Məhkəmə qərarları › İş №1(014)-121/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-121/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-121/2021 22.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1986-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, əvvələr məhkum olunmamış, Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsi ev 45-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına 22 sentyabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, Ağdaş rayonu, Abad kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında 12.08.2021-ci il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs əsəbləşərək ağac parçası ilə bir dəfə Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsindən qəsdən vuraraq ona qəsdən –sağ bazu oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddəti 12.08.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarət yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun bacısı olduğunu, anası Aybəniz ilə eyni evdə yaşadığını, bacısı Ülviyyənin də ailəli olduğunu, bacısı Ülviyyənin Ağdaş rayonu Abad kəndində ailəsi ilə birlikdə yaşadığını, təxminən 20 gün əvvəl bacısı Ülviyyənin ərindən küsüb gəlib anası Aybənizlə birlikdə yaşadığını, 12.08.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində bacısı Ülviyyə və anası Aybənizin yaşadığı evin həyətində olduğunu, həmin vaxt bacısı Zərərçəkmiş şəxs Ağdaş rayonu Abad kəndində yaşayan əri İsmayılın onun istifadəsində olan mobil telefona zəng edərək bacısı Ülviyyənin onun evinə qayıtmadığını, evdə uşaqların anaları üçün darıxdığını, Ülviyyənin onun evinə qayıtmasında ona köməkilik etməsini xahiş etdiyini, onun yeznəsi İsmayıl ilə mobil telefonla danışdıqdan sonra bacısı Ülviyyədən əri İsmayıldan küsməsinin səbəbini soruşduğunu, həmin vaxt bacısı Ülviyyənin ona “ərim İsmayıldan küsməyimin sənə dəxli yoxdur” dediyini, buna görə də, bacısı Ülviyyə ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı onun bacısı Zərərçəkmiş şəxs əsəbləşib həyətdə yerdə olan ağac parçasını götürüb həmin ağac parçası ilə bir dəfə qəsdən bacısı Zərərçəkmiş şəxs sağ çiyin nahiyəsindən vuraraq ona qəsdən xəsarət yetirdiyini, həmin vaxt anası Aybənizin onları aralaşdırdığını bildirmişdir. Həmçinin o, izahatında bacısı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın ünvan 1 ünvanında yerləşən, onun yaşadığı evin həyətində baş verdiyini, həmin vaxt orada onlardan başqa anası Aybənizin olduğunu, başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini, onun bacısı Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs izahatında bir neçə il əvvəl ailə qurub Ağdaş rayonu, Abad kəndində ər evində yaşadığını, təxminən 20 gün əvvəl ər evindən çıxaraq Ağdaş rayonu Ləki qəsəbəsində yaşayan anası Aybənizin evinə gəldiyini, 12.08.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində qardaşı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan zaman əri İsmayılın qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edib onunla danışdığını, telefonda əri İsmayılın qardaşı Eldənizlə danışdıqdan sonra Eldənizin ona nə üçün “ərin İsmayıldan küsmüsən” deyə söylədiyini, qardaşı Eldənizə əri İsmayılın yanına qayıtmaq istəmədiyini, təxminən 20 gün əvvəl ondan küsüb gəlməsini bildirdiyini, həmin vaxt qardaşı Eldənizin ona “qayıt get evinə” dediyini, onun da qardaşı Eldənizə onun əri İsmayıldan küsməsinin ona dəxli olmadığını bildirdiyini, həmin vaxt qardaşı Eldəniz ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı qardaşı Eldənizin həyətdən ağac parçasını götürüb ağac parçası ilə bir dəfə qəsdən onun sağ çiyin nahiyəsinə möhkəm vurduğunu, daha sonra anası Aybənizin onları aralaşdırdığını bildirmişdir. Həmçinin o, izahatında qardaşı Təqsirləndirilən şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın ünvan 1 ünvanında yerləşən, qardaşı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan və anası Aybənizin olduğunu, başqa heç kimin olmadığını, səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə barışmış və hal-hazırda heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 izahatında Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun oğlu olduğunu, təxminən 20 gün əvvəl qızı Zərərçəkmiş şəxs əri İsmayıldan küsərək onun yaşadığı ünvan 2 ünvanında yerləşən yaşadıqları evə gəldiyini, 12.08.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadıqları evin həyətində olan zaman qızı Ülviyyənin əri İsmayılın onun oğlu Eldənizin istifadəsində olan mobil telefona zəng etdiyini, oğlu Eldənizin İsmayıl ilə danışdıqdan sonra Eldənizin Ülviyyədən əri İsmayıldan küsməsinin səbəbini soruşduğunu, qızı Ülviyyənin də oğlu Eldənizə onun ərindən küsməsinin ona dəxli olmamasını söylədiyini, həmin vaxt qızı Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs aralarında mübahisə baş verdiyini, mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin həyətində olan ağac parçasını götürüb ağac parçası ilə bir dəfə qızı Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən vuraraq ona xəsarət yeritdiyini, onun da onları aralaşdırdığını bildirmişdir. Həmçinin o, izahatında qızı Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs aralarındakı mübahisə və dava-dalaşın 12.08.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində yaşadıqları evin həyətində baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səsküyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 izahatında Zərərçəkmiş şəxs onun arvadı olduğunu, arvadı Zərərçəkmiş şəxs bir neçə gün əvvəl ondan küsərək Ağdaş rayonu Ləki qəsəbəsində yaşayan anası Aybənizin evinə getdiyini, həmin müddət ərzində uşaqlarının anaları üçün darıxdığını, buna görə də, 12.08.2021-ci il tarixdə təxminən saat 23:30 radələrində arvadı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edərək telefonda Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs heç bir səbəb olmadan ondan küsərək çıxıb getdiyini, uşaqlarının anaları üçün darıxdığını, buna görə də arvadı ilə onun barışmasına köməklik göstərməsini Təqsirləndirilən şəxs xahiş etdiyini bildirmişdir. Həmçinin o, izahatında həmin gündən bir neçə gün sonra arvadı Zərərçəkmiş şəxs onun yaşadığı evə qayıtdığını, arvadı Zərərçəkmiş şəxs ona qardaşı Təqsirləndirilən şəxs tərəfindən döyülməsini ona söyləməsini bildirmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 13.08.2021-ci il tarixli, 501 nömrəli rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – sağ bazu oynağının əzilməsi, küt ələt təsirindən törənmiş, törənmə müddəti 12.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 12.08.2021-ci il tarixli, 500 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMX-nin 19.08.2021-ci il tarixli, 1143 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs oğlunun müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən : 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3. məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar