Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-118/2021 28.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs Zərəçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə, 13 yanvar 2003-cü il tarixdə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə 27 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci il yanvarın 15-də saat 14 radələrində dəmir yolunun Ləki-Qəbələ mənzilinin 278-ci km PK1dən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 9 nömrəli Yevlax İşarəvermə və rabitə sahəsinə məxsus olan 1 (bir) ədədinin dəyəri 175 manat təşkil edən cəmi 525 manat dəyərində 3 (üç) ədəd istifadədə olan 3,60 metrlik drossel tağlarını və 1 (bir) ədədinin dəyəri 65 manat təşkil edən cəmi 325 manat dəyərində 5 (beş) ədəd istifadədə olan 1,60 metrlik drossel tağlarını, ümumilikdə cəmi 8 (səkkiz) ədəd drossel tağlarını gizli yolla talayaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin 9 nömrəli Yevlax İşarəvermə və rabitə sahəsinə ümumilikdə cəmi 850 manat (səkkiz yüz əlli manat) məbləğində maddi ziyan vurmaqla dəmir yolu xəttlərinə münasibətdə qəsdən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi ev 66-da ailə üzvləri ilə birlikdə yaşayır, ailədə atası, anası və onunla birlikdə 6 uşaqdırlar. Özü subaydır, heç bir yerdə işləmir. Ləki dəmiryol stansiyası onların yaşadıqları yerin yaxınlığında yerləşir və oradan dəmir yolu xətti keçir. Ailəsinin maddi vəziyyəti və dolanışığı çətin olduğu üçün o, pul əldə etməyin yollarını fikirləşirmiş. Bir gün ağlına dəmir yolunda gördüyü mis naqillərdən kəsib sataraq pul əldə etmək gəlmiş Bu məqsədlə 15.01.2021-ci il tarixdə saat 14 radələrində yaşadığı evdən kəlbətin və ağ rəngli un kisəsi götürüb dəmir yolu relslərinin üstünə mis naqillər olan yerə getmiş. Həmin vaxt ətrafda kimsə yox idi. O, özü ilə götürdüyü kəlbətinlə dəmir yolu relsinə bağlanmış 8 ədəd mis trosları kəsmiş və özü ilə götürdüyü torbaya yığaraq yaşadığı evə aparmış. Həmin torbanı həyətlərində olan kolluğun dibində gizlətmiş və ailə üzvlərindən heç kimə bu barədə bir söz deməmiş. Gözləmiş ki, ara sakitləşsin sonra həmin mis naqilləri aparıb satar. Bundan təxminən 2 gün sonra, yəni 17.01.2021-ci il tarixdə saat təxminən 18 radələrində polis əməkdaşlarının onu axtardığını və Ləki dəmiryol stansiyasında onu gözlədiklərini öyrənmiş. O, atası Babəklə Ləki dəmiryol stansiyasına getmiş. Orada polis əməkdaşları bildirmişlər ki, onlar Yevıax st.XPŞ-nin əməkdaşlarıdır və ondan stansiyanın yaxınlığından oğurlanmış mis naqillər barədə soruşmuşar. O, həmin vaxt 15.01.2021-ci il tarixdə etdiyi oğurluğu etiraf etmiş və bildirmiş ki, mis naqilləri yaşadığı evin həyətində kolluqda gizlətmişdir. Polis əməkdaşları onu sabah Yevlax st.XPŞ-nə gəlib izahat verməyimi bildirmişlər. Səhəri gün də Yevlax st.XPŞ-nə gedib ora dəvət olunmuş tanımadığı bir müəllimin iştirakı ilə oğurladığı 8 ədəd mis naqilləri təqdim etmiş və etdiyi oğurluq barədə izahat vermiş. Daha sonra oğurladığı mis naqillərə baxış keçirilmiş və bildirilmiş ki, ekspertiza təyin ediləcək və ekspertizanın nəticəsinə görə onun əməlinə hüquqi qiymət veriləcəkdir. Etdiyi əməldən peşimandır, söz verir ki, bir daha heç vaxt oğurluq etməyəcək. Əlavə olaraq göstərmişdir ki, onun dəmir yolundan mis naqilləri oğurlamağından heç kimin məlumatı olmayıb, bu barədə heç kimə bir söz deməmiş. Oğurladığı mis naqilləri hər hansı metal qəbulu məntəqəsinə satıb pul əldə etmək fikri olsa da lakin onları hara və kimə satacağını hələ fikirləşməmişdi. Əvvəllər ümumiyyətlə heç vaxt heç yerdən oğurluq etmədiyini bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, o, əməlinin cinayət olduğunu bilir, etdiyi əməldən peşimandır, söz verir ki, bir daha cinayət törətməyəcəkdir. Əvvəllər heç bir yerdən oğurluq etməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş zərəri qismən ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 9 nömrəli Yevlax İşarəvermə və Rabitə sahəsinin rəis müavini Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Yevlax şəhəri R.Balakişiyev küçəsi ev 40-da yaşayıram. 2004-ci ildən dəmir yolu sahəsində, 2016-cıi ildən isə hazırda işlədiyi "xxxx" QSC-nin İnfrastruktur departamentinin 9 saylı Yevlax İşarəvermə və rabitə sahəsinin rəis müavini vəzifəsində işləyir. 15.01.2021-ci il tarixdə dəmir yolunun Ləki- Qəbələ mənzilinin 278-ci km PK1-də drosselin 8 ədəd mis tağları oğurlanmışdır. Həmin drossel tağlarının kəsilib götürülməsi zamanı dartı cərəyanının axması sxemi pozulur, relslərin birləşdiyi yerlərdə yanma baş verir və nəticədə hərəkət edən qatarların təhlükəsizliyi üçün ciddi problemlər yaranır. Oğurluq hadisəsi barədə sahə rəisi Abbas Hüseynov 17.01.2021-ci il tarixdə Yevlax st.XPŞ-nə müraciət etmişdir. Polis əməkdaşlarının keçirmiş olduqları tədbirlər nəticəsində drossel tağlarını kəsib oğurlayan şəxsin Ağdaş rayonunun Ləki qəsəbəsi sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin 8 ədəd mis drossel tağlarının oğurlanması nəticəsində 9 nömrəli Yevlax İşarəvermə və Rabitə sahəsinə 850 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 9 nömrəli Yevlax İşarəvermə və rabitə sahəsində Ləki dəmiryol stansiyasının elektrik mexaniki vəzifəsində işləyir. 16.01.2021-ci il tarixdə saat təxminən 16-17 radələrində ərazidə həmişəki kimi işləyərkən Ləki stansiyasının yaxınlığında dəmir yolunun Ləki-Qəbələ mənzilinin 278-ci km PK1-dən drossellərdən tağların, yəni naqillərin kəsilərək götürüldüyünü aşkar etmiş. Bu barədə sahə rəhbərliyinə məlumat vermiş. Həmin naqillər mis materialdandır və onu satmaq üçün oğurlamışdılar. Daha sonra 9 nömrəli Yevlax İşarəvermə və rabitə sahəsinin rəisi Abbas müəllim oğurluq hadisəsi barədə Yevlax st.XPŞ-nə məlumat vermiş. 17.01.2021-ci il tarixdə Yevlax st.XPŞ-nin əməkdaşları ilə birlikdə hadisə yerinə gedib baxış keçirmişlər və məlum olmuş ki, həmin yerdən cəmi 8 ədəd olmaqla 3 ədəd 3,6 metrlik və 5 ədəd 1,6 metrlik drossel tağları oğurlanmışdır. O, oğurlanmış həmin tağların yerinə başqalarını bağlayaraq bərpa etmiş. Sonradan o, bilmiş ki, polis əməkdaşları həmin oğurluğu törədən şəxsin Ləki qəsəbəsində yaşayan Babək adlı çobanın oğlu Vüqar olduğunu müəyyən etdiklərini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu Ləki qəsəbəsi C.Məmmədov küçəsi ev 66-da ikinci dəfə qurduğu ailə üzvləri ilə birlikdə yaşayır. Birinci ailəsindən 2, hazırki ikinci ailəmdən isə 6 olmaqla cəmi 8 övladı var. Heç bir yerdə işləmir, yaşadığı Ləki qəsəbəsində çobanlıqla məşğul olur. Təqsirləndirilən şəxs onun ikinci ailəsindən olan ilk, yəni ən böyük övladıdır. Onun dəmir yolundan mis naqillər oğurlamasından nə onun, nə də ki, digər ailə üzvlərinin məlumatı olmayıb. O, bu barədə 17.01.2021-ci il tarixdə Ləki dəmiryol stansiyasında öyrənmişdir. Belə ki, həmin gün, yəni 17.01.2021-ci il tarixdə saat 18 radələrində onlara xəbər vermişdilər ki, polis əməkdaşları oğlu Vüqarı axtarırlar və onlar Ləki dəmiryol stansiyasındadırlar. O, oğlu Vüqardan nə baş verdiyini və nəyə görə polislərin onu axtardıqlarını soruşmuş. Vüqar heç nədən mənlumatı olmadığını bildirmiş. Bundan sonra o, oğlu Vüqarı da götürüb Ləki dəmiryol stansiyasına getmiş. Orada olan polis əməkdaşları bildirmişlər ki, onlar Yevlax st. Xətt polis şöbəsinin əməkdaşlarıdırlar. O, polislərdən nə baş verdiyini soruşduqda onlar bildirmişlər ki, Ləki dəmiryol stansiyasının yaxınlığından dəmir yoluna aid mis naqillər oğurlanıb və həmin oğurluqda oğlu Vüqardan şübhələnirlər. Polis əməkdaşları bu barədə oğlu Vüqardan soruşduqda o, dəmir yolundan oğurluq etdiyini etiraf etmiş və bildirmişdi ki, 15.01.2021-ci il tarixdə saat təxminən 14 radələrində yaşadıqları evdə məişətdə istifadə etdikləri kəlbətini götürüb dəmir yolundan mis naqilləri kəsmiş və yaşadıqları evdə gizlətmişdir. Daha sonra yaşadıqları evə getmişlər və oğlu həyətdə kolun dibində ağ un kisəsəinin içərisində gizlətdiyi mis naqilləri polis əməkdaşlarına təhvil vermiş. O, həmin vaxt bilmiş ki, oğlu dəmir yolundan mis naqilləri oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, Yevlax st.XPŞ-nin CAQ-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 17.01.2021-ci il tarixdə Yevlax st.XPŞ-nə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 9 nömrəli Yevlax İşarəvermə və rabitə sahəsindən dəmir yolunun Ləki-Qəbələ mənzilinin 278-ci km PK1-dən 8 ədəd drosselin mis tağlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olmuşdu. Həmin gün şöbənin əməkdaşları ilə hadisə yerində olmuşlar və hadisə yerinə baxış keçirmişlər, məlum olmuşdu ki, qeyd olunan yerdən həqiqətən drossellərdən kəsmə üsulu ilə 8 ədəd mis tağlar oğurlanmışdır. Baxış keçirdikdən sonra o, və Ləki dəmiryol stansiyasında xidmət aparan şöbənin PPXM-nın polis nəfəri Şahid4 stansiyanın ərazisində qəsəbə sakinləri və dəmir yolu işçiləri ilə söhbətlər aparmışlar. Həmin gün təxminən saat 18 radələrində məlumat əldə etmiş ki, həmin oğurluğu törətməkdə Ləki qəsəbəsində yaşayan Babək adlı çobanın oğlu Vüqar şübhəlidir. Bu barədə şöbə rəhbərliyinə məruzə etmiş və Babəki və oğlu Vüqarı Ləki dəmiryol stansiyasında olan polis məntəqəsinə dəvət etmiş. Orada atası Babəkin iştirakı ilə Vüqarla oğurluq barədə söhbətlər aparmış və nəticədə Təqsirləndirilən şəxs 15.01.2021-ci il tarixdə dəmir yolunun Ləki-Qəbələ mənzilinin 278-ci km PK1-dən 8 ədəd mis drossel tağlarını oğurladığını və yaşadığ evin həyətində gizlətdiyini etiraf etmiş. Həmin vaxt məlum olmuş ki, Təqsirləndirilən şəxs yazıb-oxumağı bacarmır. Ona görə də o, Təqsirləndirilən şəxs bildirmiş ki, sabah Yevlax st.XPŞ-nə gələr və mütəxəssis qismində dəvət olunacaq müəllimin iştirakı ilə izahat verər. Daha sonra o, və polis nəfəri Şahid4 Yevlax st.XPŞ-nə gəlmişlər və o, bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş. Səhəri gün, yəni 18.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yevlax st.XPŞ-nə gələrək oğurladığı 8 ədəd mis naqilləri təqdim etmiş və izahat vermiş. Əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs başqa yerlərdən oğurluq etməsi barədə heç bir məlumatım olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadələr vermişdirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu Ləki qəsəbəsi İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş 06 avqust 2021-ci il tarixli 66 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Ləki qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi №- 66 il evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın 06 avqust 2021-cu il tarixli 1068 saylı məktubdan görünür ki, ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX-nı PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 05.05.2021-ci il tarixli 9/2277 nömrəli ekspert rəyindən görünür ki, 3 ədəd istifadədə olan 3,60 metrlik drossel tağının qiyməti 1 (bir) ədədi 175 manat olmaqla cəmi 525 manat, 5 ədəd istifadədə olan 1,60 metrlik drossel tağının qiyməti 1 (bir) ədədi 65 manat olmaqla cəmi 325 manat, ümumilikdə 850 (səkkiz yüz əlli manat) təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax st.XPŞ-nin İstintaq və təhqiqat qurupunun baş müstəntiqi, polis mayoru Tərxan Allahverdiyevin 04 avqust 2021-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax st.XPŞ-nin İstintaq və təhqiqat qurupunun baş müstəntiqi, polis mayoru Tərxan Allahverdiyevin 07 avqust 2021-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onların özünün məhkəmə iclasında verdiyi etirafedici ifadələrindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsinin tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyandan 300 manat ödənməsini nəzərə alıb onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, onun cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Maddi sübut kimi Yevlax st.XPŞ-nin maddi sübutlar otağında saxlanılan 3 (üç) ədəd 3,60 metrlik və 5 (beş) ədəd 1,60 metrlik olmaqla cəmi 8 (səkkiz) ədəd mis drossel tağları və oğurluqda istifadə olunan 1 (bir) ədəd kəlbətin hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərin dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmədə göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – Yevlax st.XPŞ-nin maddi sübutlar otağında saxlanılan 3 (üç) ədəd 3,60 metrlik və 5 (beş) ədəd 1,60 metrlik olmaqla cəmi 8 (səkkiz) ədəd mis drossel tağları və oğurluqda istifadə olunan 1 (bir) ədəd kəlbətin hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün.. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-118/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-118/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver