Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-12/2022 07.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə3, Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 2005-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 30.09.2021-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi xx xxxxxx 2004-cü il tarixdə Ağdaş rayonunda anadan olmuş, subay, natamam orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 09.10.2021-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair həmin cinayət işi 07.01.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, cinayət işi üzrə məhkəmə hazırlıq iclası 18 yanvar 2022-ci il tarixə təyin edilməklə, daha sonra 26 yanvar 2022-ci il və 07 fevral 2022-ci il tarixlərinə təxirə salınmaqla cinayət prosesi tərəflərinin iştirakı ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması üçün ilkin dinləmələr aparılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, həmkəndlisi xx.xx.2004-cü ildə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22.08.2021-ci il tarixdə saat 19:00 radələrində əvvəlcədən əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs2 Röyal Bağırovu yaşadığı evdən çölə çağırmış, yaşadıqları Ağdaş rayonunun Əmirarx kəndində küçədə insanların gözü qarşısında orada olan şəxslərə məhəl qoymadan, onların narahatlıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, özlərinin digər şəxslərdən üstünlüklərini nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan yumruqla və təpiklə 24.11.2004-cü il təvəllüdlü X3 vuraraq ona sağ bazu oynağının əzilməsi, sağ qasıq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə sonuncunun üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, həmkəndlisi xx.xx.2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22.08.2021-ci il tarixdə saat 19:00 radələrində əvvəlcədən əldə edilmiş razılığa əsasən o, Röyal Bağırovu yaşadığı evdən çölə çağırmış, yaşadıqları Ağdaş rayonunun Əmirarx kəndində küçədə insanların gözü qarşısında orada olan şəxslərə məhəl qoymadan, onların narahatlıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, özlərinin digər şəxslərdən üstünlüklərini nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan yumruqla və təpiklə 24.11.2004-cü il təvəllüdlü X3 vuraraq ona sağ bazu oynağının əzilməsi, sağ qasıq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə sonuncunun üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişlər. Həmin cinayət işi üzrə ibtidai istintaq Azərbaycan Respublikası DİN-in Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis mayoru X4 tərəfindən aparılaraq tamamlanmış, cinayət işi (ibtidai istintaq zamanı cinayət işinin nömrəsi ********* olmuşdur) üzrə ittiham aktı 23 dekabr 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, həmin cinayət işi 29.09.2021-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunda Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə başlanmış, müstəntiq, polis mayoru X4 tərəfindən istintaqı tamamlanaraq cinayət işi üzrə ittiham aktı 23 dekabr 2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb 22.08.2021-ci il tarixdə saat 19:00 radələrində Ağdaş rayonu, Əmirarx kəndində X1 bir qrup şəxs tərəfindən döyülməsi faktı əsasında toplanmış material olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs1 Elbrus oğlu 28.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq dindirilmiş, 30.09.2021-ci il tarixdə CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 07.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq dindirilmiş, 09.10.2021-ci il tarixdə CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 həmkəndlisi xx.xx.2005-ci ildə Ağdaş rayonunda anadan olmuş, Ağdaş rayonu Əmirarx kəndində qeydiyyatda olan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 ilə birgə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22.08.2021-ci il tarixdə saat 19:00 radələrində əvvəlcədən əldə edilmiş razılığa əsasən o, Röyal Bağırovu yaşadığı evdən çölə çağırmış, yaşadıqları Ağdaş rayonu Əmirarx kəndində küçədə insanların gözü qarşısında orada olan şəxslərə məhəl qoymadan, onların narahatlıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, özlərinin digər şəxslərdən üstünlüklərini nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan yumruqla və təpiklə 24.11.2004-cü il təvəllüdlü X3 vuraraq ona sağ bazu oynağının əzilməsi, sağ qasıq nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətləri yetirməklə sonuncunun üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişlər. Cinayət işi məhkəmənin hazırlıq iclasından əvvəl öyrənilərkən cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, CPM-in 303.1 -ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), CPM-in 303.3.8ci maddəsinə görə məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntularıdır. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin 2-ci cildinin 23-cü səhifəsində olan Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsinin və müdafiəçisinin cinayət işinin materialları və maddi sübutla tanış edilməsi haqqında 13 dekabr 2021-ci il tarixli, 521 saylı protokoldan görünür ki, həmin protokolda Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsinin adı qeyd olunsa da, imzalanmamışdır. Bu isə CPM-in 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. Həmçinin, CPM-in 85.2.1-ci maddəsinə əsasən, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, həmin Məcəllənin 85.2.12-ci maddəsinə əsasən cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, həmin Məcəllənin 85.2.14-cü maddəsinə əsasən isə bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək müstəntiqin vəzifəsidir. Lakin hazırkı cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaqı aparan müstəntiq, polis mayoru X4 tərəfindən qeyd edilən tələblərə tam riayət olunmadığı müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxs barəsində xüsusi qərar çıxarmalıdır. Vəsatətdə göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 84, 303 və 307-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar və Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 dövlət ittihamçısının vəsatətinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə3 ibtidai istintaq başa çatdıqdan sonra işin materialları ilə tanış olmadıqlarını bildirdilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısının vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1 dövlət ittihamçısının vəsatətinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 dövlət ittihamçısının vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə vəsatəti işin materialları ilə birlikdə araşdırıb, tərəflərin iştirakı ilə ilkin dinləmələr keçirərək hesab edir ki, cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessual pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, cinayət işinin materialları öyrənilərkən və məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı müəyyən edildi ki, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələbləri pozulmuş və bir sıra aradan qaldırılması mümkün olan və mümkün olmayan digər prosessual pozuntulara yol verilmişdir. Azərbaycan Respublikası CPM-in 284.1.1-ci maddəsinə əsasən müstəntiq ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir. Həmin Məcəllənin 285.1-ci maddəsinin tələblərinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. İşin 2-ci cildinin 23-cü səhifəsində olan Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsinin və müdafiəçisinin cinayət işinin materialları və maddi sübutla tanış edilməsi haqqında 13 dekabr 2021-ci il tarixli, 521 saylı protokoldan görünür ki, həmin protokolda Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsinin adı qeyd olunsa da, imzalanmamışdır. Azərbaycan Respublikası CPM-in 101.5.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulduqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Məhkəmə hazırlıq iclasında qeyd olunan məsələləri müzakirə edib, cinayət prosesi tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsində nəzərdə tutulan kobud, həmçinin cinayət prosessual qanunvericilikdə nəzərdə tutulan sair prosessual pozuntulara yol verilmişdir. Ona görə də cinayət işinə baxılmasına xitam verilməli, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, həmçinin cinayət işinə baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına əsas vermiş kobud prosessual pozuntulara yol vermiş cinayət işi üzrə ibtidai istintaqı aparmış Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis mayoru X4 barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddəsinə əsasən cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikası CPM-in 307.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 300.3-cü maddəsinə əsasən bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, müstəntiq barədə xüsusi qərar çıxarılmaqla kifayətlənilməlidir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqəti isə CPM-in 84.3-cü maddəsinin tələblərinə əməl etməyə cəlb edilməlidir. Belə ki, həmin maddəyə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı bu Məcəllənin müddəalarının icrası və tətbiqinə həmin iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi Milli məhkəmələrə tövsiyə edir ki, aşağı məhkəmədə işə baxan hakim apardığı məhkəmə icraatının 6-cı maddəyə uyğunluğunu təmin etməyə görə cavabdehlik daşıdığı üçün yuxarı məhkəmənin onun səhvlərini düzəldəcəyinə arxayın olmamalıdır. Azərbaycan Respublikası CPM-in 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Qətimkan tədbirlərinə qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1, 300.1.5, 303.3.8, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəməyədək icraatı mərhələsində kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdaş rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbirləri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-in Ağdaş rayon Polis şöbəsinin İstintaq qrupunun müstəntiqi, polis mayoru X2 haqqında xüsusi qərar çıxarılsın. Qərarın surəti məlumat üçün 3 (üç) gün müddətində cinayət prosesinin bütün iştirakçılarına göndərilsin. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-12/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-12/2022
07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver