Məhkəmə qərarları › İş №1(014)-118/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-118/2024

20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-118/2024 20.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X8 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Cardam kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə saat 13:00 radələrində Ağdaş rayonu, Cardam kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı bacısı Zərərçəkmiş şəxs sifət və baş nahiyələrindən qəsdən bir neçə dəfə sillə ilə vuraraq Zərərçəkmiş şəxs- sağ gicgah nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ gözətrafı nahiyənin şişkinliyi, sağ gözün ağlı qişasına qansızması, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gələn sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır və bacısının 19 yaşı var. Əvvəllər bacısı Zərərçəkmiş şəxs ilə aralarında hər hansı mübahisə və dava-dalaş olmamış, münasibətləri normal olmuşdur. 20 may 2024-cü il tarixdə, saat 13:00 radələrində yaşadıqları evdə olarkən bacısı Şahid çimmək üçün hamama getməyə hazırlaşmışdır. Zərərçəkmiş şəxs hamamın birinci otağına daxil olub paltarlarını asılqandan asıb çıxarkən Zərərçəkmiş şəxs hamam otağından çıxmasını, namaz vaxtının çatdığını və çimməli olduğunu bildirmişdir. Bacısı Zərərçəkmiş şəxs ona hamama birinici özünün daxil olacağını söyləmişdir. O, bacısından hamamdan çıxmasını tələb etmiş, Zərərçəkmiş şəxs cavabında hamamdan çıxmayacağını söyləmiş və hamamın qapısını bağlamaq istəmişdir. Həmin vaxt bacısı Xədicə ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Xədicə ona nalayiq sözlər demiş və o, həmin sözlərdən əsəbləşərək Xədicənin sifət və baş nahiyələrindən bir neçə dəfə sillə ilə qəsdən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt bacısı Xədicə zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. O, bacısını orada qoyub evdən küçəyə çıxmışdır. Bacısı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaş yaşadıqları evin hamam otağında baş vermiş, orada ikisindən başqa kimsə olmamışdır. Yaranmış səs-küyə digər otaqdan anası Şahid gəlmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən peşman olmasını, bacısı Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirib, barəsində olan materiala xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda qardaşı Ömər ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmasını bildirib ifadə verməkdən imtina etsə də, suallara cavab olaraq bildirdi ki, əvvəllər qardaşı Təqsirləndirilən şəxs ilə aralarında hər hansı mübahisə və dava-dalaş olmamış, münasibətləri normal olmuşdur. 20 may 2024-cü il tarixdə, saat 13:00 radələrində yaşadıqları evdə olarkən o, çimmək üçün hamama getməyə hazırlaşmış, hamamın birinci otağına daxil olub paltarlarını asılqandan asarkən qardaşı Ömər gəlib ona hamam otağından çıxmasını, ondan əvvəl hamama özünün daxil olub çimməli olmasını, namaz vaxtına az qalmasına görə vaxtının olmadığını söyləmişdir. O, da qardaşına birinci özünün hamamda çiməcəyini demiş, lakin qardaşı Ömər yenə də təkidlə ona birinci özünün hamamda çiməcəyini söyləmişdir. Daha sonra qardaşı Ömər onun üzərinə qışqıraraq ünvanına nalayiq sözlər demiş, o da qardaşı Ömərin ona dediyi nalayiq sözləri özünə qarşı istifadə etməklə cavab qaytarmışdır. Həmin vaxt qardaşı Ömər ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq qəsdən sillə ilə bir neçə dəfə onun sifət və baş nahiyələrindən vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 20 may 2024-cü il tarixdə, saat 13:00 radələrində yaşadıqları evin mətbəxində olarkən hamam otağından səs-küy gəlməsini eşitmiş və dərhal hamam otağına getmişdir. X2 və baş nahiyələrinə sillə ilə vurduğunu görmüş və onlara yaxınlaşarkən Ömər çıxıb getmişdir. Bundan sonra Xədicəni yerdən qaldırıb əl-üzünə su vurması üçün hamama aparmışdır. Oğlu Təqsirləndirilən şəxs ilə qızı Zərərçəkmiş şəxs aralarındakı mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam eetmiş və həmin vaxt orada onlardan başqa kimsə olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizasının 21 may 2024-cü il tarixli, 231 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ gicgah nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sağ gözətrafı nahiyənin şişkinliyi, sağ gözün ağlı qişasına qansızma, küt alət təsirindən törənmiş, törənmə müddətləri 20 may 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəmə tibbi-ekspertizasının 21 may 2024-cü il tarixli, 230 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət aşkar olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 25 may 2024-cü il tarixli, 18-1-22/2-740/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Cardam kəndində yaşayan Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli, 5-32-12/2-106/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Cardam kəndində yaşayan xx xxxxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi – atası 18 dekabr 1978-ci il təvəllüdlü X7, anası xx xxx 1981-ci il təvəllüdlü Şahid, bacıları xx xxxxxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, 19 aprel 2009-cu il təvəllüdlü X9, 13 iyun 2011-ci il təvəllüdlü X10 və qardaşı 03 may 2015-ci il təvəllüdlü X6 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında yekun protokolun baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla cinayət əməli törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4. 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair» 15 iyul 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışı gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs ilə barışdığını və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxs ilə barışdığı üçün ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunanları əsas tutaraq və iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətmiş təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar