Məhkəmə qərarları › İş №1(014)-123/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-123/2022

27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-123/2022 27.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – X3, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində 3 azyaşlı övladı olan, Ağdaş rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Ağdaş şəhəri S.Hacıbəyov küçəsi 3-də yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 27 dekabr 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə etdiyi 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,416 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin psixotrop maddə xx.xx.2022-ci il tarixdə saat 19:30-dan saat 19:40-dək ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, evli olduğunu, üç azyaşlı övladının olduğunu, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyinin olmadığını, heç kimə narkotik vasitə satmadığını, 2021-ci il tarixdə Azərbaycan Respulikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətində islah işləri cəzası təyin edildiyini, hal hazırda Qəbələ rayonunda balıq sataraq ailəsini maddi təlabatını ödədiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 18:45 radələrində ünvan 3ndə yerləşən “Zaur” kafedə polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, narkotik vasitə olan metafetamindən istifadə etmədiyini, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona hədə-qorxu gəldiklərinə görə ibtidai istintaqda fərqli ifadə verdiyini göstərmişdir. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan AR CPM-nin 327-ci maddəsinə əsasən onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, evli olduğunu, üç azyaşlı övladının olduğunu, narkotik vasitələrin hərdən bir istifadəçisi olduğunu, 2021-ci il tarixdə Azərbaycan Respulikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətində islah işləri cəzası təyin edildiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 18:45 radələrində ünvan 3ndə yerləşən “Zaur” kafedə polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vastənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçinin təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarışın keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan bükümün, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonun aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində narkotik maddənin olduğunu, həmin bükümü təxminən 2 gün əvvəl yaşadığı küçədə yolun kənarından tapdığını və həmin bükümü Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, həmin 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1.61 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün və 01 ədəd mobil telefonun 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, özünün və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkiliş ilə aparıldığını və protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını, heç bir güc tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində Ağdaş rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri S.Hacıbəyov küçəsi 3-də qeydiyyatda olan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı evində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələrin aparıldığını, həmin gün saat 18:45 radələrində Şahid1 ilə birlikdə Rəşadı ünvan 3ndə yerləşən “Zaur” kafedə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Fizulinin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Fizulinin əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 01 ədəd sellofan büküm, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefonun aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində narkotik maddə olduğunu, həmin bükümü təxminən 2 gün əvvəl yaşadığı küçədə yolun kənarından tapdığını və həmin bükümü Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan bükümün açılan zaman içərisindən ağ rəngli rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddənin aşkar olunduğunu, həmin 01 ədəd sellofan bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 1.61 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan bükümün və 01 ədəd mobil telefonun 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, Fizulinin və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Fizulinin yaşadığı Ağdaş şəhəri S.Hacıbəyov küçəsi 3 ünvanında yerləşən evə baxış keçirlidiyini, Fizulinin yaşadığı evə baxış keçirilən zaman onun yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən heç nəyin aşkar edilmədiyini, Fizulinin yaşadığı evə baxışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumatın daxil olmadığını göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində latın qrafikası ilə yazmağı və oxumağı bacardığını, ünvan 3 ünvanında yerləşən “Zaur” adlı kafedə ofisiant işlədiyini, hər gün səhər 08 radələrində işə getdiyini, axşam isə 22-23 radələrində işdən çıxdığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində kafedə işdə olduğunu, həmin zaman kafeyə əvvəllər tanımadığı, lakin sonradan kafenin müştərisi kimi tanıdığı Afiq, Samir, Rəşad və Fizuli adlı şəxslərin gəldiklərini, həmin zaman onları qarşılayaraq kafedə otaqda əyləşdirdiyini və onlara qulluq göstərməyə başladığını, onlardan yemək sifarişi götürərək kafenin aşbazına bu barədə bildirdiyini, daha sonra isə kafedə digər müştərilərə qulluq göstərməyə başladığını, təxminən saat 18:45 radələrində kafeyə polis əməkdaşlarının kafeyə gəldiklərini gördüyünü, həmin polis əməkdaşlarının Rəşad gilin əyləşdiyi otağa daxil olaraq Afiq, Samir, Rəşad və Fizuli adlı şəxsləri Polis Şöbəsinə dəvət etdiklərini və onların da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə kafedən çıxaraq getdiklərini, hadisənin baş verməsini belə xatırladığını, polis əməkdaşlarının kafeyə gələrək onların oturduqları otağa daxil olduqdan sonra həmin şəxslərin üzərinə baxış keçirmədiklərini və ya axtarış aparmadıqlarını, polis əməkdaşları gəldikdən sonra həmin şəxsləri polis şöbəsinə dəvət etdiklərini və həmin şəxslərin də onlara heç bir etiraz etməyərək qısa müddət sonra polis əməkdaşları ilə birlikdə getdiklərini, polis əməkdaşlarının onların üzərlərinə baxış keçirməklərini və ya axtarış aparmaqlarını görmədiyini bildirmişdir. Məhkəmədə iclasında şahid qismində ifadə vermiş Şahid3 Şahid4 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 07 yanvar 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 19:30-dan saat 19:40-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan büküm, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefon aşkar olunmuş, şəxsi axtarış zamanı Fizulin üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində narkotik maddə olunmuş, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli rəngli, toz və kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1.61 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurularaq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/21 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 1,416 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/491 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin, üzərində “Vət. X1 üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər maddə...” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin, üzərində “Vət. X7 üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin və üzərində “Vət. X4 üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfin içərisindəki psixotrop maddə olan metamfetamin hər biri kimyəvi tərkib komponentlərinə görə fəqlidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 231 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X8” X20 Məhkəmə-kimya şöbəsinin xx.xx.2022-ci il tarixli 17/2366 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-116/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respubilkasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün təyin edilmiş cəzadan çıxılmış və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 13 dekabr 2022-ci il tarixli 1-2114 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-116/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə, Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respubilkasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 may 2021-ci il tarixdən 18 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün təyin edilmiş cəzadan çıxılmış və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs ona təyin olunmuş islah işləri cəzasını xx.xx.2022-ci il tarixədək çəkməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və şifahi olaraq ərizə şikayəti daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 yanvar 2022-ci il tarixli 122 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, S.Hacıbəyov küçəsi 3 №li evdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X9- yoldaşı; xx.xx.2014-cü il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X5r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 86 saylı məktubdan görünür ki, ünvan 4 ünvanda yaşayan, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 07 yanvar 2022-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 19:13-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 09 yanvar 2022-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həmin tarixdən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metamfetamin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı üzərindən aşkar edilərək götürülmüş kustar üsulla hazırlanmış narkotik vasitə metamfetamini xx.xx.2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının ona hədə-qorxu gəlməsindən sonra ona məxsus olmasını bildirməsi barədə göstərdiyi xüsusatlara, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə qiymət verən məhkəmə hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterlidir, onun ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən və şübhə doğurmayan digər sübutlarla təkzib olunur. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində ifadəsində özünü təqsirli bilməməsi, istintaq zamanı şəxsi axtarış protokolu, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadəsi, şahid ifadələri tam sübuta yetirildiyindən həmin xüsusatlar da onun özünün müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan şəraitdə əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,416 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran və cinayət məsuliyyətindən azad edən hallar yoxdur, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç az yaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Qəbələ rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işləri cəzası iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gün bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.3.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-116/2021 saylı 21 dekabr 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş islah işləri cəzası iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gün hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulmalı, həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan 1,366 qram metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-116/2021 saylı 21 dekabr 2021-ci il tarixli hökmü üzrə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətində islah işləri cəzası iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gün hesablanmaqla 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər tutulsun. Həmin cəza Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 03 (üç) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdən 09 yanvar 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək Ağdaş şəhəri S.Hacıbəyov küçəsi 3-də yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Qəbələ rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs Ağdaş rayon Narkoloji kabinetdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 1,366 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 71 manat 94 qəpik məbləğində pul tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar