Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-12/2023 14.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X6 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1960-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1-da qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2023-cü il tarixdə saat 16:00-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 750,00 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı əldə edərək saxlamış, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:33-dən 17:46-dək ünvan 1 ünvanında yerləşən evin həyətindəki tövləyə baxış keçirilən zaman oradan həmin 750,00 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur, narkotik vasitə olan marixuanadan istifadə edir, himayəsində bir az yaşlı övladının olduğunu, 2022-ci ilin aprel ayının əvvəllərində yaşadığı evin həyətində 01 ədəd dibçəyə narkotik tərkibli çətənə toxumunu qurudub istifadə etmək üçün əkdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı evin həyətində 01 ədəd dibçəyə əkdiyi 01 ədəd narkotik tərkibli çətənə kolunu kökündən çıxararaq hissələrə bölüb yaşadığı evin həyətində yerləşən mal tövləsinin içərisində yerə qurutmaq üçün və quruduqdan soran istifadə etmək üçün yerə sərmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:25 radələrində yaşadığı Ağdaş şəhəri M.Füzuli küçəsi ev 19 ünvanında yerləşən evin həyətində olan zaman yaşadığı evin küçəsindən kiminsə onu səsləməsini eşidib küçəyə çıxan zaman onu çağıranın polis əməkdaşları olmasını görmüşdür. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərməyi barədə məlumatlarının olmasını bildirmişlər. O da, polis əməkdaşlarına yaşadığı evin həyətində 01 ədəd dibçəyə narkotik tərkibli çətənə kolu əkməsini, həmin çətənə kolunu xx.xx.2022-ci il tarixdə kökündən çıxararaq hissələrə bölüb yaşadığı evin həyətində yerləşən mal tövləsində qurutmaq üçün yerə sərdiyini və həmin narkotik tərkibli bitkiləri göstərə biləcəyini söyləmişdir. Daha sonra yaşadığı evin həyətində yerləşən mal tövləsinə baxış keçirilərkən, yerə sərilmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Daha sonra qurutmaq üçün yerə sərdiyi bitki kütləsi sellofan torbaya qablaşdırılaraq çəkilərkən çəkisi 790 qram olmuşdur. 01 ədəd sellofan torbanın üzərinə imzalar edilməsi üçün kağız vurulmuş və üzərinə də möhür vurulmuşdur. O və digər iştirakçılar həmin zərfə imza etmişlər. Baxış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş, daha sonra polis əməkdaşları onu Ağdaş RPŞ-yə dəvət etmişlər. Ağdaş RPŞ-yə gəldikdən sonra ona dövlət hesabına müdafiəçi təqdim olunmuş və şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri M.ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik vasitələri əkib-becərməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında onun tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Mirələmin yaşadığı Ağdaş şəhəri M.Füzuli küçəsi ev 19 ünvanının qarşısına gələrək Mirələmi səsləmişlər, Mirələm də yaşadığı evin həyət qapısının qarşısına çıxmışdır. Mirələmə yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitki kolları əkib-becərməsi barədə onlara məlumat daxil olduğunu və yaşadığı evin həyətinə baxış keçirmək istədiklərini bildirmişlər. Mirələm də buna heç bir etirazı olmadığını bildirmiş və yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. Həmçinin Mirələm yaşadığı evin həyətində 01 ədəd dibçəyə əkdiyi 01 ədəd narkotik tərkibli çətənə kolunu xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində kökündən çıxararaq hissələrə bölüb yaşadığı evin həyətində yerləşən mal tövləsinin içərisində yerə qurutmaq üçün sərdiyini bildirmişdir. Bundan sonra Mirələmin yaşadığı evin həyətində yerləşən mal tövləsinə baxış keçirilərkən yerə sərilmiş narkotik tərkibli bitkilər aşkar olunmuşdur. Daha sonra bitki kütləsi sellofan torbaya qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və çəkisi 790 qram olmuş, 01 ədəd sellofan torbanın üzərinə imzalar edilməsi üçün kağız vurulmuş və bundan sonra üzərinə möhür vurulmuş, Mirələm və digər iştirakçılar həmin zərfə imza etmişlər. Baxış zamanı video çəkiliş aparılmışdır. Protokol tərtib olunmuş, daha sonra Mirələmi Ağdaş RPŞ-yə dəvət etmişlər. Mİrələm Ağdaş RPŞ-yə gəldikdən sonra ona dövlət hesabına müdafiəçi təqdim olunaraq şübhəli şəxs kimi tutulduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Evə baxış keçirilməsi və götürülmə haqqında” 31 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 17:33-dən saat 18:26-ə dək Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən evin həyətindəki tövləyə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı aşkar edilmiş yaşıl rəngli, kəskin iyli bitki kütləsi 01 ədəd sellofan torbaya qablaşdırılmış elektron tərəzidə çəkilərkən çəkisi 790 qram olunmuşdur. Aşkar olunmuş 01 ədəd sellofan torba zərfə qablaşdırılmış və üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 01 sentyabr 2022-ci il tarixli 17/698 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində....aşkar edilmiş...” sözləri, adlar və imzalar yazılmış sellofan torbanın içərisindəki, təmiz çəkisi -750,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmamış marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1712 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yodur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Şöbəsinin 11 iyun 2007-ci il tarixli qərarı ilə “Azərbaycan xalqının ümumilli X9 xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respubilkası Milli Məclisinin 08 may 2007ci il tarixli Qərarının 18-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasından azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 sentyabr 2022-ci il tarixli 1799 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.Füzuli küçəsi 19 saylı evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X7-həyat yoldaşı, xx.xx.2012-ci il təvəllüdlü X1r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 14 sentyabr 2022-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİİ 069327 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X2 xx.xx.2012-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X5r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 avqust 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 18:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 16:30-da Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 750,00 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuananı əldə edərək saxlamış, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:33-dən 17:46-dək ünvan 1 ünvanında yerləşən evin həyətindəki tövləyə baxış keçirilən zaman oradan həmin 750,00 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə olan qurudulmayan marixuananın minimal miqdarı 25 qram müəyyən edilmişdir (şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi). Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmayan marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir az yaşlı övladının olmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələr qoyulmalı, cəzanın icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirilməli, cəza çəkmənin əvvəli cəzanın icrasına nəzarətinə həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan 749,95 qram qurudulmamış marixuana məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 28 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 28 saat hüquqi xidmətə görə 168 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdən 02 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 749,95 qram qurudulmamış marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 28 saat hüquqi xidmətə görə 168 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №1(014)-12/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-12/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver