Məhkəmə qərarları › İş №1(014)-121/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-121/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-121/2024 03.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş şəhəri, rayonu, Türyançay qəsəbəsi ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 17,19 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımış, xx.xx.2024-cü il tarixdə saat 09:55-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılaraq Ağdaş RPŞ-nin Ağdaş şəhəri, M.İsayev, 12 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 10:28-dən 10:40-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan paketdə təmiz çəkisi 17,19 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş rayonu, Türyançay qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşadığını, uzun müddətdir ki, narkotik vasitə marixuana istifadə etdiyini və buna görə əvvəllər məhkum olunduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən günorta saatlarında Ağdaş rayonu, Türyançay qəsəbəsində yerləşən evinin yaxınlığından keçən kanalın kənarından yerdə 1 ədəd sellofan paket görmüşdür. Sellofan paketi yerdən götürüb içərisinə baxdıqda narkotik vasitə olan marixuana olmasını görmüşdür. Sellofan paketi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 09:55 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞ-yə gətirmişdir. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ondan üzərində narkotik vasitə olubolmaması soruşulmuş və əgər varsa təqdim etməsi təkilif edilmişdir. Əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, həmin şalvarın sol yan cibindən 1 ədəd sellofan paketi təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan başqa heç bir əşya aşkar olunmamışdır. 1 ədəd sellofan paket açılmış, baxış zamanı içərisində xüsusi iyə malik yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunmuşdur. Narkotik vasitəyə oxşar bitki kütləsi ilə birlikdə 1 ədəd sellofan paketin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsinin olduğu 1 ədəd sellofan paketin təxmini çəkisi 17,93 qram olması müəyyən edilmişdir. 1 ədəd sellofan paket 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Əməlindən peşmandır. Ona həbslə nəticələnməyən cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağdaş rayonu Türyançay qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 09:55 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Heydər Əliyev prospekti ərazisində piyada şəkildə olarkən saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, həmin şalvarın sol yan cibindən 1 ədəd sellofan paketi təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa onun üzəridən başqa heç bir əşya aşkar olunmamışdır. O, yenidən bildirmişdir ki, sellofan paketin içərisində narkotik vasitə olan “nəşə” vardır. Sonra sellofan paket açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Sellofan paketin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan sellofan paketin təxmini çəkisinin 17,93 qram olması müəyyən edildi. 1 ədəd sellofan paket 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu da açılmış, içərisində siqaret dənəciklərinin olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş digər əşyalar, yəni içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilərkən verdiyi ifadəsi elan edilmiş Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 09:55-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunu və 1 ədəd alışqanı, həmin şalvarın sol yan cibindən 1 ədəd sellofan paketi təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa onun üzəridən başqa heç bir əşya aşkar olunmamışdır. O, yenidən bildirmişdir ki, sellofan paketin içərisində narkotik vasitə olan “nəşə” vardır. Sonra sellofan paket açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Sellofan paketin təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan sellofan paketin təxmini çəkisinin 17,93 qram olması müəyyən edildi. 1 ədəd sellofan paket 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş 1 ədəd siqaret qutusu da açılmış, içərisində siqaret dənəciklərinin olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş digər əşyalar, yəni içərisində siqaret dənələri olan 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/424 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər bitki kütləsi sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi 17,19 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama ekspertizasının 22 may 2024-сü il tarixli, № 886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunmuş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-152/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, c/i-1516 saylı məktubdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-152/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 1(014)- 152/202 saylı, xx.xx.2022-ci il tarixli hökmü Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə gələrək qeydiyyata düşmüş cəzasını çəkməyə başlamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə cəzasından 1 il 7 ayını çəkmiş, onun çəkilməmiş 1 il 5 ay cəzası qalmışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X12 14 may 2024-cü il tarixli 18-1-22/2-668/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X12 poliklinika şöbəsində “Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 may 2024-cü il tarixli 5-32-12/2-305/1-2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs sakit təbiətlidir, qəsəbə sakinləri və qonşularla münasibəti normaldır, mənfi vərdişlərə meyillidir. Şəxs heç bir radikal dini cəryanın üzvü deyil. Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şəxs barədə heç bir şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 may 2024-cü il tarixli 5-32-12/2-305/1-2024 saylı arayışdan görünür ki, Səfərov X3 qəsəbə sakini Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır. Anası – 1962ci il təvəllüdlü X4, arvadı – 1983-cü il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 05 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:15də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 06 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:40-da saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində 1-i azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan uşağın olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun hazırda cəza çəkdiyi əməl üzrə yenidən eyni cinayəti hadisəsini törətməsi şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir günə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-152/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi iki günə bir gün hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmalı, həmin cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs 05 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 17,14 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 1(014)-152/2022 saylı hökmünə əsasən ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 8 (səkkiz) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 may 2024-cü il tarixdən 06 may 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün azadlıqdan məhrum etmə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 (iki) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Həbsetmənin əvvəli 03 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 17,14 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar