Məhkəmə qərarları › İş №1(014)-120/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-120/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-120/2023 22.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Əlzamin qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Abdulhüseyin oğlunun iştirakları ilə xx xxxxxx 2002-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Maşad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, aşkar surətdə on altı yaşına çatmadığı ona məlum olan, yəni xx.xx.2006cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə evlənmək məqsədi ilə ilk dəfə xx.xx.2021-ci il tarixdən başlayıb Ağdaş rayonu, Maşad kəndində yerləşən evində müxtəlif vaxtlarda həmin evdə, sonuncu dəfə isə 2022-ci ilin yanvar ayının əvvələrinə qədər olan müddət ərzində təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində ailəsi ilə birlikdə Ağdaş rayonu, Maşad kəndində yaşadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliklərinin olmadığını, Zərərçəkmiş şəxs onun arvadı olduğunun, Samirənin ailə üzvləri ilə onun ailə üzvləri arasında heç bir ədavət və düşmənçiliyin olmadığını, valideynlərinin qohum olduğunu, Samirənin Bərdə rayonunda yerləşən yaşadığı evə qonaq getdiyini, həmin vaxtdan aralarında sevgi münasibətlərinin yarandığını, daha sonra aralarında olan sevgi münasibətlərinin lap çoxalmağa başladığını, 30 noyabr 2021-ci il tarixdə Bərdə rayonunda Samirənin yaşadığı evdə Samirə ilə onun nişan mərasiminin keçirildiyini, 04 dekabr 2021-ci il tarixdə Samirənin yaşadığı evə onu görməyə getdiyini, Samirəyə toy mərasimini gözləmək istəmədiyini və onu yaşadığı Ağdaş rayonuna aparmaq fikrində olduğunu bildirdiyini, Samirənin ona heç bir etiraz etmədiyini və könüllü olaraq onunla birlikdə yaşadığı evə gəldiyini, bu zaman Samirənin valideynlərinin onları yola saldığını, Samirənin valideynlərinin razılığı ilə 07 dekabr 2021-ci il tarixdə toy mərasiminin keçirildiyini, həmin gün onun yaşadığı Ağdaş rayonu, Maşad kəndində yerləşən evdə Samirə ilə ilk dəfə cinsi əlaqədə olduğunu və Samirənin bakirəliyinin onun tərəfindən pozulduğunu, 2-3 həftə sonra Samirənin səhhətində ümumi zəiflik müşahidə olunmağa başladığını, bundan sonra Samirənin hamilə olmasını bildiyini, xx.xx.2022-ci il tarixdə Samirənin səhhətində kəskin dəyişiklik baş verdiyindən valideyinlərinin onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına apardığını, xx.xx.2023-cü il tarixdə isə Ağdaş Rayon Mərkəzi X1 Samirənin doğuş etdiyini və onların oğlan övladının doğulduğunu, Samirə ilə biri-birilərini sevərərk ailə həyatı qurduqlarını, onların evlənməsi üçün Samirəyə heç bir kənar müdaxilə edilmədiyini, Samirə ilə evlənən zaman Samirənin on altı yaşına çatmayan olmasını bildiyini və bunun cinayət məsuliyyətinə səbəb olmasını bilmədiyini, ilk dəfə xx.xx.2021-ci il tarixdə yaşadığı Ağdaş rayonu, Maşad kəndində yerləşən evdə cinsi əlaqədə olduqlarını, 2022-ci ilin yanvar ayının əvvəllərində Samirənin hamiləliyinin yoxlanılması üçün xəstəxanaya getdiyini, xəstəxanadan qayıtdıqdan sonra isə ona hamilə olduğunu, həkimin ona cinsi əlaqədə olmağı məsləhət görmədiyini və bunun uşaq üçün pis olacağını söylədiyini bildirdiyini, buna görə də onların həmin vaxtdan etibarən cinsi əlaqədə olmadıqlarını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ailəsi ilə birlikdə Ağdaş rayonu, Maşad kəndində yaşadığını, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, Kənan və Kənanın ailə üzvləri ilə onun və ailə üzvlərinin arasında heç bir düşmənçilik və ya ədavətin olmadığını, Kənanın ailə üzvləri ilə onun ailə üzvlərinin yaxın qohum olduqlarını, Kənanın Bərdə rayonunda yerləşən yaşadıqları evə gəldiyini və həmin vaxtdan aralarında sevgi münasibətlərinin yaranmağa başladığını, daha sonra aralarında olan sevgi münasibətlərinin daha da çoxaldığını və onların nişanlanmaq qərarına gəldiyini, bundan sonra 30 noyabr 2021-ci il tarixdə Bərdə rayonunda yaşadıqları evdə Kənan ilə onun nişan mərasiminin olduğunu, 04 dekabr 2021-ci il tarixdə Kənanın onlara, yəni Bərdə rayonuna gəldiyini, Kənanın toy mərasimini gözləmək istəmədiyini və ona yaşadığı Ağdaş rayonu, Maşad kəndində yerləşən evlərinə aparmaq fikrində olduğunu bildirdiyini, özünün və valideynlərinin Kənana heç bir etiraz etmədiyini və könüllü olaraq Kənanla birlikdə onun yaşadığı evə gəldiyini, Kənanın valideynlərinin onu xoş qarşıladıqlarını və onun valideynlərinin razılığı ilə 07 dekabr 2021-ci il tarixdə toy mərasiminin keçirildiyini, həmin gün Kənanın yaşadığı Ağdaş rayonu Maşad kəndində yerləşən evdə Kənanla cinsi əlaqədə olduğunu, onun bakirəliyinin həmin gün Kənan tərəfindən pozulduğunu, bundan 2-3 həftə sonra hamilə olduğunu bildiyini və xx.xx.2022-ci il tarixdə səhhəti ağırlaşdığı üçün onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına apardıqlarını, bundan bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Mərkəzi X1 doğuş etdiyini və onların oğlan övladının doğulduğunu, Kənan ilə birbirilərini sevərək evləndiklərini, Kənanla cinsi əlaqədə olması üçün onu heç kimin məcbur etmədiyini, toy gecəsindən təxminən 2-3 həftə sonra aybaşı dövrünün gecikməsini hiss etdiyini, həmin vaxt hamilə ola biləcəyindən şübhələndiyini, bu barədə qayınanasına məlumat verdiyini, qayınanasının da ona həkim yoxlanışından keçməyini məsləhət gördüyünü, buna görə də həkim yoxlanışına getdiyini, bundan sonra da hamilə olduğunu bildiyini, həmçinin həkimin ona cinsi əlaqədə olmamasını məsləhət gördüyünü və bunun uşaq üçün ziyan ola biləcəyini söylədiyini, buna görə də bu barədə əri Kənana məlumat verdiyini, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən cinsi əlaqədə olmadığını, həmçinin yalnız yaşadıqları evdə cinsi əlaqədə olduqlarını bildirmişdir. Hazırda da Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, ona təyin ediləcək cəzanın şərti sayılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Əlzamin qızı ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızı, Təqsirləndirilən şəxs isə hal-hazırda kürəkəni olduğunu, qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında rəsmi nikahın olmadığını, qızı Samirənin Ağdaş rayonunda yaşayan yaxın qohumu Şahid3 oğlu Kənən Əliyevi sevdiyi üçün onlara Bərdə rayonunda yaşadığı evdə 30 noyabr 2021-ci il tarixdə nişan mərasiminin keçirildiyini, 04 dekabr 2021-ci il tarixdə Kənanın onun razılığı ilə qızı Samirəni yaşadıqları evdən evlənmək məqsədilə öz yaşadığı Ağdaş rayonu, Maşad kəndinə apardığını, sonra 07 dekabr 2021-ci il tarixdə onların da iştirakları ilə Samirə ilə Kənanın Ağdaş rayonunda toy mərasiminin keçirildiyini, daha sonra toydan təxminən 2-3 həftə sonra qızı Samirənin məlumatı əsasında qızının hamilə olmasını öyrəndiyini, 09 sentyabr 2022-ci il tarixdə qızının səhhətinin ağırlaşdığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət ediyini, xx.xx.2022-ci il tarixdə qızı Samirənin Ağdaş rayon Mərkəzi X1 doğuş etdiyini və qızının oğlan övladının doğulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs nə onun, nə də qızının heç vaxt narazılığı olmamış, hazırda da heç bir şikayəti və tələbi yoxdur, ona heç bir cəzanın verilməməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızı, Təqsirləndirilən şəxs isə hal-hazırda kürəkəni olduğunu, qızı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında arasında rəsmi nikahın olmadığını, qızı Samirənin Ağdaş rayonunda yaşayan yaxın qohumu Şahid3 oğlu Kənən Əliyevi sevdiyi üçün onlara Bərdə rayonunda yaşadığı evdə 30 noyabr 2021-ci il tarixdə nişan mərasimi keçirdiyini, 04 dekabr 2021-ci il tarixdə Kənan razılığı ilə qızı Samirəni yaşadıqları evdən evlənmək məqsədilə öz yaşadığı Ağdaş rayonu, Maşad kəndinə apardığını, sonra 07 dekabr 2021-ci il tarixdə onların da iştirakı ilə Samirə ilə Kənanın Ağdaş rayonunda toy mərasiminin keçirildiyini, daha sonra toydan təxminən 2-3 həftə sonra qızı Samirənin məlumatı əsasında qızının hamilə olmasını öyrəndiyini, 09 sentyabr 2022-ci il tarixdə qızının səhhəti ağırlaşdığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini, xx.xx.2022-ci il tarixdə qızı Samirənin Ağdaş rayon Mərkəzi X1 doğuş etdiyini və qızının oğlan övladının doğulduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun doğma oğlu, Zərərçəkmiş şəxs isə gəlini olduğunu, Kənanın Bərdə rayonunda yaşayan yaxın qohumu Qanuni nümayəndə qızı Zərərçəkmiş şəxs sevdiyi üçün onlara Bərdə rayonunda 30 noyabr 2021-ci il tarixdə nişan mərasiminin keçirildiyini, 04 dekabr 2021-ci il tarixdə oğlu Kənanın Zərərçəkmiş şəxs onun valideynlərinin icazəsi ilə Bərdə rayonunda yaşadığı evdən evlənmək məqsədilə yaşadıqları Ağdaş rayonu, Maşad kəndinə yerləşən evə gətirdiyini, sonra 07 dekabr 2021ci il tarixdə Samirənin valideynlərinin razılığı ilə Ağdaş rayonunda yaşadıqları evdə toy mərasiminin keçirdiyini, təxminən 2-3 həftə sonra Samirənin hamilə olmasını bildiyini, 09 sentyabr 2022-ci il tarixdə gəlininin səhhəti ağırlaşdığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini, xx.xx.2022-ci il tarixdə gəlini Samirənin Ağdaş rayon Mərkəzi X1 doğuş etdiyini və gəlininin oğlan övladının doğulduğunu, Samirənin on altı yaşına çatmayan şəxs olduğunu bildiyini, lakin oğlu Kənanın Samirəni evlənmək məqsədilə yaşadıqları evə gətirdiyi üçün toy etdiklərini, bunun məsuliyyət olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs onun doğma oğlu, Zərərçəkmiş şəxs isə gəlini olduğunu, Kənanın Bərdə rayonunda yaşayan yaxın qohumu Qanuni nümayəndə qızı Zərərçəkmiş şəxs sevdiyi üçün onlara Bərdə rayonunda 30 noyabr 2021-ci il tarixdə nişan mərasiminin keçirildiyini, 04 dekabr 2021-ci il tarixdə oğlu Kənanın Zərərçəkmiş şəxs onun valideynlərinin icazəsi ilə Bərdə rayonunda yaşadığı evdən evlənmək məqsədilə yaşadıqları Ağdaş rayonu, Maşad kəndinə yerləşən evə gətirdiyin, sonra 07 dekabr 2021ci il tarixdə Samirənin valideynlərinin razılığı ilə Ağdaş rayonunda yaşadıqları evdə toy mərasiminin keçirildiyini, təxminən 2-3 həftə sonra Samirənin hamilə olmasını bildiyini, 09 sentyabr 2022-ci il tarixdə qızının səhhəti ağırlaşdığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyini, xx.xx.2022-ci il tarixdə gəlini Samirənin Ağdaş rayon Mərkəzi X1 doğuş etdiyini və gəlininin oğlan övladnın doğulduğunu, Samirənin on altı yaşına çatmayan şəxs olduğunu bildiyini, lakin oğlu Kənanın Samirəni evlənmək məqsədilə yaşadıqları evə gətirdiyi üçün toy etdiklərini, bunun məsuliyyət olduğunu bilmədiyini bildirmişdir. İş materiallarında olan üç ədəd fotoşəkillərdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında el adəti ilə toy məclisi təşkil edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2023-cü il tarixli, 626 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Məşəd küçəsində yaşamaqla, ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: 1963-cü il təvəllüdlü X4, 1981-ci il təvəllüdlü Şahid3 qızı, 1983-cü il təvəllüdlü X5, 1985-ci il təvəllüdlü X2, 1980-ci il təvəllüdlü Şahid2, 1998-ci il təvəllüdlü X8 və 1999-cu il təvəllüdlü X7. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X13 04 may 2023-cü il tarixli PHŞ-6-22/2-634/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X13in poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 14:30-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərər çəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, o, yetkinlik yaşına çatmış, yəni xx.xx.2002-ci il təvəllüdlü olmaqla qəsdən onun üçün aşkar surətdə on altı yaşına çatmayan, yəni xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx.xx.2021-ci il tarixdən Ağdaş rayonu, Maşad kəndində yerləşən yaşadıqları evdə mütəmadi olaraq təbii yolla, qızlıq pərdəsinin tamlığını pozmaqla, sonuncunun könüllü razılığı ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı bir övladının olmasını nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini boynuna almaqla peşman olmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkün olması nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İşdə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin edilmiş 1 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın ki, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar