Məhkəmə qərarları › İş №1(014)-118/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-118/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-118/2022 02.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il də Ağdaş rayonunun Kotanarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Kotanarx kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Kotanar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Ağdaş şəhəri Bayraq Meydanı deyilən yerin yaxınlığında küçədə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlləri ilə qəsdən döyərək ona qəsdən sağlamlığa yüngül zərər vuran - sol təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), alnın sağ nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözətrafı nahiyənin şişkinliyi (dərialtı hematoması), qançırı, sağ gözün ağlı qişasına qansızıma, sol bazunun yuxarı və orta 1/3-nin bayır səthinin, sağ bazunun orta 1/3-nin iç səthinin, sol diz oynağının iç səthinin qançırları xəsarətlərini yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs onun arvadı olduğunu, 2011-ci ildə ailə qurduqlarını, birgə nikahlarından 2 azyaşlı övladlarının olduğunu, son zamanlar aralarındakı münasibətlərin pisləşdiyini, avtoyuma məntəqəsində yuyucu işlədiyini, gündəlik qazancının olduğunu, Gülnarın isə onu ailəyə baxmamaqda günahlandırdığını, sonradan Gülnarın ondan soyumasını hiss etdiyini, sonra isə Gülnarın başqa şəxslərlə əlaqəsinin olmasını öyrəndiyini, bundan sonra münasibətlərinin daha da pisləşdiyini, son 2 aydır ki, Gülnarın ayrılıb gedib atası evində yaşadığını, arabir gedib uşaqları ilə maraqlandığını, Gülnarın boşanmaq üçün Ağdaş Rayon Məhkəməsinə müraciət etdiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2022-ci il tarixdə baş verdiyini, həmin gün səhər saatlarında Gülnarın Göyçay rayonuna getdiyini, Gülnarın övladlarını orada internat tipli gimnaziyaya qoymaq istədiyini, Gülnara zəng edib bu barədə maraqlanmaq istədiyini, lakin Gülnarın onun zənglərinə cavab vermədiyini, sonda Gülnarın onun zənginə cavab verdiyini, Gülnardan harada olmasını soruşduğunu, Gülnarın da ona Göyçaydan qayıtdığını, yol gəldiyini, hazırda Ağdaş rayon Şəmsabad kəndi ərazisindən keçməsini söylədiyini, biraz sonra yenidən Gülnara zəng etdiyini, Gülnarın yenə ona cavab vermədiyini, Gülnarın atası evindən çıxıb işlədiyi yerə getdiyini, oradan yenidən Gülnara zəng edəndə Gülnarın cavab verərək Ağdaş rayon mərkəzinə gəldiyini və çörək alıb geri qayıtdığını, hazırda Bayraq Meydanının yaxınlığında olmasını söylədiyini, həmin vaxt Ramin adlı taksi sürücüsü ilə birlikdə Gülnarın dediyi yerə getdiyini, həmin vaxt Gülnarın bir nəfər şəxslə söhbət edərək getməsini gördüyünü, Gülnarın yanına gedib orada maşından düşdüyünü, Gülnarın yanında gedən şəxsin onu görən kimi oradan uzaqlaşdığını, həmin vaxt Gülnarla aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı əsəbləşdiyi üçün əlləri ilə bir neçə dəfə Gülnarın üz və baş nahiyələrinə vurduğunu, sonra Gülnarın oradan keçən maşına əyləşərək yaşadığı ev istiqamətində getdiyini, taksi ilə onun arxasıyca getdiyini, Gülnarın gedib Yuxarı Qəsil kəndində atası evinin yaxınlığında maşından düşdüyünü, Gülnarın qonşunun həyətinə daxil olanda ona yaxınlaşıb bir dəfə də sillə ilə vurduğunu, Gülnarın qışqırmasına görə oradan uzaqlaşdığını, Gülnarın üz və baş nahiyələrinə bir neçə dəfə əli ilə vuraraq xəsarət yetirdiyini, aralarındakı mübahisə və dava-dalaşın küçədə baş verdiyini, dava-dalaşın təxminən 5-7 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa Ramin adlı taksi sürücüsünün olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, 2011-ci ildə ailə qurduqlarını, birgə nikahlarından 2 azyaşlı övladlarının olduğunu, əvvəllər münasibətləri yaxşı olsa da, son 3-4 ildir ki, münasibətlərinin korlandığını, buna səbəb Eşqinin ailəsinə etinasız yanaşması, ailəsinə baxmaması olmasını, bu səbəbdən aralarında mübahisələrin baş verdiyini, sonda boşanma qərarına gəldiklərini, 2 aydan çoxdur ki, uşaqlarını da götürüb ata evinə qayıtdığını, boşanmaq üçün Ağdaş Rayon Məhkəməsinə də müraicət etdiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində baş verdiyini, həmin gün səhər saatlarında Göyçay rayonuna getdiyini, övladını orada yerləşən internat tipli gimnaziyaya qoymaq istədiyini, oradan qayıdanda gəlib Ağdaş şəhəri “Qəbələ dördyolu” adlanan yerdə maşından düşdüyünü, həmin vaxt Eşqinin dəfələrlə ona zəng etdiyini, Eşqinin zəngini açıb olduğu yeri ona söylədiyini və çörək alıb evə gedəcəyini söylədiyini, Eşqinin də onun yerini bildikdən sonra onun olduğu yerə gəldiyini, Ağdaş şəhəri Bayraq Meydanı deyilən yerdən piyada keçib yaşadığı kənd istiqamətində gedərkən Eşqinin taksi ilə gəlib maşından düşüb onun qabağını kəsdiyini, Eşqinin maşından düşüb ona nalayiq ifadələr işlətdiyini, ona görə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Eşqinin onu əlləri ilə döyməyə başladığını, Eşqinin yanındakı taksi sürücüsü onu Eşqinin əlindən ala bilmədiyini, sonra oradan keçən maşına əyləşib yaşadığı kəndə getdiyini, Eşqinin onu təqib edərək onun dalıyca gəldiyini, yaşadığı kənddə Eşqinin yenə ona yaxınlaşıb döymək istəyəndə küçədə qonşularını görüb ondan uzaqlaşdığını, Eşqinin əlləri ilə onun üz, baş, qol nahiyələrindən bir neçə dəfə, yerə yıxılandan sonra isə təpiklə bel və qarın nahiyələrindən bir neçə dəfə vuraraq xəsarət yetirdiyini, aralarındakı mübahisə və dava-dalaşın Ağdaş şəhəri Bayraq Meydanı deyilən yerin yaxınlığında küçədə baş verdiyini, dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa Eşqinin gəldiyi taksinin sürücüsünün olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid izahatında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində arvadı Zərərçəkmiş şəxs Bayraq Meydanı deyilən yerin yaxınlığında əlləri ilə döyərək ona xəsarət yetirdiyini, dava-dalaş zamanı müdaxilə edib onları ayırdığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 578 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sol təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), alnın sağ nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sağ gözətrafı nahiyənin şişkinliyi (dərialtı hematoması), qançırı, sağ gözün ağlı qişasına qansızıma, sol bazunun yuxarı və orta 1/3-nin bayır səthinin, sağ bazunun orta 1/3-nin iç səthinin, sol diz oynağının iç səthinin qançırları, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar