Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-125/2022 02.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi Qanuni nümayəndə3, Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə xx.xx.2006-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu Yeniarx kəndində qeydiyyatda olmaqla Ağdaş şəhəri Azadlıq küçsəi ünvanında yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmaynı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.2007-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.2004-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanda yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmaynı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş şəhəri Vaqif küçəsi 26-da yaşayan xx.xx.2007-ci il təvəllüldü Təqsirləndirilən şəxs2 və ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 5 ünvanda yaşayan xx.xx.1989-cu il təvəllüldü Zərərçəkmiş şəxs işlədiyi Ağdaş şəhəri Azadlıq küçəsi ünvanında yerləşən sexə qanunsuz daxil olaraq həmin sexdən 1 ədəd 300 manat dəyərində “Ateko” markalı avtomobilə məxsus mühərrik üçün nəzərdə tutulmuş oturacağı və hər biri 50 manat olmaqla, ümumi dəyəri 100 manat olan həmin avtomobilin yük yerinin qarşı hissəsində olan 2 ədəd alüminium künclükləri oğlurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurarmaqla özgənin əmlakını gizli olaraq talamışlar. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədilə Ağdaş şəhəri Azadlıq küçəsi 32 ünvanında yaşayan xx.xx.2004-cü il təvəllüldü Təqsirləndirilən şəxs3 və Ağdaş rayonu Yeniarx kəndində qeydiyyatda olmaqla Ağdaş şəhəri Azadlıq küçsəi ünvanında yaşayan, xx.xx.2006-cı təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 5 ünvanda yaşayan xx.xx.1989-cu il təvəllüldü Zərərçəkmiş şəxs işlədiyi Ağdaş şəhəri Azadlıq küçəsi ünvanında yerləşən sexə qanunsuz daxil olaraq həmin sexdən 1 ədəd 300 manat dəyərində “Ateko” markalı avtomobilə məxsus mühərrik üçün nəzərdə tutulmuş oturacağı və hər biri 50 manat olmaqla, ümumi dəyəri 100 manat olan həmin avtomobilin yük yerinin qarşı hissəsində olan 2 ədəd alüminium künclükləri oğlurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurarmaqla özgənin əmlakını gizli olaraq talamışlar. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş şəhəri Vaqif küçəsi 26-da yaşayan xx.xx.2007-ci il təvəllüldü Təqsirləndirilən şəxs2 və Ağdaş rayonu Yeniarx kəndində qeydiyyatda olmaqla Ağdaş şəhəri Azadlıq küçsəi ünvanında yaşayan, xx.xx.2006-cı təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 5 ünvanda yaşayan xx.xx.1989-cu il təvəllüldü Zərərçəkmiş şəxs işlədiyi Ağdaş şəhəri Azadlıq küçəsi ünvanında yerləşən sexə qanunsuz daxil olaraq həmin sexdən 1 ədəd 300 manat dəyərində “Ateko” markalı avtomobilə məxsus mühərrik üçün nəzərdə tutulmuş oturacağı və hər biri 50 manat olmaqla, ümumi dəyəri 100 manat olan həmin avtomobilin yük yerinin qarşı hissəsində olan 2 ədəd alüminium künclükləri oğlurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurarmaqla özgənin əmlakını gizli olaraq talamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir ruhiəsəb xəstəliyi yoxdur, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı vaxtda təxminən saat 23:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən çayxanada tanışı Ağa ilə oturub söhbət etmiş, bundan təxminən 30 dəqiqə sonra onun əmisi oğlu Asif onların yanına gələrək onlara “gəlin bir yerdə alüminium var, onu götürək” deyə söyləmiş, o və Ağa, Asif ilə razılaşmış, bundan sonra o və Ağa, Asif ilə birlikdə Ələsgərin sexinə tərəf getmiş, həmin yerə çatan zaman Asif onlara sexin qarşısında dayanmalarını tapşırmış, daha sonra Asif sexə daxil olaraq sexin girişinin dəmir qapısını açmış, bundan sonra o Ağa ilə birlikdə sexə daxil olmuş, bu zaman Asif onlara 1 ədəd avtomobilin ehtiyat hissəsi və 2 ədəd alüminium materialdan hazırlanmış avtomobilin yük yerinin künclüyünü vermiş və həmin alüminiumları Qəbələ dördyolu deyilən yerdə metal qəbulu yerinə satmalarını tapşırmış, daha sonra onlar həmin ehtiyat hissələrini üzü Ağdaş şəhəri istiqamətində yolun sol tərəfində ağaclıqda gizlətmiş və bundan sonra yaşadıqları evə getmişlər, səhəri gün təxminən saat 11:00 radələrində o, Ağa ilə birlikdə avtomobil ehtiyat hissələrini gizlətdikləri yerdən götürərək Qəbələ dördyolu deyilən ərazidə metal qəbulu ilə məşğul olan obyektə aparmış, lakin həmin alüminium hissələri aparmağa gücləri çatmadığı üçün həmin vaxt yaxınlıqda olan tanımadıqları taksi sürücüsündən onları Qəbələ dördyoluna aparmasını xahiş etmiş, daha sonra həmin taksi ilə Qəbələ dördyolu deyilən yerə getmiş və həmin yerdə olan metal qəbulu obyektində oğurladıqları alüminium ehtiyat hissələrinin hamısını bir yerdə 22 (iyirmi iki) manata satmış, bundan sonra Asifin yanına - onun yaşadığı evin yerləşdiyi küçəyə qayıtmış, oğurladıqları alüminium hissələri sataraq əldə etdikləri 22 (iyirmi iki) manat puldan 3 manat taksiyə vermiş, qalan 19 (on doqquz) manat puldan hərəsinə 5 (beş) manat olmaqla bölüşmüş, qalan 4 manatından isə 2 manat Asifə və qalan 2 manatını isə Ağa ilə öz arasında bölmüş, həmin yerdən oğurluq edən zaman və oradan çıxan zaman onları heç kim görməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, heç bir ruhiəsəb xəstəliyi yoxdur, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı vaxtda təxminən saat 23:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən çayxanada tanışı Amin ilə oturub söhbət etmiş, bundan təxminən 30 dəqiqə sonra onun tanışları Asif onların yanına gələrək onlara “gəlin bir yerdə alüminium var, onu götürək” deyə söyləmiş, o və Amin, Asif ilə razılaşmış, bundan sonra o və Amin, Asif ilə birlikdə Ələsgərin sexinə tərəf getmiş, həmin yerə çatan zaman Asif onlara sexin qarşısında dayanmalarını tapşırmış, daha sonra Asif sexə daxil olaraq sexin girişinin dəmir qapısını açmış, bundan sonra o, Amin ilə birlikdə sexə daxil olmuş, bu zaman Asif onlara 1 ədəd avtomobilin ehtiyat hissəsi və 2 ədəd alüminium materialdan hazırlanmış avtomobilin yük yerinin künclüyünü vermiş və həmin alüminiumları Qəbələ dördyolu deyilən yerdə metal qəbulu yerinə satmalarını tapşırmış, daha sonra onlar həmin ehtiyat hissələrini üzü Ağdaş şəhəri istiqamətində yolun sol tərəfində ağaclıqda gizlətmiş və bundan sonra yaşadıqları evə getmişlər, səhəri gün təxminən saat 11:00 radələrində o, Ağa ilə birlikdə avtomobil ehtiyat hissələrini gizlətdikləri yerdən götürərək Qəbələ dördyolu deyilən ərazidə metal qəbulu ilə məşğul olan obyektə aparmış, lakin həmin alüminium hissələri aparmağa gücləri çatmadığı üçün həmin vaxt yaxınlıqda olan tanımadıqları taksi sürücüsündən onları Qəbələ dördyoluna aparmasını xahiş etmiş, daha sonra həmin taksi ilə Qəbələ dördyolu deyilən yerə getmiş və həmin yerdə olan metal qəbulu obyektində oğurladıqları alüminium ehtiyat hissələrinin hamısını bir yerdə 22 (iyirmi iki) manata satmış, bundan sonra Asifin yanına qayıtmış, bundan sonra əldə etdikləri pulları öz aralarında bərabər şəkildə bölmüş, həmin yerdən oğurluq edən zaman və oradan çıxan zaman onları heç kim görməmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, heç bir ruhi-əsəb xəstəliyi yoxdur, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, Amin onun əmisi oğludur, Ağa isə əmisi oğlu Amin ilə qonşuluqda yaşayır, əvvəllər bir neçə dəfə qoyun otaran zaman Ağanı görmüş və onlar həmin vaxt söhbət etmişlər, həmin vaxt da biri-birilərini tanımışlar, 2022-ci ilin əvvəllərində hazırda xatırlamadığı tarixdə təxminən saat 21:00 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən işıq idarəsinin yaxınlığında olan mağazadan gələn zaman əmisi oğlu Amin və Ağanın Ələsgərin sexinə girmək istədiklərini görmüş, onlara sexə girməmələrini söyləmiş, lakin Ağa və Amin onunla mübahisə edərək sexə daxil olacaqlarını söyləmişlər, bundan sonra oradan uzaqlaşaraq yaşadığı evə gəlmiş, bu barədə heç kimə heçnə deməmiş, bundan bir gün sonra günorta saatlarında Ağa və Aminin Ələsgərin sexindən oğurladıqları alüminiumları satan zaman şəkilləri çəkilmiş, bu zaman Ağa və Amin onun da onlarla birlikdə oğurluq etməsini söyləmişlər, bundan təxminən 2-3 gün sonra atası bərbərə gedən zaman Ələsgər adlı şəxs onun atasına “sənin oğlun da mənim seximdən oğurluq edib” deyə söyləmiş, bundan sonra atası yaşadığı evə gəlmiş və ondan nə baş verməsini soruşmuş, buna görə də atasına baş verənləri danışmış, Ağa və Aminə oğurluq etməyi təklif etməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, heç bir ruhi-əsəb xəstəliyi yoxdur, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tanıyır, ona məxsus Ağdaş şəhəri Ləki dördyolu deyilən ərazidə avtomobil təmiri sexi vardır, hər gün saat 08:00 radələrində sexi açaraq saat 19:00 radələrinədək həmin sexdə avtomobil təmir edir, 2022-ci ilin yanvar ayının əvvəllərində ona məxsus sexdə təmir edilməsi üçün “Ateco” markalı yük avtomobili olmuş, həmin avtomobilə aid alüminium ehtiyat hissələri də avtomobilin yanında sexin içərisində olmuş, 2022-ci ilin yanvar ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı vaxtda ona məxsus sexin içərisində olan alümünium materialdan hazırlanmış “Ateco” markalı yük avtomobilinə aid yastıqların və 2 ədəd təxminən 2,5 metr uzunluğunda olan künclüklərin oğurlanmasını aşkar etmiş, bundan sonra rayon ərazisində metal qəbulu ilə məşğul olan obyekt sahiblərinə bu barədə məlumat vermiş, lakin həmin ehtiyat hissələrini tapa bilməmiş, daha sonra yaxınlıqda yaşayan Amin və Ağa adlı yetkinlik yaşına çatmayan uşaqlardan şübhələnmiş, sonra həmin uşaqlardan bu barədə soruşmuş, Ağa və Amin adlı uşaqlar da ona həmin ehtiyat hissələrini oğurlayaraq Ceyhun adlı şəxsə satdıqlarını bildirmişlər, daha sonra onun atası Ceyhun adlı şəxsdən bu barədə soruşmuş, Ceyhun adlı şəxs də ona həmin ehtiyat hissələrini almasını xatırlamadığını bildirmiş və əgər həmin alüminium ehtiyat hissələrini almışdırsa sexdə olacağını söyləmiş, daha sonra sexə baxan zaman ona məxsus olan “Ateko” markalı avtomobilin yastıqlarını Ceyhuna məxsus sexdən tapmış, lakin alüminium künclükləri isə tapmamış, Cehyun adlı şəxs həmin uşaqların alüminium künclükləri doğrayaraq gətirməsini söyləmiş, ona məxsus sexdən oğurluq edilməsi nəticəsində ona təxminən 500 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur, oğlu Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu Ləki dördyolu deyilən ərazidə avtomobil təmiri sexi vardır, 2022-ci ilin yanvar ayının əvvəllərində oğlu Sadiq ona sexdən alüminium ehtiyat hissələrinin oğurlanması barədə məlumat vermiş, daha sonra həmin oğurluğun edilməsi ilə əlaqədar Ağa və Amin adlı yetkinlik yaşına çatmayan şəxslərdən şübhələnmiş, bu barədə həmin şəxslərdən soruşduqda onlar həqiqətən də oğurluq etdiklərini etiraf etmişlər, daha sonra Ağa və Amin adlı şəxslərin ona oğurladıqları alüminium ehtiyat hissələrini Ceyhun adlı metal qəbulu ilə məşğul olan şəxsə satmalarlını söyləmişlər, bundan sonra Ceyhun adlı şəxsə məxsus metal qəbulu obyektinə getmiş, həqiqətən də onun oğlu Sadiqə məxsus sexdən oğrulanmış alüminium ehtiyat hissələrinin bir hissəsini Ceyhun adlı şəxsə məxsus metal qəbulu obyektindən tapmış, Ceyhun adlı şəxs də həmin ehtiyat hissələrini ona vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Ağdaş şəhəri Qəbələ dördyolu adlanan ərazidə metal qəbulu obyekti vardır, təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində metal qəbulu obyektində olan zaman səhər saatlarında iki nəfər yetkinlik yaşına çatmayan sonradan adlarını bildiyi Ədalətin oğlu Amin və Fərhadın oğlu Ağanın onun obyektinə gələrək əllərində olan alüminiumu göstərək satmaq istədiklərini bildirmişlər, həmin şəxslərdən həmin alüminiumu hardan əldə etdiklərini soruşmuş, həmin şəxslər də əllərindəki alüminiumu zibillikdən tapdıqlarını bildirmişlər, buna görə də həmin şəxslərə inanmış və alüminiumları almaq qərarına gəlmiş, daha sonra alüminiumları çəkmiş, həmin şəxslərdən aldığı alüminium materialların qarşılığında onlara cəmi 22 manat pul vermiş, bundan bir neçə gün sonra Ələsgər adlı şəxs onun sexinə gəlmiş və ona sexindən alüminium ehtiyat hissələrinin oğurlanmasını bildirmiş, Ələsgər adlı şəxsə bu barədə məlumatının olmadığını bildirmiş və əgər həmin ehtiyat hissələrini almışdırsa sexində olacağını söyləmiş, sexə baxan zaman Ələsgərə məxsus sexdən oğurlanmış ehtiyat hissələrinin bir hissəsini tapmış və Ələsgər adlı şəxsə qaytarmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1828 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 400 manat müəyyən edilir. O cümlədən: “Ateko” markalı avtomobilə məxsus mühərrik üçün nəzərdə tutulmuş oturacaq 300 manat, həmin avtomobilin yük yerinin qarşı hissəsində olan hündürlüyü 2,5 metr olan 2 ədəd alüminium künclük (uqolnik)- 100 (2x50m) manat. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli, 978 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında yaşamaqla ailə tərkibi 1971-ci il təvəllüdlü Qanuni nümayəndə1, 1975-ci il təvəllüdlü X6, 2002-ci il təvəllüdlü X7 və 2006-cı il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli, 974 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağdaş şəhəri Vaqif küçəsi 26 ünvanında yaşamaqla ailə tərkibi X5, Qanuni nümayəndə2, X10 və X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 11 may 2022-ci il tarixli, 976 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 7 ünvanında yaşamaqla ailə tərkibi 1978-ci il təvəllüdlü X8, 1985-ci il təvəllüdlü Qanuni nümayəndə3, 2003-cü il təvəllüdlü X9 və 2009-cu il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri etirafedici ifadələri, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 oğlunun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 şəxsiyyətini müsbət və mənfi səciyyələndirən hallar mövcud deyil. Məhkəmə Təqsirləndirilən şəxs3 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs3 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilsin barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 50 (əlli) manat manat ekspertiza xərci müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-125/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-125/2022
02.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver