Məhkəmə qərarları › İş №1(014)-123/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-123/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-123/2024 07.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Mustafayev Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Socar”ın “Qaz İxracı” idarəsinin Ucar QPS-nin X9 Kəmərləri sahəsinin Ağdaş istismar xəttinin X1 operator vəzifəsində işləyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Mustafayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Mustafayev Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı Ağdaş şəhəri, F.Səfərov küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən bağda torpağa əkmiş, həmin toxumlardan inkişaf etmiş 4 (dörd) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerə 11:19-dan saat 11:38-dək keçirilmiş baxış zamanı 4 ədəd uzunluqları 34 sm-dən 64 smdək, yaş vəziyyətdə ümumi çəkiləri 36,93 qram əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Mustafayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, “SOCAR”ın “Qaz İxracı” İdarəsinin Ucar QPS-nin X9 Kəmərləri sahəsinin Ağdaş istismar xəttinin X1 operator vəzifəsində işlədiyini, təxminən yeddi ildir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, hazırda yaşadığı evin ünvan 3 ünvanda ailəsi ilə birlikdə təxminən 4 ildir ki, yaşadığını və evin X4 məxsus olmasını bildirmişdir. Təxminən 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı evin yerləşdiyi küçədə getdiyini, yolda gedən zaman yerdə olan kağız bükümün diqqətini çəkdiyini, həmin bükümü yerdən götürüb açdığını, içərisində toxumlar olduğunu, həmin kağıza bükülmüş toxumları daha sonra evə gətirdiyini, gətirdikdən sonra aprel ayının əvvəllərində həmin toxumları aparıb evinin həyətində yerləşən ağaclıqda yerə əkdiyini, həmin toxumların narkotik tərkibli çətənə toxumu olduqlarını bildirmişdir. Sonra isə həmin bitkilərə inkişaf etməsi üçün qulluq etdiyini, onları suvardığını və diblərini boşaltdığını, xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı evin həyətində olarkən Ağdaş RPŞ-nin əməkdaşlarının onun yaşadığı ünvana gəldiklərini, onlarda məlumat olduqlarını bildirdiklərini, onun yaşadığı evin torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilər əkib-becərdiyini, ona görə də, yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini bildirdiklərini qeyd etmişdir. O da onlara razılıq bildirdiyini və onları həyətinə dəvət etdiyini, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini, həyətyanı sahədən ümumilikdə 4 ədəd narkotik tərkibli bitkiyə bənzər bitkilər aşkar olunduğunu bildirmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronomun həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra polis əməkdaşının həmin çətənə bitkilərini kökündən çıxardığını, daha sonra həmin bitkilərin boylarının ölçüldüyünü, ən qısasının 34 sm, ən uzununun isə 64 sm olduğunun müəyyən edildiyini bildirmişdir. O, həmin bitkilərin toxumlarını təxminən bir ay bundan əvvəl yaşadığı evin yerləşdiyi küçədə yerdən tapdığını, gətirib evdə əkdiyini və qulluq etdiyini bildirdiyini qeyd etmişdir. Polis əməkdaşı ondan həmin bitkiləri nə məqsədlə əkdiyini soruşduğunu, o da həmin bitkiləri özünün istifadə etməsi üçün əkdiyini bildirmişdir. Bundan sonra həmin çətənə kollarının kağız zərfə qablaşdırıldığını daha sonra üzərinə möhür vurulduğunu, bundan başqa onun yaşadığı evin həyətindən heç bir şey aşkar olunmadığını bildirmişdir. Daha sonra baxışın başa çatdığını, protokol tərtib olunduğunu, o və digər iştirakçıların həmin protokola imza etdiklərini bildirmişdir. Daha sonra o polis əməkdaşları ilə birgə RPŞ-yə getdiyini, RPŞ-də ona vəkil siyahısı təqdim edildiyini, seçdiyi müdafiəçi ilə təmin olunduğunu və şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış və götürmə keçirildiyini bildirmişdir. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı həmin şalvarın sağ yan cibindən 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manat pul əsginaslarını çıxarıb masanın üzərinə qoyduğunu qeyd etmişdir. Bundan sonra əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin gödəkçənin sol yan cibindən 2 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoyduğunu, bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində axtarış aparıldığını, üzərində hər hansı əşya aşkar olunmadığını, üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon da iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Daha sonra aşkar edilmiş digər əşyaların, yəni 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manat pus əsginasları və 2 ədəd avtomobil açarlarının iş üçün əhəmiyyət kəsb etmədiyindən ona qaytarıldığını və daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilərək protokol tərtib olunması üçün dayandırıldığını bildirmişdir. Mustafayev Təqsirləndirilən şəxs həmçinin ifadəsində, həyətindən aşkar edilmiş bitkilərin ona məxsus olmasını, təxminən bir ay bundan əvvəl yaşadığı evin yerləşdiyi küçədə yerdən çətənə bitkisinin toxumlarını tapdığını, həmin vaxtı da onları yaşadığı evin həyətində yerə əkdiyini, həmin bitkilərə qulluq etdiyini, həmin bitkiləri təxminən bir ay bundan əvvəl əkdiyini və qulluq etdiyini, həmin bitkiləri istifadə etmək üçün əkdiyini, narkotik vasitələri özü istifadə etdiyi üçün əkdiyini, ona qarşı heç bir güc və ya psixoloji təziq tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Mustafayev Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs Musafayevi əvvəllər tanımadığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Mustafayevin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı Ağdaş şəhəri, F.Səfərov küçəsi ev 12-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkibbecərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edildiyini və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə şəxsin yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi üçün digər polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs Mustafayevin yaşadığı evin giriş qapısının qarşısına getdiklərini, baxışa başlanılmazdan əvvəl iştirakçılara hüquq və vəzifələrinin izah olunduğunu, baxışın videoçəkiliş vasitəsi ilə aparılmasının elan olunduğunu və heç bir etiraz daxil olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Mustafayevə tərkibində narkotik maddələr olan bitkiləri əkdiyi yeri göstərməsi bildirildiyini, sonra onun göstərdiyi yol ilə hərəkətə başladıqlarını, həyətə girərkən həyətin sol tərəfində yaşayış evi, yaşayış evinin həyətində ağaclar olduğunu, təxminən 30 metr getdikdən sonra taxtadan olan qapıdan keçib bağ sahəsinə daxil olduqlarını, bağ sahəsində çoxlu ağaclar olduğunu, Təqsirləndirilən şəxs Mustafayevin həyətdə olan 3 ədəd narkotik tərkibli bitkiləri göstərdiyini bildirmişdir. Bundan sonra təhqiqatçının Təqsirləndirilən şəxs Mustafayevdən həyətində başqa narkotik tərkibli bitki olub-olmamasını soruşduğunu, Təqsirləndirilən şəxs Mustafayevin sadəcə göstərdiyi 3 ədəd narkotik tərkibli bitki olmasını bildirdiyini, daha sonra təhqiqatçı tərəfindən həyətə baxışın davam etməsini bildirmişdir. Bundan sonra təhqiqatçının 1 ədəd narkotik tərkibli bitkini aşkar etdiyini bildirmişdir. X3 həmin aşkar edilmiş 1 ədəd narkotik tərkibli bitkiyə baxış keçirərək aşkar edilmiş bitkinin narkotik tərkibli bitki olan çətənə bitkisi olduğunu və aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs Mustafayevdən həmin bitkilərin nə olması soruşulduğunu, o da həmin bitkilərin tərkibində narkotik maddələr olan bitki olmasını bildirdiyini qeyd etmişdir. Həmin bitki toxumlarını haradan tapmağı və nə üçün əkməyi bildirildiyini, o da həmin bitkilərin toxumlarını təxminən aprel ayının əvvəllərində tapdığını özünün şəxsi istifadəsi üçün əkdiyini bildirdiyini qeyd etmişdir. Bundan sonra həmin bitkilərin uzunluqlarının polis əməkdaşı tərəfindən ölçüldüyünü və onlarla birlikdə gedən aqronomun həmin bitkilərə baxış keçirib rəy bildirdikdən sonra təhqiqatçının bitkiləri kökü il birgə çıxartdığını bildirmişdir. Bundan sonra həmin bitkilərin uzunluqlarının polis əməkdaşı tərəfindən ölçüldüyünü və həmin bitkilərin uzunluqlarının 34 sm-dən 64 sm-dək olması müəyyən edildiyini və 1 ədəd kağız zərfə qablaşdırıldığını, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş “111” nömrəli möhürü olan kağız parçaları vurulduğunu, zərfin iştirakçılar tərəfindən imzalandığını və ekspertizaya təqdim olunacağı bildirildiyini qeyd etmişdir. Bundan sonra videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün sonlandırıldığını, daha sonra Təqsirləndirilən şəxs Mustafayevin Ağdaş RPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs Mustafayevin seçdiyi müdafiəçi ilə təmin olunduğunu bildirmişdir. Ağdaş RPŞ-nin təhqiqatçısının Təqsirləndirilən şəxs Mustafayevə Ağdaş şəhəri, F.Səfərov küçəsi ev 12-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edərək onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs Mustafayevin üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini bildirmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs Mustafayevin üzərində şəxsi axtarışa başlandığını, şübhəli şəxs Təqsirləndirilən şəxs Mustafayevə üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Mustafayevin əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı həmin şalvarın sağ yan cibindən 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manat pus əsginaslarını çıxarıb masanın üzərinə qoyduğunu, bundan sonra əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin gödəkçənin sol yan cibindən 2 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparıldığını, üzərində hər hansı əşya aşkar olunmadığını, Mustafayev Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyaların, yəni 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manat pus əsginasları və 2 ədəd avtomobil açarlarının iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs Mustafayevin özünə qaytarıldığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 eyni məzmunlu ifadə verərək, Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Mustafayev Təqsirləndirilən şəxs yaşadığı X4 məxsus evin həyətyanı torpaq sahəsidir. Təqsirləndirilən şəxs Mustafayevə ilkin olaraq yaşadığı evin topraq sahəsində narkotik tərkibli bitkilərin olması ilə bağlı Ağdaş RPŞ-yə məlumat daxil olması, həmçinin bununla bağlı olaraq həmin torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs Mustafayev həmin evdə yaşadığını bildirmiş, baxışın keçirilməsinə heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mustafayevin göstərdiyi yolla hərəkətə başlanılmış, həyətə girərkən həyətin sol tərəfində yaşayış evi, yaşayış evinin həyətində ağaclar olmuşdur. Təxminən 30 metr getdikdən sonra taxtadan olan qapıdan keçib bağ sahəsinə daxil olmuş, bağ sahəsində ağaclar olmuşdur. Təqsirləndirilən şəxs Mustafayev həyətdə olan çətənə bitkisinə bənzər bitkiləri göstərmiş, 4 ədəd çətənə bitkisi aşkar edilmişdir. Həmin aşkar edilmiş 4 ədəd bitki təhqiqatçı tərəfindən ölçülmüş və hündürlükləri 34 sm-dən 64 sm-dək olması müəyyən edilmişdir. Sonra torpaq sahəsinə təhqiqatçı tərəfindən baxış keçirilmiş və başqa hər hansı yerdə narkotik tərkibli bitkiyə bənzər bitkilər aşkar olunmamışdır. Aqronom həmin bitkilərə baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olmasını bildirmiş, həmçinin onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmış və dibləri boşaldıldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən yerə əkilmiş olan çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış, həmçinin, həmin bitkinin spesifik qoxusundan da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər təhqiqatçı tərəfindən çıxarılmış, 1 ədəd içi boş kağız zərfə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Daha sonra şifahi qaydada Təqsirləndirilən şəxs Mustafayev ilə sorğusual aparılmış o da həmin bitkilərin ona məxsus olmasını bildirmişdir. Təxminən bir ay bundan əvvəl yaşadığı evin yerləşdiyi küçədə yerdən çətənə bitkisinin toxumlarını tapdığını, həmin vaxtı da onları yaşadığı evin həyətində yerə əkdiyini və həmin bitkilərə qulluq etdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması, Təqsirləndirilən şəxs Mustafayev Ağdaş RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulması üçün sonlandırılmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs Mustafayev Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o da üzərində narkotik vasitə olan “nəşə” olmasını bildirmişdir. Mustafayev Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı həmin şalvarın sağ yan cibindən 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manat pul əsginaslarını çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin gödəkçənin sol yan cibindən 2 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamışdır. Mustafayev Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən qablaşdırlaraq götürülmüş, daha sonra aşkar olunmuş digər əşyalar, yəni 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 1 ədəd 1 manat pus əsginasları və 2 ədəd avtomobil açarları iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs Mustafayevin özünə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs Mustafayev, həmin bitkilərin ona məxsus olmasını, təxminən bir ay bundan əvvəl yaşadığı evin yerləşdiyi küçədə yerdən çətənə bitkisinin toxumlarını tapdığını, həmin vaxtı da onları yaşadığı evin həyətində yerə əkdiyini bildirmişdir. Həmin bitkilərə qulluq etdiyini, həmin bitkiləri təxminən bir ay bundan əvvəl əkdiyini və qulluq etdiyini bildirmişdir. Həmin bitkiləri istifadə etmək üçün əkdiyini, narkotik vasitələri özü istifadə etdiyim üçün əkdiyini, təxminən yeddi ildir ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 10 may 2024-cü il tarixli, HK-1/760 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Mustafayev Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsindən aşkar olunmuş narkotik tərkibli bitkiyə bənzər bitki kolları” yazısı, adlar və imzalar yazılmış 1 ədəd zərfin içərisindəki, uzunluqları 34 sm-dən 64 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri 36,93 qram olan 4 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Əziz Mahmudovun xx.xx.2024-cü il tarixli rəyinə əsasən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 15 may 2024-cü il tarixli 829 nömrəli rəyindən görünür ki, Mustafayev Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 18 may 2024-cü il tarixli PHŞ-18-1-22/2-701/2024 nömrəli arayışdan görünür ki, Ağdaş şəhəri, F.Səfərov küçəsi 12 ünvanında yaşayan, xx.xx.1981-ci il təvəllüdlü Mustafayev Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X7in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Mustafayev Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti mənzil təsərrüfatı istehsalat istismar təmir müəssisəsi tərəfindən xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Mustafayev Təqsirləndirilən şəxs barəsində mənzil təsərrüfatı istehsalat istismar təmir müəssisəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti mənzil təsərrüfatı istehsalat istismar təmir müəssisəsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, 194 saylı arayışdan görünür ki, Mustafayev Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Hacıyev 1/11 ünvanında qeydiyyatdadır, ailə tərkibi – arvadı 1988-ci il təvəllüdlü X2, qızı - xx.xx.2008-ci il təvəllüdlü Mustafazadə Aysu Təqsirləndirilən şəxs qızı, qızı - xx.xx.2010-cu il təvəllüdlü Mustafazadə Ayla Təqsirləndirilən şəxs qızı, qızı xx.xx.2016-cı il təvəllüdlü Mustafazadə Səmra Təqsirləndirilən şəxs qızından ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:04də Mustafayev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 may 2024-cü il tarixli qərardan görünür ki, Mustafayev Təqsirləndirilən şəxs barəsində saat 22:00-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Ağdaş RPŞ-nin MSYdən azad olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Mustafayev Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Mustafayev Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Mustafayev Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs Mustafayev Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində 2-si azyaşlı olmaqla 3 yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Mustafayev Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Mustafayev Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Mustafayev Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – cərimə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Mustafayev Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Mustafayev Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, Mustafayev Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 4 ədəd çətənə (kannabis) bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Mustafayev Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Mustafayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum olunsun. Mustafayev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 10 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək qəti olaraq 3000 (üç min) manat miqdarında cərimə növündə cəza saxlanılsın. Mustafayev Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Mustafayev Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Mustafayev Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan 4 ədəd çətənə (kannabis) bitkiləri məhv edilsin. Mustafayev Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar