Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-129/2024 17.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1974-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 küçəsi ev 5-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının əvvəllərində Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində yerləşən qəbiristanlığın ərazisində torpağa əkmiş, həmin toxumlardan inkişaf etmiş 7 (yeddi) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2024-cü il tarixdə saat 13:04-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerə saat 13:04-dən saat 13:28-dək keçirilmiş baxış zamanı 7 ədəd uzunluqları 12 sm-dən 20 sm-dək, yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik təbitəli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 18,63 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, xx.xx.2024-cü il tarixdə saat 11:40-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 12:09-dan 12:20-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 18,63 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, fərdi əməklə məşğul olur. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Daha çox narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ağdaş şəhər, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bazar” adlanan ərazidə olan zaman zibilliyin kənarında 1 ədəd sellofan bükümün olduğunu görmüşdür. Əyilib bükümü götürmüş və içərisinə baxan zaman narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin bükümü əynində olan sarı rəngli şalvarının sağ yan cibinə qoymuş və həmin yerdən uzaqlaşmışdır. Həmin bükümü üzərində saxlamışdır. xx.xx.2024cü il tarixdə saat təxminən 11:40 radələrində Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət edən zaman Ağdaş RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etmişdir. Razılaşmış və polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. RPŞdə ona dövlət hesabına müdafiəçi təyin olunmuş və üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. X6 üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt əynində olan sarı rəngli şalvarının sol yan cibindən 1 ədəd 20 qəpik metal pulu, həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü və sol əlində saxladığı 1 ədəd cib dəsmalını masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı təqdim etdiyi sellofan bükümdə olan maddənin nə olduğunu, haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuşdur. Həmin maddənin narkotik vasitə nəşə olduğunu, Ağdaş şəhər ərazisində yerləşən “Bazar” ərazisindəki küçədən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən narkotik vasitə qurudulmuş marixuana sellofan büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 19,12 qram olduğu müəyyən olunmuşdur. Həmin sellofan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. Təqdim etdiyi 1 ədəd 20 qəpik metal pul və 1 ədəd cib dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Üzərində keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, iştirak edən iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan başqa 2024-cü ilin mart ayının əvvəllərində balıq tutmaq üçün Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində yerləşən su kanalına getmişdir. Su kanalının kənarı ilə piyada hərəkət edən zaman orada olan kolluğun kənarında bükülü vəziyyətdə olan kağız parçasının olduğunu görmüşdür. Həmin kağız parçasını əyilib yerdən götürmüş və içərisinə açıb baxan zaman 7 ədəd narkotik vasitə çətənə bitkisi toxumunun olduğunu görmüşdür. Həmin toxumları götürmüş və gələcəkdə şəxsi istifadə üçün narkotik vasitə istifadə etmək üçün əkmək məqsədilə üzərində saxlamışdır. Dəhnəxəlil kəndinin ərazisindəki torpaqlar məhsuldar olduğundan, həmçinin polis əməkdaşlarının qəbiristanlıq ərazisində çətənə bitkisi əkməyindən xəbərlərinin olmayacağını fikirləşmiş və buna görə də 2024-cü ilin aprel ayının əvvəllərində həmin toxumları Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində yerləşən kənd qəbiristanlığında əkmişdir. Daha sonra həmin toxumlardan yetişən çətənə bitkisi kollarına aqrotexniki qaydada qulluq etmiş, sulamış və diblərini yumşaltmışdır. Kənd ərazisindəki qəbiristanlığa marşurut ilə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində əkmiş olduğu bitkilərə su vermək üçün bitkiləri əkdiyi qəbiristanlığa getmişdir. Həmin vaxtı polis əməkdaşları gələrək ona Ağdaş rayonu Dəhnəxəlil kənd ərazisində tərkibində narkotik maddələr olan bitkiləri əkməyi barədə məlumat olmasını, ona görə də, həmin əraziyə baxış keçirilməsi zərurəti yarandığını bildirmişdir. Ondan tərkibində narkotik maddələr olan bitkilər kultivasiya edib-etməməsi soruşulmuş, həmin vaxtı Ağdaş rayonu Dəhnəxəlil kənd ərazisində yerləşən qəbiristanlıqda narkotik vasitə çətənə bitkisi kolu əkdiyini bildirmişdir. Həmin yeri göstərə və bitkiləri təqdim edə biləciyimi bildirdim. Bundan sonra mənim göstərdiyim yolla hərəkətə başladıq. Mənim göstərdiyim yolu ilə hərəkətə davam etdikdən sonra tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kollarını əkdiyi yerə çatmışdır. Ümumilikdə 05 ədəd quyuya 7 ədəd tərkibində narkotik maddələr olan bitki əkdiyini, həmin bitki ştillərinə hər gün aqrotexniki qaydada qulluq etdiyini, suladığını və diblərini boşaltdığını bildirmişdir. Bundan sonra həmin bitkilərə Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi, X5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları polis əməkdaşı tərəfindən torpaqdan çıxarılmış, hər biri yerə qoyulmuş və bir daha da, 7 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları polis əməkdaşı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 12 sm və ən böyününün uzunluğunun 20 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları 1 ədəd zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmiş, həmçinin həmin yerdən 1 ədəd su butulkası aşkar olunmuşdur. Həmin butulka ilə çətənə bitkilərinə su verdiyini bildirmişdir. Həmin butulka da 1 ədəd zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Ağdaş RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Həmin vaxt əynində olan sarı rəngli şalvarın sol yan cibindən üzərinə “Prima” sözləri yazılmış siqaret qutusunu, 1 ədəd alışqanı və 2 ədəd 20 qəpik metal pulları təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Sonra üzərindən aşkar edilmiş siqaret qutusu açılmış və içərisində sadəcə olaraq siqaret dənəciklərinin olması müəyyən edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış yekunlaşmışdır. İştirak edən şəxslər protokolu imzalamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 Vilayət oğlu ifadəsində bildirmişdir ki, ünvan 3 küçəsi 5 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada şəkildə hərəkət edən zaman saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən əvvəl iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarının sol yan cibindən 1 ədəd 20 qəpik metal pulu, həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü və sol əlində saxladığı 1 ədəd cib dəsmalını təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa onun üzəridən başqa heç bir əşya aşkar olunmamışdır. O, yenidən bildirmişdir ki, sellofan bükümün içərisində narkotik vasitə olan “nəşə” vardır. Sonra sellofan büküm açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildi içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan sellofan bükümün təxmini çəkisinin 19,12 qram olması müəyyən edilmişdir. 1 ədəd sellofan büküm 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, müdafiəçisi və şahidlər tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş 1 ədəd 20 qəpik metal pul və sol əlində saxladığı 1 ədəd cib dəsmalı iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən Ağdaş rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 Vilayət oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 3 küçəsi 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Müşfiq Həsənovun qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, istifadə etməsi və Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində əkib-becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:04 radələrində X14 rayonu Dəhnəxəlil kənd ərazisində tərkibində narkotik maddələr olan bitkiləri əkməyi barədə məlumat olmasını, ona görə də həmin əraziyə baxış keçirilməsi zərurəti yarandığını bildirmişdir. Müşfiq Həsənovdan tərkibində narkotik maddələr olan bitkilər kultivasiya edibetməməyi soruşulmuşdur. X15 rayonu Dəhnəxəlil kənd ərazisində yerləşən qəbiristanlıqda narkotik vasitə çətənə bitkisi kolu əkdiyini, həmin yeri göstərə və bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan X13 göstərdiyi yolla hərəkətə başlamışdır. Müşfiq Həsənovun göstərdiyi yolu ilə hərəkətə davam etdikdən sonra tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kollarını əkdiyi yerə çatmışdır. Müşfiq Həsənov ümumilikdə torpağa əkdiyi 7 ədəd tərkibində narkotik maddələr olan bitki əkdiyini, həmin bitki ştillərinə hər gün aqrotexniki qaydada qulluq etdiyini, suladığını və diblərini boşaltdığını bildirmişdir. Bundan sonra həmin bitkilərə Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi, X5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən torpaqdan çıxarılmış, hər biri yerə qoyulmuş və bir daha da, 7 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 12 sm və ən böyününün uzunluğunun 20 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları təhqiqatçı tərəfindən 1 ədəd zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmiş, həmçinin həmin yerdən 1 ədəd su butulkası aşkar olunmuşdur. X4 həmin su butulkasını nə məqsədlə istifadə etdiyini soruşmuşdur. Müşfiq Həsənov həmin butulka ilə çətənə bitkilərinə su verdiyini bildirmişdir. Həmin butulka da 1 ədəd zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X15 RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan X13 üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, Müşfiq Həsənovdan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Müşfiq Həsənov əynində olan sarı rəngli şalvarın sol yan cibindən üzərinə “Prima” sözləri yazılmış siqaret qutusunu, 1 ədəd alışqanı və 2 ədəd 20 qəpiklik dəmir pulları təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan X13 üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. X13 üzərindən aşkar edilmiş siqaret qutusu açılmış və içərisində sadəcə olaraq siqaret dənəciklərinin olması müəyyən edilmişdir. Bundan sonra Müşfiq Həsənovdan aşkar olunmuş əşyalar onun özünə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Ağdaş rayon Polis şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 11:40-də müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarının sol yan cibindən 1 ədəd 20 qəpik metal pulu, həmin şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü və sol əlində saxladığı 1 ədəd cib dəsmalını təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa onun üzəridən başqa heç bir əşya aşkar olunmamışdır. O, yenidən bildirmişdir ki, sellofan bükümün içərisində narkotik vasitə olan “nəşə” vardır. Sonra sellofan büküm açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olması müəyyən edilmişdir. Təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildi içərisində yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər bitki kütləsi olan sellofan bükümün təxmini çəkisinin 19,12 qram olması müəyyən edilmişdir. 1 ədəd sellofan büküm 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndi. Zərf şübhəli şəxs, müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra şübhəli şəxsin üzərindən aşkar olunmuş 1 ədəd 20 qəpik metal pul və sol əlində saxladığı 1 ədəd cib dəsmalı iş üçün sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs çətənə (kannabis) bitkilərini əkib-becərdiyi Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində yerləşən qəbiristanlığa baxış keçirilmişdir. Baxış zamanı Müşfiq Həsənov ümumilikdə torpağa 7 ədəd tərkibində narkotik maddələr olan bitki əkdiyini, həmin bitki ştillərinə hər gün aqrotexniki qaydada qulluq etdiyini, suladığını və diblərini boşaltdığını bildirmişdir. Bundan sonra həmin bitkilərə Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş rayon Mərkəzinin rəisi, X5 tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən torpaqdan çıxarılmış, hər biri yerə qoyulmuş və bir daha da, 7 ədəd olması müəyyən edilmişdir. Həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 12 sm və ən böyününün uzunluğunun 20 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları təhqiqatçı tərəfindən 1 ədəd zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmiş, həmçinin həmin yerdən 1 ədəd su butulkası aşkar olunmuşdur. X4 həmin su butulkasını nə məqsədlə istifadə etdiyini soruşmuşdur. Müşfiq Həsənov həmin butulka ilə çətənə bitkilərinə su verdiyini bildirmişdir. Həmin butulka da 1 ədəd zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 14:02 radələrində müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Müşfiq Həsənova narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Müşfiq Həsənov üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Müşfiq Həsənovun üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Müşfiq Həsənov əynində olan sarı rəngli şalvarın sol yan cibindən üzərinə “Prima” sözləri yazılmış siqaret qutusunu, 1 ədəd alışqanı və 2 ədəd 20 qəpik metal pulları təqdim edərək həmin əşyaları masanın üzərinə qoymuşdur. Bundan X13 üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. X13 üzərindən aşkar edilmiş siqaret qutusu açılmış və içərisində sadəcə olaraq siqaret dənəciklərinin olması müəyyən edilmişdir. Bundan sonra Müşfiq Həsənovdan aşkar olunmuş əşyalar onun özünə qaytarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/546 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 18,63 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış təhqiqatın dəyəri 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manatdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/460 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 7 (yeddi) ədəd, uzunluqları 12 sm-dən 20 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 1,55 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən məhkəmənarkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 993 nömrəli rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən xx.xx.2024-cü il tarixli mütəxəssis (aqronom) rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs tərəfindən əkilmiş 7 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Uzunluğu 12 sm-dən 20 sm-dək olan bu 7 ədəd çətənə bitkisinin dibləri yumşaldılmış, suvarılmış və aqrotexniki qaydada becərilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin publik hüquqi şəxsin poliklinika şöbəsində “ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyildir, lakin “kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 iyun 2004-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 67.1, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya tətbiq edilərək cəzası 6 ay müddətinə azaldılmışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli, 395-VİQR nömrəli Qərarın 4-cü bəndində əsasən 6 ay azaldılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş rayon İcra və probasiya şöbəsindən verilmiş 05 iyun 2024-cü il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Ağdaş rayon İcra və probasiya şöbəsindən qeydiyyatdan çıxarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 iyun 2024-cü il tarixli, 82 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən edilən Ağdaş şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 iyun 2024-cü il tarixli, 127 saylı arayışdan görünür ki, ünvan 3 küçəsi, 5 nömrəli ev ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi - X1, X3 (xx.xx.2002-ci il təvəllüdlü) və X2r (xx.xx.2008-ci il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:56da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 18:40-da tanış edilməklə azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:02də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 19 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 16:40-da tanış edilməklə azad edilmişdir. İşin materiallarında olan cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib ********* nömrə altında istintaq davam etdirilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(014)-115/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il ay 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını cidi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökm 04 sentyabr 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir. Qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 500 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı xeyli miqdarda olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyul 2021-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir; 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağın olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respubliksı CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən, əvvəllər də analoji əməllərə görə məhkum olunması isə şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(014)-115/2024 saylı hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 may 2024-cü il tarixdən 19 may 2024-cü il tarixədək, 17 iyun 2024-cü il tarixdən 18 iyun 2024-cü il tarixədək və 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 6 (altı) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 6 (altı) gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzas saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 18,61 qram narkotik vasitə olan qurudulmuş marixuana, 7 (yeddi) ədəd çətənə (kannabis) bitkisinin şitillərinin ekspertiza təhqiqatından sonra qalıq qalmış 1,41 hissəsi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(014)-115/2024 saylı hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 18 may 2024-cü il tarixdən 19 may 2024-cü il tarixədək, 17 iyun 2024-cü il tarixdən 18 iyun 2024-cü il tarixədək və 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 6 (altı) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 6 (altı) gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edisin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 18,61 qram narkotik vasitə olan qurudulmuş marixuana, 7 (yeddi) ədəd çətənə (kannabis) bitkisinin şitillərinin ekspertiza təhqiqatından sonra qalıq qalmış 1,41 hissəsi məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-129/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-129/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver