Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-126/2022 16.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Ağdaş rayonu Cardam kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdaş rayonu Cardam kəndində qeydiyyatda olan və Ağdaş şəhəri Maşad küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına 16 noyabr 2022-ci il tarixdə saat 11:10-da Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs ilə qaynanası Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin otaqlarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs əlləri bir neçə dəfə qaynanası Zərərçəkmiş şəxs sifət, baş və bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə vuraraq ona sağ mil bilək oynağının əzilməsi, sol əlin üst səthinin qançırı, bel nahiyyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun qaynanası olduğunun, onunla heç bir düşmənçilik və ədavəti olmadığını, 2022-ci ilin mart ayının 22-si əri Allahverdi İbrahimovla birgə yaşamaq istəmədiynə görə anası Şahid1 yaşadığı evə 2 azyaşlı övladlarını da götürərək getdiyini, xx.xx.2022-ci il tarixdə anası Vəfa ilə yaşadıqları evdə əri evinə getməyinə görə onunla mübahisə etdiyini və ona uşaqlarını atası Allahverdiyə qaytarmasını bildirdiyini, özünün də həmin vaxt əri Allahverdiyə zəng edərək 2 azyaşlı övladlarını aparmasını bildirdiyini, həmin vaxtdan 2 azyaşlı övladlarının atası Allahverdi ilə qaldığını, daha sonra xx.xx.2022ci il tarixdə övladlarını ona vermədikləri üçün əri Allahverdi İbrahimovun yaşadığı ünvan 2 ünvanında yerləşən evə anası Vəfa, dayısı İntiqam və qardaşı Emin ilə birlikdə uşaqlarını götürmək üçün getdiyini, həmin vaxt özü və anası Vəfanın evin həyətinə keçib ər evinə daxil olmaq isdəyərkən qapının bağlı olmasını gördüyünü, özünün bir neçə dəfə qaynanası Zərərçəkmiş şəxs qapını açmasını və uşaqlarını ona verməsini dediyini, qaynanası Məsturənin isə oun ünvanına nalayiq sözlər deyərək övladlarını verməyəcəyini söylədiyini, özünün də evin giriş qapısını əli ilə sirkələyib açıb anası Vəfa ilə içəri daxil olaraq uşaqlarının olduğu otağa keçmək istəyərkən qaynanası Məsturənin qarşısını kəsərək onu uşaqlarının yanına getməyə icazə verməyək yenə də nalayiq söyüşlər söydüyünü, söyüş söydüyünə görə Məsturənin saçından tutaraq başını aşağı endirib qəsdən baş, boyun nahiyələrindən vuraraq əlləri ilə boğub dava dalaş edərkən anası Vəfanın onları ayırmağa çalışdığını, daha sonra qəsdən Zərərçəkmiş şəxs saçından tutaraq evin digər otağına keçirib əlləri ilə Məsturənin başına vurub qəsdən Məsturəyə xəsarət yetirdiyini, həmin vaxt qaynanası Məsturənin onun saçından tutaraq özünə tərəf çəkdiyini, həmin vaxt yenə də anası Vəfanın onları ayırmağa çalışdığını, daha sonra qaynanası Məsturədən ayrılaraq evin otağında olan 2 azyaşlı övladlarını götürərək anası Vəfa ilə həmin evən çıxaraq onları evin küçəsində gözləyən qardaşı Şahid2 və dayısı İntiqam Əsgərovla oradan uzaqlaşaraq öz yaşadıqları evə getdiklərini, Məsturə Haclyeva ilə aralarında olan dava dalaşm zamanı onun saçından tutaraq yonduğunu, ancaq heç bir xəsarət yetirmədiyini, yaranmış dava dalaş zamanı səslərinə heç kimin gəlmədiyini, onunla qaynanası Zərərçəkmiş şəxs arasında olan dava dalaşın təmixnən 4-5 dəqiqə davam etdiyini, qardaşı Eminin və dayısı İntiqamın həmin evin küçəsində dayandığını göstərmişdir. Məhkəmədə son sözündə əməldən səmimi olaraq peşman olmasını və himayəsində iki azyaşlı övladlarının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun gəlni olduğunu, onunla heç bir ədavəti olmadığını, Təqsirləndirilən şəxs oğlu Allahverdi İbrahimovla ailəli olmasına baxmayaraq 2022-ci ilin mart ayının axırlarında Məleykənin iki azyaşlı övladlarını da, götürərək anası evinə getdiyini, həmin vaxtan sonrada onların yaşadıqları evə qayıtmadığını, Məleykənin əri Allahverdini istəmədiyindən Allahverdi boşanmaqla bağlı məhkəməyə müraciət etdiyini, daha sonra xx.xx.2022-ci il taixdə axşam vaxtlarında Məleykənin onlara zəng edərək “mən uşaqlara baxmıram, gəlib uşaqlarınızı aparın” dediyini, həmin vaxtdan iki azyaşlı, yəni 1 və 3 yaşlı uşaqların Məleykənin anası Vəfanın yaşadığı evin küçəsindən Məleykə və Vəfanın uşaqları onlara verdikdən sonra bu vaxta kimi də, həmin iki azyaşlı uşaqlara özünün baxdığını, gəlini Məleykə və anası Vəfanın uşaqlarla maraqlanmadıqlarını, xx.xx.2022-ci il tarixdə təxminən saat 15:50 radələrində yaşadığı evdə olan zaman evin pəncərəsindən küçədə gəlini Təqsirləndirilən şəxs, anası Vəfa, qardaşı Emin və Vəfanın qardaşı İntiqamın evin həyətinin daş hasarından baxdıqlarını gördüyünü, həmin vaxt özü də bacısı qızı Pərvanə Yusifovaya zəng edərək “qudam Vəfa, gəlinim Məleykə və Məleykənin qardaşı Emin gəlib uşaqları aparmaq istəyir sən polisə zəng et bildir” dediyini, həmin vaxt Emin və Vəfa yaşadıqları evin giriş qapısının bağlı olmasını görüb qapının dəstəyini sirkələyib açdıqlarını, qapı açılan zaman Emin və anası Vəfa evə girərkən Vəfanın Emini çölə çıxartığını, həmin vaxt gəlini Məleykənin yaşadıqları evə daxil olaraq uşaqların olduğu otağa keçərkən özü də onun arxasınca otağa keçdiyini və uşaqları Məleykənin aparmasına maneçilik törətmək istədiyini, həmin vaxt evin otağında Məleykənin əlləri ilə birinci saçından tutaraq başını aşağı salıb baş, boyun nahiyyələrindən vuraraq döydükdən sonra əlləri ilə boğazından tutub onu boğduğunu, əlbəyaxa olan zaman Vəfanın onları ayırmaq istəsə də ayıra bilmədiyini, həmin vaxt Məleykənin onun saçından tutaraq sürütləyib evin digər otağına keçirib divanın üzərinə yıxdığını, həmin vaxt Məleykənin saçından tutub yenə də əlləri ilə başına vuraraq onu döyməyə başladığını, özü də, həmin vaxt Məleykənin saçından tutaraq onu buraxması üçün özünə tərəf çəkdiyini, Vəfanın da həmin vaxt onları ayırmaq istədiyini, daha sonra Məleykənin ondan ayrılaraq iki azyaşlı övladlarını götürərək yaşadıqları evdən çıxaraq getdiklərini, Məleykənin onu döydüyünə görə halının pisləşdiyini, sonradan oğlu Allahverdi İbrahimovun gələrək onu rayon mərkəzi xəstəxanasına apardığını, xx.xx.2021ci il tarixdə təxminən saat 16:00 radələrində onunla gəlini Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaş zamanı yaşadıqları evdə Məleykənin anası Vəfa və 1-3 yaşlı nəvələri olduğunu, səslərinə heç kim gəlmədiyini, Təqsirləndirilən şəxs ilə onun arasındakı dava-dalaşın təxminən 4-5 dəqiqə davam etdiyini, Məleykənin qardaşı Emin və dayısı İntiqam adlı şəxslərin evin həyətində dayandıqlarını, baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs heç bir nahiyyəsindən vurmadığını, ancaq onun saçını buraxması və onu döyməməsi üçün saçından tutaraq özünə tərəf çəkdiyini, ona heç bir xəsarət yetirmədiyini göstərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olmasını nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs onun qızı, Zərərçəkmiş şəxs onun eltisi olduğunu, onlarla heç bir ədavət və düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs Allahverdi İbrahimovla ailəli olmasına baxmayaraq 2022ci ilin mart ayının axırlarında Məleykənin iki azyaşlı övladlarını da, götürərək onun yaşadığı evə gəldiyini, həmin vaxtan sonrada Məleykənin ər evinə qayıtmadığını, Məleykənin əri Allahverdini istəmədiyindən Allahverdinin boşanmaqla bağlı məhkəməyə müraciət etdiyini, daha sonra Məleykənin əri Allahverdinin yaşadığı evə getmədiyindən xx.xx.2022-ci il taixdə axşam vaxtlarında Məleykənin əri Allahverdinin evinə getmədiyindən qızı Məleykəyə əsəbləşərək ona “sən mənim evimdən çıx get” dediyini, həmin sözü heç olmasa Məleykənin çarəsiz qalaraq əri Allahverdinin yanına qayıtması üçün söylədiyini, ancaq həmin vaxt Məleykənin əri Allahverdinin istifadəsində olan mobil nöməsinə zəng edərək uşaqlarını gəlib aparmasını bildirdiyini, sonradan Allahverdinin onun yaşadığı evin küçəsinə gələrək iki azyaşlı övladların gəlib aparsada Məleykənin Allahverdi ilə getmədiyini, qızı Məleykənin sonradan iki azyaşlı övladların əri Allahverdidən alıb saxlamaq qərarına gəldiyini, ancaq Allahverdi və ailə üzvlərinin buna razı olmayaraq iki azyaşlı övladlarını Məleykəyə vermədiklərindən xx.xx.2022-ci il tarixdə təxminən saat 15:50 radələrində Məleykə, özü və oğlu Eminin Allahverdinin yaşadığı evin küçəsinə getdiklərini, evin küçəsində olan zaman qardaşı İntiqamın həmin küçədə olmasını gördüklərini, daha sonra özü, qızı Məleykə və oğlu Eminin Allahverdinin yaşadığı evin həyətinə keçərək evin qapısını özü və qızı Məleykənin açmaq istəyərkən evin qapısının bağlı olmasını gördüklərini, həmin vaxt qızı Məleykənin qaynanası Məsturəyə qapını açmasını söylədiyini, ancaq Məsturənin evin qapısını açmadığından Məleykənin evin dəmir qapısını sirkələyərək qapı açıldıqdan sonra Məleykənin evə keçib uşaqlarının yanına getmək istəyərkən Məsturə Məleykənin qarşısına evin girəcəyində kalidorda Məleykə ilə Məsturə arasında dava-dalaş baş verdiyini və həmin vaxt Məleykənin qaynanası Məsturənin saçından, Məsturə isə Məleykənin saçından tutduqlarını, həmin vaxt Məleykənin əlləri ilə Məsturənin baş və boyun nahiyyələrindən əlləri ilə bir neçə dəfə vurduqdan sonra Məsturənin boğazından əlləri ilə tutub boğub dah sonra evin digər otağına keçərək yenə də, bir-birilərindən ayrılmadıqlarını, özü nə qədər istəsə də onları bir-birindən ayıra bilmədiyini, həmin vaxt yenə də, Məleykənin Məsturənin saçından tutaraq divana yıxaraq əlləri ilə yenə də, döydükdən sonra onu birtəhər bir-birilərindən ayırdığını, həmin vaxt Məleykənin iki azyaşlı övladlarını götürərək evdən çıxıb getdiyini, özü də, sonradan Məsturənin yanından çıxaraq küçədə olan oğlu Emin və qardaşı İntiqamla Məleykəni götürərək çıxıb getdiklərini, xx.xx.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş davadalaş zamanı yanlarında mən özü olduğunu, səslərinə heç kim gəlmədiyini, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı dava-dalaşın təxminən 4-5 dəqiqə davam etdiyini, həmin evin həyətində oğlu Emin və qardaşı İntiqam olduğunu, ancaq onların heç birinin dava-dalaş olan yerə gəlmədiklərini, ancaq səslərini eşitmiş olacaqlarını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs onun bacısı, Zərərçəkmiş şəxsın bacısı Məleykənin qaynanası olduğunu, onlarla heç bir ədavət və düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs Allahverdi İbrahimovla ailəli olmasına baxmayaraq 2022-ci ilin mart ayının axırlarında Məleykənin iki azyaşlı övladlarını da, götürərək onların yaşadıqları evə gəldiyini, həmin vaxtan sonrada Məleykənin ər evinə qayıtmadığını, Məleykənin əri Allahverdini istəmədiyindən Allahverdi boşanmaqla bağlı məhkəməyə müraciət etdiyini, həmin vaxtdan sonra bacısı Məleykənin iki azyaşlı övladları qaynanası Məsturənin yanında qaldığını, daha sonra bacısı Məleykənin əri Allahverdi və ailə üzvlərində övladlarının ona qaytarılmasını istədikdə buna razı olmayaraq iki azyaşlı övladlarını Məleykəyə vermədiklərindən xx.xx.2022-ci il tarixdə təxminən saat 15:50 radələrində bacısı Məleykə, özü və anası Vəfa Allahverdinin yaşadığı evin küçəsinə getdiklərini, evin küçəsində olan zaman dayısı İntiqamın həmin küçədə olmasını gördüklərini, daha sonra özü, bacısı Məleykə və anası Vəfanın Allahverdinin yaşadığı evin həyətinə keçərək evin qapısın anası Vəfa və bacısı Məleykə açmaq istəyərkən evin qapısının bağlı olmasını gördüklərini, həmin vaxt bacısı Məleykənin qaynanası Məsturəyə qapını açmasını söylədiyini, ancaq Məsturənin evin qapısını açmadığından Məleykə evin dəmir qapısını sirkələyərək qapı açıldıqdan sonra Məleykə və anası Vəfanın evə keçdiklərini, həmin vaxt evin həyətindən evin küçəsinə çıxan zaman evdə səs-küy olmasını eşitdiyini, daha sonra təxminən 5-6 dəqiqə sonra bacısı Məleykənin iki azyaşlı övladlarını götürərək evdən çıxdıqdan sonra anası Vəfanın evdən çıxaraq özü, anası Vəfanın, bacısı Məleykə və iki azyaşlı uşaqların oradan çıxıb getdiklərini, xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində Məsturənin yaşadığı evin həyətinin küçəsində olduğunu, kimlərin bir-birini vurmasını və ya xəsarət yetirməsini görmədiyini, ancaq sonradan bacısı Məleykədən qaynanası Məsturənin uşaqlarını ona vermədiyi üçün döydüyünü eşitdiyini, xx.xx.2021-ci il tarixdə təxminən saat 16:00 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş dava-dalaş zamanı yanlarında anası Vəfa olduğunu, səslərinə heç kim gəlmədiyini, həmin vaxt özü və dayısı İntiqamın Məsturənin yaşadıqları evin küçəsində olduqlarını və səslərini eşitdiklərini, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı dava-dalaşın təxminən 4-5 dəqiqə davam etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2022-ci il tarixli, 605 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sağ mil bilək oynağının əzilməsi, sol əlin üst səthinin qançırı, bel nahiyyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin xx.xx.2022-ci il tarixli, 601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın xx.xx.2022-ci il tarixli, PHŞ/6.22-2-2022-768 nömrəli məktubdan görünür ki, Ağdaş rayonu Cardam kəndində qeydiyyatda olan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 29 sentyabr 2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB Cardam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində Cardam kənd İcra Nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Cardam kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Cardam kəndində təsərrüfatbaşına kitabda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ 619671 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X1 xx.xx.2021-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X5 Hicran oğlu, anası Təqsirləndirilən şəxsdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Səyyar-Asan 10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AA2936235 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X5 Hicran oğlu, anası Təqsirləndirilən şəxsdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə edə bilmədiyinə görə iş üzrə icraata xitam verilə və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində iki az yaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - islah işləri cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 15 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 10 (on) faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 8 (səkkiz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş 15 saat hüquqi xidmətə görə 90 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-126/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-126/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver