Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-118/2023 15.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1995-ci ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlayıb daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Pirəzə kənd sakini X2 əvəzsiz olaraq şəxsi istifadəsi üçün qanunsuz olaraq təmiz çəkisi 18,55 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2023-cü il tarixdə saat 01:42 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Pirəzə kəndində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 02:08-dən 02:28-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 18,55 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirli bilərək evli və iki övladının olduğunu, heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, təxminən 2 ildir ki, “nəşə” adlandırdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, lakin narkotik vasitələrdən asılı olmadığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 01:42 radələrində Pirəzə kəndində piyada hərəkətdə olan zaman Ağdaş RPŞ-nin əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini, daha sonra ona üzərində narkotik vasitələri saxlamağı və qəbul etməsi barədə onlarda əməliyyat məlumatının olmasını bildirərək onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Polis əməkdaşları ilə razılaşdığını və Ağdaş RPŞ-yə gəldiyini, RPŞ-də ona dövlət hesabına müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, daha sonra RPŞ-nin inzibati binasında, xidməti otaqlardan birində onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış başlandıqdan sonra polis əməkdaşının hüquqlarını izah etdiyini və bu barədə yazılı bildiriş təqdim etdiyini, həmçinin polis əməkdaşının ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etdiyini, buna görə də həmin vaxt əynində olan qara rəngli gödəkçənin sol cibindən 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etdiyini, daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın davam etdirildiyini və əynindəki qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd siqaret qutusu və alışqanı və əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd mobil telefon aşkar edildiyini, daha sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparıldığını, lakin qeyd etdiklərindən başqa hər hansı bir əşya və ya predmetin aşkar edilmədiyini, bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsinin aşkar olunduğunu, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 20,3 qram olduğunu, həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu və Ağdaş rayonu, Pirəzə kənd sakini Nahib adlı şəxsin Pirəzə kəndində qəbiristanlığın yaxınlığında daşın altına qoyduğunu və ona pay verdiyini, bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan büküm və mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılaraq üzərinə DİNin 111 saylı möhürü olan kağız parçalarının vurulduğunu və iştirakçılarla birlikdə kağız zərflərin üzərinə imza etdiklərini, daha sonra üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusunun və 1 ədəd alışqanın iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işlədiyini, xx.xx.2023cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olmasının qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-yə gətirilməsi ilə əlaqədar “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edildiyini, xx.xx.2023-cü il tarixdə saat 01:42 radələrində Təqsirləndirilən şəxs onun və Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Ağdaş rayonu, Pirəzə kəndi ərazisində saxlanıldığını, həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs onlarla razılaşdığını və onun Ağdaş RPŞ-nin inzibati binasında təhqiqatçı Nail Məhəmmədlinin xidməti otağına gətirildiyini, həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü Ağdaş rayon Hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 müdafiəçi qismində təhqiqatçı Nail Məhəmmədlinin xidməti otağına dəvət olunduğunu, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğunu, hüquq və vəzifələrinin ona izah olunduğunu, daha sonra onun, müdafiəçinin, CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə təhqiqatçı Nail Məhəmmədlinin RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis kapitanı Elçin Yahyayevin video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başladığını, axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçı X6 Cavadova üzərində olan əşyaları təqdim etməsini təklif etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etdiyini, daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın davam etdirildiyini və onun əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd siqaret qutusu və alışqan və əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd mobil telefonun aşkar edilərək götürüldüyünü, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsinin aşkar olunduğunu, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 20,3 qram olduğunu, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu və Ağdaş rayonu Pirəzə kənd sakini Naib adlı şəxsin Pirəzə kəndində qəbiristanlığın yaxınlığında daşın altına qoyduğunu və ona pay verdiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan büküm və mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaların vurulduğunu və iştirakçılarla birlikdə kağız zərflərin üzərinə imza edildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu və 1 ədəd alışqanın iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını və sonra da protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 1ində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsində və üzərində gəzdirməsində şübhəli olmasının qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edildiyini, xx.xx.2023-cü il tarixdə saat 01:42 radələrində Təqsirləndirilən şəxs onun və PPXB-nin manqa komandiri Şahid2 iştirakı ilə Ağdaş rayonu, Pirəzə kəndi ərazisində saxlanıldığını, həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs razılaşdığını və onun Ağdaş RPŞ-nin inzibati binasında təhqiqatçı Nail Məhəmmədlinin xidməti otağına gətirildiyini, həmin vaxt axtarış aparılmasında iştirak etməkdən ötrü Ağdaş rayon Hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 müdafiəçi qismində təhqiqatçı Nail Məhəmmədlinin xidməti otağına dəvət olunduğunu, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğunu, hüquq və vəzifələrinin ona izah olunduğunu, daha sonra onun, müdafiəçinin, PPXB-nin manqa komandiri Şahid2 iştirakı ilə təhqiqatçı Nail Məhəmmədlinin RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis kapitanı Elçin Yahyayevin video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başladığını, axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçı X6 Cavadova üzərində olan əşyaları təqdim etməsini təklif etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etdiyini, daha sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın davam etdirildiyini və onun əynində olan qara rəngli gödəkçənin sağ cibindən 1 ədəd siqaret qutusu və alışqan və əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd mobil telefonun aşkar edilərək götürüldüyünü, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümün açıldığını və içərisindən yaşıl rəngli, xüsusi iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsinin aşkar olunduğunu, həmin bitki kütləsinin elektron tərəzidə çəkildiyini və çəkisinin 20,3 qram olduğunu, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuana olduğunu və Ağdaş rayonu, Pirəzə kənd sakini Naib adlı şəxsin Pirəzə kəndində qəbiristanlığın yaxınlığında daşın altına qoyduğunu və ona pay verdiyini, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf sellofan büküm və mobil telefonun iş üçün əhəmiyyət kəsb etdiyindən ayrı-ayrılıqda kağız zərflərə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçalarının vurulduğunu və iştirakçılarla birlikdə kağız zərflərin üzərinə imza edildiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu və 1 ədəd alışqanın iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını və sonra da protokol tərtib olunduğunu bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin inzibati binasında keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol cibindən 1 ədəd siqaret qutusu və alışqan və əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd mobil telefon aşkar edilmiş, Ərrəhman həmin maddənin marixuana olmasını söyləmiş, Ağdaş rayonu, Pirəzə kənd sakini Naib adlı şəxsin Pirəzə kəndində qəbiristanlığın yaxınlığında daşın altına qoyduğunu və ona pay vermiş, istifadə etmək üçün üzərində saxlamış, bundan sonra Ərrəhman üzərindən aşkar edilmiş içərisində yaşıl rəngli bitki kütləsi olan 1 ədəd şəffaf sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 20,3 qram olmuş, sonra həmin üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər, şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş videogörüntü diskə köçürülərək protokola əlavə edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2023-cü il tarixli 17/295 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ rəngli 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 18,55 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 964 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-575/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMXnin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 may 2023-cü il tarixli, 61 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 31 may 2023-cü il tarixli, 5-32-12/2-145/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ünavnında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası 1972-ci il təvəllüdlü X3, anası 1978-ci il təvəllüdlü X4, arvadı 1992-ci il təvəllüdlü X8, qızı 2018-ci il təvəllüdlü X5 və oğlu 2019-cu il təvəllüdlü X1r. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 01:57də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 10:30-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 (dörd) gün təyin edilən cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 18,50 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 18,50 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-118/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-118/2023
15.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver