Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-122/2021 28.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X6 iştirakı ilə, xx.xx.1971-ci ildə Ağdaş rayonu, Pirəyir kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Pirəyir kəndində qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına 28 sentyabr 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, həmkəndlisi Zərərçəkmiş şəxs arasında 17.08.2021-ci il tarixdə saat 19:30 radələrində Ağdaş rayonu Pirəyir kəndində yerləşən su arxının yaxınlığında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla sifət və baş nahiyələrindən qəsdən vuraraq ona sol gicgah nahiyəsinin yumşaq toxularının əzilməsi, sol gözətrafı nahiyənin qançır və şişkinliyi, (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma, alt dodağın diş səthinin sol nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 17.08.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs tanıdığını, Zərərçəkmiş şəxs onun bacanağı, həm də, həmkəndlisi olduğunu, Tofiq ilə əvvəllər arasında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, təxminən bir aya yaxındır ki, Tofiq ilə onun arasında narazılıq olduğunu, belə ki, bacısı X7 ilə Tofiqin arvadı X1 eyni çörək bişirmə sexində işlədiklərini, lakin sonradan Yeganə sexin rəhbərinə bacısı Sariyənin ürəyinin xəstə olmasını söylədiyinə görə bacısı Sariyənin işdən çıxardığını, buna görə də, Tofiq ilə onun arasında narazılq yarandığını, daha sonra onun Tofiqə zəng edərək ona arvadı Yeganənin etdiyi hərəkətə görə irad tutan zaman Tofiqin telefonda ona nalayiq ifadə işlətdiyini, 17.08.2021-ci il tarixdə onun idarə etdiyim “Qaz 31029” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə getdiyini, həmin vaxt Tofiqin yolda piyada getməsini gördüyünü, onun da, ona görə avtomobilini saxladığını və avtomobildən düşərək Tofiqin yanına getdiyini, həmin vaxt onun Tofiqə arvadı Yeganınin hərəkətinə görə irad tutduğunu və Tofiqdən telefonda ona nalayiq ifadə işlətməsinin səbəbini soruşduğunu, Tofiqin isə ona kobud formada “başımdan aralaş, demişəm, yaxşı eləmişəm” deyə cavab verdiyini, onun da, Tofiqə onunla bu tərzdə danışmasına görə irad tutduğunu və ona sözlərinə fikir verməsini söylədiyini, lakin Tofiqin onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlətdiyini,. buna görə də, Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı isə onun Tofiqin hərkətlərinə əsəbləşdiyini və qəsdən bir neçə dəfə yumruqla Tofiqin sifət nahiyəsindən vurduğunu, daha sonra isəonun oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs izahatındaZərərçəkmiş şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın 17.08.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı kənddə su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, heç bir xəsarət yetirmədiyini, həmin vaxt onun Tofiqə nalayiq ifadə işlətmədiyini, lakin Tofiqin ona nalayiq ifadə işlətdiyini, dava-dalaş zamanı onun 2-3 dəfə yumruqla qəsdən Tofiqin sifət nahiyəsindən vurduğunu, Zərərçəkmiş şəxs dava-dalaş zamanı onun əlində bıçaq olması ilə bağlı söylədiklərinin yalan olduğunnu, Tofiq ilə arasında baş verən dava-dalaş zamanı onun əlində bıçaq və ya başqa hər hansısa bir əşya olmadığını, həmin vaxt orada ondan və Tofiqdən başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, heç kimin gəlmədiyini göstərmişdir. Məhkəmədə son sözündə ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və etdiyi əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs oğlu ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, Əbülfəz Məmmədvoun onun bacanağı, həm də, həmkəndlisi olduğunu, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, təxminən bir aya yaxındır ki, Əbülfəz ilə onun arasında narazılıq olduğunu, Əbülfəz ilə arsındakı narazılığa səbəb Əbülfəzin bacısının işdən çıxarılmasında onun həyat yoldaşını təqsirli bilməsi olduğunu, 17.08.2021-ci il tarixdə onun yaşadığı kənddə yol ilə arvadı Yeganəni qarşılamaq üçün getdiyini, həmin vaxt Əbülfəzin idarə etdiyi avtomobil ilə gəldiyini və avtomobili onun yanında saxlayaraq avtomobildən düşdüyünü, daha sonra isə Əbülfəzin ona yaxınlaşdığını, həmin vaxt Əbülfəzin sol əlində mətbəx bıçağı olduğunu, Əbülfəzin ondan nə üçün onun bacısını işdən çıxarmalarını soruşduğunu, onun da, Əbülfəzə arvadı Yeganənin çörək bişirmə sexində adi bir işçi olduğunu və onun bacısı Sariyəni də, həmin yerdən işdən çıxarmadığını, Sariyəni sexin rəhbərinin işdən çıxardığını söylədiyini, lakin Əbülfəzin onun sözlərinə məhəl qoymadığını və bacısı Sariyəni onun yoldaşı Yeganənin işdən çıxardığı söylədiyini, həmçinin Əbülfəzin həmin vaxt ona nalayiq ifadə işlətdiyini, buna görə də, Əbülfəz ilə arasında mübahisə baş verdiyini, Mübahisə zamanı isə Əbülfəzin bir dəfə yumruqla onun sifət nahiyəsindən vurduğnu, həmin vaxt onun arxaya getdiyini və kürəyinin divara söykəndiyini, Əbülfəzin isə həmin vaxt bir neçə dəfə yumruqla onun sifət nahiyəsindən, sinə nahiyəsindən və sol göz nahiyəsindən vurduğunu, daha sonra isə onun oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın 17.08.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı kənddə su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Əbülfəzi vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, həmin vaxt onun Əbülfəzə nalayiq ifadə işlətmədiyini, lakin Əbülfəzin ona nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs ilə arasındakı dava-dalaş zamanı Əbülfəzin əlində mətbəx bıçağı olduğunu, dava-dalaş zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə onun sifət və sinə nahiyələrindən vurduğunu, həmin vaxt Əbülfəzin əlindəki bıçaqdan ona qarşı hər hansı bir formada istifadə etmədiyini, həmin vaxt orada ondan və Əbülfəzdən başqa heç kimin olmadığını göstərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olmasını nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində həyat yoldaşı Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs onun bacısı Pərvanə Məmmədovanın həyat yoldaşı olduğunu, həyat yoldaşı Tofiq ilə Əbülfəz arasında əvvəllər heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, təxminən bir aya yaxındır ki, Əbülfəz ilə Tofiq arasında narazılıq olduğunu, bu narazılığa səbəb Əbülfəzin bacısının işdən çıxarılmasında onu təqsirli bilməsi olduğunu, çünki onun və Əbülfəzin bacısı Sariyənin əvvəllər bir yerdə işlədiklərini, 17.08.2021-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olan zaman həyat yoldaşı Tofiqin yaşadıqları gəldiyini, həmin vaxt onun Tofiqin üzündə xəsarətlərin olmasını gördüyünü və Tofiqdən nə baş verməsini soruşduğunu, Tofiqin də, ona bir az əvvəl yaşadqları kənddə su arxının kənarında bacısının həyat yoldaşı Əbülfəz ilə Sariyənin işdən çıxarılması səbəbinə görə arasında mübahisə baş verdiyini və mübahisə zamanı isə Əbülfəzin yumruqla onu döyməsini bildirdiyini, həmçinin Toofiqin ona bu barədə artıq polisə şikayət etdiyini söylədiyini bildirmişdir. Həmçinin Şahid izahatında bildiyinə görə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasındakı mübahisə və dava-dalaşın 17.08.2021-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadıqları kənddə su arxının kənarında baş verdiyini və 3-5 dəqiqə etdiyini, Tofiq ilə Əbülfəz arasındakı dava-dalaş zamanı onun orada olmadığını, onun bildiklərinin əri Tofiqin ona söylədikləri olduğunu, ona görə də, dava-dalaşın digər təfərrüatları barədə konkret olaraq heç nə söyləyə bilməyəcəyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin 18.08.2021-ci il tarixli, 512 saylı rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – sol gicgah nahiyəsinin yumşaq toxularının əzilməsi, sol gözətrafı nahiyənin qançır və şişkinliyi, (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma, alt dodağın diş səthinin sol nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 17.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin 18.08.2021-ci il tarixli, 519 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın 31.08.2021-ci il tarixli, 1229 saylı məktubdan görünür ki, Ağdaş rayon Pirəyir kənd sakini Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN BƏSİİ-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB Gürcuva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Gürcüva kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəyir kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X2- yoldaşı; 2001-ci il təvəllüdlü X3, 2008-ci il təvəllüdlü X4r. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs oğlu ilə barışıq əldə edə bilmədiyinə görə iş üzrə icraata xitam verilə və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində bir az yaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili X8 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən X11 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X6 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X6 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-122/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-122/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver