Məhkəmə qərarları › İş №1(014)-120/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-120/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-120/2024 21.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, evli, himayəsində iki azyaşlı övladı olan, Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, Ağdaş rayonu, X16ində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam, başqa işlə əlaqədar həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 12,71 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, 26 may 2024-cü il tarixdə saat 16:20-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 16:59-dən 17:09-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunda təmiz çəkisi 12,71 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etdikdə, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, narkotik vasitə istifadə edir. Əsasən narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 26 may 2024-cü il tarixdə saat təxminən 15 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən dəmiryolu reysinin yanı ilə piyada hərəkət edən zaman yerdə 1 ədəd siqaret qutusunun olduğunu görmüşdür. Əyilib siqaret qutusunu götürmüş və içərisinə baxan zaman narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin siqaret qutusunu əynində olan qara rəngli cins şalvarının sol yan cibinə qoymuş və həmin yerdən uzaqlaşmışdır. Saat təxminən 16:20 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində piyada hərəkət edən zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişdir. Razılaşmış və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. RPŞdə ona dövlət hesabına müdafiəçi təyin olunmuş və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. X5 üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd siqaret dənəsini, həmin şalvarın sağ yan cibindən 1 ədəd alışqan, həmin şalvarın sağ arxa cibindən 1 ədəd su butulkasını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı təqdim etdiyi siqaret qutusunda olan maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşdur. Həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, Ləki qəsəbəsi ərazisindən keçən dəmiryolunun kənarından tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən narkotik vasitə qurudulmuş marixuana siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 16,43 qram olduğu müəyyən olunmuşdur. Həmin siqaret qutusu iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqdim etdiyi digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, o və iştirak edən digər iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadəsi, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu, Ləki qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. 26 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıyıb, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 16:20 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində piyada şəkildə olarkən tərəfindən saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd siqaret dənəsini, həmin şalvarın sağ yan cibindən 01 ədəd alışqanı, sağ arxa cibindən isə 01 ədəd plastik şüşədə olan suyu təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa onun üzəridən başqa heç bir əşya aşkar olunmamışdır. O yenidən siqaret qutusunun içərisində narkotik vasitə olan “nəşə” olduğunu bildirmişdir. Sonra siqaret qutusu açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan siqaret qutusunun təxmini çəkisinin 16,43 qram olması müəyyən edilmişdir. 01 ədəd sellofan paket 01 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş 01 ədəd siqaret dənəsi, 01 ədəd alışqan və 01 ədəd su butulkası iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırılmışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 26 may 2024-cü il tarixli protokoldan görünür ki, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunu və 01 ədəd siqaret dənəsini, həmin şalvarın sağ yan cibindən 01 ədəd alışqanı, sağ arxa cibindən isə 01 ədəd plastik şüşədə olan suyu təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparıldı, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa onun üzəridən başqa heç bir əşya aşkar olunmadı. Siqaret qutusu sonra siqaret qutusu açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və kağız zərfə qablaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 27 may 2024-cü il tarixli, 17/479 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret qutusu...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi – 12,71 olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli, 1078 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olan 03 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə profilaktik narkoloji xəstəliklər üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya şöbəsinin 05 iyun 2024-cü il tarixli, c/i-818 saylı məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)- 125/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli hökmü Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icraatına 23 oktyabr 2023-cü il tarixdə daxil və tərəflərindən hökmün icrası davam etdirilir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 1(014)-113/2024 nömrəli, 01 iyul 2024cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Ağdaş Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 1(014)-125/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 23 (iyirmi üç) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli hökmü icraya yönəldilmişdir. İş materiallarında olan “Şübhəli şəxsi tutma haqqında” 26 may 2024-cü il tarixli qərardan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 27 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 may 2024-cü il tarixdə saat 21:05-də şübhəli şəxs qismində tutulmuş, 27 may 2024-cü il tarixdə saat 22:30-da barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X16 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının X16 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli arayışından görünür ki, Ağdaş rayonu, X16ində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – atası X4, anası X3, arvadı X9, övladları 26 fevral 2017-ci il təvəllüdlü X10 və 24 iyul 2018-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 fevral 2017-ci il təvəllüdlü X10 və 24 iyul 2018-ci il təvəllüdlü X13 adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına əsasən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin 5 qram və ondan artıq hissəsi (500 qramadək) xeyli miqdar hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbirinin gözlənilən səmərəni verməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir, onun barəsində cinayətlərin məcmusu nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eləcə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 1(014)-113/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 26 may 2024cü il tarixdən saat 16:20-dən 27 may 2024-cü il tarixədək saat 22:30-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 12,69 qram qalığı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351- 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 1(014)-113/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 26 may 2024-cü il tarixdən saat 16:20-dən 27 may 2024-cü il tarixədək saat 22:30-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün müddət ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli hökmünə əsasən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 12,69 qram qalığı məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar