Məhkəmə qərarları › İş №1(014)-127/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-127/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-127/2022 17.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2003-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta ixtisas təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Ağdaş şəhəri H.Əliyev prospektində mərkəzi bazarın qarşısında yerləşən lotereya satışı köşkündən zərərçəkmiş şəxsə məxsus 12 fevral 2022-ci il tarixdə 65 manat dəyərində, 13 fevral 2022-ci il tarixdə 285 manat dəyərində, 14 fevral 2022-ci il tarixdə 200 manat dəyərində, 15 fevral 2022ci il tarixdə 350 manat dəyərində, 16 fevral 2022-ci il tarixdə 100 manat dəyərində, 17 fevral 2022-ci il tarixdə 100 manat dəyərində 1, 2, 5 və 10 manatlıq və 18 fevral 2022-ci il tarixdə 12 manat dəyərində 6 ədəd 2 manatlıq “Şans Ulduzu” lotereyalarını qanunsuz olaraq gizli talayıb oğurlamaqla, zərərçəkmiş şəxsə vahid niyyətlə ümumilikdə 1112 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, Şahid1 tanıdığını, Vahidin Ağdaş şəhəri H.Əliyev prospektində Ağdaş rayon bazarının yaxınlığında lotereya biletlərinin satışı köşkündə lotereya satışı ilə məşğul olduğunu, 2022-ci ilin yanvar ayının axırlarında bir neçə dəfə Tahirdən lotereya aldığını və bu zaman heç uduş qazancı olmadığını, bir neçə gün belə davam etdikdən sonra bütün pullarını lotereyada uduzduğunu, yenə də lotereya alıb qazanmaq və uduzduğu pulları geri qaytarmaq istədiyi üçün Tahirin lotereya bileti köşkündən lotereya oğurlamaq qərarına gəldiyini, 2022-ci ilin fevral ayının ortalarında yenə də Tahirin lotereya bileti satışı köşkünün yanına getdiyini və bu zaman Tahirə bir lotereyanın pulunu verərək lotereyanı özü seçmək istədiyini bildirdiyini, Tahirin ona lotereya bağlamasını verərək özünün seçməyini bildirdiyini və bu zaman özü gedib kənarda oturduğunu, özü də bağlamadan bir lotereya seçdikdən sonra bir neçəsini də gizlin götürüb cibinə qoyduğunu, lakin Tahirin bunu görmədiyini, Tahirdən pulla aldığı bir ədəd lotereyanı Tahirin özünün yanında pozduğunu və yenə də heç bir uduş çıxmadığını, sonra oradan yaşadığı evə gedən zaman digər lotereyaları da yolda pozduğunu, lakin həmin lotereyalardan da heç bir uduş çıxmadığını, bu minvalla bir neçə gün ərzində Tahirin yanına gedərək bir lotereyanın pulunu Tahirə verdiyini və özü seçmək istədiyini bildirərək oradan bir neçə lotereya da gizlin götürdüyünü, həmin lotereyaların içərisində 1, 2, 5 və 10 manatlıq lotereyalar olduğunu, xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Tahirin lotereya satdığı yerə getdiyini, həmin vaxt Tahirdən bir bağlama “Şans Ulduzu” lotereyası götürdüyünü, həmin vaxt ona heç kimin baxmadığına əmin olduqdan sonra bağlamadakı lotereya biletlərindən 5 ədədini tez cibinə qoyaraq oğurladığını, daha sonra bağlamanı yerinə qoyduğunu və oradan əlavə 1 ədəd lotereya biletini götürdüyünü və həmin 1 ədəd lotereya biletinin pulunu Tahirə verdiyini, həmin vaxt sonradan adının Vasif olduğunu və Tahirin müdiri olduğunu öyrəndiyi şəxsin ona yaxınlaşdığını və ona lotereya biletlərini oğurlamağını söylədiyini və həmin vaxt əynində olan gödəkçənin sağ iç cibindən oğurladığı lotereya biletlərini çıxardığını, özü də həmin vaxt həmin biletləri oğurlamağını etiraf etdiyini, bu zaman Tahir və Vasifin ondan polisə şikayət edəcəyini söylədiklərini, onlara məxsus dəqiq miqdarını bilmədiyi miqdarda lotereya oğurladığını etiraf etdiyini, lakin həmin lotereyaların 1100 manat dəyərində olmasını bilmədiyini, çünki oğurladığı lotereyaların hesabatını aparmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, Şahid1 tanıdığını, Tahirin onun işçisi olduğunu, Ağdaş şəhəri H.Əliyev prospekti ünvanında, yəni Ağdaş rayon bazarının yaxınlığında lotereya biletlərinin satışı ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə Tahirin ona xx.xx.2022-ci il tarix və xx.xx.2022-ci il tarixləri arası ümumilikdə 1100 manat lotereya biletlərinin satışından kəsirinin qalmasını söylədiyini və satdığı lotereya biletlərinin oğurlana biləcəyindən şübhələndiyini bildirdiyini, belə ki, Tahirin ona xx.xx.2022-ci il tarixdə 65 manat, xx.xx.2022-ci il tarixdə 285 manat, xx.xx.2022ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə isə 100 manat olmaqla ümumilikdə 1100 manat lotereya biletlərinin satışından kəsiri qalmasını aşkar etdiyini, özünün də Tahirə gün ərzində lotereya satışı zamanı köşkün yaxınlığında durub lotereya satışlarını izləyəcəyini söylədiyini, xx.xx.2022-ci il tarixdə dediyi kimi də etdiyini, həmin vaxt digər işçisi Şahid2 da ona kömək etdiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində Tahirin daimi müştərisi Təqsirləndirilən şəxs köşkə yaxınlaşdığını və lotereya biletləri olan bağlamanı görürüb biletlərə baxmağa başladığını, həmin vaxt Tahirin arxası Firuduna tərəf olduğunu, bu zaman Firudunun əlindəki lotereya bağlamasından bir neçə bileti götürüb əynindəki gödəkçəsinin sağ iç cibinə qoymasını gördüyünü, özünün də həmin vaxt Firuduna yaxınlaşdığını və onun bağlamadan lotereya biletləri oğurlamasını söylədiyini və Firudunun əynindəki gödəkçənin iç sağ cibindən 6 ədəd hər biri 2 manat olan “Şans Ulduzu” lotereya bileti çıxardığını, daha sonra isə Şahid1 bu barədə polis şöbəsinə müraciət etdiyini, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Tahirə məxsus 12 manat dəyərində lotereya biletini oğurlamasını aşkar etdiyini, həmçinin 12, 13, 14, 15, 16, 17 və xx.xx.2022-ci il tarixlərdə də Təqsirləndirilən şəxs tez-tez Şahid1 lotereya köşkünün yanında olmasını, onun həmin lotereya köşkündən lotereyaları sərbəst şəkildə seçməsi üçün götürməsini gördüyünü, bu səbəblə də Təqsirləndirilən şəxs həmin lotereya köşkündən lotereyaları sərbəst şəkildə seçməsi üçün götürən zaman lotereyaları oğurladığını fikirləşdiyini, oğurluq nəticəsində ona təxminən 1100 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda ona dəymiş zərərin tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, Ağdaş şəhəri H.Əliyev prospekti ünvanında, Ağdaş rayon bazarının yaxınlığında lotereya biletlərinin satışı ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə axşam saatlarında lotereya satışlarının hesabını apararkən 65 manat kəsirinin qaldığını gördüyünü, həmçinin bundan sonra xx.xx.2022-ci il tarixdə 285 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 350 manat xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə isə 100 manat olmaqla ümumilikdə 1100 manat lotereya biletlərinin satışından kəsiri qalmasını aşkar etdiyini, bu zaman satdığı lotereya biletlərinin oğurlana biləciyindən şübhələndiyini, daha sonra müdiri Zərərçəkmiş şəxs bu barədə məlumat verdiyini, Vasifin də ona gün ərzində lotereya satışı zamanı köşkün yaxınlığında durub lotereya satışlarını izləyəcəyini söylədiyini, xx.xx.2022-ci il tarixdə Vasif dediyi kimi etdiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində daimi müştərisi Təqsirləndirilən şəxs köşkə yaxınlaşdığını və lotereya biletləri olan bağlamanı götürüb biletlərə baxmağa başladığını, həmin vaxt arxasını Firuduna tərəf çevirdiyini, bu zaman Vasifin Firuduna yaxınlaşdığını və onun bağlamadan lotereya biletləri oğurlamasını söylədiyini, həmin vaxt Vasif Firudunun əynindəki gödəkçənin iç sağ cibindən 6 ədəd hər biri iki manat olan “Şans Ulduzu” lotereya bileti çıxardığını, daha sonra isə bu barədə polis şöbəsinə müraciət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 tanıdığını, Tahirin onun iş yoldaşı olduğunu, özünün Tahir kimi lotereya biletlərinin satışı ilə məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə müdiri Zərərçəkmiş şəxs ona 12 və 17 fevral 2022-ci il tarixləri arası Tahirin ümumilikdə 1100 manat lotereya biletlərinin satışından kəsirinin qalmasını söylədiyini və Tahirin satdığı lotereya biletlərinin oğurlana biləciyindən şübhələndiyini bildirdiyini, Vasifin ona gün ərzində lotereya satışı zamanı köşkün yaxınlığında durub Tahirin lotereya satışlarını izləyəcəyini söylədiyini və ona kömək etməyini xahiş etdiyini, xx.xx.2022-ci il tarixdə Vasif dediyi kimi etdiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 11:00 radələrində daimi müştərisi Təqsirləndirilən şəxs köşkə yaxınlaşdığını və lotereya biletləri olan bağlamanı görürüb biletlərə baxmağa başladığını, həmin vaxt Tahirin arxasının Firuduna tərəf olduğunu, bu zaman Vasif Firuduna yaxınlaşdığını və onun bağlamadan lotereya biletləri oğurlamasını söylədiyini, həmin vaxt Vasif Firudunun əynindəki gödəkçənin iç sağ cibində 6 ədəd hər biri iki manat olan “Şans Ulduzu” lotereya bileti çıxardığını, daha sonra isə Şahid1 bu barədə polis şöbəsinə müraciət etdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 senyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 senyabr 2022-ci il tarixli, № 1860 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi 26 saylı evdə qeydiyyatda olmaqla, Ağdaş şəhəri, 20 Yanvar küçəsində yaşamaqla ailə tərkibi X3 və Təqsirləndirilən şəxs ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Yusifov X1 Vasif İlqar oğluna vurduğu 1100 manat dəyərində middi ziyanı tam ödəmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə məhkum olunmasını, dəymiş zərəri tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 6 ədəd “Şans Ulduzu” lotereyalarının Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalı və Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 15 % pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 6 ədəd “Şans Ulduzu” lotereyalarının Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın və Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar