Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-120/2021 14.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs qızının Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağdaş rayonu, Qarağan Saatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, əvvələr məhkum olunmuş, Ağdaş rayonu, Qarağan Saatlı kəndində qeydiyyatda olan və Ağdaş şəhəri, Ərəş küçəsində yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına 14 sentyabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, Ağdaş rayonu, Qarağan ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 08.08.2021-ci il tarixdə saat 13:00 radələrində ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs işlədiyi avtomobil yuma məntəqəsinin yaxınlığında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla sifət, baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq ona üst dodağın şişkinliyi, diş səthnin yarası, küt ələt təsirindən törənmiş, törənmə müddəti 08.08.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşı olduğunu, Ayşən ilə onun 2014cü ildə ailə həyatı qurduqlarını, onların iki oğlan övladlarının olduğunu, Ayşən ilə aralarında yaranan mütəmadi söz-söhbətlər səbəbindən 2020-ci ildə boşandıqlarını, Ayşən ilə ayrılmalarına baxmayaraq onların eyni evdə yaşamağa davam etdiklərini, sonradan Ayşənin ondan aliment tələb etdiyini və Ağdaş rayon məhkəməsinin ona uşaqlarına görə 200 manat aliment təyin etdiyini, Ayşən ilə aralarında son vaxtlar tez-tez mübahislərinin yarandığını, buna səbəb Ayşənin mağazadan onun adına artıq miqdarda nisyə ərzaq və digər gündəlik tələbat malları alması olduğunu, onun hər dəfəsində Ayşənə imkanı olmadığını və artıq miqdarda nisyə mal almamasını söylədiyini, lakin Ayşənin onun sözlərinə məhəl qoymadığını və qəsdən onun adına dükanlardan artıq miqdarda nisyə mal aldığını və ona da, “sən aliment vermirsən, ona görə də, sənin adına qəsdən artıq miqdarda nisyə mal alıram” deyə söylədiyini, 08.08.2021-ci il tarixdə saat təxminən 23 radələrində Ayşənin onun işlədiyi ünvan 3 ünvanında yerləşən avtomobil yuma məntəqəsinə gəldiyini, həmin vaxt Ayşənin ona anası ilə birlikdə Mingəçevir şəhərinə həkimə gedəcəyini söylədiyini və ondan həkim üçün ona pul verməsini istədiyini, onun da, Ayşənə “Ayşən sən mağazalardan nisyə mənim adıma artıq miqdarda mal almısan. Mən onlara olan borcumu verə bilmirəm. Ona görə də, sənə verməyə pulum yoxdur” deyə cavab verdiyini, Ayşənin isə onun sözlərinə məhəl qoymadığını və ondan pul verməsini tələb etdiyini, onun nə qədər Ayşənə pulunun olmadığını söyləsə də Ayşənin onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlətdiyini, buna görə də, Ayşən ilə arasında mübahisə baş verdiyini, mübahisə zamanı onun Ayşənin sakitləşmədiyini gördüyünü, onun hərkətlərinə əsəbləşdiyini və qəsdən iki dəfə sillə ilə Ayşənin sifət nahiyəsindən (Ağız və burun) vuraraq ona xəsarət yetirdiyini, daha sonra Ayşənin ona “görərsən səndən şikayət edəcəyəm” deyərək çıxıb getdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və davadalaşın 08.08.2021-ci il tarixdə təxminən saat 13:00 radələrində işlədiyi avtomobil yuma məntəqəsinin yaxınlığında baş vediyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı onun qəsdən iki dəfə sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən (ağız və burun) vuraraq qəsdən ona xəsarət yetirdiyini, dava-dalaş zamanı orada ondan və Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, heç kimin gəlmədiyini, onun keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs oğlu məhkəməyə rəsmi ərizə təqdim edərək, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olduğunu, onların 2020-ci ilin fevral ayında boşandıqlarını, təxminən 3 ay əvvəl Sarvanın ona aliment verə bilmədiyini söylədiyini və alimentin əvəzinə bilrikdə yaşamağı təklif etdiyini, onun da, Sarvanla razılaşdığını və onların son 3 aydır ki, eyni evdə yaşadıqlarını, bu zaman ərzində Sarvanın evə bazarlıq etmədiyini, ona və uaşqlarına baxmadığını və bu səbəbdən Sarvan ilə aralarında tez-tez söz-söhbətlərinin və mübahisələrinin yarandığını, 08.08.2021-ci il tarixdə saat təxminən 13 radələrində Sarvanın işlədiyi ünvan 3 ünvanında yerləşən avtombil yuma məntəqəsinə getdiyini, onun orada Sarvana yaxınlaşdığını və ona evə bazarlıq etməsini və yaxud da, ona bazarlıq etməsi üçün pul verməsini söylədiyini, Sarvanın isə ona evə bazarlıq etməyəcəyini söylədiyini, onun da, Sarvana heç olmasa alimentin pulunu verməsini söylədiyini, lakin Sarvanın onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlətdiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Sarvanın bir neçə dəfə yumruqla onun ağız nahiyəsindən, sifət nahiyəsindən, burun nahiyəsindən və baş nahiyəsindən vurduğunu, daha sonra isə onun oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın 08.08.2021-ci il tarixdə təxminən saat 13:00 radələrində Sarvanın işlədiyi avtomobil yuma məntəqəsinin yaxınlığında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla onun ağız, burun, sifət və baş nahiyəsindən vurduğunu, dava-dalaş zamanı orada ondan və Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və hal-hazırda heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 09.08.2021-ci il tarixli, 491 saylı rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – üst dodağın şişkinliyi, diş səthnin yarası, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 08.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 13.08.2021-ci il tarixli, 499 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMX-nin 25.08.2021-ci il tarixli, 1185 saylı məktubdan görünür ki, Ağdaş rayon Qarağan Saatlı kənd sakini Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Ağdaş rayon Məhkəəsnin 1(014)-69/2019 saylı 10.09.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.3, 32.5, 177.2.1 və 32.3, 32.5, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin AR Ədliyyə Nazirliyinin Ağdaş rayon icra və probasiya şöbəsindən alınmış c/i-1719 saylı cavab məktubuna əsasən Təqsirləndirilən şəxs Ağdaş rayon məhəkəməsinin 1(014)-69/2019 saylı 10.09.2019-cu il tarixli hökmü üzrə cəzasını 06.11.2020-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon icra və probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş rayon, Şəmsabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən : 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3. məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-120/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-120/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver