Məhkəmə qərarları › İş №1(014)-13/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-13/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-13/2022 26.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X2 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1962-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağdaş şəhəri N.Nərimanov küçəsi 8/6-da qeydiyyatda olan və yaşayan, 05.11.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 yanvar 2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, Ağdaş rayon məhkəməsinin 16.11.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci və 237.1-ci maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum edilmiş, 11.06.2019-cu ildə Qaradağ rayon məhkəməsinin 01.02.2019-cu il tarixli qərarı ilə cəzası 04 il 06 aya endirilmiş, 09.02.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədən 03.11.2021-ci il tarixdə Ağdaş şəhəri N.Nərimanov küçəsindən yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.607 qram olan narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin narkotik vasitə 03.11.2021-ci il tarixdə saat 12:05də ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, 2016-cı ildə narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum edildiyini, 2021-ci ilin fevral ayında azadalığa buraxıldığını, 03.11.2021-ci il tarixdə səhər radələrində yaşadığı N.Nərimanov küçəsindən çıxarkən yerdə bir ədəd sellofan büküm gördüyünü və əyilib həmin bükümü götürüb açıb içərisinə baxan zaman içərisində narkotik vasitə olan heroin olduğunu gördüyünü və özü istifadə etmək üçün üzərinə qoyub saxladığını, daha sonra oradan Qozların dibi istiqamətinə getdiyini və S.Vurğun küçəsində olarkən tanışı Xamisi gördüyünü, həmçinin Xamisin anasının vəfat etdiyini bildiyi üçün yaxınlaşıb ona baş sağlığı vermək istədiyini, həmin vaxt saat təxminən 11-20 radələri olduğunu və polis əməkdaşlarının onlara yaxınlaşdıqlarını və üzərilərində narkotik vasitələri və psixotrop madələrin olmasında şübhəli olduqlarını bildirib onları RPŞ-nə dəvət etdiklərini, özlərinin də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara qəngli gödəkcənin sol iç cibindən 01 ədəd sellofan büküm və 01 ədəd qara rəngli mobil telefon aşkar olunduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən tünd qəhvəyi rəngli, kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin maddənin narkotik vasitə olan heroin olduğunu, həmin bükümü bir neçə saat bundan əvvəl Ağdaş rayonu Ağalı istiqamətindən yəni, N.Nərimanov küçəsindən yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 0.73 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 ədəd mobil telefon ayrı-ayrı zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü vurulduğunu, özü və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, heç kimə narkotik vasitə satmadığını, polis əməkdaşlarının onu RPŞ-nə dəvət edən zaman orada özü, Xamis və Mehdi adlı şəxsin olduğunu, daha sonra Xamisin də üzərinə baxış keçirildiyini və onun da üzərindən psixotrop maddə aşkar edildiyini bildiyini, Xamisin üzərində psixotrop maddə olan metamfetamin olduğunu bilmədiyini, təsadüfən Xamisi gördüyünü və ona anasının vəfatı ilə əlaqədar başsağlığı vermək üçün ona yaxınlaşdığını, Xamis və Mehdinin onun üzərində narkotik vasitə olan heroin olduğunu bilmədiyini, tam təsadüf görüşdüklərini, Mehdi də onun kimi təsadüfən Xamisi görüb ona başsağlığı vermək istədiyini, mobil nömrədən istifadə etmədiyini və üzərindən aşkar olunan mobil telefonun üzərində mobil nömrə olmadığını, ona ifadəsinin alınmasında heç bir təzyiq olunmadığını göstərmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində Ağdaş rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 03.11.2021-ci il tarixdə Ağdaş şəhəri N.Nərimanov küçəsi 8/6-da qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə Şahid1 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 11:20 radələrində CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Ağdaş şəhəri M.İsayev küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Əkrəmin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Əkrəmin əynində olan qara qəngli gödəkcənin sol iç cibindən 01 ədəd sellofan büküm və 01 ədəd qara rəngli mobil telefon aşkar olunduğunu, şəxsi axtarış zamanı Əkrəmin üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisindəki maddəninin narkotik maddə olduğunu, həmin bükümü Ağdaş rayonu Ağalı kəndində yolun kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən tünd qəhvəyi rəngli, kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunduğunu, həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 0.73 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 ədəd mobil telefon ayrı-ayrı zərfə qablaşdırılaraq, üzərinə möhür vurulduğunu, həmin zərflər iştirakçılar və Əkrəm tərəfindən imzalandığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs RPŞ-nə dəvət edən zaman orada Mehdi və Xamis adlı şəxslərin olduğunu, sonradan Əkrəmin onlara Mehdi və Xamislə təsadüfən görüşdüklərini dediyini, Xamisə anasının ölümünə görə başsağlığı vermək üçün yaxınlaşdıqlarını və polislərin onları saxlayan zaman bir birlərindən aralandıqlarını, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını göstərmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, adının Mehman olmasına baxmayaraq onu dost tanışların Mehti ləqəbi ilə tanıdıqlarını, Təqsirləndirilən şəxs tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavəti olmadığını və hal hazırda da olmadığını, 03.11.2021-ci il tarixdə Ağdaş şəhəri S.Vurğun küçəsində olduğunu, həmin zaman Xamis Sadıqovu gördüyünü, əvvəlcədən Xamisin anasının rəhmətə getdiyini bildiyini, lakin yas mərasiminə gedə bilmədiyi üçün həmin vaxt Xamisə yaxınlaşıb ona baş salığı verdiyini, həmin vaxtı Əkrəmin də Xamisi gördüyünü və ona baş sağlığı vermək üçün ona yaxınlaşdığını, daha sonra aralandıqlarını, onlardan bir neçə addım aralandığını və bu zaman polis əməkdaşlarının gəldiklərini, Əkrəm və Xamisi saxlayaraq PŞ-nə dəvət etdiklərini gördüyünü, sonradan Əkrəmin üzərinə PŞ-də baxış keçirildiyini və üzərindən narkotik vasitə aşkar olunaraq götürüldüyünü bildiyini, həmin hadisənin 03.11.2021-ci il tarixdə saat təxminən 11 radələrində Ağdaş şəhəri S.Vurğun küçəsində baş verdiyini, Əkrəmin üzərində narkotik vasitə olan heroin olduğunu bilmədiyini, təsadüfən Xamisi görən zaman ona baş sağlığı vermək üçün Xamisə yaxınlaşdığıı, həmin zaman Əkrəmin də Xamisi təsadüfən görüb onun yanına gəldiyini, həmin vaxt orada özü, Xamis və Əkrəm olduğunu göstərmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” 03 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 12:05-dən saat 12:15-ə dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Təqsirləndirilən şəxs əynində olan qara qəngli gödəkcənin sol iç cibindən 01 ədəd sellofan büküm və 01 ədəd qara rəngli mobil telefon aşkar olunmuş, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən tünd qəhvəyi rəngli, kristal halında narkotik vasitəyə oxşar maddə aşkar olunmuş, daha sonra aşkar edilmiş həmin 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0.73 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm və 01 ədəd mobil telefon ayrı-ayrı zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 03.11.2021-ci il tarixli 17/784 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,607 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 22.12.2021-сi il tarixli 1546 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-106/2016 saylı 16 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respubilkasının CM-nin 234.2-ci və 237.1-ci maddələri ilə təqsirli bilinib, 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 noyabr 2021-ci il tarixli 4272 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, N.Nərimanov küçəsi 8/6 №-li evdə tək yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən verilmiş 15.11.2021-ci il tarixli 1640 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 03 noyabr 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 11:20-də Təqsirləndirilən şəxs oğlu şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlayıb daşımaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin, tiryək və metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi heroin 0,15 qram, tiryək 0.5 qram və metamfetamin 0.15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, törətdiyi cinayətə görə cəza almalıdır. Təqsirləndirilən şəxs oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad etmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydaların möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla yanaşı həmçinin məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərməlidir. Bu baxımdan ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amil kimi təqsirləndirilən şəxsin şəxsiyyəti hərtərəfli təhqiq edilməli, onun xidməti vəzifəyə, əməyə, ictimai qaydalara münasibəti, təyin olunacaq cəzanın onun ailə üzvlərinin həyat şəraitinə təsiri, məişətdə davranışı, məhkumluğu aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq, göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmasına və məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivini yaratmışdır ki, məhkəmə qeyd edilən halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzalarını çəkir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan yəni 03 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, cəza çəkdiyi müddətdə məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tətqiqatından sonra qalan 0.557 qram heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 16 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi xidmətə görə 96 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 69 manat 10 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 03 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin, cəza çəkdiyi müddətdə məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 0.557 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi xidmətə görə 96 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün.. Təqsirləndirilən şəxs 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) ekspertiza xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar