Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-126/2024 23.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Abdulhüseyin oğlunun iştirakları ilə xx.xx.1985-ci ildə Ağdaş rayonunun Qaradeyin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə qayınanası Zərərçəkmiş şəxs aralarında xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən yaşadıqları evin həyətyanı sahəsində şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, mübahisə və dava-dalaş zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxsın sol qol nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla, təpiklə isə bir dəfə sol bud nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs sol bazunun orta 1/3-nin bayır səthinin sıyrığı, sol saidin orta 1/3-nin bayır səthinin qançır və sıyrığı, sol bud çanaq oynağının əzilməsi, sol bud çanaq oynağının bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olduğunu, 2015-ci ildə qeyri-rəsmi ailə həyatı qurduqlarını, yəni rəsmi nikahlarının olmadığını, birgə evliliklərindən 2 övladının dünyaya gəldiyini, əvvəllər aralarında heç bir mübahisə və dava-dalaşlarının baş vermədiyini, münasibətlərinin normal olduğunu, xx.xx.2024-cü il tarixdə təxminən axşam saat 19 radələrində işdən yaşadığı evə gəldiyini, yaşadığı evin həyətinə daxil olan zaman arvadı Ləmanın həyətdə olmasını gördüyünü, Ləmanın onu görəndə ondan ərzaq və çörək almadan evə gəlməsinin səbəbini soruşduğunu, onun da arvadı Ləmana çörəyi evdə özünün bişirməli olduğunu, üzərində pul olmadığı üçün ərzaq almadığnı bildirdiyini, həmin vaxt Ləmanın ona kobud cavab verdiyini, bu səbəbdən də aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Ləmana əsəbləşərək yumruqla iki dəfə qəsdən Ləmanın sağ və sol qol nahiyələrinə, təpiklə isə qəsdən bir dəfə Ləmanın sol bud nahiyəsinə vuraraq ona qəsdən xəsarət yetirdiyini bildirmişdir. Həmçinin, arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə və dava-dalaşın xx.xx.2024-cü il tarixdə, təxminən saat 19 radələrində, Ağdaş rayonu Qaradeyin kəndində yerləşən yaşadıqları evin həyətində baş verdiyini və mübahisə və dava-dalaşın təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialının bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) izahatında Təqsirləndirilən şəxs onun əri olduğunu, 2015-ci ildə qeyri-rəsmi ailə həyatı qurduqlarını, yəni rəsmi nikahlarının olmadığını, birgə evliliklərindən 2 övladının dünyaya gəldiyini, əvvəllər aralarında heç bir mübahisə və dava-dalaşlarının baş vermədiyini, münasibətlərinin normal olduğunu, xx.xx.2024-cü il tarixdə təxminən axşam saat 19 radələrində yaşadığı evin həyətində olarkən əri Elnurun işdən yaşadıqları evin həyətinə gəldiyini, əri Elnurdan evlərinə, övladlarına ərzaq almalı olmasını, nə üçün ərzaq almadan gəlməsinin səbəbini soruşduğunu, əri Elnurun isə ona pulunun olmadığını, gedib ərzağı onun özünün almalı olduğunu bildirdiyini, onun da əri Elnura özünün də pulunun olmadığını bildirdiyini, bu səbəbdən əri Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yarandığını, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla bir neçə dəfə qəsdən onun sağ və sol qoluna, təpiklə isə bir dəfə qəsdən onun sol bud nahiyəsinə vuraraq ona qəsdən xəsarət yetirdiyini, özünün də buna görə əsəbləşərək Azərbaycan Respublikası DİN-in “102” xidmətinə və Ağdaş RPŞ-yə müraciət edərək məlumat verdiyini bildirmişdir. Həmçinin o izahatında əri Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə və dava-dalaşın xx.xx.2024-cü il tarixdə, təxminən saat 19 radələrində, Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən yaşadıqları evin həyətində baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt yanlarında heç bir kəsin olmadığını, onları heç bir kəsin görmədiyini, səs-küyə heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 281 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sol bazunun orta 1/3nin bayır səthinin sıyrığı, sol saidin orta 1/3-nin bayır səthinin qançır və sıyrığı, sol bud çanaq oynağının əzilməsi, sol bud çanaq oynağının bayır səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxs onunla barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin onun barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-126/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-126/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver