Məhkəmə qərarları › İş №1(014)-128/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-128/2023

14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-128/2023 14.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə ünvan 1iin anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 1ində yaşayan X3 ilə arvadı Zərərçəkmiş şəxs aralarında xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağdaş rayonu Ovculu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs Ağdaş rayonu Ovculu kəndində yerləşən yaşadığı evin eyvanında şəxsi münasibətlər zəminində döyərək ona sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Bununla da X3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək izahatında Zərərçəkmiş şəxs onun arvadı olduğunu, onların 13 ildir ki, ailə həyatı qurduqlarını, iki qız övladlarının olduğunu, Yazgül ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, lakin təxminən bir ay əvvəl arvadı Yazgül ilə aralarında narazılıq yaranmağa başladığını, buna səbəb Yazgülün tez-tez telefonla danışması, onu gördükdə telefonu söndürməsi və telefona baxmağa icazə verməməsi olduğunu, onun da, ona görə Yazgülün telefonla başqa şəxslərlə danışmasını və onlarla münasibət qurmasını fikirləşməyə başladığını, həmin vaxtdan sonra aralarında tez-tez söz-söhbətlər yaranmağa başladığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadıqları evə gəldiyini, həmin vaxt Yazgülün evin eyvanında telefon ilə danışmasını gördüyünü və Yazgülün onu görən kimi telefonu söndürdüyünü, onun da, Yazgüldən kiminlə danışmasını soruşduğunu, lakin Yazgülün ona heç kimlə danışmadığını söylədiyini, onun da, Yazgülə yalan danışmamasını və ona xəyanət etməsini bildirdiyini, Yazgülün isə ona nalayiq ifadə işlədərək “sən məni şərləyirsən, mənə böhtan atma” deyə söylədiyini, buna görə də, Yazgül ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə onun Yazgülün hərəkətinə əsəbləşdiyini və eyvanda olan heyva çubuğunu götürərək bir neçə dəfə həmin çubuqla qəsdən Yazgülün sağ və sol qol nahiyələrindən vuraraq ona qəsdən xəsarət yetirdiyini, daha sonra isə çıxıb getdiyini, Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində yaşadığı evin eyvanında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı onun bir neçə dəfə çubuqla qəsdən Zərərçəkmiş şəxs sağ və sol qol nahiyələrindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, həmin vaxt orada ondan və Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda X3 ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, onların 13 ildir ki, ailə həyatı qurduqlarını, iki qız övladlarının olduğunu, Sadiq ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, lakin təxminən bir ay əvvəl əri Sadiq ilə arasında narazılıq yaranmağa başladığını, əri Sadiqin onu telefonla başqa şəxslərlə danışmaqda və onlarla münasibət qurmaqda ittiham edərək telefonunun nömrəsini ondan aldığını, Həmin vaxtdan sonra ailələrində tez-tez sözsöhbətlər yaranmağa başladığını, Sadiqin hər dəfə onu başqa şəxslərlə münasibət qurmaqda ittiham etməyə başladığını, onun nə qədər bunu inkar etsə də, Sadiqin ona qulaq asmadığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadıqları evdə olduğunu, həmin vaxt Sadiqin evə gəldiyini və onu yenə başqa şəxslərlə münasibət qurmaqda və əxlaqsızlıq etməkdə ittiham etdiyini, onun da, Sadiqə artıq onun əsassız ittihamlarından bezdiyini söylədiyini və ondan əxlaqsızlıq edib-etməməsini sübut etməsini tələb etdiyini, həmin vaxt Sadiqin ona nalayiq ifadə işlədərək hər şeyin göz qabağında olmasını bildirdiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Sadiqin yaşadıqları evin eyvanında olan heyva çubuğunu götürdüyünü və bir neçə dəfə həmin çubuqla onun sağ və sol qol nahiyələrindən vuraraq ona xəsarət yetirdiyini, daha sonra isə Sadiqin çıxıb getdiyini, həmçinin Zərərçəkmiş şəxs izahatında əri Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində yaşadığı evin eyvanında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, lakin Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs heyva çubuğu ilə bir neçə dəfə onun sağ və sol qol nahiyələrindən qəsdən vuraraq ona xəsarət yetirdiyini, həmin vaxt orada ondan və Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını, yaranmış səs-küyə də, heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 297 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – sol dirsək oynağının əzilməsi, sol dirsək oynağının bayır səthinin qançırı, sağ saidin aşağı 1/3-nin ön səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X3 əvvəllər məhkum olmamışdır. Beləliklə, X1 yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, X3 zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, X1 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1 cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. X3 barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və X3 cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar