Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-127/2024 22.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X12 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Ağdaş rayonu, Yeniarx kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 3 azyaşlı övladı olan, Ağdaş rayonu, Yeniarx kəndində qeydiyyatda olmaqla Ağdaş rayonu, Aşağı Qobuüstü kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixə keçən gecə saat 02:00 radələrində Ağdaş rayonu, Aşağı Qobüstü kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində baş vermiş, mübahisə və dava-dalaş zamanı arvadı Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruqla iki dəfə qəsdən vurmuş və Zərərçəkmiş şəxs burun sümüyünün sınığı, sağ gözaltı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözaltı nahiyənin qançırı, törənmə müddətləri 14 iyun 2024-cü il tarixə uyğun gələn sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilərək, ifadə verməkdən imtina etsə də, verilən suallara cavab olaraq bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onların birgə nikahlarından üç azyaşlı övladları vardır. 13 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixə keçən gecə saat 02:15 radələrində Aygülün mobil telefonuna tanımadığı nömrədən zəng gəldiyindən Zərərçəkmiş şəxs ilə aralarında qısqanlıq zəminində dava-dalaş baş vermiş, əsəbləşdiyindən Aygülün üz nahiyyəsindən iki dəfə sillə ilə vurmuşdur. Zərərçəkmiş şəxs ilə barışmaq üçün təşəbbüs göstərmiş, lakin Aygül razılaşmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, əri Təqsirləndirilən şəxs ilə 2013-cü ildə evlənmişlər, birgə nikahlarından üç övladları doğulmuşdur. Əvvəllər əri Təqsirləndirilən şəxs ilə aralarında hər hansı mübahisə və dava-dalaş olmamışdır. 13 iyun 2024-cü il tarixdən 14 iyun 2024-cü il tarixə keçən gecə saat 02 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları evdə olarkən həmin vaxt “Whatsapp” sosial şəbəkəsindən tanımadığı nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəldiyini əri Təqsirləndirilən şəxs görmüş və ondan “niyə zəngə cavab vermirsən deyə” soruşmuşdur. O, da tanımadığı nömrə olduğuna görə həyəcanlanaraq zəngi açmamış, əri Təqsirləndirilən şəxs zəngi açdığında həmin zəngdə danışan şəxsin kişi olduğunu eşidib onun üstünə qışqırmış və “mənə xəyanət edirsən” demişdir. O, da özünü itirdiyi üçün əri Təqsirləndirilən şəxs cavab verə bilməmiş, əri Təqsirləndirilən şəxs xəyanətə uğradığını zənn etdiyi üçün onun üstünə qışqırmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əri Təqsirləndirilən şəxs qəsdən onun üz nahiyəsindən iki dəfə yumruq ilə vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs ilə ailə münasibətlərini bərpa etmək fikri yoxdur, lakin hazırki iş üzrə Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Niyazi qızı ifadəsində bildirdi ki, qızı Zərərçəkmiş şəxs 2013-cü ildə Təqsirləndirilən şəxs ilə evlənmişlər və birgə nikahlarından üç övladları doğulmuşdur. 14 iyun 2024-cü il tarixdə saat 09 radələrində gəlinləri Şahid2 ona zəng edərək, qızı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini bildirmiş, həmin vaxt Bakı şəhərində olmuş, hadisəni eşidib dərhal Ağdaş rayonuna gəlmişdir. Yolda olan zaman qızı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə DİNin 102 xidmətinə məlumat vermişdir. Həmin tarixdə günorta saatlarında Şahid2 ilə birlikdə qızı Zərərçəkmiş şəxs yaşadığı ünvana gəlib onun səhhəti ilə maraqlanmış, həmin vaxt qızı Zərərçəkmiş şəxs üz nahiyəsində ciddi xəsarətlər olduğunu görmüş və onu “Ağdaş rayon mərkəzi xəstəxanası”na aparmışdır. Bundan sonra qızı Zərərçəkmiş şəxs hadisə barədə Ağdaş rayon Polis Şöbəsinə məlumat verərək şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında Şahid1 verilən suallara cavab olaraq bldirdi ki, qızı Aygül Əbilov dəfələrlə Təqsirləndirilən şəxs tərəfindən döyülmüş, təhqirlərə məruz qalmış, lakin qızının üç övladı olduğundan Rahibdən şikayətçi olmamışdır. Aralarında baş vermiş mübahisəyə səbəb qızının telefona yad nömrədən zəng gəlməsi olmuş, qızı ilə danışmış və həmin zəngin kim tərəfindən edilməsi barədə məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə tibbi-ekspertizasının 15 iyun 2024-cü il tarixli, 287 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – burun sümüyünün sınığı, sağ gözaltı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözaltı nahiyənin qançırı küt alət təsirindən törənmiş, törənmə müddətləri 14 iyun 2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 25 iyun 2024cü il tarixli, 18-1-22/2-888/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Yeniarx kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddələrinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Ağdaş rayon X9 Bölməsinin təhqiqatçısı Elçin Mütəllimov tərəfindən qəbul edilmiş 28 iyul 2023-cü il tarixli “Cinayət təqibinə xitam verilməsi haqqında” qərarın surətindən görünür ki, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yaşayan X4 müraciəti əsasında toplanmış ********* nömrəli material üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddələrinə əsasən xitam verilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli, 5-32-12/2-348/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Aşağı Qobuüstü kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi – arvadı xx xxxxx 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, övladları 21 sentyabr 2014-cü il təvəllüdlü X5, 05 dekabr 2015-ci il təvəllüdlü X10, 21 avqust 2019-cu il təvəllüdlü X6 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, məhkəmə-tibbi ekspertizasının 15 iyun 2024-cü il tarixli, 287 nömrəli rəyini, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında yekun protokolun baxılması nəticələrinə əsaslanaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Məhkəmə baxışı zamanı elan edilərək tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Ağdaş rayon X9 Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilən 28 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, şikayətçi X4 döyülərək xəsarət almasına görə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığından, toplanmış material üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, Qanunvericiliyin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı aradan qaldırması əsası ilə o, təkrarən cinayət məsuliyyətindən azad oluna bilməz və onun zərərçəkmiş şəxslə barışması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə qəsdən törədilən böyük icimai təhlükə törətməyən cinayətdir. Digər tərəfdən, cəza təyinatında mütləq nəzərə alınmalıdır ki, himayəsində üç azyaşlı övladının olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır və onun cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və onun cəmiyyətdən təcrid olunmadan da islah olunmasının mümkünlüyü qənaətinə gələrək, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmçinin, hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 11 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 66 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB**********60003436 60, VÖEN ********** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, gündə dörd saatdan çox olmamaqla 320 (üç yüz iyirmi) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 66 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB**********60003436 60, VÖEN ********** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №1(014)-127/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-127/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver