrit qutuları açılan zaman içərisində yaşıl rəngli, xüsusi iyə malik bitki kütləsi aşkar edilmiş, həmin bitki kütləsinin qurudulmuş marixuana olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, aşkar edilmiş içərisində bitki kütləsi olan 2 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkiləri 5,8 qram və 6,7 qram olmuş və zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş və imza edilmiş, daha sonra üzərindən aşkar edilmiş 4 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əsginasları iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılaraq götürülmüş, möhür vurularaq üzərinə imza edilmiş, 4 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik dəmir pullar və “West” markalı siqaret qutusu özünə qaytarılmış, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, M. Şeyxzadə küçəsində Şahid3 10 manat qarşılığında narkotik vasitə qurudulmuş marixuana satmış, şəxsi axtarış prosesi videokamera vasitəsilə videoqeydə alınmış, protokol tərtib olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/245 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şahid3 üzərindən aşkar edilmiş 1 ədəd kağız büküm...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi– 0,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda olan kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 2 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 3,41 qram və 2,61 qram, ümumi təmiz çəkisi – 6,02 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız bükümdə və 2 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 966 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyac yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2- 516/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “həşiş qəbulu nəticəsində aslılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbycan Respublkası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2003-ci il tarixli qərarı ilə cəzası 5 ilə endirilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heş bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 17 aprel 2023-cü il arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 4/2 ünvanında yaşamaqla, aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1970-ci il təvəllüdlü X2 və 1992-ci il təvəllüdlü X3. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 01:25də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 21:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə məhkəmə istintaq zamanı dindirilmiş 3 nəfər şahidin hər biri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, Şahid3 məhkəmədə də birbaşa Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə almış və müqabilində Təqsirləndirilən şəxs 10 manat vermişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını məhkəmə onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 6,14 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdən 14 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 6,14 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-117/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-117/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver