Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-13/2023 25.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1980-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri H.Əliyev prospekti 110 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, şəraitdə və vaxtda əldə etdiyi 1 ədəd sellofan bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi - 0,992 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış və həmin narkotik vasitə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 13:18-dən saat 13:39-dək ünvan 2 ünvanda yerləşən Ağdaş rayon Polis şöbəsinin inzibati binasında onun üzərində aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin döş cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilən ittihamda təqsirli bilməyərək ifadəsində ailəsi ilə birlikdə yaşadığını, yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, lakin özünün şəxsiyyət pozuntusu, yaddaş pozuntusu və özünü idarəetmə pozuntusu diaqnozları ilə 1 saylı Psixiatrik xəstəxanada qeydiyyatda olmasını və 2-ci qrup əlil olduğunu, əvvəllər CM-in 234.1-ci maddəsi ilə məhkum olunduğunu, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini, lakin 2021-ci ilin noyabr ayında cəzasını çəkib qurtardıqdan sonra narkotik vasitələrdən istifadə etmədiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 12:35 radələrində Ağdaş şəhəri H.Hacıyev küçəsi ilə piyada yol gedərkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, onlarla birlikdə Ağdaş RPŞ-yə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusu, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, döş cibindən 1 ədəd sellofan büküm və göy rəngli cins şalvarının sağ arxa cibindən 3 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq və 2 ədəd 2 manatlıq pul əsginasları və 2 ədəd 20 qəpiklik qəpik sikkələr aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş siqaret qutusu açıldığını və içərisindən siqaret dənələri aşkar edildiyini, həmçinin mobil telefonunun kaburasının arxasından 1 ədəd bank kartı aşkar edildiyini, sonra üzərindən aşkar edilmiş sellofan büküm açıldığını və içərisindən qəhvəyi rəngli maddə aşkar edildiyini, həmin maddə elektron tərəzidə çəkildiyini və çəkisi 1,41 qram olduğunu, sonra həmin sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, həmçinin ona məxsus mobil telefonda iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, həmçinin üzərindən aşkar edilmiş alışqan, siqaret qutusu, bank kartı və pullar ona qaytarıldığını, üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitənin ona aid olmamasını bildirsə də, şübhəli şəxs qismində ifadəsi alınan zaman həmin narkotik vasitənin ona məxsus olmasını bildirməsi barədə üzərindən aşkar olunan narkotik vasitə çox az miqdarda olduğunu, lakin üzərindən aşkar olunduqda həmin narkotik vasitənin çəkisinin çox olduğunu, buna görə də, həmin narkotik vasitənin ona məxsus olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə təxminən 4-5 gün bundan əvvəl Ağdaş rayonu Mərkəzi bazarın yaxınlığından yerdən tapdığını və həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisinin 1,41 qram olmadığını, ondan daha az miqdarda olduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını, çünki özündə olan narkotik vasitə olan heroini özü qəbul etmək üçün saxladığını və miqdarı az olduğu üçün özünün istifadəsi üçün bəs edəcəyini, üzərindən götürülmüş mobil telefonunun üzərində ***-***-**-** saylı mobil nömrə olduğunu, başqa nömrəsi olmadığını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti ev 110-da qeydiyyatda olan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-yə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olundu və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 12:35 radələrində Şahid2la birlikdə Anarı Ağdaş şəhəri H.Hacıyev küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-yə dəvət etdiklərini, həmin zaman Anarın ona üzərində 1 ədəd bükümdə narkotik vasitə heroin var və ağrıları olduğu üçün qəbul etmək istədiyini, onu hazırda PŞ-yə aparmamalarını bildirdiyini, lakin ona bu barədə məlumatlarının olmasını bildirdiklərini və onu PŞ-yə apararaq üzərində şəxsi axtarış keçirəcəklərini bildirdiklərini, həmin vaxt Anar ona əgər onu PŞ-yə aparıb üzərində olan narkotik vasitə olan heroini aşkar etsələr, o həmin narkotik vasitə olan heroini onun üzərinə qoymağını bildirəcəyini dediyini, lakin buna əhəmiyyət verməyərək onu PŞ-yə gətirdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Anarın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Anarın əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusu, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, döş cibindən 1 ədəd sellofan büküm və göy rəngli cins şalvarının sağ arxa cibindən 3 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq və 2 ədəd 2 manatlıq pul əsginasları və 2 ədəd 20 qəpiklik qəpik sikkələr aşkar edildiyini, daha sonra aşkar edilmiş siqaret qutusu açıldığını və içərisindən siqaret dənələri aşkar edildiyini, həmçinin mobil telefonunun kaburasının arxasından 1 ədəd bank kartı aşkar edildiyini, sonra aşkar edilmiş sellofan büküm açıldığını və içərisindən qəhvəyi rəngli maddə aşkar edildiyini, həmin maddə elektron tərəzidə çəkildiyini və çəkisinin 1,41 qram olduğunu, sonra həmin sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, həmçinin Anara məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, həmçinin aşkar edilmiş alışqan, siqaret qutusu, bank kartı və pullar Anara qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Anar və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 1 ədəd sellofan bükümdə olan narkotik vasitəni üzərində onun tərəfindən qoyulduğunu bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə heç bir məlumat daxil olmadığını, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən aşkar edilmiş sellofan bükümdə olan narkotik vasitəni üzərinə onun tərəfindən qoyulduğunu bildirməsi ilə bağlı Təqsirləndirilən şəxs yalan dediyini, sadəcə olaraq məsuliyyətini yüngülləşdirmək üçün bu cür dediyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində ailəsi ilə birlikdə yaşadığını, əvvəllər məhkum olunmadığını, heç bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, xx.xx.2022-ci il tarixdə təxminən saat 13:00 radələrində Ağdaş RPŞ-nin inzibati binasının qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş RPŞ-də bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirdiklərini və onu da həmin şəxsi axtarışda hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, buna heç bir etiraz etmədiyini və həmin polis əməkdaşları ilə birlikdə RPŞ-nin inzibati binasına daxil olduğunu, ondan əvvəl bir nəfər də, hal şahidi dəvət edildiyini, daha sonra onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə Ağdaş RPŞ-nin növbətçi hissəsində əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi Anar adlı şəxsin üzərinə videoçəkilişlə qeydə alınaraq şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Anarın əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusu, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, döş cibindən 1 ədəd sellofan büküm və göy rəngli cins şalvarının sağ arxa cibindən 3 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq və 2 ədəd 2 manatlıq pul əsginasları və 2 ədəd 20 qəpiklik qəpik sikkələr aşkar edildiyini, daha sonra aşkar edilmiş siqaret qutusu açıldığını və içərisindən siqaret dənələri aşkar edildiyini, həmçinin mobil telefonunun kaburasının arxasından 1 ədəd bank kartı aşkar edildiyini, aşkar edilmiş sellofan büküm açıldığını və içərisindən qəhvəyi rəngli maddə aşkar edildiyini, həmin maddə elektron tərəzidə çəkildiyini və çəkisi 1,41 qram olduğunu, sellofan büküm zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, Anara məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, həmçinin aşkar edilmiş alışqan, siqaret qutusu, bank kartı və pullar Anarın özünə qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, Anar və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, əvvəllər Anarı tanımadığını, onunla da heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman orada o, digər hal şahidi, müdafiəçi və polis əməkdaşlarının olduğunu, Səməndər adlı polis əməkdaşının Anarın üzərinə narkotik vasitə qoyması barədə məlumatının olmadığını, onun, digər hal şahidinin və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman həmin sellofan bükümdə olan narkotik vasitə Anarın üzərindən aşkar olunduğunu bildirmişdir. Məhkəmə iclasında Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Anarın üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Anarın əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd üzərinə “Prima” yazılmış siqaret qutusu, 1 ədəd alışqan, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, döş cibindən 1 ədəd sellofan büküm və göy rəngli cins şalvarının sağ arxa cibindən 3 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq və 2 ədəd 2 manatlıq pul əsginasları və 2 ədəd 20 qəpiklik qəpik sikkələr aşkar edilmiş, daha sonra aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən siqaret dənələri aşkar edilmiş, həmçinin mobil telefonunun kaburasının arxasından 1 ədəd bank kartı aşkar edilmiş, sonra aşkar edilmiş sellofan büküm açılmış və içərisindən qəhvəyi rəngli maddə aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkilmş və çəkisi 1,41 qram olmuş, sonra həmin sellofan büküm zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmiş, həmçinin Anara məxsus mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər, həmçinin aşkar edilmiş alışqan, siqaret qutusu, bank kartı və pullar Anara qaytarılmış, şəxsi axtarış zamanı video çəkiliş aparılmış, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 1 ədəd sellofan bükümdə olan narkotik vasitəni onun üzərinə qoyulduğunu bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin xx.xx.2022-ci il tarixli, 17/186 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” sözləri yazılmış zərfin içərisindəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 0,992 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1628 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2718 saylı rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixoloji müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixoloji ekspertizası qarşısında aşağıdakı nəticəyə gəlir: Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs oğlunun idrak prosseslərinin tədqiqi nəticəsində diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, qavrama prosesində lənglik müəyyən edilir. Şəxsi keyfiyyətlərində və emosional-iradı sferasında qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik aşkar olunur. Tez özündən çıxmaq, hövsələsizlik, inadkarlıq, öz fikirlərini müdafiə etməyə meyillilik və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240 M “a” bəndi və 241 M “a” bəndi ilə təqsirli bilinib, Naxçıvan MR Ali Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası təxirə salınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə 1 (il) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 1 (il) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 2 (iki) il 1 (bir) ay 23 (iyirmi üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 2 (iki) il 1 (bir) ay 23 (iyirmi üç) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin Amnistiya qərarının 2.5-ci maddəsinə əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 (beş) ay 11 (on bir) gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılıbdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 1 (il) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4cü bəndinə əsasən cəzadan azad olunubdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinın xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünürki, ”8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azəmaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli, C/İ 974 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 7(011)-409/2019 saylı qərarı üzrə cəzasını tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəliyi qalmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsininxx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılmasına dair Ağdaş rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(014)-02 saylı hökmü DİN-in mərkəzi informasiya sistemində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs sürücülük hüququna qoyulmuş məhdudiyyət DİN-in MİS-də olan məlumata əsasən xx.xx.2019-cu il tarixdə bitmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 2 saylı X12 filialı tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli № 3-17-1/2-34343/2023 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 2 saylı X12 filialından müddətsiz olmaqla hər ay 220 manat (iki yüz iyirmi manat, 00 qəpik) “İİ (ikinci) dərəcəli əlil kimi” sosial müavinət alır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, № 358 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-sol saidin orta 1/3-nin ön səthinin, sağ saidin orta 1/3-nin ön səthinin, sağ saidin aşağı 1/3-nin ön səthinin yaradan sonrakı çapıqları, ola bilər kəsici alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. Qeyd olunan xəsarətlərin müayinə olunanın özü tərəfindən yetirilməsi istisna olunmur. X2 bədənində qeyd olunan xəsarətlərdən başqa hər hansı bir xəsarət və xəsarət izi aşkar olunmur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş rayon polis şöbəsində mövcud olan müşahidə kameralarının yaddaş qurğuları qeydə alınan götüntüləri bir aydan artıq saxlamadığı üçün xx.xx.2022-ci il tarixdə qeydə alınmış görüntülərin çıxarılmasının texniki cəhətdən mümkün deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 may 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 may 2022-ci il tarixli 935 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1 xx.xx.1950-ci il təvəllüdlü, X3 xx.xx.1979-cu il təvəllüdlü, X6 xx.xx.2006-cı il təvəllüdlü, X8 xx.xx.2009-cü il təvəllüdlü. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 18:50-də tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan övladının olmasını, İİ qrup əlil olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun dəfələrlə məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 0,942 qram çəkidə heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 71 manat 94 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 0,942 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-13/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-13/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver