Məhkəmə qərarları › İş №1(014)-12/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-12/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-12/2024 02.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibləri – X8 və X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru vəzifəsini icra edən, İİİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi – Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Mütəxəssis-psixoloq – X7, Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2005-ci il tarixdə Ağdaş rayonu, Əmirarx kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatda olmaqla Ağdaş şəhəri, H.Əliyev prospekti 3 ünvanında yaşayan, barəsində hazırki iş üzrə başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri, başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, 22 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində Ağdaş şəhəri, 20 Yanvar küçəsində, nömrəsiz evin yataq otağında cinsi ehtirasını təmin etmək məqsədi ilə ona aşkar surətdə 14 yaşına çatmış, lakin 16 yaşına çatmadığı məlum olan, xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs razılığı ilə sonuncuyla arxa keçəcək dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olmaqla ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektində Ağdaş rayon mərkəzi bazarının qarşısında olan zaman sonradan adının Aminə olmasını öyrəndiyi qızı görmüş, Aminə onun diqqətini çəkdiyi üçün öz instagram hesabının adını kağız parçasında Aminəyə yazıb vermiş, bundan sonra bir neçə gün Aminənin ona yazmasını gözləmiş, lakin Aminə ona mesaj yazmadığı üçün o, Aminəyə mesaj yazmış, buna baxmayaraq Aminə ona cavab verməmişdir. O, 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində Ağdaş şəhərində yerləşən “Heydər” parkında gəzərkən Aminənin parkda olduğunu görmüş, onlar bir qədər söhbət etmişlər. Aminənin qrup yoldaşlarını gözləyərkən hava qaralmış, sonra Aminə evə getməli olduğunu söyləmiş, buna görə onlar birlikdə bazarın qarşısına getmişlər, Aminə avtobusla yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndinə getmək istəmiş, lakin avtobus gəlmədiyindən o, Aminəyə gecəni onlarda qalmasını təklif etmiş və anasının da evdə olduğunu, özünün isə dostugildə qalacağını demiş, Aminə onunla razılaşmış və onlara getmişdir. O, evlərinə daxil olaraq anası Elnurəyə qızın bir gecəlik onlarda qalacağını, avtobusa gecikdiyi üçün kəndə gedə bilmədiyini demiş, anası onunla razılaşmışdır. Bundan sonra o, Aminəni öz evlərinə qoyub saat 23 radələrində evdən çıxmış və dostugildə qalmışdır. Həmin gecə və ümumiyyətlə Aminə ilə aralarında hər hansı bir cinsi yaxınlaşma olmamışdır. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Aminə ona 16 yaşının olduğunu bildirmişdir. Aminənin yaşının dəqiq neçə olması barədə heç bir məlumatı olmamışdır. Aminə ilə parkda olanda onların arasında münasibətlər dərinləşmiş, yəni öpüşüb qucaqlaşmışlar. Bundan başqa Aminə ilə heç bir münasibəti, o cümlədən cinsi əlaqəsi olmamışdır. Bu hadisədən 2 ay sonra Aminə ilə münasibətləri davam etmiş, Aminə şəhərdə qaldığından Aminənin anası qızına nəzarət etməyi ona tapşırmışdır. O, Aminəni çox istəmiş, buna görə də başqaları ona söz atanda dözə bilməmiş, hətta ona söz atanı bıçaqla vurmuşdur. İfadəsi məhkəmə baxışı iclasında elan olunaraq araşdırılmış Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektində Ağdaş rayon mərkəzi bazarının qarşısında olan zaman sonradan adının Aminə olduğunu öyrəndiyi qızı görüb bəyənmiş və öz instagram hesabının adını kağız parçasında Aminəyə yazıb vermişdir. Aminə də öz instagram hesabının adını ona yazıb vermişdir. Bundan sonra bir neçə gün Aminənin ona yazmasını gözləmiş, lakin Aminə ona mesaj yazmadığı üçün o, Aminəyə mesaj yazmış, buna baxmayaraq Aminə ona cavab verməmişdir. 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində o, Ağdaş şəhərində yerləşən “Heydər” parkında gəzərkən Aminənin parkda olduğunu görüb, söhbət etmişlər, söhbət zamanı Aminə ona hazırlığa gedəcəyini və parkda qrup yoldaşlarını gözlədiyini söyləmiş, Aminənin qrup yoldaşlarını gözləyərkən parkda yerləşən bisetkalardan birində oturmuşlar, daha sonra söhbətləri daha da mehriban olmuş və qucaqlaşaraq öpüşmüşlər. Hava qaraldığından Aminə evlərinə getməli olduğunu demiş, onlar birlikdə bazarın qarşısına gəlmişlər, Aminə avtobusla yaşadığı Ağdaş rayonu, Yuxarı Ləki kəndinə getmək istəmiş, lakin həmin saatda avtobusun gəlməyəcəyini görüb, Aminəyə gecəni onlarda qalmasını təklif etmiş, eyni zamanda anasının evdə olduğunu, özünün isə dostugildə qalacağını demiş, Aminə isə onunla razılaşmışdır. Bundan sonra onlar birlikdə onun kirayədə qaldığı Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən evinə gəlmişlər, evə daxil olduqda anası Elnurə ona “bu qız kimdir, qaçırmısan?” deyə soruşmuş, o, da anasına həmin qızın avtobusa gecikdiyi üçün bir gecəlik onlarda qalacağını demi, anası da onunla razılaşmışdır. Anası ilə birlikdə kirayədə yaşadığı ev bir otaqdan ibarət olmuş və otaqda 2 ədəd çarpayı olmuş, buna görə də anasına gecəni dostugildə qalacağını söyləmiş və təxminən gecə saat 23 radələrində evdən çıxmış, dostuna zəng etmiş, lakin dostu onun zənglərinə cavab verməmiş, buna görə məcbur gecə saat 04 radələrində yaşadığı evə qayıtmışdır. Həmin vaxt anası yatmış, Aminə isə oyaq olmuş, o, anası eşitmədən Aminənin yatdığı çarpayıya keçərək Aminənin yanında uzanmış, bundan sonra Aminə ilə öpüşməyə başlamış, Aminənin boyun və boğaz nahiyələrindən öpmüş, bir qədər öpüşdükdən sonra hər ikisi ehtiraslanmış, Aminənin arxa tərəfinə keçmiş, həmin vaxt Aminə əynində olan şalvarını və alt geyimini aşağıya doğru çəkmiş, sonra o, da əynində olan şalvarı və alt paltarını da aşağıya doğru çəkmişdir. Həmin vaxt o, erreksiya vəziyyətində olan cinsi orqanını Aminənin razılığı və istəyi ilə onun arxa keçəcək dəliyinə yeritmiş, təxminən 5 dəqiqə bu yolla cinsi əlaqədə olmuşlar, bundan sonra bir qədər də Aminənin yanında uzanmış və anası hiss etmədən otaqdan çıxmışdır. Səhəri gün, yəni 22 oktyabr 2023-cü il tarixdə təxminən saat 09 radələrində Aminə ilə birlikdə yaşadığı evi tərk edərək Ağdaş şəhərində yerləşən “Heydər” parkına getmiş, bundan sonra Aminə yenə də hazırlığa gedəcəyini bildirərək ondan uzaqlaşaraq çıxıb getmişdir. Zərərçəkmiş şəxs onunla birlikdə onun yaşadığı evə getmək üçün heç bir fiziki qüvvə tətbiq etməmiş, həmçinin ona fiziki və ya psixi təsir göstərməmişdir. Zərərçəkmiş şəxs onunla öz istəyi ilə könüllü olaraq cinsi əlaqədə olmuş, ona heç bir güc, fiziki qüvvə və ya psixi təsir göstərməmiş, yaşadığı evdə anası Elnurədən başqa heç kim olmamış, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə anası Elnurə yatmış olduğu üçün görməmiş və bilməmiş, Aminə ilə cinsi əlaqədə olan zaman və bundan sonra onun boyun və boğuz nahiyələrindən öpmüş, ola bilsin həmin vaxt Aminənin boynunda qançırlar onun dodaqları ilə sovurması nəticəsində yaranmışdır. Bundan sonra məhkəmə iclasında sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, Polis şöbəsində təhqiqatçı Vüsal Əzməmmədov ona təzyiq göstərib bu cür ifadə almışdır. Vüsal Əzməmmədov ona söyüş söymüş, onu təhqir edərək əl-qol xəsarətləri yetirmişdir. O, da məcbur olub izahatı imzalamışdır. Polisdən çıxdıqdan sonra polis əməkdaşının qanunsuz hərəkətləri barədə heç yerə müraciət etməmişdir. Bununla bağlı anası da heç bir yerə şikayət etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsə də onun həmin əməli törətməsi, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, həmçinin digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2022-ci ilin sentyabr ayından etibarən Ağdaş şəhərində yerləşən “Savalan” hazırlıq kursuna gedib-gəlirmiş, təxminən 2022-ciilin oktyabr ayının ortalarında, hazırda dəqiq xatırlamadığı tarixdə saat təxminən 19 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən apteklərdən birinin qarşısında dayanmış və avtobus dayanacağı axtarmış, həmin vaxt, əvvəllər tanımadığı, təxminən 17-18 yaşlarında bir oğlan ona yaxınlaşaraq “bayaqdan baxıram, dayanmısan, nəsə axtarırsansa kömək edim” deyə soruşmuş və ona kağız parçası uzatmış, o, həmin kağız parçasını götürərək açıb baxdıqda həmin kağız parçasında Teymurun instagram hesabını yazdığını görmüş, buna görə o, da öz instagram hesabını yazıb Teymura vermişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Ağdaş şəhərində yerləşən “Heydər” parkında rəfiqələrini gözləyərkən, Teymurun parkda olduğunu görüb onunla söhbət etməyə başlamışlar. Onlar parkda yerləşən bisetkalardan birində oturmuşlar, bundan sonra onların söhbətləri daha da mehriban olmuş və qucaqlaşaraq öpüşmüşlər. Artıq hava qaralmış və o, evə getməli olduğunu demiş, onlar birlikdə bazarın qarşısına getmişlər, avtobusun gəlmədiyini gördükdə Teymur ona artıq gec olduğunu və avtobus gəlməyəcəyini söyləmiş, həmçinin ona gecəni onlarda qalmağını təklif etmiş və anasının da evdə olmasını, özünün isə dostugildə qalacağını söyləmiş, buna görə də o, Teymurla razılaşmaq qərarına gəlmişdir. Bundan sonra Teymur ilə birlikdə onun kirayədə qaldığı Ağdaş şəhərində yerləşən evə getmiş, evə daxil olduqda Teymurun anası Teymurdan “bu qız kimdir, qaçırmısan?” deyə soruşmuş, Teymur da anasına avtobusa gecikdiyi üçün onun bir gecəlik onlarda qalacağını demiş, Teymurun anası da razılaşmışdır. Həmin ev bir otaqdan ibarət olmuş və otaqda 2 ədəd çarpayı olmuş, təxminən gecə saat 23 radələrində Teymur dostugilə gedəcəyini bildirərək evdən çıxıb getmiş, otaqda olan çarpayının birində o, digərində isə Teymurun anası yatmışlar. Gecə saat 04 radələrində qapının açılmasını hiss etmiş və oyanmış, lakin Teymurun anası yatmış, Teymurun otağa daxil olmasını görmüş və Teymur onun yatdığı çarpayıya tərəf gəlmiş, daha sonra onun yanında uzanmış, Teymur onun yanında uzandıqdan sonra öpüşməyə başlamışlar, Teymur onun boyun və boğaz nahiyələrindən öpmüş və dodaqları ilə həmin nahiyələrini sovurmuş, həmçinin o, da Teymuru öpmüş, onlar bir qədər öpüşdükdən sonra hər ikisi ehtiraslanmış, Teymur onu arxadan qucaqlamış və özünə sıxmış, həmçinin ona cinsi əlaqədə olmağı təklif etmiş, o, da Teymurla razılaşmış və həmin vaxt əynində olan şalvarını və alt paltarını aşağı çəkmiş, həmçinin Teymur da şalvarını və alt paltarını aşağı çəkmiş, bundan sonra Teymur öz cinsi orqanını onun arxa keçəcək nahiyəsinə yeritmiş, təxminən 5 dəqiq bu üsulla cinsi əlaqədə olmuşlar, daha sonra yenə bir qədər öpüşərək sevişmişlər. Bundan sonra Teymur sakit səslə, anası oyanmasın deyə otaqdan çıxmış, səhər təxminən saat 09 radələrində Teymurla birlikdə onun yaşadığı evdən çıxmış və birlikdə Ağdaş şəhərində yerləşən “Heydər” parkına gəlmişlər, burada Teymurla sağollaşmış və hazırlığa gedəcəyini söyləmiş, bir qədər getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmış, ondan adının Aminə olub-olmadığını soruşmuş, o, da polislərə adının Aminə olmasını söyləmiş, polis əməkdaşları ona anasının onun itkin düşməsi barədə polis şöbəsinə ərizə ilə müraciət etdiyini, hazırda anasının polis şöbəsində olduğunu bildirmişlər, sonra həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, onu anasına təhvil vermişlər və anası ilə birlikdə yaşadığı evə getmişdir. Evdə anası ondan harada olduğunu və nəyə görə boyunboğazının pis vəziyyətdə olduğunu soruşmuş, o, da anasından qorxduğu üçün anasına Teymurun onu qaçırdığını, gecəni onlarda qaldığını və Teymurla cinsi əlaqədə olduğunu bildirmiş, Təqsirləndirilən şəxs onunla birlikdə yaşadığı evə getməsi üçün ona heç bir fiziki qüvvə tətbiq etməmiş, həmçinin ona fiziki və ya psixi təsir göstərməmiş, Təqsirləndirilən şəxsla öz istəyi ilə könüllü olaraq cinsi əlaqədə olmuş, Teymur ona heç bir güc, fiziki qüvvə və ya psixi təsir göstərməmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə onun anası Elnurədən başqa heç kim olmamış, Teymurla ilə cinsi əlaqədə olan zaman və bundan sonra Teymur onun boyun və boğaz nahiyələrindən öpmüş, ola bilsin boynundakı qançırlar Teymurun dodaqları ilə onun boyununu sovurması zamanı yaranmışdır. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs psixoloqun iştirakı ilə məhkəmə baxışında sualları cavablandıraraq bildirdi ki, Təqsirləndirilən şəxs həqiqətən də onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. İlk dəfə anası zalda iştirak edərkən anasının yanında Teymurun onunla zorla birlikdə olduğunu desə də, hazırda anası yanında olmadığı üçün Teymurla qeyri-təbii yolla cinsi əlaqədə olmağı özü arzu etmişdir. Hazırda Teymurla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, onun həbs olunmasını istəmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş zərərşəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, qızı Aminəni 2022-ci ilin sentyabr ayından etibarən Ağdaş şəhərində yerləşən Savalan hazırlıq kursuna göndərmiş, Aminə həftədə iki dəfə olmaqla həmin kursa getmişdir. 21 oktyabr 2022-ci il tarixdə qızı Ağdaş şəhərində yerləşən kursa getmiş, lakin axşam saatlarına qədər onu gözləməsinə baxmayaraq yaşadıqları evə qayıtmamışdır, o, narahat olduğu üçün 22 oktyabr 2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinə gedərək qızı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində hazırlığa getmək üçün yaşadığı evdən çıxdığını və geri qayıtmadığını bildirmişdir. 22 oktyabr 2022-ci il tarixdə təxminən saat 09 radələrində qızı Aminə polis şöbsinə gətirilmiş və ona təhvil verilmişdir. Qızı Aminə ilə birlikdə yaşadığı evə getdikdə Aminənin bədənində ləkələr olduğunu görmüş və qızından nə baş verdiyini soruşmuş, qızı Aminə ona Teymur adlı şəxsin onu qaçırdığını və gecə saatlarında Teymurla cinsi əlaqədə olduğunu bildirmişdir. Buna görə o, yenidən Ağdaş rayon polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs onun yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması barədə ərizə yazmış, Zərərçəkmiş şəxs ona Teymurun onu özünün yaşadığı Ağdaş şəhərində yerləşən evə apardığını, həmin vaxt Teymurun anasının da həmin evdə olduğunu söyləmiş, lakin Teymurun ona zor tətbiq edib-etməməsi barədə dəqiq bir söz deməmişdir. Daha sonra şahid Qanuni nümayəndə məhkəmə baxışında sualları cavablandıraraq bildirdi ki, Teymur onun qızının həyatını məhv etmiş, qızı Teymurla birlikdə olduqdan sonra təhsilini atmışdır. Lakin hazırda Teymurun anasına yazığı gəlir, bu səbəbdən də Teymurdan heç bir şikayəti yoxdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu Teymur ilə birlikdə Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən evdə kiraydə yaşayır, 21 oktyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən evdə olarkən, Teymur və əvvəllər tanımadığı və görmədiyi təxminən 15-16 yaşlarında bir qızla içəri daxil olmuş, oğlum Teymurdan həmin qızın kim olmasını və qızı qaçırıb-qaçırmamasını soruşmuş, Teymur da ona həmin qızın adının Aminə olduğunu, avtobusa gecikdiyini, gecə onlarda qalaraq səhər gedəcəyini söyləmiş, o, da qıza yazığı gəldiyi üçün evində qalmasına icazə vermişdir. Daha sonra evdə onunla söhbət etmiş, söhbət zamanı Aminə ona Ağdaş rayonu, Yuxarı Ləki kəndində anası ilə birlikdə yaşadığını söyləmişdir. Onun yaşadığı ev bir otaqdan ibarət olmuş, otaqda 2 ədəd çarpayı olmuş, həmin çarpayılardan birində o, digərində isə oğlu Teymur yatırmış, lakin həmin gün Aminə onlarda qalmalı olduğu üçün Teymur dostugildə qalacağını söyləmiş və çıxıb getmiş, bundan sonra onlar da öz yataqlarına girib yatmış, səhər saat təxminən 08 radələrində oyanmış, bu zaman Teymurun həyətdə, Aminənin isə yataqda olmasını görmüş, daha sonra işə getmişdir. Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında onun yaşadığı evdə cinsi əlaqədə olmalarını bilməmişdir. Daha sonra X16 məhkəmə baxışında sualları cavablandıraraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadənin ona məxsus olmamasını, ümumiyyətlə bu işlə bağlı ifadə verməməsini bildirmiş, lakin oğlu Teymurun barəsində Ağdaş rayon polis şöbəsində çox material olub, bu səbəbdən hansı işlə bağlı, nə vaxt ifadə verməsini xatırlamır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin təhqiqatçısı X10 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qohumluğu, düşmənçiliyi, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs özü hər şeyi etiraf etmişdir. Belə ki, bu, Təqsirləndirilən şəxs birinci əməli deyil, o, bir neçə dəfə belə hadisələr törətmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan bir idmançı qız ilə və Ləki qəsəbəsindən olan başqa bir qız ilə də qeyri təbii yolla cinsi əlaqədə olmuş, lakin həmin vaxt zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında 2 yaşdan az fərq olduğuna görə onun barəsində material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs bu hadisə ilə bağlı izahat alarkən o, heç bir təsir, təzyiq olmadan bildirmişdir ki, qızın, yəni hazırki iş üzrə Zərərçəkmiş şəxs şəhərdə tək qaldığını, kömək istədiyini görüb, ona yazığı gəlib anası ilə yaşadığı evə aparıb, orada gecə hamısı bir otaqda yatıb, anası yatandan sonra Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. Bu hadisənin üstündən uzun müddət keçdiyinə görə bütün detallarını tam xatırlamır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qohumluğu, düşmənçiliyi, ədavəti olmamışdır. Hazırda baxılan işin istintaqını o, aparmışdır. Bu vaxta qədər Təqsirləndirilən şəxs bir neçə cinayət işi icraatında olmuşdur. Sonuncu icraatında olan isə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işidir ki, həmin iş üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və tərəfindən ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs anası Əziməmmədova Elnurə iş üçün əhəmiyyətli olan halları bildiyinə görə tərəfindən şahid qismində dindirilmiş, həmçinin dindirilməyə başlamazdan əvvəl ona ifadəsinin tərəfindən komputer vasitəsilə yazılacağı bildirilmiş və o, buna etiraz etməmişdir. Elnurə Əziməmmədovaya hadisə ilə bağlı müvafiq suallar verilmiş və müvafiq cavablar alındıqdan sonra ifadəsi komputer vasitəsilə yazılmış və onun özü tərəfindən imzalanmışdır. 2023-cü ilin sentyabr ayını 20-də Təqsirləndirilən şəxs 18 yaşı olmuş və buna görə ona qanuni nümayəndə təyin olunmamışdır. X1 Aminənin hər hansı bir təmasının olmasını görmədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli 669 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində aşkar olunan qançırlar erreksiya olunmuş (bərkidilmiş) kişi xarici cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi zamanı əmələ gəlməyə uyğun gələn əlamətlərdir. Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər boynun sağ nahiyəsinin qançırları, küt alət (ola bilər dodaqla sovrulma zamanı) təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Həmin rəyə əlavə edilmiş Zərərçəkmiş şəxs arxa keçəcək dəliyindən götürülən tamponun xx.xx.2022-ci il tarixli 9/199 saylı məhkəmə-bioloji müayinəsinin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyatı olan 01 ədəd tamponun məhkəmə tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli 670 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə cinsi əlaqədə olmağa mane olan hər hansı yara, xora, çapıq və s. aşkar olunmadı. Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X13 Xidmətinin 06 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş Qanuni nümayəndə müxtəlif vaxtlarda 102 xidmətinə azyaşlı qızının tanımadığı şəxs tərəfindən qaçırılması və təhqir olunması, həmçinin qızının evinin şüşələrini sındırması ilə bağlı müraciət etmişdir. İş materiallarında olan Ağdaş RMX PHŞ-dən daxil olmuş 10 oktyabr 2023-cü il tarixli 18-1-222-1522/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmündən və Ağdaş Rayon Məhkməsinin 01 iyun 2023-cü il tarixli 7(014)-21/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş Rayon Məhkməsinin 01 iyun 2023-cü il tarixli 7(014)-21/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 6 ay 12 gün hissəsi 3 ay 6 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. 07 sentyabr 2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkməsinin 14 mart 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilərək hökmdən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə dair müddəalar xaric edilmiş, Təqsirləndirilən şəxs cəzası 2 ilə endirilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 31 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-cı maddəsi ilə təqsirli bilinərək barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonunun Əmirarx kəndində qeydiyyatdadır, onun ailə üzvü anası X2r. Hazırda Ağdaş şəhəri Heydər Əliyev prospekti 3 ünvanında yaşayır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Güvəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 6 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yer üzrə mənfi xarakterizə edilir. İş materiallarında olan Ucar rayon İcra Hakimiyyəti Başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə Zərərçəkmiş şəxs yaşayış yer üzrə mənfi xarakterizə edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında hər hansı bir cinayət törətmədiyi, Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmadığı barədə verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadənin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə, ekspert rəyləri ilə təkzib edildiyini nəzərə alaraq, həmin ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın və barəsində çıxarılan ittiham hökmünün əsasına özünün ibtidai istintaq zamanı verdiyi ifadəsinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı ekspert rəyinin qoyulmasını qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs X6 zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını həmin Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətmiş, bu səbəbdən onun əvvəllər məhkum olunması cinayətlərin residivini yaratmır və bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008ci il tarixli 6 №-li qərarında məhkəmələrə izah olunur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə işdə olan və yuxarıda şərh olunan cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, qeyd edir ki, Təqsirləndirilən şəxs bundan əvvəl iki dəfə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq yenidən cinayət törətmiş və bu hal da onun təyin olunmuş cəzalardan heç bir nəticə çıxarmayaraq islah olunmamasına dəlalət edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza çəkməklə islah olunmasını qeyri-mümkün hesab edir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apelyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(107)-258/2023 saylı qərarı ilə üzərində olan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün həbsə bərabər tutulmalıdır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmənin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Hazırki iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınmalıdır. İş mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D I : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apelyasiya Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 1(107)- 258/2023 saylı qərarı ilə üzərində olan 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hazırki iş üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 fevral 2024-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar