Məhkəmə qərarları › İş №1(014)-12/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-12/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-12/2021 13.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X34 oğlunun Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçilər – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5, oğlunun, Yevlax şəhəri Vəkil Bürosunun direktoru, vəkil Müdafiəçi2 Möhubbət oğlunun və Yevlax şəhəri Vəkil Bürosunun, vəkil X2 Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən “X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın məsləhətçi-psixoloqu X16 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1991-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 xx.xx.1998-ci ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2004-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx.xx.1999-cu ildə Ağdaş rayonunun Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Yuxarı Ləki kəndində qeydiyyatda olmaqla Ağdaş rayonu Ləki qəsəbəsi Sabir küçəsi ev 38-də müvəqqəti yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə xx xxxxx 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, özgə əmlakını qəsdən ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup yaratmaqla cinayət əlaqəsinə girdiyi tanışları – Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli talamaq məqsədi ilə 2020-ci il aprelin 20-də saat 21:00 radələrində “xxxx” QSC Ləki dəmiryol stansiyasına gəlib orada dayanmış və dəmir yolu xəttinə quraşdırılmaq üçün nəzərdə tutulan beton şpallara bərkidilmiş dəmir yolu relsləri ilə yüklü olan “xxxx”xxxx“X32” MMC X12 məxsus vaqondan relslərin üzərinə açıq vəziyyətdə qoyulmuş 1 ədədinin dəyəri 78,33 manat təşkil edən cəmi 1253,28 manat dəyərində 16 ədəd R-65 tipli dörd deşikli təzə rels yanlığını və 1 ədədinin dəyəri 2,30 manat təşkil edən cəmi 52,90 manat dəyərində 23 ədəd R-65 tipli təzə calaq boltu gizli yolla talayaraq “xxxx”xxxx“X32” MMC X12 ümumilikdə cəmi 1306,18 manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup tərəfindən dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, özgə əmlakını qəsdən ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup yaratmaqla cinayət əlaqəsinə girdiyi tanışları – Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli talamaq məqsədi ilə 2020-ci il aprelin 20-də saat 21:00 radələrində “xxxx” QSC Ləki dəmiryol stansiyasına gəlib orada dayanmış və dəmir yolu xəttinə quraşdırılmaq üçün nəzərdə tutulan beton şpallara bərkidilmiş dəmir yolu relsləri ilə yüklü olan “xxxx”xxxx“X32” MMC X12 məxsus vaqondan relslərin üzərinə açıq vəziyyətdə qoyulmuş 1 ədədinin dəyəri 78,33 manat təşkil edən cəmi 1253,28 manat dəyərində 16 ədəd R-65 tipli dörd deşikli təzə rels yanlığını və 1 ədədinin dəyəri 2,30 manat təşkil edən cəmi 52,90 manat dəyərində 23 ədəd R-65 tipli təzə calaq boltu gizli yolla talayaraq “xxxx”xxxx“X32” MMC X12 ümumilikdə cəmi 1306,18 manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup tərəfindən dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, özgə əmlakını qəsdən ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup yaratmaqla cinayət əlaqəsinə girdiyi tanışları – Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli talamaq məqsədi ilə 2020-ci il aprelin 20-də saat 21:00 radələrində “xxxx” QSC Ləki dəmiryol stansiyasına gəlib orada dayanmış və dəmir yolu xəttinə quraşdırılmaq üçün nəzərdə tutulan beton şpallara bərkidilmiş dəmir yolu relsləri ilə yüklü olan “xxxx”xxxx“X32” MMC X12 məxsus vaqondan relslərin üzərinə açıq vəziyyətdə qoyulmuş 1 ədədinin dəyəri 78,33 manat təşkil edən cəmi 1253,28 manat dəyərində 16 ədəd R-65 tipli dörd deşikli təzə rels yanlığını və 1 ədədinin dəyəri 2,30 manat təşkil edən cəmi 52,90 manat dəyərində 23 ədəd R-65 tipli təzə calaq boltu gizli yolla talayaraq “xxxx”xxxx“X32” MMC X12 ümumilikdə cəmi 1306,18 manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup tərəfindən dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, özgə əmlakını qəsdən ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup yaratmaqla cinayət əlaqəsinə girdiyi tanışları – Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli talamaq məqsədi ilə 2020-ci il aprelin 20-də saat 21:00 radələrində “xxxx” QSC Ləki dəmiryol stansiyasına gəlib orada dayanmış və dəmir yolu xəttinə quraşdırılmaq üçün nəzərdə tutulan beton şpallara bərkidilmiş dəmir yolu relsləri ilə yüklü olan “xxxx”xxxx“X32” MMC X12 məxsus vaqondan relslərin üzərinə açıq vəziyyətdə qoyulmuş 1 ədədinin dəyəri 78,33 manat təşkil edən cəmi 1253,28 manat dəyərində 16 ədəd R-65 tipli dörd deşikli təzə rels yanlığını və 1 ədədinin dəyəri 2,30 manat təşkil edən cəmi 52,90 manat dəyərində 23 ədəd R-65 tipli təzə calaq boltu gizli yolla talayaraq “xxxx”xxxx“X32” MMC X12 ümumilikdə cəmi 1306,18 manat məbləğində maddi ziyan vurmaqla qəsdən qabaqcadan əlbir olan bir qrup tərəfindən dəmir yolu xətlərinə münasibətdə oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu Ləki qəsəbəsi Sabir küçəsi ev 40-da ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsinə baxmaq üçün avtoyuma məntəqəsində yuyucu işləyir. Evlidir, iki övladı var. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bununla bağlı bildirir ki, Məhəmməd, Rəhman və Elvin onun həmkəndliləridir. Əvvəldən tanışlıqları vardır. xx.xx.2020-ci il tarixdə həmkəndlisi Məhəmməd ilə birlikdə balıq tutmağa gedirmişlər. Yolları dəmiryol stansiyasının ərazisindən keçirdi. Stansiyada olarkən görmüşlər ki, çoxlu sayda qatarlarda yüklü vəziyyətdə yeni çəkilməli yolun ehtiyat hissələri var və açıq vəziyyətdədir. Həmin vaxt Məhəmməd və o, həmin metal ehtiyat hissələrindən bir qismini götürüb apararaq metal qəbulu yerinə satıb pul əldə etmək fikrinə düşmüşlər. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində o və qonşusu Məhəmməd görüşəndə qərara gəlmişlər ki, stansiyada gördükləri dəmiryolu avadanlıqlarından oğurluq etsinlər. Birlikdə ikisi də dəmiryol stansiyasına getmişlər. Orada havanın qaranlıq vaxtı olmasından istifadə edərək açıq vəziyyətdə olan qatara qalxıb 16 ədəd açıq vəziyyətdə olan rels birləşdirici materialı götürmüşlər, həmçinin 23 ədəd rels birləşdiricilərə bitişik vəziyyətdə olan boltları da yığıb stansiyanın kənarına bir neçə dəfə daşıyıb yığmışlar. Daha sonra həmin metal əşyalar ağır olduğu üçün onlara kömək lazım olduğundan qonşusu Elvinin yaşadığı evə getmişlər. Evin qarşısına çatanda görmüş ki, Elvin və Rəhman küçədə dayanıblar. Onlara yaxınlşmış və oğurluq dəmiryolu əşyaları olmasını demiş və gətirməkdə onlara kömək etmələrini bildirmiş. Həmin vaxt Rəhman və Elvin də əşyaların oğurluq olmasını bilmişlər. Daha sonra onlara vəd etmiş ki, həmin əşyaları metal qəbuluna satdıqdan sonra əldə olunacaq pul dörd nəfər arasında bərabər bölünəcəkdir. Bundan sonra hamısı razılaşmışlar və birlikdə stansiyaya gedərək 16 ədəd rels birləşdiricini və 23 ədəd boltu Elvinin yaşadığı evin həyətinə gətirmişlər. Lakin bir neçə gün keçməsinə baxmayaraq həmin əşyaları metal qəbulu yerinə satmaq mümkün olmurdu belə ki, satacaqları adamın onlardan polisə məlumat verəcəyindən ehtiyat edirmişlər. Buna görə də sata bilməmişlər. Elvin və Məhəmmədin həmin metalları daha sonra qazıb basdırmasından məlumatı olmayıbdır. Polis əməkdaşları onu çağırdıqda götürdükləri yerə baxış keçirilməsində iştirak edərək səmimi olaraq etiraf etmişdir. Daha əvvəllər dəmiryoluna aid hər hansı oğurluqda iştiakı olmayıbdır. Metalları isə istənilən metal qəbulu yerinə satmaq niyyəti olsa da, lakin sata bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, etdiyi əməlin cinayət olduğunu başa düşürmüş, səhvini başa düşür, etdiyi əməldən peşimandır. O, həmin əşyaları satmaq üçün heç kimlə razılaşmamışdır. Söz verir ki, bir daha cinayət törətməyəcəkdir. Əvvəllər dəmir yolundan və ya başqa yerlərdən heç bir oğurluq etmədiyini göstərmişdir.. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatdadır və orada anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Subaydır. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bununla bağlı onu deyə bilər ki, onun şəxsiyyət vəsiqəsində adı Hüseyindir, lakin hamı onu Rəhman kimi tanıyır və elə çağırırlar. Məhəmməd, Amin və Elvini tanıyır, onlar onun yerliləridir, münasibətləri yaxşıdır. xx.xx.2020-ci il tarixdə o, və Elvin Elvinin yaşadığı evin qarşısında küçədə dayanıb söhbət edirmişlər. Həmin vaxt qonşuluqda yaşayan Amin və Məhəmməd də onların yanına gəlmişlər, hal-əhval tutduqdan sonra Amin demiş ki, “sizinlə işimiz olacaq, burda olun, gələciyik”. Onlar getdilər, təxminən yarım saat sonra yanlarına gəlmişlər və demişlər ki, dəmiryolu stansiyasında dayanmış vaqondan metal götürüblər, onları aparmağa kömək lazımdır, əvəzində əldə olunan gəlirdən bizə də dörddə bir pay verəcəklər. Elvinlə o, həmin metalların oğurluq olub-olmamasını soruşmuşlar. Amin bildirmiş ki, qorxmayın, heç bir problem olmayacaq. Bundan sonra onlar birlikdə Amin və Məhəmmədin dediyi yerə getmişlər. Həmin yer Ləki stansiyasının yaxınlığı idi. Orada dəmir yolunun kənarına dəmir yoluna aid metallar yığılmışdı, orada 16 ədəd rels birləşdiricisi və 23 ədəd calaq bolt var idi. Onlar həmin dəmir yoluna aid metal əşyaları əlləri ilə 2 dəfəyə daşıyıb Elvinin yaşadığı evin həyətyanı sahəsinə yığmışlar və razılaşmışlar ki, həmin əşyaları 1-2 gün keçsin Amin aparıb satacaq. Sonradan o, bilmiş ki, Elvin və Məhəmməd həmin dəmir yoluna aid metalları açıqda kimsə görməsin deyə Elvingilin həyətində qazıb torpağa basdırıblar. xx.xx.2020-ci il tarixdə də polis əməkdaşları gəlmişlər və Elvingilin həyətində torpağın altına basdırılmış dəmir yoluna aid metal hissələri aşkar etmişlər. Bundan sonra onlar etdikləri oğurluğu etiraf etmişlər. Əlavə olaraq göstərmişdir ki, o, etdiyi əməlin cinayət olduğunu başa düşürmüş, səhv etmişdir, etdiyi əməldən peşimandır, söz verir ki, bir daha cinayət törətməyəcəkdir. O, əvvəllər dəmir yolundan və ya başqa yerdən heç vaxt oğurluq etməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu Ləki qəsəbəsi Sabir küçəsi ev 39-da ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsinə baxmaq üçün meyvə-tərəvəz üçün taxtadan yeşiklər düzəldib satır. Subaydır. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bununla bağlı onu deyə bilər ki, Amin, Rəhman və Elvin onun həmkəndliləridir. Əvvəldən tanışlıqları vardır. xx.xx.2020-ci il tarixdə həmkəndlisi Amin ilə birlikdə balıq tutmağa gedirmişlər. Yolları dəmiryol stansiyasının ərazisindən keçirmiş. Stansiyada olarkən görmüşlər ki, çoxlu sayda qatarlarda yüklü vəziyyətdə yeni çəkilməli yolun ehtiyat hissələri var və açıq vəziyyətdədir. Həmin vaxt Amin və o, həmin metal ehtiyat hissələrindən bir qismini götürüb apararaq metal qəbulu yerinə satıb pul əldə etmək fikrinə düşmüşlər. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində o, və qonşusu Amin görüşəndə qərara gəlmişlər ki, stansiyada gördükləri dəmiryolu avadanlıqlarından oğurluq etsinlər. Birlikdə ikisi də dəmiryol stansiyasına getmişlər. Orada havanın qaranlıq vaxtı olmasından istifadə edərək açıq vəziyyətdə olan qatara Amin qalxmış və 16 ədəd açıq vəziyyətdə olan rels birləşdirici materialı o, yerdə olduğu üçün ona vermiş, o, isə stansiyanın kənarına daşıyırmış, həmçinin 23 ədəd rels birləşdiricilərə bitişik vəziyyətdə olan boltları da stansiyanın kənarına daşıyıb yığmış. Daha sonra həmin metal əşyalar ağır olduğu üçün onlara kömək lazım idi, buna görə də qonşusu Elvinin yaşadığı evə getmişlər. Evin qarşısına çatanda görmüşlər ki, Elvin və Rəhman küçədə dayanıblar. Onlara yaxınlaşmışlar və Amin oğurluq dəmiryolu əşyaları olmasını onlara demiş və gətirməkdə onlara kömək etmələrini bildirmiş. Həmin vaxt Rəhman və Elvin də əşyaların oğurluq olmasını bilmişlər. Daha sonra Amin onlara vəd etmiş ki, həmin əşyaları metal qəbuluna satdıqdan sonra əldə olunacaq pul dörd nəfər arasında bərabər bölünəcəkdir. Bundan sonra hamısı razılaşmışlar və birlikdə stansiyaya gedərək 16 ədəd rels birləşdiricini və 23 ədəd boltu Elvinin yaşadığı evin həyətinə gətirmişlər. Lakin bir neçə gün keçməsinə baxmayaraq həmin əşyaları metal qəbulu yerinə satmaq mümkün olmurdu belə ki, satacaqları adamın onlardan polisə məlumat verəcəyindən ehtiyat edirmişlər. Buna görə də sata bilməmişlər. O, isə çox narahat idi ki, həmin metalları qaytarıb yerinə aparsınlar, yaxud da tullasınlar. Mümkün olmamış, buna görə də Elvin ilə həmin əşyaları həyətyanı sahədə qazıb torpağın altına basdırmışlar. Metalları həyətə ilk olaraq gətirərkən həyətdə aşkar olunmasın deyə ağ torbalara doldurmuşlar. xx.xx.2020-ci il tarixdə polis əməkdaşları onu çağırdıqda həyətə gələrək dəmir metalların aşkara çıxarılaraq verilməsində və daha sonra götürdükləri yerə baxış keçirilməsində iştirak edərək səmimi olaraq etiraf etmişdir. Daha əvvəllər dəmiryoluna aid hər hansı oğurlquda iştiakı olmayıbdır. Metalları isə istəniən metal qəbulu yerinə satmaq niyyəti olsa da lakin sata bilməmişdir. Əlavə olaraq göstərmişdir ki, o, əməlinin cinayət olduğunu bilir, etdiyi əməldən peşimandır, söz verir ki, bir daha cinayət törətməyəcəkdir. Əvvəllər heç bir yerdən oğurluq etməmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdaş rayonu, Yuxarı Ləki kəndində qeydiyyatdadır, lakin anası və qardaşı ilə birlikdə Ləki qəsəbəsi Sabir küçəsi ev 38-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsinə baxmaq üçün avtoyuma məntəqəsində yuyucu işləyir. Subaydır, Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bununla bağlı onu deyə bilər ki, Məhəmməd, Amin və Rəhman onun həmkəndliləridir. Əvvəldən tanışlıqları vardır. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində o, və həmkəndlisi Rəhman yaşadığım evin qarşısında küçədə dayanmışdıq. Həmin vaxt Məhəmməd və Amin də oraya gəlmişlər. Salamlaşdıqdan sonra Amin demiş ki, “sizinlə işim var”. Onlar nə iş olmasını soruşanda Amin demiş ki, təxminən yarım saat sonra burada olun nə işi olmasını deyəcəkdir. Amin və Məhəmməd oradan çıxıb dəmir yoluna tərəf getmişlər. O, və Rəhman isə birlikdə dükana gedib qayıtmışlar. Təxminən yarım saat keçdikdən sonra Amin və Məhəmməd onların yanına gəlmişlər. Dəmiryolunun yaxınlığında dəmir metalları olmasını və həmin metalları daşımaqda köməklik etmələrini demişlər. Qarşılığında isə həmin metallar satıldıqda əldə olunan pulun dörddə biri miqdarında pul verəcəyini demiş. Əvvəlcə o, razılaşmamış və oğurluq olub-olmamasını soruşmuş. Amin isə onu inandırmış ki, heç bir problem olmayacaq. Bundan sonra o, və Rəhman razılaşmışlar, 4 nəfər birlikdə dəmiryolunun Ləki stansiyasının yaxınlığına getmişlər. Havanın qaranlıq vaxtı dəmiryolunun kənarında 16 ədəd rels birləşdirici və üzərlərində 23 ədəd olmaqla boltlar kənara yığılı vəziyyətdə görmüşlər. Amin və Məhəmməd bildirmişlər ki, həmin metalları dəmiryolu üzərində dayanmış lokomobildə olan yeni quraşdırılmalı relslərdən götürdüklərini bildirmişlər. Bundan sonra dördü də rels birləşdiriciləri və boltları qaranlıq vaxtı onların yaşadıqları küçəyə aparmışlar. Onun müvəqqəti yaşadığı evin həyətinə gətirib açıq vəziyyətdə yığmışlar. Daha sonra razılığa əsasən həmin metallar iki ya üç gün onların həyətində qalmalı idi, həmin müddətdə dəmir metalları Amin aparıb metal qəbuluna satacaqdı. Həyətdə onu saxladıqları yerə etibar etmədiyi üçün 2 gün sonra Məhəmmədi çağırmış və ona demiş ki, metalları aparıb tullayacaq yaxud yerinə qoyacaq yaxud da gəlib burdan aparsınlar, tullamaqdan qorxur. Məhəmməd isə təklif etmiş ki, həyətyanı sahədə qazıb basdırsınlar, tullamazsa heç kim bilməyəcək. Bundan sonra onlar dəmir metalları torbalara yığaraq həyətyanı sahədə qazıb basdıqmışlar. xx.xx.2020ci il tarixdə isə polis əməkdaşları gəldikdə o, həmin əşyaları saxladıqları yeri göstərərək qazıb çıxardaraq təhvil vermişdir. Əlavə olaraq göstərmişdir ki, o, etdiyi əməlin cinayət olduğunu bilir, etdiyi əməldən peşimandır, söz verir ki, bir daha cinayət törətməyəcəkdir. O, əvvəllər dəmir yolundan heç vaxt oğurluq etmədiyini göstərmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş “xxxx”xxxx“X32” MMC X11 rəisi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Koroğlu küçəsi ev 8-də yaşayır. 1987-ci ildən dəmir yolu sahəsində işləyir, 2015-ci ildən isə hazırda işlədiyi “xxxx”xxxx“X32” MMC X11 rəisi vəzifəsində işləyir. Onun rəhbərlik etdiyi Sahənin işi dəmir yolu xətti çəkməkdir. 2018-ci ildə onlar Ləki-Qəbələ dəmir yolu xəttini çəkməyə başlamışlar. Həmin yola qoymaq üçün dəmir yolu relslərini onlar Kürəkçayda hazırlayırlar, sonra da həmin relsləri hazır vəziyyətdə vaqonlara yığıb yol qoymağa aparırlar. 2020-ci ilin aprel ayında onlar yenə Ləki-Qəbələ dəmir yolu xəttinə qoymaq üçün 4 vaqon dəmir yolu relsini Ləki stansiyasına aparmışlar. Onlar 2 vaqonda olan dəmir yolu relslərini yola quraşdırmışlar, lakin 2 vaqon rels artıq qalmışdı. Onlar həmin 2 vaqonu Ləki stansiyasında saxlamışlar ki, gələn dəfə işləyəndə istifadə etsinlər. Həmin iki vaqonda da hər birində 20 ədəd olmaqla 40 ədəd R-65 tipli rels yanlıqları var idi, üzərilərində də calaq boltları var idi. Həmin rels yanlqları vaqonda relslərin üzərində açıq vəziyyətdə dururdular. 2020-ci ilin aprel ayının 24-də onların sahəsinin vaqon tərtibatçıları həmin vaqonları yoxlayan zaman aşkar etmişdilər ki, Ləki stansiyasında dayanmış vaqonlardan birindən 16 ədəd R-65 tipli rels yanlıqları və 23 ədəd R-65 tipli calaq boltları kənar şəxslər tərəfindən oğurlanmışdır. Daha sonra bu barədə ona məlumat vermişlər. O, da öz növbəsində baş vermiş oğurluq hadisəsi barədə ərizə ilə Yevlax st.XPŞ-nə məlumat vermiş. Əlavə olaraq göstərmişdir ki, həmin rels yanlıqlarından iki rels uc-uca qoyulan zaman onları bir-birinə bağlamaq üçün istifadə olunur. Onlar relsləri quraşdıran zaman asan olsun deyə həmin rels yanlıqlarını relslərin üzərinə bağlamırdılar, açıq vəziyyətdə onların üstünə qoyurdular. Ona görə də onları vaqondan götürüb aparmaq üçün heç bir alət və vasitə tələb olunmurdu. Rels yanlığının 1-i təxminən 23 kq 800 qram olur, onu bir nəfər adam rahat götürə bilir. Hal-hazırda həmin əşyalar maddi sübut qismində polis şöbəsində saxlanılır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi təqsirləndirilən şəxslər barəsində qanuna müvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Yevlax st.XPŞ-nin PPXM-nin polis nəfəri vəzifəsində işləyir, polis baş serjantıdır. İfadə verməyinin mahiyyəti mənə izah olundu və bununla bağlı onu deyə bilər ki, onun xidmət yeri dəmir yolunun Ləki stansiyasıdır. xx.xx.2020-ci il tarixdə o, stansiyada xidmətdə olan zaman Kürəkçay istehsat sahəsinin işçiləri ona yaxınlaşıb bildirmişlər ki, stansiyada dayanmış X12 məxsus vaqondan 16 ədəd R-65 tipli rels yanlıqları calaq boltları ilə birlikdə naməlum şəxslər tərəfindən oğurlanmışdır. Daha sonra Kürəkçay istehsat sahəsinin işçiləri baş vermiş oğurluq hadisəsi barədə Sahənin rəisi Nümayəndə məlumat vermişlər, Nümayəndə də ərizə ilə Yevlax st.XPŞ-nə müraciət etmiş. Şöbə rəhbərliyi də hadisə yeri onun xidməti ərazisi olduğu üçün baş vermiş oğurluq hadisəsi barədə onu təlimatlandırmış, oğurluğu törədən şəxs və ya şəxsləri müəyyən etmək istiqamətində stansiya ərazisində profilaktiki söhbətlər aparmağını bildirmiş. Həmin gün, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq faktı əsasında xidmət apardığı Ləki dəmiryol stansiyasında dəmir yolu içşiləri və mülki şəxslər arasında apardığı profilaktiki söhbətlər nəticəsində məlumat əldə etmiş ki, yuxarıda qeyd olunan oğurluğu törətməkdə Ləki qəsəbəsində yaşayan Elvin, Amin, Məhəmməd və Rəhman adlı şəxslər şübhəlidirlər və oğurlanmış rels altlığı və boltlar Elvin adlı şəxsin yaşadığı Ləki qəsəbəsi, Sabir küçəsi 38 ünvanında yerləşən evin həyətyanı sahəsində torpağa basdırılaraq gizlədilmişdir. Daha sonra o, bu barədə raportla şöbə rəhbərliyinə məruzə edərək bildirmiş. Həmin gün şöbənin rəis müavini, polis kapitanı Aydın Abdullayev, təhqiqatçı, polis kapitanı Pərvin Ağayev, PPXM-nın komandiri, polis baş serjantı Şahid2 və həmin manqanın sürücü polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Ləki qəsəbəsi Sabir küçəsi 38 ünvanına getmişlər. Orada yaşayan Elvin adlı şəxsi və qonşuluqda yaşayan Amin və Məhəmməd adlı şəxsləri də ora çağırmışlar. Bildirmişlər ki, onlar oğurluqda şübhəlidirlər. Lakin onlar əvvəlcə etiraf etməmişlər. Daha sonra təhqiqatçı X37 adlı şəxsdən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün ondan ərizə almış, Elvin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığı barədə ərizə vermimş. Daha sonra onlar Elvin adlı şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Orada həyətin axırında giriş qapısından girəndə sağ tərəfdə torpaqda şübhəli izlər aşkar etmişlər. Onlar həmin torpaq yeri bel vasitəsi ilə həmin şəxslərə qazdırmışlar, torpağın altından un kisələrinə yığılmış vəziyyətdə dəmir yoluna aid rels yanlıqları və calaq boltları aşkar edilmişdi. Pərvin müəllim onlardan həmin rels yanlıqlarını haradan əltə etmələrini və nə üçün torpağın altına basdırdıqlarını soruşmuş. Onlar törətdikləri oğurluğu etiraf etmişlər, bildirmişlər ki, həmin rels yanlıqlarını onlar, yəni Məhəmməd və Amin 2020-ci il aprel ayının 20-də saat 21 radələrində Ləki dəmiryol stansiyasında dayanmış qatardan götürüb oğurlamışlar, sonra da Elvin və Rəhman adlı şəxslərin də köməkliyi ilə gətirib Elvinin yaşadığ evin həyətyanı sahəsinə aparıb yığmışlar. xx.xx.2020-ci il tarixdə də kimsənin görməsindən ehtiyyat edərək Elvin və Məhəmməd həmin rels yanlıqlarını və calaq boltları qazıb torpağa basdırmışlar. Daha sonra onlar stansiyaya həmin şəxslərin oğurluq etdikləri yerə getmişlər, həmin vaxt artıq Rəhman adlı şəxsi də çağırmışdılar. Onlar oğurluq etdikləri yeri də göstərmişlər. Bu barədə təhqiqatçı tərəfindən protokollar yazılmış, fotoşəkillər çəkilmiş, iştirakçılar tərəfindən imzalanmışdı. Aşkar edilmiş rels yanlıqları və boltlar təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüşdü. Əlavə olaraq göstərmişdir ki, onun xidmət etdiyi ərazidən əvvəllər həmin şəxslər və ya başqa şəxslər tərəfindən oğurluq edilməmişdir. Adları qeyd olunan şəxslər tərəfindən başqa oğurluq hadisələrinin törədilməsi barədə heç bir məlumatının olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadələr vermişdirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu Ləki qəsəbəsi İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 426 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu Yuxarı Ləki kəndi İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 371 saylı xasiyyətnamədən görünür ki, X17 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu Yuxarı Ləki kəndi İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 372 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu Ləki qəsəbəsi İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 424 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Ləki qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi №- 40 il evdə yaşamaqla ailə tərkibi –atası- X21, anası- X35 qızı və bacısı-X4 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu, Ləki qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi №- 39 il evdə yaşamaqla ailə tərkibi –atası- Qanuni nümayəndə, anası-X9, nənəsi- X3 və qardaşı-X5 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu,Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X1 rayonu, Yuxarı Ləki kəndində təsərrüfatbaşına kitabda qeydiyatdadır və hal-hazırda yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayonu,Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdaş rayonu, Yuxarı Ləki kəndində təsərrüfatbaşına kitabda qeydiyatdadır və hal-hazırda yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli 9/1073 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən məmulatların təzə vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təzminən 1306,18 manat olmaqla 16 ədəd R-65 tipli dörd deşikli təzə rels yanlığının qiyməti 1253,28 (16x78,33) manat, 23 ədəd R-65 tipli təzə calaq boltun qiyməti isə 52,90 (23x2,30) manat müəyyən edilir. Ekspertizaya təqdim edilmiş malların orta bazar qiyməti ilə ümumi dəyəri 1306.18 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2020-ci il tarixdə saat 15:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax st.XPŞ-nin İstintaq və təhqiqat qurupunun baş müstəntiqi, polis mayoru Tərxan Allahverdiyevin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs3 MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X18 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2020-ci il tarixdə saat 15:35 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax st.XPŞ-nin İstintaq və təhqiqat qurupunun baş müstəntiqi, polis mayoru Tərxan Allahverdiyevin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, X18 MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2020-ci il tarixdə saat 15:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax st.XPŞ-nin İstintaq və təhqiqat qurupunun baş müstəntiqi, polis mayoru Tərxan Allahverdiyevin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs4 MSY-dən azad olunaraq barəsində “yetkinlik yaşına çatmayanın nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2020-ci il tarixdə saat 17:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax st.XPŞ-nin İstintaq və təhqiqat qurupunun baş müstəntiqi, polis mayoru Tərxan Allahverdiyevin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs1 MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2021-ci il tarixli ərizədən görünür ki, Qanuni nümayəndə məhkəməyə ərizə yazaraq Təqsirləndirilən şəxs4 qanuni nümayəndəsi olmaqdan imtina etmiş, buna görə də Ağdaş rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən “X8 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası”nın məsləhətçi-psixoloqu X25 yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. Beləliklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, X10, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onların özünün məhkəmə iclasında verdiyi etirafedici ifadələrindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X10 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3- 2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və onlar törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 təqsirini etiraf edərək əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini , himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxs X10 təqsirini etiraf edərək əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X10 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 təqsirini etiraf edərək əməlindən peşman olmasını, yetkinlik yaşına çatmamasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Cinayət Məcəllənin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsinin tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah olunmasını mümkün hesab etmir, onların cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəmüvafiq bilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, barələrində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməlidir. «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 ilk dəfə az ağır cinayət törətməsini, yetkinlik yaşına çatmamasını, əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanının tam ödənilməsini nəzərə alıb onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, onun cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Maddi sübut kimi Yevlax st.XPŞ-nin maddi sübutlar otağında saxlanılan 16 ədəd R- 65 markalı rels yanlığı və 23 ədəd R-65 markalı calaq boltlar hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə və məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkillərin dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs3 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 ibtidai istintaqda göstərdiyi 40 (qırx) saat, Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5 məhkəmədə göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5, 240 (iki yüz qırx ) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilməlidir. Təqsirləndirilən şəxs4 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi 41 (qırx bir) saat, Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5 məhkəmədə göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5, 246 (iki yüz qırx altı ) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməlidir. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun, direktoru vəkili Müdafiəçi2 Möhubbət oğlunun ibtidai istintaqda göstərdiyi 42 (qırx iki) saat və məhkəmədə göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 450 (dörd yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun, direktoru vəkili Müdafiəçi2 Möhubbət oğluna ödənilməlidir. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun, vəkili Müdafiəçi4 ibtidai istintaqda göstərdiyi 40 (qırx) saat və Yevlax şəhər Vəkil Bürosunun, vəkili X2 məhkəmədə göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun, vəkili X6, 240 (iki yüz qırx ) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir, həmin məbləğ müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən hesablansın X10 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, xx xxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbs edilsin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Yevlax st.XPŞ-nin maddi sübutlar otağında saxlanılan 16 ədəd R-65 markalı rels yanlığı və 23 ədəd R-65 markalı calaq boltlar hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs3, X7 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4, 50 manat (əlli manat) ekspertiza xərci alınaraq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs3 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 ibtidai istintaqda göstərdiyi 40 (qırx) saat, Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5 məhkəmədə göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5, 240 (iki yüz qırx ) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 ödənilsin. Təqsirləndirilən şəxs4 Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaqda göstərdiyi 41 (qırx bir) saat, Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5 məhkəmədə göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5, 246 (iki yüz qırx altı ) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilsin. Təqsirləndirilən şəxs1 Yevlax şəhər Vəkil Bürosunun, direktoru vəkili Müdafiəçi2 Möhubbət oğlunun ibtidai istintaqda göstərdiyi 42 (qırx iki) saat və məhkəmədə göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 450 (dörd yüz əlli) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun, direktoru vəkili Müdafiəçi2 Möhubbət oğluna ödənilsin. Təqsirləndirilən şəxs2 Yevlax şəhər Vəkil Bürosunun, vəkili Müdafiəçi4 ibtidai istintaqda göstərdiyi 40 (qırx) saat və Yevlax şəhər Vəkil Bürosunun, vəkili X2 məhkəmədə göstərdiyi 33 (otuz üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Hüquqi yardıma görə 198 (bir yüz doxsan səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun, vəkili X6, 240 (iki yüz qırx ) manat Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 ödənilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar