Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-123/2021 28.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2, Zərərçəkmiş şəxs Müğdət qızının iştirakı ilə Təqsirləndirilən şəxs Müğdət oğlunun xx xxxxxx 1984-cü ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi 30 saylı evdə qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ilə bacısı xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs arasında 20.08.2021-ci il tarixdə, təxminən saat 19:40 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi, Sabir küçəsi ev 30-da şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla 2-3 dəfə bacısı Zərərçəkmiş şəxs sol qolundan qəsdən vuraraq ona sol bazu oynağının əzilməsi yarası ilə nəticələnən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs Müğdət oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs Müğdət qızı ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zülfiyyə Qədirovanın onun doğma bacısı olmasını, bacısı Zərərçəkmiş şəxs Ağdaş şəhərində kirayə yaşadığını, əvvəllər bacısı Zərərçəkmiş şəxs ilə arasında heç bir mübahisənin və dava-dalaşın baş vermədiyini, bacısı Zərərçəkmiş şəxs təxminən bir il əvvəl həyat yoldaşından rəsmi olaraq ayrıldığını, 20.08.2021-ci il tarixdə, saat təxminən 19:30 radələrində onun Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan anası Şahid yaşadığı evinə getdiyini, həmin vaxt bacısı Zülfiyyə Qədirovanın da orada olduğunu, onun bacısı X1 şəhərinə getdiyi üçün irad bildirdiyini, bu zaman bacısı Zülfiyyə Qədirovanın uca səslə nalayiq ifadələr işlədərək onu və ailəsini təhqir etdiyini, bundan əsəbləşdiyini və əlləri ilə bacısı Zərərçəkmiş şəxs boğazından tutaraq onu itələdiyini, daha sonra yumruqla bir neçə dəfə bacısı Züıfiyə Qədirovanın sol qol nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, bundan sonra evdən çıxaraq getdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs Müğdət qızı məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs Müğdət oğlu ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Təqsirləndirilən şəxs onun doğma qardaşı olmasını, əvvəllər qardaşı Təqsirləndirilən şəxs ilə arasında heç bir mübahisənin və dava-dalaşın baş vermədiyini, 20.08.2021-ci il tarixdə, saat təxminən 19:40 radələrində onun Ağdaş rayonu, Ləki qəsəbəsində yaşayan anasıgildə olan zaman qardaşı Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başladığını, mübahisə zamanı qardaşı Təqsirləndirilən şəxs onun boyun nahiyəsindən hər iki əli ilə tutaraq boğmaq istədiyini, buna görə də onun boyununu geriyə doğru burduğunu, həmin vaxt yaxınlıqda olan anası Şahid onu qardaşı Təqsirləndirilən şəxs əlindən aldığını, daha sonra qardaşı Təqsirləndirilən şəxs evdə olan stolu götürərək ona atmaq istədiyini, lakin anası Tahirənin onun qarşısını kəsdiyini, davadalaş zamanı qardaşı Təqsirləndirilən şəxs həmçinin onun sol qolundan 2-3 dəfə yumruqla vurduğunu, bundan sonra anası Şahid qardaşı Təqsirləndirilən şəxs evdən qovduğunu bildirdi. İş üzrə Şahid izahatında Zərərçəkmiş şəxs onun doğma qızının olmasını, Təqsirləndirilən şəxs onun doğma oğlu olmasını. 20.08.2021-ci il tarixdə, saat təxminən 19:40 radələrində onun yaşadığı evdə oğlu Əli ilə qızı Zülfiyənin arasında dava-dalaşın baş verdiyini, oğlu Əlinin qızı Zülfiyəni əxlaqsızlıqda günahlandırdığını, oğlu Əlinin əlləri ilə qızı Zülfiyənin boyun nahiyəsindən tutduğunu, daha sonra oğlu Əlinin 2-3 dəfə yumruqla qızı Zülfiyənin sol qol nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, onun da buna görə oğlu Əlini evdən qovmasını bildirmişdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 21.08.2021-ci il tarixli 537 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Müğdət qızının bədənində olan xəsarətlər - sol bazu oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 20.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Müğdət oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs Müğdət oğlunun yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Müğdət oğlu ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Müğdət oğlunun barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Müğdət oğlunun barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Müğdət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-123/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-123/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver