Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-126/2023 12.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin “X4 Şəbəkəsi” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Gəncə şəhərində аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyuən, subay, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Şurtan kəndində qeydiyyatda olmaqla Ağdaş rayonunun Şıxlar kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dövlət əhəmiyyətli elektrik xətlərinə münasibətdə oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi və tamah niyyəti ilə 20 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Ağdaş rayonu, Şıxlı kəndindəki çöllük ərazidə yerləşən dövlət əhəmiyyətli elektrik xəttlərinin keçidi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası "xxxx" ASC “X4 Şəbəkəsi” MMC-yə məxsus 1 ədəd, 2800 manat dəyərində, 5 ton çəkidə, 107 saylı metal aralıq elektrik dayağını kəsdirib doğrayaraq oğurlamış və “X4 Şəbəkəsi” MMC-yə 2800 manat məbləğində maddi ziyan vuraraq dövlət əhəmiyyətli elektrik xətlərinə münasibətdə oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində heç bir yerdə işləmədiyini, ailə üzvlərinin təsərrüfat işləri ilə məşğul olduğunu, onlara kömək etdiyini, əvvəllər məhkum olunmadığını, uzun müddətdir ki, psixoloji xəstəlikdən əziyyət çəkdiyini, Ağdaş rayon mərkəzi xəstəxanasında “Uzun gedişli kəskin ifadəli depressiv davranış pozuntusu, davamlı psixotik əlamətlər və suiqəsd cəhdləri ilə” dioqnozu iləqeydiyyatda olduğunu, bir neçə dəfə müalicə aldığını, Azərbaycan Respublikası "xxxx" ASC “X4 Şəbəkəsi” MMC-dən daxil olmuş şikayət məktubu ilə tanış oluğunu, Kəlbəcər rayonundan məcburi köçkün olduqdan sonra ailə üzvləri ilə birlikdə Ağdaş rayonu, Şıxlı kəndində məskunlaşdıqlarını, məskunlaşdığı ərazinin çöllük sahə olduğunu, həmin çöllük sahədə istismarı başa çatmış irihəcmli metal dayaqların olduğunu, həmin metal dayaqların bahalı olduğunu bildiyini, maddi vəziyyətində problemlər olduğu üçün həmin metal dayaqların birini oğrayıb satmaq qərarına gəldiyini, lakin həmin metal dayağı kəsmək üçün onun alətlərinin olmadığını, 20 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonu, Şıxlı kəndi ərazisində piyada hərəkət edən zaman əvvəllər tanımadığı bir nəfər şəxsin avtomobillə dəmir aldığını gördüyünü, həmin şəxsin avtomobilini əli ilə işarə edib saxlatdırdığını, həmin şəxslə salamlaşdıqdan sonra ona irihəcmli metallarının olduğunu, lakin həmin metalları kəsmək üçün alətinin olmadığını bildirdiyini, həmin şəxsin də onda dəmir kəsən alətlərin olduğunu bildirdiyini, həmin şəxsdən metal hissələrini kəsməsini istədiyini, həmin şəxsin də metal hissələrini kəsəcəyini, lakin bunun qarşılığında ondan 100 manat pul alacağını bildirdiyini, həmin şəxslə razılaşdığını və həmin şəxsə məxsus avtomobillə Ağdaş rayonu, Şıxlı kəndində yerləşən çöllük sahədəki metal dayaqların olduğu yerə gəldiklərini, həmin şəxsə orada olan metal aralıq dayağı göstərərək onu kəsməsini istədiyini, həmin şəxsin də metal aralıq dayağın dövlət əmlakı olduğunu bildirərək həmin dayağı kəsməyəcəyini bildirdiyini, həmin şəxsə metal aralıq dayağının istismarının başa çatdığını deyərək həmin dayağı aldığını bildirdiyini, bundan sonra həmin şəxsin onun sözünə inandığını, daha sonra həmin şəxsin avtomobilində olan dəmir kəsən alətlərlə təxminən 1 saat ərzində həmin metal dayağı kəsib doğradığını, həmin vaxtı onların yanında başqa heç kimin olmadığını, həmin şəxsin metal dayağı doğrayıb bitirdikdən sonra ona 100 manat pul verdiyini, həmin şəxsin də 100 manat pulu götürdüyünü və avtomobilinə əyləşərək getdiyini, daha sonra fərdi yaşayış evinə gəldiyini və evdə olan eşşək arabası ilə təxminən 3 dəfəyə həmin metal hissələrini fərdi yaşayış evinin həyətyanı sahəsinə gətirdiyini, həmin vaxtı ailə üzvlərinin Tovuz rayonuna qonaq getdiyini, fərdi yaşayış evində həmin metal hissələrini 10 hissəyə ayırdığını və dəmir məftillərlə bağladığını, 21 oktyabr 2022-ci il tarixdə qardaşı Şahid3 və anası Almaz Güləliyevin fərdi yaşayış evinə gəldiklərini, həmin vaxt fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı metal hissələrini gördüklərini və onları hardan əldə etdiyini soruşduqlarını, həmin metal hissələrini çöllük ərazidən tapdığını bildirdiyini, 23 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Ağdaş şəhərində yerləşən “Heydər Əliyev” parkının qarşısında olan zaman əvvəllər tanıdığı Yevlax şəhər sakini Şahid2 ilə qarşılaşdığını, belə ki, Şahid2 bir neçə dəfə ondan toyuq cücə aldığını, tanışlığının həmin vaxtdan yarandığını, Şahid2 həmçinin dəmir alqı-satqısı ilə məşğul olduğunu bildiyini, Şahid2 ilə görüşdükdən sonra ona satılıq metal hissələrinin olduğunu bildirdiyini, Şahid2 da həmin metal hissələrini almaq istədiyini bildirdiyini və Ağdaş rayonu, Şıxlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gəldiyini, həmin vaxtı fərdi yaşayış evində başqa heç kimin olmadığını, Şahid2 fərdi yaşayış evinin həyətyanı sahəsində olan dəmir məftillə bağladığı 10 ədəd metal bağlamaları göstərdiyini, Şahid2 həmin metal bağlamalarını hardan əldə etdiyini soruşduğunu, həmin metal hissələrinin özünə məxsus olduğunu bildirdiyini, Şahid2 metal hissələrini alacağını bildirdiyini, Şahid2la razılaşdığını, bundan sonra Şahid2 avtomobilində olan elektron tərəzini aşağı düşürdüyünü, bundan sonra həmin metal hissələrini hissə-hissə elektron tərəzidə çəkdiyini, həmin metal hissələrinin ümumi çəkisinin 5 ton olduğunu, daha sonra Şahid2 həmin metal hissələrini avtomobilinə yığdığını və ona 700 manat pul verdiyini, daha sonra sağollaşaraq getdiyini, 700 manat pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini, həmçinin törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı qısa müddətdə ödəyəcəyini bildirirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş "xxxx" ASC-nin “X4 Şəbəkəsi” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində “X4 Şəbəkəsi” MMCdən daxil olmuş şikayət məktubu ilə tanış olduğunu, 01 iyul 2022-ci il tarixdən həmin adı qeyd olunan MMC-də aparıcı mütəxəssis (hüquqşünas) vəzifəsində işlədiyiniş, Ağdaş rayonu, Şıxlı kənd ərazisində yerləşən “X4 Şəbəkəsi” MMC-yə məxsus istismarı başa çatmış 14 ədəd metal aralıq dayağların olduğunu, həmin metal aralıq dayağların təxminən 1950-ci ildən həmin ərazidə quraşdırıldığını, xx.xx.2022-ci il tarixdə “X4 Şəbəkəsi” MMCdə baxış üzrə nəzarətçi montyor vəzifəsində işləyən Şahid1 1 ədəd metal aralıq dayağın oğurlanması barədə “X4 Şəbəkəsi” MMC-yə məlumat verdikdən sonra “X4 Şəbəkəsi” MMC tərəfindən Ağdaş RPŞ-nin rəhbərliyinə müvafiq şikayət məktubu göndərildiyini, daha sonra Ağdaş RPŞ-dən verilmiş məlumata əsasən “X4 Şəbəkəsi” MMC-yə məxsus 1 ədəd metal aralıq dayağı oğurlayan şəxsin Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiyini bildirmişdir. Zərərçəkmiş şəxs Azərenerji” ASC-nin “X4 Şəbəkəsi” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə aralarında cinayət işi ilə bağlı maddi ziyanın hissə-hissə ödənilməsinə dair razılığa gəlmişlər. Bununla bağlı şikayəti yoxdur. Təqsirləndirilən şəxs barəsində ittiham edici höküm çıxarsa onun cəzasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində “X4 Şəbəkəsi” MMC-dən daxil olmuş şikayət məktubu ilə tanış olduğunu, 2018-ci il tarixdən həmin adı qeyd olunan MMC-də baxış üzrə nəzarətçi elektrik montyoru vəzifəsində işlədiyini, Ağdaş rayonu, Şıxlı kənd ərazisində yerləşən “X4 Şəbəkəsi” MMC-yə məxsus istismarı başa çatmış 14 ədəd metal aralıq dayağların olduğunu, həmin metal aralıq dayağların təxminən 1950-ci ildən həmin ərazidə quraşdırıldığını, mütəmadi olaraq həmin əraziyə gələrək nəzarət etdiyini, sonucu dəfə 2022-ci ilin sentyabr ayında həmin əraziyə gələrək baxış keçirdiyini, həmin vaxtı metal aralıq dayağların yerində olduğunu, həmin metal aralıq dayağların fotoşəkillərini mobil telefonunda saxladığını, xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində fərdi yaşayış evindən çıxaraq Şıxlı kəndi ərazisindəki metal aralıq dayağların yerləşdiyi əraziyə gəldiyini, həmin vaxtı metal aralıq dayaqlardan birinin yerində olmadığını gördüyünü və həmin metal aralıq dayağın oğurlanmasından şübhələndiyini, dərhal özündə olan qeydiyyat kitabçasına baxdığını və oğurlanmış metal aralıq dayağın nömrəsinin 107 olduğunu müəyyən etdiyini, bundan sonra baş vermiş oğurluq hadisəsi barədə “X4 Şəbəkəsi” MMC-nin rəhbərliyinə məlumat verdiyini, daha sonra “X4 Şəbəkəsi” MMC-yə məxsus istismarı başa çatmış 1 ədəd metal aralıq dayağı oğurlayan şəxsin Kəlbəcər rayonu, Şurtan kəndində qeydiyyatda olmaqla, Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində “X4 Şəbəkəsi” MMC-dən daxil olmuş şikayət məktubu ilə tanış olduğunu, 2-ci qrup əlil olduğunu, buna görə pensiya aldığını, həmçinin metal alqı-satqısı ilə məşğul olduğunu, həmin metalları 5- 10 qəpiyə aldığını və Yevlax şəhərində yerləşən metal qəbulu məntəqələrinə 35-40 qəpiyə satdığını, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Təqsirləndirilən şəxs tanıdığını, onun Kəlbəcər rayonu, Şurtan kəndindən məcburi köçkün olduğunu və Ağdaş rayonu, Şıxlı kəndində ailə üzvləri ilə birlikdə yaşadığını bildiyini, bir neçə dəfə Təqsirləndirilən şəxs toyuq-cücə aldığını, Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyinin olmadığını, 23 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Ağdaş şəhərində yerləşən “Heydər Əliyev” parkının qarşısında olan zaman Təqsirləndirilən şəxs ilə qarşılaşdığını, Təqsirləndirilən şəxs ilə görüşdükdən sonra ona satılıq metal hissələrinin olduğunu bildirdiyini, həmin metal hissələrini almaq istədiyini bildirdiyini və Təqsirləndirilən şəxs Ağdaş rayonu, Şıxlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gəldiyini, həmin vaxtı Təqsirləndirilən şəxs fərdi yaşayış evində başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs ilə fərdi yaşayış evinin yanına gəldiyini, həmin vaxtı orada doğranmış və bağlı vəziyyətdə olan 10 ədəd metal parçalarının olduğunu gördüyünü və həmin metal hissələrini alacağını bildirdiyini, Təqsirləndirilən şəxs də onunla razılaşdığını, bundan sonra yük avtomobilində olan elektron tərəzini aşağı düşürdüyünü, bundan sonra həmin metal hissələrini hissə-hissə elektron tərəzidə çəkdiyini, həmin metal hissələrinin ümumi çəkisinin 5 ton olduğunu, daha sonra həmin metal hissələrini yük avtomobilinə yığdığını və Təqsirləndirilən şəxs 700 manat pul verdiyini, daha sonra sağollaşaraq getdiyini, həmin metal hissələrini Yevlax şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gətirib saxladığını və heç kimə satmadığını, daha sonra Ağdaş RPŞ-nin əməkdaşlarının ona həmin metal hissələrinin oğurluq olduğunu və “X4 Şəbəkəsi” MMC-yə məxsus olduğunu bildirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 1992-ci il tarixdə Kəlbəcər rayonu, Şurtan kəndindən məcburi köçkün gəldikdən sonra Ağdaş rayonu, Şıxlı kəndində məskunlaşdıqlarını, kənd təsərrüfatı ilə məşğul olduğunu, qazandığı pulla ailəsinin ehtiyaclarını təmin etdiyini, Təqsirləndirilən şəxs onun qardaşı olduğunu, onlarla birlikdə yaşadığını, Təqsirləndirilən şəxs səhhətində uşaqlıdan psixi pozuntuların olduğunu, Təqsirləndirilən şəxs Ağdaş RMX-də psixi qeydiyyatda olduğunu, Azərbaycan Respublikası "xxxx" ASC “X4 Şəbəkəsi” MMC-dən daxil olmuş şikayət məktubu ilə tanış olduğunu, arvadı Tovuz rayonundan olduğu üçün mütəmadi olaraq Tovuz rayonuna gedibgəldiyini, 19 oktyabr 2022-ci il tarixdə arvadı, anası və uşaqları ilə birlikdə Tovuz rayonuna getdiyini, atasının isə Kəlbəcər rayonunda yaylaqda olduğunu, evdə qardaşı Təqsirləndirilən şəxs qaldığını, 21 oktyabr 2022-ci il tarixdə anası ilə birlikdə fərdi yaşayış evinə geri qayıtdığını, həmin vaxtı fərdi yaşayış evinin həyətyanı sahəsində məftillə bağlanmış metal hissələri gördüyünü, özünün və anasının qardaşı Təqsirləndirilən şəxs həmin metal hissələrini haradan əldə etdiyini soruşduğunu, həmin vaxtı qardaşı Təqsirləndirilən şəxs metal hissələrini çöllük sahədən yığıb gətirdiyini bildirdiyini, özünün və anasının ilk əvvəl həmin metal hissələri oğurluq olmasından şübhələndiklərini, lakin qardaşı Təqsirləndirilən şəxs həmin metal hissələrini çöllük sahədən tapdığını bildirdikdən sonra özünün və anasının ona inandığını, belə ki, onların yaşadığı ərazinin ətrafının çöllük sahələrdən ibarət olduğunu və həmin sahələrdə müxtəlif növ yararsız dəmir hissələrinin olduğunu, bir neçə gün sonra qardaşı Təqsirləndirilən şəxs həmin metal hissələrini Yevlax şəhər sakini Şahid2 satdığını bildirdiyini, Şahid2 tanıdığını, belə ki, onlardan mütəmadi olaraq toyuq-cücə aldığını, həmçinin Şahid2 dəmir alqı-satqısı ilə məşğul olduğunu, qardaşının metal hissələrini hansı qiymətə satdığını onlara demədiyini, bir neçə ay sonra Ağdaş RPŞ-nin əməkdaşlarının həmin oğurlanmış metal hissələrinin oğurluq olduğunu və “X4 Şəbəkəsi” MMC-yə məxsus olduğunu bildirdiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, ƏQ-53/2023 saylı məktubundan görünür ki, 1 ədəd 5 ton çəkidə metal aralıq dayağın xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 2800 manat təşkil edir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X14 18 aprel 2023-cü il PHŞ-6-22/2-546/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X14 poliklinika şöbəsində “Uzun gedişli kəskin ifadəli depressiv davranış pozuntusu, davamlı psixotik əlamətlər və suiqəsd cəhdləri ilə” diaqnozu ilə ruhi qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 X7 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 369 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şəxsiyyətin depressiv pozuntusu xbt10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F34.1 müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər (Ağdaş RMX PHŞ-dan verilmiş xx.xx.2023-cü il tarixli arayış), verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı ünsiyyətə həvəssiz daxil olması, bu zaman verilən suallara zəif səslə, qısa və konkret cavablar verməyə çalışması, keçirilən ekspertizanın məqsədini və mahiyyətini izahatdan sonra başa düşərək ekspertizanın nəticəsinə maraq göstərməsi, əhvalının bir qədər aşağı olması,hərkətlərində lənglik, siftində qəm-kədər fadəsi aşkar edilməsi, mülahizə və mühakimələrinin bir qədər səthi olması, emosiyaları və affektiv reaksiyalarının bir qədər aşağı olması, onda monotonluğa meyillilik müşahidə edilməsi, kobud qavrama, yaddaş, təfəkkür və intellekt pozuntularının aşkar edilməməsi, psixoproduktiv simptomatika müəyyən olunmaması və s.) sübut edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən şəxsiyyətin depressiv pozuntusu xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F34.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olduğundan o, öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Şıxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 may 2023-cü il tarixli, № 5-32-12/2-195/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Şıxlı kəndində məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmaqla və yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası – xx.xx.1958-ci il təvəllüdlü X6; anası - xx.xx.1961-ci il təvəllüdlü Şahid4; bacısı – xx.xx.1986-cı il təvəllüdlü X1; bacısı – xx.xx.1990-cı il təvəllüdlü X2; qardaşı – xx.xx.1997-ci il təvəllüdlü X3; qardaşı – xx.xx.1999-cu il təvəllüdlü X5. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən istintaq zamanı dəymiş zərərin aradan qaldırılması üçün oğurlanmış əmlakın yerini bildirməklə istintaq orqanına kömək etməsi, zərərçəkmiş şəxslə “X4 Şəbəkəsi” MMC-yə dəymiş ziyanlıqla bağlı öz aralarında razılığa gəlməsini, əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, psixi xəstəliyinin olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış metal aralıq dayağın hissələri zərərçəkmiş şəxs "xxxx" ASC-nin X4 Şəbəkəsi” MMC-yə qaytarılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, oğurlanmış metal aralıq dayağın hissələri hazırda Ağdaş RPŞ-də saxlanıldığından və zərərçəkmiş şəxs "xxxx" ASC-nin X4 Şəbəkəsi” MMC-yə qaytarılması qərara alındığından, eyni əşyanın dəyərinin yenidən təqsirləndirilən şəxsdən tələb edilməsi anlaşılan deyil. Əgər oğurluq hadisəsi ilə bağlı zərərçəkmiş şəxsə başqa zərər dəymişdirsə, bununla bağlı müvafiq sübutlarını qoşmaqla yenidən ümumi qaydada mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, hazırkı iş üzrə mülki iddia MPM-in 259.0.12-ci maddəsinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış metal aralıq dayağın hissələri zərərçəkmiş şəxs "xxxx" ASC-nin X4 Şəbəkəsi” MMC-yə qaytarılsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-126/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-126/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver