Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-127/2023 21.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə 02 avqust 1979-cu ildə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 torpaq sahəsinin təyinatını dəyişdirəcəyi vədini verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs2 tərəfindən 05 aprel 2022-ci il tarixdə Ağdaş şəhər ərazisində yerləşən “Heydər Əliyev” parkının qarşısında ona verilmiş 715 manat pulu ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 715 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs1 torpaq sahəsinin sənədini düzəldəcəyinə dair yalan vədlər verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 tərəfindən 31 avqust 2022-ci il tarixdə Ağdaş şəhəri, Heydər Əliyev prospektində ona verilmiş 2600 manat pulu ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 2600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində 2014-cü il tarixdən xx.xx.2022-ci il tarixə kimi ünvan 1 bələdiyyəsində mühasib vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdən həmin vəzifədən azad olunduğunu, hal-hazırda heç bir yerdə işləmədiyini, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə müraciəti və Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Zərərçəkmiş şəxs2 tanıdığını, özünün Ağdaş rayonu, Yeniarx kənd sakini olduğunu, hal-hazırda Bakı şəhərində yaşadığını, Zərərçəkmiş şəxs2 ilə aralarında heç bir ədavət və düşmənçiliyinin olmadığını, 2022-ci ilin aprel ayında Ağdaş şəhər ərazisində bir neçə dəfə Zərərçəkmiş şəxs2 ilə görüşdüyünü, söhbət zamanı Zərərçəkmiş şəxs2 Ağdaş rayonu, Yeniarx kəndi ərazisində 2 hektar torpaq sahəsini icarəyə götürdüyünü, həmin torpaq sahəsinin örüş təyinatlı olduğunu və həmin torpaq sahəsinin təyinatını dəyişib subsidiya almaq istədiyini bildirdiyini, özünün maddi vəziyyətində həmin vaxtı çətinliklər olduğunu, öz-özlüyündə fikirləşib Zərərçəkmiş şəxs2 vəzifədə işləyən tanışlarının olduğunu deməsi və onu aldadıb dələduzluq yolu ilə pulunu ələ keçirməsinə dair qərara gəldiyini, bundan sonra Zərərçəkmiş şəxs2 torpaqla bağlı məsələni həll edəcəyini bildirdiyini, Zərərçəkmiş şəxs2 da torpaqla bağlı məsələni necə həll edəcəyini soruşduğunu, vəzifədə işləyən tanışlarının olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs2 da onunla razılaşdığını, 05 aprel 2022-ci il tarixdə səhər saatlarında mobil telefon ilə Zərərçəkmiş şəxs2 zəng edərək Ağdaş rayonu, Mürsəl kəndi ərazisində Yevlax Daşınmaz Əmlakın Reyestri Xidmətinin işçiləri ilə birlikdə olduğunu və istəyərsə sənəd işlərini həll edəcəyini bildirdiyini, Zərərçəkmiş şəxs2 da onunla razılaşdığını, Zərərçəkmiş şəxs2 torpağın sənədləşmə işi ilə bağlı hansı məbləğdə pul lazım olduğunu soruşduğunu, 715 manat pul lazım olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs2 da onunla razılaşdığını və həmin pulu harada verəcəyini soruşduğunu, həmin pulu Ağdaş şəhər “Heydər Əliyev” parkının qarşısında ona verməsini istədiyini, 05 aprel 2022-ci il tarixdə saat təxminən 13 radələrində Ağdaş şəhər “Heydər Əliyev” parkının qarşısında Zərərçəkmiş şəxs2 ilə görüşdüyünü və Zərərçəkmiş şəxs2 ona 715 manat pul verdiyini, həmin vaxtı onların yanında başqa heç kimin olmadığını, Zərərçəkmiş şəxs2 715 manat pulu aldıqdan sonra 2-3 ay ərzində torpağın sənədləşmə işini həll edəcəyini bildirdiyini və sağollaşaraq getdiyini, Zərərçəkmiş şəxs2 aldığı pulu öz şəxsi ehtiycaları üçün xərclədiyini və onun torpaqla bağlı sənədləşmə işini həll etmədiyini, bundan başqa Zərərçəkmiş şəxs1 Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Zərərçəkmiş şəxs1 tanıdığını, Ağdaş şəhər ərazisində qızıl-zinət əşyaları mağazasında satıcı işlədiyini, həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs1 ilə ünsiyyəti yarandığını, Zərərçəkmiş şəxs1 ilə heç bir ədavət və düşmənçiliyinin olmadığını, 2022-ci ilin avqust ayının ortalarında Ağdaş şəhərində olan zaman Zərərçəkmiş şəxs1 ona mobil telefon ilə zəng edərək Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yolun kənarında yerləşən ərazidə 5 sot torpaq sahəsi almaq istədiyini bildirdiyini, Zərərçəkmiş şəxs1 onunla birlikdə kənd bələdiyyəsinin sədrinin yanına getməyini istədiyini, onunla razılaşdığını, 2022-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs1 ilə birlikdə Ağdaş rayonu, Yuxarı Qəsil kənd bələdiyyəsinin sədrinin yanına getdiyini, söhbət zamanı kənd bələdiyyəsinin sədrinin həmin torpaq sahəsindən yüksək gərginlikli elektrik dirəyinin keçdiyini, lakin həmin elektrik dirəyinin istismarının başa çatdığını bildirdiyini, Zərərçəkmiş şəxs1 fikirləşib dəqiq məlumat verəcəyini dediyini və kənd bələdiyyəsindən onunla birlikdə çıxdığını, maddi vəziyyətində həmin vaxtı çətinliklər olduğundan öz-özlüyündə fikirləşib Zərərçəkmiş şəxs1 vəzifədə işləyən tanışlarının olduğunu deməsi və onu aldadıb dələduzluq yolu ilə pulunu ələ keçirməsi qərarına gəldiyini, bundan sonra Zərərçəkmiş şəxs1 vəzifədə işləyən tanışlarının olduğunu və torpaq işi ilə bağlı sənədləşmə işini həll edəcəyini dediyini və bunun üçün 2600 manat pul lazım olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs1 də onunla razılaşdığını, Zərərçəkmiş şəxs1 zəng edib xəbər edəcəyini və həmin vaxtı pulu ona verəcəyini bildirdiyini, 31 avqust 2022ci il tarixdə səhər saat 11:00 radələrində Zərərçəkmiş şəxs1 mobil telefon ilə zəng etdiyini və 2600 manat pulu istədiyini, 31 avqust 2022-ci il tarixdə Ağdaş şəhər, Heydər Əliyev prospektində Zərərçəkmiş şəxs1 ilə görüşdüyünü və ona 2600 manat pul verdiyini, Zərərçəkmiş şəxs1 ona 2600 manat pulu verən zaman yanlarında başqa heç kimin olmadığını, 2600 manat pulu aldıqdan sonra sənədləşmə işini 1 aya həll edəcəyini bildirdiyini və sağollaşaraq Zərərçəkmiş şəxs1 yanından getdiyini, Zərərçəkmiş şəxs1 aldığı 2600 manat pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini və onlarla barışdığının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəngi və xx.xx.2022ci il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciəti etdiyini, Təqsirləndirilən şəxs 2017-ci il tarixdən tanıdığını, əvvəllər Təqsirləndirilən şəxs Ağdaş rayon Aşağı Zeynəddin kənd bələdiyyəsində mühasib işlədiyini, onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyinin olmadığını, 2017-ci ilin yay aylarında Ağdaş rayon Yeniarx kənd bələdiyyəsindən 15 illik müddətinə 2 hektar torpaq sahəsini icarəyə götürdüyünü, həmin torpaq sahəsinin örüş təyinatlı olduğunu, özü Bakı şəhərində olduğu üçün qardaşının həmin torpaq sahəsində əkin işləri həyata keçirdiyini, həmin ili də torpaq sahəsinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən subsidiya verildiyini, lakin Kənd Təsərrüfatı Nazirliyinin növbəti il həmin torpaq sahəsinin təyinatı dəyişməsə subsidiya verməyəcəyini bildirdiyini, həmin vaxtlar Təqsirləndirilən şəxs ilə Ağdaş şəhər ərazisində bir neçə dəfə görüşüb Ağdaş rayonu, Yeniarx kəndi ərazisində 2 hektar torpaq sahəsini icarəyə götürdüyünü, həmin torpaq sahəsinin örüş təyinatlı olduğunu və həmin torpaq sahəsinin təyinatını dəyişib subsidiya almaq istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs da torpaqla bağlı məsələni həll edəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs torpaqla bağlı məsələni necə həll edəcəyini soruşduğunu, Təqsirləndirilən şəxs da vəzifədə işləyən tanışlarının olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs ilə razılaşdığını, bir müddət sonra atası vəfat etdiyi üçün torpaq ilə bağlı işlərinin ləngidiyini, 05 aprel 2022-ci il tarixdə Ağdaş şəhərində olan zaman Təqsirləndirilən şəxs ona mobil telefon ilə zəng edərək Ağdaş rayonu, Mürsəl kəndi ərazisində Yevlax Daşınmaz Əmlakın Reyestri Xidmətinin işçiləri ilə birlikdə olduğunu və istəyərsə sənəd işlərini həll edəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs ilə razılaşdığını, Təqsirləndirilən şəxs torpağın sənədləşmə işi ilə bağlı 715 manat pul lazım olduğunu bildirdirdiyini, Təqsirləndirilən şəxs ilə razılaşdığını və həmin pulu harada verəcəyini soruşduğunu, Təqsirləndirilən şəxs da həmin pulu Ağdaş şəhər “Heydər Əliyev” parkının qarşısında ona verməsini istədiyini, onunla razılaşdığını və 05 aprel 2023-cü il tarixdə saat təxminən 13 radələrində Ağdaş şəhər “Heydər Əliyev” parkının qarşısında Təqsirləndirilən şəxs ilə görüşdüyünü və ona 715 manat pul verdiyini, həmin vaxtı onların yanında başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra 2-3 ay ərzində torpağın sənədləşmə işini həll edəcəyini bildirdiyini və sağollaşaraq getdiyini, həmin vaxtdan 2-3 ay keçsə də Təqsirləndirilən şəxs torpağın sənədləşmə işini həll etmədiyini, mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə saxladığını və görüşdüyünü, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirdiyini, daha sonra Təqsirləndirilən şəxs onun 715 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyindən əmin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində heç bir yerdə işləmədiyini, Təqsirləndirilən şəxs 4-5 ildir ki, tanıdığını, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs əvvəllər ünvan 1 bələdiyyəsində işlədiyini, 2022-ci ilin avqust ayında Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yolun kənarında yerləşən ərazidə 5 sot torpaq sahəsi almaq istədiyini, həmin torpaq sahəsində ərzaq mağazası tikmək istədiyini, özünün Təqsirləndirilən şəxs ilə ünsiyyəti olduğu üçün 2022-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs mobil telefonu ilə zəng etdiyini və söhbət zamanı ona Yuxarı Qəsil kənd ərazisində yolun kənarında torpaq sahəsi almaq istədiyini bildirdiyini və onunla birlikdə bələdiyyə sədrinin yanına getmək istədiyini, Təqsirləndirilən şəxs da onunla razılaşdığını, 2022-ci ilin avqust ayının ortalarında dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Ağdaş rayon Yuxarı Qəsil kənd bələdiyyəsinin sədrinin yanına getdiklərini, söhbət zamanı kənd bələdiyyəsinin sədrinin həmin torpaq sahəsindən yüksək gərginlikli elektrik dirəyinin keçdiyini, lakin həmin elektrik dirəyinin istismarının başa çatdığını bildirdiyini, həmçinin həmin topraq sahəsinin sənədlərində problem olduğunu bildirdiyini, fikirləşib dəqiq məlumat verəcəyini bildirdiyini və kənd bələdiyyəsindən Təqsirləndirilən şəxs ilə birlikdə çıxdığını, söhbət zamanı Təqsirləndirilən şəxs vəzifədə işləyən tanışlarının olduğunu və torpaq işi ilə bağlı sənədləşmə işini həll edəcəyini bildirdiyini və bunun üçün 2600 manat pul lazım olduğunu dediyini. Təqsirləndirilən şəxs ilə razılaşdığını, Təqsirləndirilən şəxs ona zəng edib xəbər edəcəyini və həmin vaxtı pulu ona verəcəyini bildirdiyini, 31 avqust 2022-ci il tarixdə səhər saat 11:00 radələrində fərdi yaşayış evində olan zaman Təqsirləndirilən şəxs ona mobil telefon ilə zəng etdiyini və 2600 manat pul istədiyini, 31 avqust 2022-ci il tarixdə Ağdaş şəhəri, Heydər Əliyev prospektində Təqsirləndirilən şəxs ilə görüşdüyünü və ona 2600 manat pul verdiyini, Təqsirləndirilən şəxs 2600 manat pulu verən zaman onların yanında başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs 2600 manat pulu aldıqda sonra sənədləşmə işini 1 aya həll edəcəyini bildirdiyini, 1 ay gözlədiyini və mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə saxladığını, Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirdiyini, Təqsirləndirilən şəxs onun torpaqla bağlı sənədləşmə işini həll etmədiyini, Təqsirləndirilən şəxs pulunu geri istəsə də pulunu geri qaytarmadığını, Təqsirləndirilən şəxs pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. Ağdaş RPŞ-nin icraatında onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə (CM-in 73-1.1-ci maddəsi) əsasən rədd edilib. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32-12/2-322/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1i ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: arvadı – 1984-cü il təvəllüdlü X1, qızı – 2008-ci il təvəllüdlü X3 və oğlu 2012-ci il təvəllüdlü X2 ibarətdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-1012/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X7 poliklinika şöbəsində ruhi-əsəb və narkolofi xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxslərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən biri azyaşlı olmaqla himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını bildirməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onu mənfi səciyyələndirən hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-127/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-127/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver