Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-124/2023 19.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Ağdaş rayonu, Korax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində ünvan 1i ərazisində yerləşən özünəməxsus fərdi yaşayış evinin qonaq otağında arvadı, xx.xx.1989cu il təvəllüdlü, ünvan 1ində qeydiyyatda olmaqla, yaşayan Zərərçəkmiş şəxs ilə spirtli içki qəbul etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı şüşə materialından, xrustal külqabı ilə sonuncunu 1 dəfə kürək və 1 dəfə sol ayaq nahiyəsindən vuraraq sol aşıq daban oynağının əzilməsi, sol aşıq aşıq daban oynağının arxa səthinin sıyrığı, sağ bel nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş zədələrini yetirməklə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə rəsmi nikaha daxil olduğunu, birgə nikahlarından 2 qız övladları olduğunu, böyük qızının 13, kiçik qızının isə 10 yaşı olduğunu, nikaha daxil olduqdan sonra spirtli içkiyə qurşandığını, hər gün spirtli içki qəbul etdiyini, sərxoş olduğu zaman evdə arvadı Zərərçəkmiş şəxs ilə mübahisə yarandığını, arvadı ilə sonuncu dəfə mübahisələri xx.xx.2023-cü il tarixdə təxminən 20 radələrində özünəməxsus fərdi yaşayış evində baş verdiyini, həmin tarixdə yaşadığı evə sərxoş vəziyyətdə gəldiyini, arvadı Reyhanı qucaqlayıb ağladığını, “məni tək qoyma, bilirəm ki, öləcəm uşaqları sənə tapşırıram” dediyini, daha sonra arvadı Reyhana “Mənim pulum, imkanım yoxdur. Ona görə hamı məndən uzaqlaşıb gedir” dediyini, Reyhanın ona yenə evə sərxoş vəziyyətdə gəldiyini, bir daha spirtli içki qəbul etməməyini, spirtli içki qəbul etməyi tərgitməyini, bir daha spirtli içki içəcəyi təqdirdə boşanacağını söylədiyini, həmin vaxt özünün Reyhana ondan boşanmaq istəmədiyini söylədiyini, Reyhan ona “sənə inanmıram, səndən bezmişəm, səndən boşanacam” dediyini, həmin vaxt arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı evin otağında masanın üzərində olan siqaret külünün yığılması üçün istifadə olunan şüşə materialından, xrustal külqabını götürüb, arvadı Reyhan otağı tərk etmək istəyərkən külqabını qəsdən Reyhanın kürək nahiyəsinə atmağı nəticəsində vuraraq, ona xəsarət yetirdiyini, daha sonra özünün yenidən külqabını yerdən götürüb qəsdən ona vurmaqla arvadı Reyhanın sol ayağının daban nahiyəsinə xəsarət yetirdiyini, daha sonra arvadı Zərərçəkmiş şəxs atası Şahid Əhmədiyə oğluna zəng edərək, onu döyməyini söylədiyini, qayınatası Şahid yaşadığı evə gələrək onu sakitləşdirdiyini, arvadı Zərərçəkmiş şəxs ilə mübahisə və davadalaşın xx.xx.2023-cü il tarixdə saat 20 radələrində baş verdiyini, təxminən 3-5 dəqiqə ərzində davam etdiyini, aralarındakı mübahisə olarkən və Reyhana xəsarət yetirən zaman ünvan 1ində yerləşən özünəməxsus fərdi yaşayış evinin otağında ikisindən başqa heç kəsin olmadığını, hadisə zamanı birinci dəfə təxminən 3 metr məsafədən, ikinci dəfə isə təxminən 1 metr məsafədən külqabını arvadı Zərərçəkmiş şəxs vuraraq qəsdən fiziki xəsarət yetirdiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs əri olduğunu, xx.xx.2023-cü il tarixdə ərizə ilə Ağdaş rayon Polis şöbəsinə əri Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə rəsmi nikaha daxil olduqlarını, birgə nikahlarından 2 qız övladlarının olduğunu, böyük qızının 13, balaca qızının isə 10 yaşı olduğunu, evləndikdən sonra əri Təqsirləndirilən şəxs spirtli içkiyə qurşandığını, hər gün spirtli içki qəbul etdiyini, bunun nəticəsində sərxoş olduğunu, əri Təqsirləndirilən şəxs sərxoş olan zaman evdə onunla mübahisə yaratdığını, sonuncu mübahisənin xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağında baş verdiyini, əri Təqsirləndirilən şəxs yenə yaşadıqları evə sərxoş vəziyyətdə gəldiyini, Elşənin onu yaşadıqları evdə qucaqlayıb, ağlayaraq “məni tək qoyma bilirəm ki, mən öləcəm uşaqları sənə tapşırıram”, daha sonra Elşənin “mənim pulum olmadığı üçün hamı məndən uzaqlaşır” dediyini, özünün isə Elşənə yenə evə sərxoş vəziyyətdə gəldiyini, bir daha spirtli içki içməməsini, spirtli içkini tərgitməsini, bir daha spirtli içki qəbul edəcəyi təqdirdə ondan boşanacağını söylədiyini, həmin vaxt Elşənin boşanmaq istəmədiyini söylədiyini, artıq ona inanmadığını, artıq bezdiyini söylədiyini, həmin vaxt əri Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisənin daha da şiddətləndiyini, belə olan halda evin həmin otağını tərk etmək istəyərkən əri Təqsirləndirilən şəxs həmin otaqda yerləşən masanın üstündə olan siqaret külünün yığılması üçün istifadə edilən şüşə materialından olan, xrustal külqabını qəsdən onun kürək nahiyəsinə atması nəticəsində vuraraq xəsarət yetirdiyini, daha sonra yenidən külqabını yerdən götürüb vurmaqla sol ayağının daban nahiyəsinə qəsdən xəsarət yetirdiyini, daha sonra atası Şahid adına olan eləcə də istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini dediyini, atasının onların yaşadığı evə gələrək əri Təqsirləndirilən şəxs sakitləşdirdiyini, əri Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə saat təxminən 20 radələrində baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, Təqsirləndirilən şəxs hadisə zamanı birinci dəfə təxminən 3 metr məsafədən, ikinci dəfə isə təxminən 1 metr məsafədən ona vuraraq xəsarət yetirdiyini, aralarındakı mübahisə yaranan zaman əri Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin otağında olduqlarını, həmin vaxt orada ikisindən başqa heç kimin olmadığını bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması ilə cinayət işinin təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 138 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol aşıq daban oynağının əzilməsi, sol aşıq daban oynağının arxa səthinin sıyrığı, sağ bel nahiyəsinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Ağdaş rayon Polis şöbəsində saxlanılan 01 ədəd şüşə materialdan, xrustal kül qabı Zərərçəkmiş şəxs qaytarılmaldır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağdaş rayon Polis şöbəsində saxlanılan 01 ədəd şüşə materialdan, xrustal kül qabı Zərərçəkmiş şəxs qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-124/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-124/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver