Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-119/2024 21.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Yevlax rayonu, Xaldan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Əmirarx kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 17 may 2024-cü il tarixdə təxminən saat 10 radələrində Təqsirləndirilən şəxs ilə həyat yoldaşı Zərərçəkmiş şəxs arasında birgə yaşadıqları Ağdaş rayon Əmirarx kəndində yerləşən fərdi yaşayış evlərində şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə qəsdən Zərərçəkmiş şəxs saçından tutub yolduğunu,daha sonra onun başını aşağı əyib bir neçə dəfə qəsdən döşəməyə çırparaq ona, küt alət təsirindən törənmiş, törənmə müddətləri 17 may 2024-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa qəsdən yüngül zərər vuran, beyin silkələnməsi, ənsə təpə nahiyyəsinin şişkinliyi (dərialtı hematoması) xəsarətlərini yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 23 fevral 2020-ci il tarixdə ailə həyatı qurmuşlar, birgə nikahlarından 2 azyaşlı övladları olmuş, təxminən 1-2 həftədir ki, aralarında müəyyən narazılıqlar yaranmışdır. Təxminən bir həftə əvvəl Bakı şəhərində olan zaman həyat yoldaşı Türfə ona zəng edərək kiçik oğlunun bilmədən sirkə şüşəsinin qapağını açdığını və sirkənin iyisinin uşağa pis təsir etdiyini, hal-hazırda onu Ağdaş RMX-ya apardığını demişdir. O, həmin gün təxminən saat 23 radələrində rayona qayıtmışdır. 16 may 2024-cü il tarixdə gecə saatlarına qədər torpaq sahəsində fəhlə kimi işləmiş, evə gecə saatlarında getmiş, səhər açıldıqdan sonra, yəni 17 may 2024-cü il tarixdə təxminən saat 09 radələrində həyat yoldaşı Türfə dünəndən övladının hərarətinin yüksək olduğunu, heç cür hərarətini sala bilmədiyini deyib övladını həkimə aparmalarını istəmiş, o, Türfə ilə razılaşmışdır. Həmin vaxt kənardan anası Xavər onlara “əgər istəyirsinizsə Azər işə getsin, mən də Türfə ilə nəvəmi həkimə aparım, Azər də işindən qalmasın” demiş, həyat yoldaşı Türfə anasına kobud şəkildə cavab verərək “xeyr övladımızı biz Azərlə ikimiz aparacağıq həkimə” demişdir. O, Türfəyə anası ilə kobud şəkildə danışdığı üçün irad bildirmiş, bu səbəbdən isə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı isə o, əsəbləşərək Türfənin yanına gedib qəsdən əliylə onun saçından tutaraq yolmuş və onu döşəməyə yıxaraq qəsdən başını bir neçə dəfə döşəməyə çırpmış, bundan sonra isə fikrini dağıtmaq üçün evdən çıxıb getmişdir. Hazırda əməlindən səmimi peşmandır, arvadı ilə barışıb bir evdə yaşayırlar, barəsində olan icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs X2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialının bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 23 fevral 2020-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə nigahlarından iki azyaşlı övladları var. Təxminən bir həftə əvvəl o, anasını görmək üçün anasının yaşadığı evə getmişdir. Həmin vaxt kiçik övladı bilmədən sirkə turşusunun şüşəsinin qapağını açmış və onun da iyi ona təsir etmişdir. Həmin gün axşam saatlarında o, həyat yoldaşı Azərə zəng edib bu barədə məlumat vermişdir. Həmin gün axşam təxminən saat 23 radələrində Azər rayona gəlmişdir. 16 may 2024-cü il tarixdə onun kiçik oğlu X4 hərarəti yüksəlmiş. O, oğluna evdə dərman verərək hərarətini düşürmüşdür. 17 may 2024-cü il tarixdə təxminən saat 09 radələrində o, həyat yoldaşı Azərə oğlunu həkimə aparmalı olduqlarını bildirmiş, Azər onunla razılaşmışdır. Həmin vaxt qaynanası Xavər onlara “uşağı heç bir yerə aparmayacaqsız, əgər bu evdən çıxsaz bir daha evə geri qayıtmayacaqsız” demiş, Azər də anası ilə razılaşmışdır. Bundan sonra o, Azərə övladının hərarətinin düşmədiyini, onu həkimə aparmaq məcburiyyətində olduqlarını bildirmiş, Xavər Azərə “o, kişi deyil, kişiliyini göstər” dedikdə Azər uşağı xəstəxanaya aparmaqdan imtina etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə vaxtı Azər onun yanına gələrək əli ilə onun saçından tutaraq saçını yolub onu yerə yıxmış, sonra isə əli ilə başından tutaraq dəfələrlə başını qəsdən döşəməyə çırpmışdır. O, Azəri itələyib ayağa qalxmış, Azər isə evdən çıxıb getmişdir. O, bundan sonra kiçik oğlunu götürüb anası evinə getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan icraata xitam verilməsini xahiş edir. Daha sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir. Təqsirləndirilən şəxs isə onun doğma oğludur. Onlar 23 fevral 2020-ci il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki azyaşlı övladları dünyaya gəlmişdir. 16 may 2024-cü il tarixdə oğlu Azər gecə saatlarına qədər işləyib, evə gecə saatlarında gəlmişdir. Həmin gün gəlini ona yalandan kiçik nəvəsinin qızdırmasının olduğunu demişdir. Səhər təxminən saat 09 radələrində gəlini Türfə oğlu Azərə nəvəsini həkimə aparmalarını, dünəndən uşağın hərarəti yüksək olduğunu, heç cür hərarətini sala bilmədiyini bildirmiş, Azər də onunla razılaşmışdır. Həmin vaxt Azəri ot daşımaq üçün işə çağırmışlar, o, “əgər istəyirsinizsə Azər işə getsin, nəvəmi həkimə özüm aparım, Azər də işindən qalmasın” demişdir. Gəlini Türfə isə ona kobud şəkildə cavab verərək “xeyr övladımızı biz Azərlə ikimiz aparacayıq həkimə” deyə bildirmiş, Azər də Türfəyə onunla kobud şəkildə danışmaması üçün irad bildirmişdir. Bu səbəbdən oğlu Azərlə gəlini Türfə arasında mübahisə yaranmış, mübahisə zamanı oğlu Azər əsəbləşərək gəlinin saçından tutaraq yolmuş və onun başını qəsdən bir neçə dəfə döşəməyə çırpmışdır. Bundan sonra isə oğlu Azər fikrini dağıtmaq üçün evdən çıxıb getmişdir. Hazırda barışmışlar, münasibətləri yaxşıdır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan məhkəmə-tibbi ekspertizasının 18 may 2024-cü il tarixli, 227 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – beyin silkələnməsi, ənsə təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), küt alət təsirindən törənmiş, törənmə müddətləri 17 may 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan məhkəmə-tibbi ekspertizasının 21 may 2024-cü il tarixli, 233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət aşkar olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının 25 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Aödaş rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Aödaş rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, arvadı və iki azyaşlı uşaqdan ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin təqsrləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 saat iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 60 (altmış) manat pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı olan) hesabına 60 (altmış) manat pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-119/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-119/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver