Məhkəmə qərarları › İş №1(014)-120/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-120/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-120/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1974-cü il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, fərdi qaydada ofisiant işləyən, Ağdaş rayonu, Qolqəti kəndində qeydiyyatda olan və yaşayan, 28 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində 21 dekabr 2022-ci il tarixdə saat 11:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, cavabdeh kimi ondan, 21 avqust 2020-ci il tarixdən hesablanmaqla 25 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 130,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-940/2020 saylı, 21 iyul 2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 3(014)-235/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 14 iyun 2021-ci il, 06 iyul 2021-ci il və 10 yanvar 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 16 fevral 2022-ci il tarixinə kimi 2170,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə valideynləri tanış etmiş və münasibətləri yaranmışdır. 2005-ci il tarixdə rəsmi şəkildə ailə qurmuşlar. Bir müddət Ağdaş şəhərində, sonradan Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Həmin vaxtlar Bakı şəhərində “Kral” şadlıq sarayında ofisiant işləmiş və yetərli qazanc əldə etmişdir. Evliliklərindən 25 may 2006-cı il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-940/2020 saylı, 21 iyul 2020ci il tarixli qətnaməsinə əsasən ondan 21 avqust 2020-ci il tarixdən hesablanmaqla 25 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 130,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Fasilələrlə ödəniş etsə də, imkanının kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini alimenti icra etməmişdir. Hazırda müxtəlif məkanlarda ofisiant işlədiyini və gündəlik 30,00-40,00 manat gəlir əldə etdiyini bildimişdir. Daim işlədiiyindən məşğulluq mərkəzində qeydiyyatda durmamışdır. Təqdimat verilən günə, yəni 16 fevral 2022-ci il tarixə kimi Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-940/2020 saylı, 21 iyul 2020-ci il tarixli qətnamə üzrə Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 2170,00 manat təşkil edir. Təqdimat verilən gündən sonra ittiham üzrə Zərərçəkmiş şəxs olan 2170.00 manat aliment borcunu tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Buna görə də məhkəmədən xahiş etmişdir ki, zərərçəkmiş şəxsin dəymiş ziyanı ödəməsi barədə ərizəsi nəzərə alınsın və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş şəhərinin sakini kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2005-ci il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 25 may 2006-cı il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra onlar Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs Bakı şəhərində “Kral” şadlıq sarayında ofisiant işləmişdir. Gündəlik ortalama 20,00-30,00 manat qazanc əldə etmişdir. Əvvələr Azər ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, tez-tez spirtli içkilər qəbul etdiyindən, uşağı ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-940/2020 saylı, 21 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2020-ci il tarixdən hesablanmaqla 25 may 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi 130,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Ağdaş Şəhər Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağsu Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 16 fevral 2022-ci il tarixə kimi cəmi 2170,00 manat aliment borcu qalmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda və hazırda daim müxtəlif işlərdə çalışmış və yetərli qazanc əldə etmişdir. İstəsə hər ay alimenti ödəyə biləcəyini, lakin ödəmək niyyəti olmadığını, budan əlavə öz övladı ilə maraqlanmadığını, mənəvi dəstək durmadığını bildirmişdir. Hazırda Azərin ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ona olan borcunu ödədiyini nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Ağdaş rayon İcra və probasiya şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, Ağdaş rayon Məhkəməsinin 2(014)-940/2020 saylı, 21 iyul 2020-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon məhkəməsinin 10 avqust 2017-ci il tarixli, 2(014)-2094/17 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmışdır. Təqsirləndirilən şəxs 25 may 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutlması qət edilmişdir. Qətnamə şöbənin icraatına 26 avqust 2020-ci il tarixdə daxil olmuş və 26 avqust 2020-ci il tarixdə tərəflərindən icraata başlamaq haqqında qərar qəbul olunaraq, tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs könüllü icra müddətində icra sənədini icra etmədiyi üçün onun barəsində müvafiq sorğular edilmişdir. Verilmiş sorğulara əsasən borclu Təqsirləndirilən şəxs adına bank filiallarında şəxsi əmanət, vergi hesabı olması aşkar olunmamışdır. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün borclunun ölkədən getmək hüququnun icra vərəqəsi üzrə borcu ödənilib qurtarana kimi məhdudlaşdırılması üçün Ağdaş rayon məhkəməsinə təqdimat verilmiş və Ağdaş rayon məhkəməsinin 8(014)-206/2021 saylı 12 iyul 2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq izahatı alınmış, borclu izahatında aliment borcunu tam olaraq ödəyəcəyini bildirmiş, lakin yaranmış aliment borcunu qərəzli olaraq ödəməmişdir. Borclunun əməllərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində 04 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol digər sənədlərlə birlikdə baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmiş və Ağdaş rayon məhkəməsinin 3(014)-235/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu şöbəmizə çağırılmış ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıq olunmuşdur. Borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X2 19 saylı Ərazi Məşğulluq Mərkəzinə işlə təmin olunması üçün müraciət etməmiş və hazırda qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. Nəticədə borclunun tələbkara 2170,00 manat aliment borcu yaranmışdır. Tələbkar Zərərçəkmiş şəxs Ağdaş rayon icra və probasiya şöbəsinə ərizəylə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin qanuni qüvvəyə minmiş icra sənədini qərəzli olaraq icra etməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 2(014)-940/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Təqsirləndirilən şəxs 130 manat məbləğində alment alınaraq Zərərçəkmiş şəxs xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Təqsirləndirilən şəxs 130 manat məbləğində alment alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 2(014)-940/2020 №-li qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx.xx.2021-ci il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şəxsi maraq niyyətilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham üzrə borclu olduğu pulu tam ödəmişdir. Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-940/2020 nömrəli xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 2170.00 manat məbləğində borclu olduğu pulu tam ödədiyini nəzərə alan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CM-nin 306-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1.2, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar