Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-129/2023 30.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvələr məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarılmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi bənövşəyi rəngli Vaz markalı 21074 modelli, sedan tipli, B907BH89 Rusiya dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax rayonundan Ağdaş rayonu istiqamətində hərəkət edən zaman Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində həmin avtomobilin salonunun ön sərnişin oturacağında olan zaman avtomobilin ön sol oturacağında əyləşmiş Zərərçəkmiş şəxs əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd 510 (beş yüz on) manat dəyərində “Redmi Note 9 S” markalı mobil telefonunu və həmin mobil telefonun içərisində olan hər birinin dəyəri 3 manat, ümumi dəyəri 6 manat olan 02 ədəd sim nömrəni çıxarmaqla oğurlayaraq sonuncuya ümumilikdə 516 (beş yüz on altı) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, gündəlik fəhləlik edərək maddi qazanc əldə edib gündəlik dolanışığını təmin etdiyini, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yevlax şəhərində yaşayan yeznəsi Nail Məmmədovun yaşadığı evə siqaret və digər ehtiyaclarını ödəmək üçün borc pul almağa getdiyini, həmin gün Yevlax şəhərində yeznəsinin yaşadığı evdə qaldığını, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində yeznəsi Nail Məmmədovdan 30 (otuz) manat borc pul alıb yaşadığı evə qayıtmaq üçün evdən təkbaşına çıxdığını, Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən yaşadığı evə qayıtmaq üçün Yevlax şəhərində yerləşən avtovağzalın qarşısına gəldiyini, həmin avtovağzalda avtobuslar dayanan yerdə olan zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21074 markalı Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə əli ilə işarə edərək saxlatdığını, sürücü tərəfə yaxınlaşdığını və hansı tərəfə getdiyini soruşduğunu, Zərərçəkmiş şəxs Ağdaş rayonuna getdiyini bildirdiyini, Zərərçəkmiş şəxs onu Ağdaş rayonu, Ləki qəsəbəsinə qədər aparıbaparmayacağını soruşduqda apara biləcəyini bildirdiyini, özünün də keçib avtomobilin ön sərnişin oturacağında əyləşdiyini, həmin vaxt sürücü Zərərçəkmiş şəxs və özünün avtomobildə tək olduqlarını, Zərərçəkmiş şəxs avtomobili Ağdaş rayonu istiqamətində hərəkət etdiyin, yolda gələn zaman Zərərçəkmiş şəxs bir neçə dəfə zəng gəldiyini gördüyünü, Ağdaş rayonu Ləki qəsəbəsinə çatan zaman Zərərçəkmiş şəxs avtomobili saxlamasını və düşəcəyini bildirdiyini, avtomobillə gətirdiyinə görə Zərərçəkmiş şəxs yol pulu kimi 3 (üç) manat pul verib avtomobildən düşərək oradan uzaqlaşdığını bildirmişdir. Əlavə olaraq Zərərçəkmiş şəxs məxsus telfonu oğurlamadığını, sözü gedən cinayətlə əlaqəsini olmadığını, cinayət işi üzrə ona bəraət verilməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində gündəlik fəhləlik edərək maddi qazanc əldə edib gündəlik dolanışığını təmin etdiyini, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yevlax şəhərində yaşayan yeznəsi Nail Məmmədovun yaşadığı evə siqaret və digər ehtiyaclarını ödəmək üçün borc pul almağa getdiyini, həmin gün Yevlax şəhərində yeznəsinin yaşadığı evdə qaldığını, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində yeznəsi Nail Məmmədovdan 30 (otuz) manat borc pul alıb yaşadığı evə qayıtmaq üçün evdən təkbaşına çıxdığını, Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən yaşadığı evə qayıtmaq üçün Yevlax şəhərində yerləşən avtovağzalın qarşısına gəldiyini, həmin avtovağzalda avtobuslar dayanan yerdə olan zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21074 markalı Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə əli ilə işarə edərək saxlatdığını, sürücü tərəfə yaxınlaşdığını və hansı tərəfə getdiyini soruşduğunu, Zərərçəkmiş şəxs Ağdaş rayonuna getdiyini bildirdiyini, Zərərçəkmiş şəxs onu Ağdaş rayonu, Ləki qəsəbəsinə qədər aparıbaparmayacağını soruşduqda apara biləcəyini bildirdiyini, özünün də keçib avtomobilin ön sərnişin oturacağında əyləşdiyini, həmin vaxt sürücü Zərərçəkmiş şəxs və özünün avtomobildə tək olduqlarını, Zərərçəkmiş şəxs avtomobili Ağdaş rayonu istiqamətində idarə etməyə başladığını, yolda gələn zaman Zərərçəkmiş şəxs bir neçə dəfə mobil telefonla danışmasını gördüyünü, həmin vaxt pula ehtiyacı olduğuna görə Zərərçəkmiş şəxs cibində olan “Redmi Note 9 S” markalı mobil telefonu oğurlamaq qərarına gəldiyini, Ağdaş rayonu, Ləki qəsəbəsində Pambıq zavodun qarşısından keçən zaman Zərərçəkmiş şəxs bütün diqqətinin yolda olduğunu görərək Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin sağ cibinə sol əlini gizlincə saldığını və cibində olan həmin “Redmi Note 9 S” markalı mobil telefonu xəbəri olmadan oğurladığını və əynindəki üzərində ağ zolaqları olan qara rəngli şalvarının sağ yan cibinə qoyduğunu, avtomobilin bir qədər getdikdən sonra qəfildən mobil telefona zəng gəldiyini və telefonu oğurladığını Zərərçəkmiş şəxs biləcəyini ehtimal edərək evə çatmamış düşmək qərarına gəldiyini, buna görə də Zərərçəkmiş şəxs avtomobili saxlamasını və düşəcəyini bildirdiyini, avtomobillə gətirdiyinə görə Zərərçəkmiş şəxs yol pulu kimi 3 (üç) manat pul verib avtomobildən düşərək oradan uzaqlaşdığını və yaşadığı evə gedərək telefonu söndürüb yatdığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanaraq oğurladığı mobil telefonu satmaq üçün təkbaşına Yevlax şəhərinə getdiyini, saat 11 radələrində Yevlax şəhərində “Mərkəzi bazar” adlanan yerdə yerləşən əvvəllər tanımadığı adını sonradan bildiyi Yevlax şəhər sakini Şahid2 telefon dükanında Zərərçəkmiş şəxs cibindən oğurladığı bir ədəd “Redmi Note 9 S” markalı mobil telefonu Şahid2 80 manata satdığını, lakin Şahid2 üzərində o qədər pul olmadığını, qalan 20 manatı səhəri gün verə biləcəyini bildirdiyini, Şahid2 ilə razılaşdıqdan sonra Şahid2 onun məlumatlarını və satdığı oğurluq mobil telefonun məlumatlarını qeyd etdikdən sonra həmin telefonu ondan aldığını, özünün 60 manat pulu Şahid2 götürüb oradan uzaqlaşdığını və həmin pulu şəxsi ehtiyaclarına xərclədiyini, bir neçə gün sonra Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının onu tutuqlarını, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmadığını, Zərərçəkmiş şəxs cibində olan mobil telefonu oğurlayan zaman onu heç kimin görmədiyini, çünki avtomobildə həmin vaxt Zərərçəkmiş şəxs və ondan başqa heç kimin olmadığını, həmin vaxt avtomobildə tək olduqlarını, həmin oğurluğu özünün tək törətdiyini, onunla birgə heç kimin olmadığını, oğurluq edən zaman və oğurluq etdikdən sonra heç kimə heç nə demədiyini, həmçinin, Şahid2 həmin telefonun özünə məxsus olduğunu, Yevlax rayonunda yaşadığını, bazarda bir nəfərə borcu olmasına görə borcunu ödəmək üçün məcburiyyətdən olaraq satdığını söylədiyini bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, istintaq hərəkətlərinin protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə və həmin tarixdə Ağdaş rayon Polis Şöbəsinə müraciət etdiyini, Qazax rayonunda “Magro” şirkətində özünə məxsus yük maşını ilə sürücü işlədiyini, xx.xx.2023-cü il tarixdə yük maşını xarab olduğuna görə xx.xx.2023-cü il tarixdə yük maşınına ehtiyat hissəsi almaq üçün Qazax rayonundan Ağdaş rayonuna gələrkən Yevlax rayonu ərazisindən keçən zaman Yevlax rayon avtovağzalının qarşısındakı dayanacaqda adını sonradan bildiyi Ağdaş rayonu, Ləki qəsəbə sakini Təqsirləndirilən şəxs ona əl ilə işarə edib avtomobilini saxlatdırdığını, Təqsirləndirilən şəxs ona yaxınlaşaraq Ağdaş rayonuna getdiyini bildirdiyini və onu Ağdaş rayonuna aparıb-aparmayacağını soruşduğunu, Araza apara biləcəyini dedikdə Araz onun idarə etdiyi “VAZ 21074” markalı, 13907BH89 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşdiyini, daha sonra avtomobilini idarə edərək Ağdaş rayonu istiqamətində getməyə başladığını, yolda olarkən “Redmi Note 9 S” markalı, içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olan mobil telefonuna zəng gəldiyini, telefonla danışdıqdan sonra mobil telefonu əynindəki gödəkçənin sağ cibinə qoyduğunu, Ağdaş rayonuna çatdıqdan sonra avtomobilinə əyləşən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat təxminən 22:30 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində dəmir yolunun yaxınlığında avtomobildən düşürdüyünü, Təqsirləndirilən şəxs düşürdükdən sonra yaşadığı evə gedərkən Təqsirləndirilən şəxs onun əynindəki gödəkçənin sağ yan cibindən 350 (üç yüz əlli) manat dəyərində olan ona məxsus “Redmi Note 9 S” markalı mobil telefonunu cibindən oğurlayaq getdiyini aşkar etdiyini, daha sonra polisə məlumat verdiyini, Təqsirləndirilən şəxs onun əynində olan gödəkçənin sağ cibindən 350 (üç yüz əlli) manat dəyərində 01 ədəd “Redmi Note 9 S” markalı mobil telefonu oğurlamasından xəbəri olmadığını, mobil telefonunun oğurlanmasını Ağdaş rayonu, Yuxarı Nemətabad kəndində yerləşən evinə çatdıqda aşkar etdiyini, xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobildə sərnişin qismində avtomobilinin ön oturacağında əyləşən Ağdaş rayonu, Ləki qəsəbə sakini Təqsirləndirilən şəxs avtomobil idarə etdiyi zaman Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd “Redmi Note 9 S” markalı mobil telefonu oğurlaması, həmçinin mobil telefonun kabrosunun arxasında olan 500 (beş yüz) manat nağd pulu və 01 ədəd “Birkart” kartını oğurlaması barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng-mərkəzi sisteminə və Ağdaş rayon polis şöbəsinə məlumat verdiyini, lakin Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını ehtimal etdiyi ona məxsus 500 (beş yüz) manat nağd pul və 01 ədəd “Birkart” kartı avtomobilin salonun qoltuqaltının aşağısından tapdığını, Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını ehtimal etdiyi ona məxsus 500 (beş yüz) manat nağd pul və 01 ədəd “Birkart” kartı təqdim etdiyini, avtomobildə yolboyu ikisinin olduğunu, avtomobildə başqa şəxs və ya şəxslərin olmadığını, nə onun, nə də ailə üzvlərinin Ağdaş rayonu, Ləki qəsəbə sakini Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadsığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 29 mart 2023-cü il tarixdə Ağdaş rayonu, Aşağı Nemətabad kəndində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in “102” xidməti zəng mərkəzi sisteminə və Ağdaş rayon polis şöbəsinə etmiş olduğu müraciətlərlə tanış olduğunu, Yevlax şəhərində Məhəmməd Füzuli küçəsində yerləşən mərkəzi bazarda telefon mağazasında işlədiyini, Ağdaş rayonu, Ləki qəsəbə sakini Təqsirləndirilən şəxs tanıdığını, onunla hər hansı ədavəti və ya düşmənçiliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində mağazaya bir nəfər şəxsin yaxınlaşdığını, həmin şəxsin özünü təqdim edib, adının Təqsirləndirilən şəxs olduğunu dediyini, Təqsirləndirilən şəxs özünün Yevlax rayonunda yaşadığını, bazarda kiməsə borcu olduğunu bildirdiyini, lakin həmin şəxsin adını demədiyini, özündə “Redmi Note 9 S” markalı mobil telefonun olduğunu və 80 manata satmaq istədiyini dediyini, Təqsirləndirilən şəxs üzərində o qədər pulun olmadığını, üzərində 50 manat pulun olduğunu ona 50 manat verə biləcəyini bildirdiyini, Arazın isə ona “heç olmasa onu 60 manat elə, 20 manat da sabah gəlib götürərəm” dediyini, bundan sonra onun telefona baxıb, Arazla razılaşdığını, Arazın telefonda olan mobil nömrələri çıxarıb telefonu ona verdiyini, Arazın mağazada olan kitabçaya adını soyadını, əlaqə nömrəsini, mobil telefonun İME kodlarını və özünün doğum tarixini yazaraq imzaladığını və daha sonra çıxıb getdiyini, Təqsirləndirilən şəxs ona 60 manat müqabilində satmış olduğu “Redmi note 9s” markalı mobil telefonun oğurluq olması barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs ona bazarda tanımadığı şəxsə borcunun olduğunu və təcili pula ehtiyacının olduğunu və buna görə də telefonunu satdığını dediyini, özünün də Təqsirləndirilən şəxs ilə razılaşıb telefonu Təqsirləndirilən şəxs aldığını, Təqsirləndirilən şəxs 60 manat pul verdiyini, Təqsirləndirilən şəxs ondan səhəri gün gəlib 20 manat aparmalı olduğunu, lakin həmin pulu gəlib götürmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib Ağdaş Rayon Məhkəməsinin 28 noyabr 2020-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 27 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilib. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır və hal-hazırda tək yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X2 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-654/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X2 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 08 iyun 2023-cü il tarixli, ƏQ-51/2023 nömrəli məktubdan görünür ki, 01 (bir) ədəd “Redmi Note 9 S” markalı mobil telefonun orta bazar qiyməti 510 (beş yüz on) manat təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azercell” Telekom MMC-nin Müştəri Xidmətlərinin Ağdaş şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 354 nömrəli məktubdan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrənin satış qiyməti hər bir nömrə üzrə 3 manat təşkil edir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 6 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:50də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 8 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 19:30-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi üst-üstə düşür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 30 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Redmi Note 9 S” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Redmi Note 9 S” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-129/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-129/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver