Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-127/2021 13.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Böyük Pirəli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qəbələ rayonu, Böyük Pirəli qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına 13 oktyabr 2021-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, Qəbələ rayonu Böyük Pirəli kəndində qeydiyyatda olan, Ağdaş şəhəri M.İsayev küqçəsi ev-49/5 ünvanında yaşayan Zərərçəkmiş şəxs qızı ilə əri Təqsirləndirilən şəxs arasında 08.09.2021-ci il tarixdə gecə saat 02:00 radələrində ünvan 2 ünvanında yerləşən kirayə yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs əsəbləşərək yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət, baş, sağ qol və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona qəsdən - sağ bazu oynağının əzilməsi, sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırları, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 08.09.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə qurduqlarını, Zərərçəkmiş şəxs onun ikinci arvadı olduğunu, onun da Zərərçəkmiş şəxs ikinci əri olduğunu, əvəllər arvadı Zərərçəkmiş şəxs ilə çox mehriban yaşadıqlarını, Zərərçəkmiş şəxs ilə birgə nikahlarından bir övladlarının dünyaya gəldiyini, təxminən bir aya yaxın müddətdir ki, arvadı Mətanət ilə birlikdə ünvan 2 ünvanında kirayədə yaşadıqlarını, 07.09.2021-ci il tarixdən 08.09.2021-ci il tarixə keçən gecə təxminən saat 00:30 radələrində ünvan 2 ünvanında yerləşən kirayə yaşadıqları evə gəldiyini, həmin vaxt sərxoş olmadığını, evə daxil olduqdan sonra yəni 08.09.2021-ci il tarixdə gecə təxminən saat 02:00 radələrində arvadı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona mesaj gəldiyini, arvadı Mətanətin mobil telefonuna baxmaq üçün Mətanətdən telefonu istədiyini, lakin arvadı Mətanətin istifadəsində olan mobil telefonu baxmaq üçün ona verməkdən imtina etdiyini, həmin vaxt arvadı Mətanətdən ona mesaj yazan şəxsin kim olmasını soruşduğunu, arvadı Mətanətin də ona “ mənim kiminlə danışmağımın sənə dəxli yoxdur” dediyini, buna görə də, arvadı Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əsəbləşərək Zərərçəkmiş şəxs yaxınlaşaraq qəsdən yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət, baş, sağ qol və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona qəsdən xəsarət yetirdiyini, arvadı Zərərçəkmiş şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın 08.09.2021-ci il tarixdə, gecə təxminən saat 02:00 radələrində ünvan 2 ünvanında yerləşən kirayə yaşadıqları evdə baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini göstərmişdir. Məhkəmədə son sözündə əməldən səmimi olaraq peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu,Təqsirləndirilən şəxs ilə 2017-ci ildə ailə qurduqlarını, Təqsirləndirilən şəxs onun ikinci əri olduğunu, Təqsirləndirilən şəxs ilə ailə qurandan sonra əvəllər çox mehriban yaşayırdıqlarını, birgə nikahlarından bir övladlarının dünyaya gəldiyini, təxminən bir aya yaxın müddətdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdə kirayə yaşadıqlarını, 07.09.2021-ci il tarixdən 08.09.2021-ci il tarixə keçən gecə təxminən saat 02:00 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları evə sərxoş vəziyyətdə gəldiyini, Pərvizin evə sərxoş vəziyyətdə gəlməsinə görə əri Təqsirləndirilən şəxs iradını bildirdiyini, ona yaşadıları evə sərxoş gəlməməsini bildirdiyini, həmin vaxt əri Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona “əxlaqsız “ dediyini, buna görə də, əri Təqsirləndirilən şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla bir neçə dəfə onun sifət, baş, sağ qol və bədəninin müxtəlif nahiyələrinə yumruqla qəsdən vuraraq ona xəsarət yetirdiyini, davadalaşdan bir neçə dəqiqə sonra Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edib əri Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat verdiyini, daha sonra polis əməkdaşlarının onun ünvanına gəldiklərini, onun da əri Təqsirləndirilən şəxs onu döyməsi barədə şikayət ərizəsi yazmasını bildirmişdir. Həmçinin o, izahatında əri Təqsirləndirilən şəxs ilə onun arasındakı mübahisə və dava-dalaşın 08.09.2021-ci il tarixdə, gecə təxminən saat 02:00 radələlərində ünvan 2 ünvanında yerləşən kirayə yaşadıqları evdə baş verdiyini, təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini göstərmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olmasını nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin 08.09.2021-ci il tarixli, 577 nömrəli rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – sağ bazu oynağının əzilməsi, sağ bazunun aşağı 1/3-nin ön səthinin qançırları, küt ələt təsirindən törənmiş, törənmə müddətləri 08.09.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyinin 08.09.2021-ci il tarixli, 576 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşakar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qəbələ RMX-na sorğu məktubu görünür ki, 23.09.2021-ci il tarixli, 3/962 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Qəbələ rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən DİN BƏSİİ-in tələbnaməsindən görünür ki, 13.09.2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 21.01.2016-cı ildə Ağdaş RPŞ-si tərəfindən Azərbaycan Respublikası CM-in 177-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 21.01.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Qəbələ rayon İHB Böyük Pirəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunduğu qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Qəbələ rayon İHBnın Böyük Pirəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Qəbələ rayonu, Böyük Pirəli kəndində yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Zərərçəkmiş şəxs- yoldaşı; 2020-ci il təvəllüdlü X1r. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın cinayət əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs oğlu iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə edə bilmədiyinə görə iş üzrə icraata xitam verilə və Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində bir az yaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - ictimai işlər növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəkməli, ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən X6 Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 10 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmiş və məhkəmə xərci yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, ona 300 saat ictimai işlər cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş ictimai işlər cəzasını yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi yerlərdə çəksin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasının əvvəli ictimai işlərə cəlb edildiyi vaxtdan hesablansın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 10 saat hüquqi xidmətə görə 60 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil X2 "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-127/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-127/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver