Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-13/2025 23.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X16 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı övladı olan, Ağdaş Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1 və 66.2-ci maddəsi ilə maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı ilə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 23 noyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Lənkəran şəhəri, X20 küçəsi, ev 49 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X4 həbsdə saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 21 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində “X19 Kompleksi” MMC-nin hostelinin giriş hissəsində olan qeydiyyat masasının üzərindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 150 (bir yüz əlli) manat dəyərində “İphone 7” markalı mobil telefonu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs2 150 (bir yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 21 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs1 “X19 Kompleksi” MMC-nin hostelində kirayə qaldığı yaşayış sahəsi olan otağın qapısını qaşıq və bıçaqdan istifadə edərək açmaqla həmin yerə qanunsuz daxil olub sonuncuya məxsus 01 ədəd 200 (iki yüz) manat dəyərində “Dell” markalı kompüteri, 01 ədəd 20 (iyirmi) manat dəyərində “Texet” markalı mobil telefonu, 01 ədəd 30 (otuz) manat dəyərində “Sole Age” markalı ətiri və 01 ədəd 05 (beş) manat dəyərində “Nivea Men” markalı dezodorantı gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs1 255 (iki yüz əlli beş) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, eləcə də məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, 20 sentyabr 2024-cü il tarixdə Bərdə rayonunda yaşayan tanışlarının yanına gedib bağlarda fəhlə işləmək qərarına gəlmişdir. Həmin gün saat 20 radələrində “20 Yanvar” metrosunun yaxınlığına gələrək Bərdə rayonuna gələn taksi tapmadığından tanımadığı Ağdaş rayonuna gələn taksi sürücüsünün ona yaxınlaşaraq 20 manat müqabilində onu Ağdaş rayonuna qədər apara biləcəyini, oradan da Yevlax şəhərinə gedən taksi sürücülərinin birinə 5 manat verərək onu Bərdə rayonuna apara biləcəyini söyləmiş, o da razılaşaraq saat 20 radələrində Ağdaş rayonu istiqamətində yola çıxmışdır. 21 sentyabr 2024-cü il tarixdə saat 00:30 radələrində taksi sürücüsü onu Ağdaş rayonu ərazisində yerləşən X1rşısında düşürdükdən sonra hostelin qeydiyyatçısı ilə onun həmin hosteldə gecələməyi üçün 15 manat müqabilində razılaşmış və onu orada düşürüb getmişdir. Hostelin mühafizəçisi onu qalacağı 2-ci mərətəbədə yerləşən 3 nömrəli otağa aparmışdır. Təxminən saat yarım yatdıqdan sonra, 02 radələrində ac olduğu üçün oyanıb marketə gedib alış-veriş etmək qərarına gəlmiş, birinci mərtəbəyə düşüb çıxışa doğru getdikdə sağ tərəfdə olan qeydiyyat masasının üstündə “İphone 7” markalı mobil telefon olduğunu görmüşdür. Həmin vaxt pulu az olduğu üçün telefonu oğurlayıb satmaq qərarına gəlmiş, ətrafda heç kim olmadığı üçün telefonu götürüb şalvarının sağ yan cibinə qoyub kompleksin həyətinə düşərək qapı istiqamətində getmişdir. O, kompleksdən çıxıb Göyçay şəhəri istiqamətində piyada hərəkət etməyə başlamışdır. Təxminən 500 metr getdikdən sonra yolun kənarında dayanıb yoldan keçən maşınlara əl etmiş, həmin vaxt tanımadığı “VAZ 2106” markalı avtomobilin sürücüsü avtomobili yanında saxlamışdır. O, taksi sürücüsünə 24 saat işləyən marketə aparmasını xahiş etmişdir. Taksi sürücüsü ona bir neçə kilometr qabaqda market olduğunu və onu həmin marketə apara biləcəyini söyləmiş, o da razılaşmışdır. Avtomobilin qabaq sağ oturacağında bir nəfər sərnişin də olmuşdur. O, həmin şəxslərə satılıq telefonu olduğunu, almaq istəyib-istəmədiklərini soruşmuş, sürücü isə ondan telefonun ona məxsus olub-olmadığını soruşmuş, o da telefonun özünə məxsus olduğunu bildirmişdir. Daha sonra sürücü ilə 70 manat müqabilində razılaşıb oğurladığı telefonu ona satmışdır. Bundan sonra taksi sürücüsü avtomobili yolun kənarında “Emin” marketin qarşısında saxlamış, lakin həmin vaxt market bağlı olmuşdur. Sürücü ona işi olduğunu bildirib onu maşından düşürmüş və Göyçay şəhəri istiqamətində getmişdir. O, marketin qarşısında təxminən 5 dəqiqə gözlədikdən sonra “Opel” markalı avtomobil ona yaxınlaşmış və avtomobilin sürücüsündən onu hazırda açıq olan marketə aparmasını xahiş etmişdir. Taksi sürücüsü onu “RAM STORE” adlanan marketə aparmışdır. O, marketdən kolbasa, çörək, su və bir ədəd “Sobranie” markalı siqaret alaraq taksi sürücüsünə onu gecələdiyi Ağdaş rayon Olimpiya Kompleksinin hostelinə aparmasını bildirmiş və hostelə gələrək öz otağına keçib yatmışdır. Saat 09 radələrində yuxudan oyandıqdan sonra digər otaqların birində qalan tanımadığı şəxslərdən biri ilə qarşılaşmış və birlikdə hostelin pilləkənində dayanıb siqaret çəkmişlər. Söhbət zamanı həmin şəxs ona bir otaqda iş yoldaşı ilə birlikdə qaldıqlarını, onunla birlikdə Ağdaş rayonu ərazisində geoloq işlədiyini, təxminən yarım saat sonra işə gedəcəklərini bildirmişdir. Siqaret çəkib qurtardıqdan sonra o, öz otağına getmiş və həmin şəxslərin işə getməsini gözləmişdir. Belə ki, o həmin vaxt onların işlədiyini, otaqlarında pul və ya digər qiymətli əşyalarının olmasını, bu səbəblə onlar otaqdan çıxıb işə getdikdən sonra oğurluq etmək qərarına gəlmişdir. Təxminən yarım saat sonra saat 10 radələrində onların işə getdiklərinə əmin olmuş və əvvəlcə onların qaldıqları otağın qapısına yaxınlaşaraq qapının açıq olub-olmadığını yoxlamışdır. Qapı kilidli olduğundan həmin mərtəbədə olmaqla hostelin ümumi istifadəsində olan mətbəxə gedərək oradan 01 ədəd yağ bıçağı götürüb geri qayıdaraq həmin yağ bıçağını qapı ilə çərçivənin arasına salaraq bir-birindən ayırıb qapını açmış və otağa daxil olmuşdur. Həmin zaman ətrafda heç kim olmamışdır. Masanın üzərində açıq vəziyyətdə olan 01 ədəd kompüteri götürmüş, daha sonra otağın giriş hissəsinin sağ tərəfində olan göy rəngli çamadanı açıb içərisinə baxmış və həmin çamadanın içəri ciblərində olan 01 ədəd sadə mobil telefonu, 01 ədəd ətiri və 01 ədəd dezodorantı götürüb qapını əvvəlki qaydada bağlayıb əvvəlcə yağ bıçağını mətbəxə qoyduqdan sonra oğurladığı əşyalarla birlikdə öz otağına getmişdir. Saat 10 radələrində həmin sellofan paketi və içərisində şəxsi əşyaları olan bel çantasını götürüb hostelin yerləşdiyi X1rşısına çıxmış, yol kənarında əl edərək oradan keçən taksini saxlatmış və onu gecələyə biləcəyi ucuz otelə aparmasını bildirmişdir. Sürücü əvvəlcə onu Ağdaş rayon ərazisində yerləşən “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan motelə aparmış, orada qiymət baha olduğu üçün orada gecələməyi qəbul etməyib həmin taksiyə onu daha ucuz yerə aparmasını bildirmişdir. Daha sonra sürücü onu “Kral” motelə aparmış və qeydiyyat bölməsinə yaxınlaşaraq 1 günü 15 manat olan otağın pulunu ödədikdən sonra həmin otağa getmişdir. Bundan sonra tanımadığı həmin moteldə işləyən təmizlik işçisindən kompüter ustası tanıyıb-tanımamasını soruşduqda ona Cəbi adında kompüter ustası tanıdığını bildirmişdir. Təmizlik işçisinin mobil telefonu ilə Cəbi adlı şəxslə əlaqə saxlayıb ona kompüterinin koda düşdüyünü və bu barədə ona köməklik lazım olduğunu bildirmiş, Cəbi də ona saat 17 radələrində gəlib köməklik göstərəcəyini bildirərək, dediyi vaxt gəlib 5 manat qarşılığında həmin kompüterin parolunu açmışdır. Bundan 2 saat sonra Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları olduğu yerə gələrək onu Polis Şöbəsinə dəvət etmişlər, həmçinin həmin əməkdaşlara üzərində olan və hostelin otağından oğurladığı 01 ədəd kompüteri, 01 ədəd sadə mobil telefonu, 01 ədəd ətiri və 01 ədəd dezodorantı təqdim etmişdir. 01 ədəd “İphone 7” markalı mobil telefonu satdıqdan sonra əldə etdiyi 70 manat pulun hamısını rayon ərazisində taksilərə, hostelə və şəxsi ehtiyacları üçün marketdə xərcləmişdir. Təqsirləndirilən şəxs daha sonra vurulmuş ziyanı tamamilə bərpa etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını və əməlindən peşman olmasını bildirib, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, o, 2022-ci ilin sentyabr ayından etibarən “X19 Kompleksi” MMC-nin direktoru vəzifəsində işləyir. Hadisədən təxminən 2 il əvvəl Ağdaş rayon ərazisində dostundan “İphone 7” markalı mobil telefonu 150 manat qarşılığında almış, həmin mobil telefonu almaqda məqsədi “X19 Kompleksi” MMC-nin gözətçilərinin istifadə etmələri olmuş və həmin telefon mütəmadi olaraq gözətçilərin istifadəsində olmuşdur. 21 sentyabr 2024-cü il tarixdə saat təxminən 09 radələrində gözətçi Şahid2 zəng edərək istifadə üçün müvəqqəti olaraq onlara verdiyi “İphone 7” markalı mobil telefonu tapa bilmədiyini bildirmiş, o da telefonun hosteldə ola biləcəyini, tələsməməsini və həmin telefonu axtarmasını demişdir. Lakin sonradan Müşfiq adlı gözətçi ona yenidən zəng edərək nə qədər axtarsa da mobil telefonu tapmadığını bildirmişdir. 21 sentyabr 2024-cü il tarixdə təxminən 17 radələrində növbədə olan digər gözətçi Şahid3 ona zəng edərək hosteldə bir müddətdir ki, kirayə yaşayan Fuad və Samir adlı şəxslərin kirayələdiyi otaqdan oğurluq hadisəsi baş verdiyini, buna görə də hostelə gəlməsini ondan xahiş etmişdir. Təxminən 10 dəqiqə sonra “X19 Kompleksi” MMC-nin hostelinə gələrək nə baş verdiyini soruşmuş, həmin vaxt qonaqların kirayələdiyi otağın qapısının kilid hissəsində cızıqlar, yerdə isə taxta yonqarları olduğunu görmüşdür. Bundan sonra Fuad 01 ədəd “Dell” markalı kompüter, 01 ədəd “Texet” markalı mobil telefon, 01 ədəd “Sole Age” markalı ətir və 01 ədəd “Nivea Men” markalı dezodorantın otaqdan oğurlandığını ona bildirmişdir. Bundan sonra hər iki oğurluq hadisəsi ilə bağlı polisə məlumat vermişlər. Sonradan qeyd olunan oğurluq hadisələrini “X19 Kompleksi” MMC-nin hostelində gecələmək üçün 20 sentyabr 2024-cü il tarixdə otaq kirayə edən Lənkəran rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 150 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, o, işi ilə əlaqədar olaraq 17 sentyabr 2024-cü il tarixdə Ağdaş rayonuna gələrək “X19 Kompleksi” MMC-nin hostelində 1 nömrəli otaqda iş yoldaşı Şahid1 ilə birlikdə kirayə qalmışdır. Hər gün saat 9 radələrində hosteldən çıxıb işə getmişlər, saat 17 radələrində isə işlərini yekunlaşdırdıqdan sonra hostelə qayıtmışlar. 21 sentyabr 2024-cü il tarixdə saat 9 radələrində yaşadıqları otağın qapısını açarla kilidləyib işə getmişlər, saat 17 radələrində hostelə qayıtdıqda hostelin koridorunun qapısının bağlı olduğunu görüb iş yoldaşından mühafizəçini çağırıb qapını açmasını xahiş etmişlər. İş yoldaşı mühafizəçini çağırdıqdan sonra gəlib koridorun qapısını açmışdır. Qaldıqları otağın qapısının kilid hissəsində cızıqlar olduğunu, yerdə isə taxta yonqarları olduğunu gördükləri üçün dərhal mühafizəçiyə qapıya müdaxilə olunduğunu, qapını açıb otağı yoxlayacaqlarını bildirmişlər. Bundan sonra açarla otağın qapısının kilidini açmış və mühafizəçi ilə birlikdə otağa daxil olarkən otağın pəncərəsinin qarşısında olan masanın üstündəki “Dell” markalı kompüterin yerində olmadığını görmüş, dərhal oğurluq olub-olmadığını dəqiqləşdirmək üçün otağı yoxlamağa başlamışlar. Həmin vaxt otağın giriş hissənin sağ tərəfində olan göy rəngli çantasının içərisindəki ciblərindən 20 manat dəyərində ”Texet” markalı 01 ədəd mobil telefon, 30 manat dəyərində “Sole Age” markalı 01 ədəd ətir və 5 manat dəyərində “Nivea Men” markalı 01 ədəd dezodorantın olmadığını görmüşdür. Bundan sonra mühafizəçiyə dərhal “X19 Kompleksi” MMC-nin direktoruna bu barədə məlumat verməsini söyləmişdir. Mühafizəçi dərhal zəng edərək direktora məlumat vermiş, təxminən 10 dəqiqə sonra “X19 Kompleksi” MMC-nin direktoru Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuş, o da kirayə götürdükləri otaqdan oğurluq olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 onlara otaqdan çıxdıqdan sonra otağa heç kimin girmədiyini, təmizlik işçilərinin bugün onların otağında təmizlik işləri görmədiyini bildirmişdir. Onlar oğurluq olduğuna əmin olduqdan sonra “X19 Kompleksi” MMC-nin direktoru Zərərçəkmiş şəxs2 bu barədə polisə məlumat vermiş, sonradan qeyd olunan oğurluq hadisələrini “X19 Kompleksi” MMCnin hostelində gecələmək üçün 20 sentyabr 2024-cü il tarixdə otaq kirayə edən Lənkəran rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 255 (iki yüz əlli beş) manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2022ci ilin dekabr ayından etibarən əmək müqaviləsi ilə rəsmi qaydada “X19 Kompleksi” MMCnin gözətçisi işləyir. Onlar həmin yerdə gözətçi vəzifəsində 2 nəfər olmaqla 1 gündən bir gecə növbəsində olurlar. Müşfiq adlı gözətçidən növbəni təhvil alarkən Müşfiq ona müdirin onların istifadəsi üçün aldığı “İphone 7” markalı mobil telefonu nə qədər axtarsa da tapa bilmədiyini, ondan da müəyyən yerlərə baxmağını xahiş edib oranı tərk etmişdir. 21 sentyabr 2024-cü il tarixdə “X19 Kompleksi” MMC-də növbədə olarkən təxminən 17 radələrində Fuad və Samir işdən qayıdaraq onunla salamlaşıb kirayə götürdükləri otağa qalxmışlar. Təxminən 5 dəqiqə sonra Samir kompleksin qeydiyyat bölməsində olduğu yerə yaxınlaşaraq hosteldə onların otağına gedən koridorun qapısının bağlı olduğunu, həmin koridorun qapısının açarının onlarda olmadığı üçün ondan həmin qapını açmasını istəmişdir. Samirlə birlikdə həmin yerə qalxaraq koridorun qapısını açmış, Fuad kirayədikləri otağa yaxınlaşıb qapını açarla açmaq istədikdə qapıda cızıqlar olduğunu və yerdə taxta yonqarları olduğunu görüb ona qapıya müdaxilə olunduğunu və otağı açıb yoxlayacaqlarını bildirmişdir. Bundan sonra Fuad qapının kilidini açarla açmış və otağa daxil olduqda Fuad özünə məxsus “Dell” markalı kompüterin masanın üstündə olmadığını bildirmişdir. Daha sonra onlar oğurluq olub-olmamasını yoxlamaq üçün otaqda olan digər əşyalarının olduğu yerlərə baxmışlar. Bu zaman Fuad otaqda olan göy rəngli çantasının içərisini yoxladıqda 01 ədəd mobil telefon, 01 ədəd ətir və 01 ədəd dezodorantında olmadığını bildirmişdir. O, dərhal bu barədə mobil telefonla əlaqə saxlayaraq baş verənlər barədə rəhbərliyə məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra direktor Zərərçəkmiş şəxs2 ora gələrək nə baş verdiyini Fuaddan soruşmuş, Fuad da ona otağında əşyalarının oğurlandığını bildirmişdir. Sonradan baş verən hadisə ilə bağlı onlar polisə müraciət etmişlər və qeyd olunan oğurluq hadisələrinin “X19 Kompleksi” MMC-nin hostelində gecələmək üçün 20 sentyabr 2024-cü il tarixdə otaq kirayə edən Lənkəran rayon sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 21 sentyabr 2024-cü il tarixdə saat 11-12 radələrində əvvəldən tanıdığı “Kral” moteldə xadimə işləyən Arzu adlı qadın ona zəng edərək işlədiyi moteldə müştəri olan bir nəfər şəxsin kompüterin koda düşdüyünü və həmin kompüteri pul qarşılığında gəlib düzəldib düzəldə bilməyəcəyini ondan soruşmuş, o da hal-hazırda işləri olduğunu, axşam saatlarında bəlkə gələ biləcəyini bildirmişdir. Təxminən 17 radələrində Arzu adlı qadın yenidən ona zəng edərək gələ bilib-bilməyəcəyini soruşmuş, o da mobil telefonu kompüter sahibinə verməsini bildirmişdir. Həmin şəxslə danışarkən ondan kompüterin markasını soruşduqda markasını bilmədiyini bildirmişdir. Ona Arzu adlı qadının telefonu ilə şəkli çəkib ona göndərməsini bildirmişdir. Həmin şəxs də kompüterin modeli qeyd olunan yerin şəklini çəkib “Whatsapp” vasitəsi ilə ona göndərmişdir. Şəkilə baxdıqdan sonra həmin şəxslə telefonda danışıb həmin modeldən anlayışı olduğunu və gəlib düzəldə biləcəyini demişdir. O, taksi ilə gələrkən Arzu adlı qadına mesaj yazaraq moteldə olub-olmamasını soruşmuş, Arzu ona mesaj yazaraq iş saatı bitdiyi üçün moteli tərk etdiyini, həmin şəxsin hal-hazırda kirayələdiyi otaqda olmasını bildirmişdir. “Kral” motelin arxasında olan çayxanada qardaşı işlədiyi üçün birinci ora getmişdir. Qardaşı ona əlində çanta olan bir nəfər şəxsin onu axtarmasını bildirmişdir. O, həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və sonradan tanıdığı Tarislə salamlaşaraq masada əyləşmişlər. Taris ona kompüterin əmisi oğlunun olmasını, əmisi oğlu vəfat etdiyi üçün ona verildiyini bildirmişdir. O, həmin kompüteri düzəldə biləcəyini, bunun üçün isə kompüterin "D“ diskində olan məlumatların silinəcəyini, yəni format olunacağını bildirmişdir. Taris də heç bir problem olmadığını, kompüterin “D” diskində olan məlumatların lazım olmadığını ona demişdir. Təxminən 20 dəqiqə sonra o, həmin kompüterin parolunu açmış və bunun müqabilində Taris ona 5 manat pul vermişdir. Sonradan həmin şəxsin Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs olmasını və Tarisin həmin kompüteri Ağdaş şəhəri ərazisindən oğurladığını polis əməkdaşlarından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 21 sentyabr 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı-Şamaxı-Yevlax yolunun kənarında yerləşən “X19 Kompleksi” MMC-nin inzibati binasıdır. İnzibati binanın giriş qapısından içəri daxil olduqda İ mərtəbədə sol tərəfdə hostelə gecələmək üçün gələn şəxslərin qeydiyyatının aparılması üçün qeydiyyat masası vardır. Zərərçəkmiş şəxs2 01 ədəd “İphone 7” markalı mobil telefonunun qeydiyyat masasının üzərindən oğurlandığını bildirmişdir. Giriş qapısından irəli doğru getdikdə koridorun sonunda idman zalının giriş qapısı vardır. Həmin idman zalından hostelə keçən yol vardır. Hostelin İİ mərtəbəsində qonaqların gecələməsi üçün yataq otaqları və ümumi istifadədə olan mətbəx vardır. Zərərçəkmiş şəxs1 gecələdiyi otaq hostelin İİ mərtəbəsində yerləşməklə koridorun sağ tərəfində yerləşir. Həmin otağa daxil olduqda otaqda 2 yataqdan ibarət çarpayılar vardır. Həmin çarpayıların kənarında 01 ədəd göy rəngli çanta, qarşısında isə 02 ədəd stul və 01 ədəd masa vardır. Zərərçəkmiş şəxs1 01 ədəd “Dell” markalı kompüterinin otaqda olan masanın üzərindən oğurlandığını, 01 ədəd “Texet” markalı mobil telefonun, 01 ədəd “Sole Age” markalı ətirin və 01 ədəd “Nivea Men” markalı dezodorantın isə otaqda olan göy rəngli çantanın içərisindən oğurlandığını bildirmişdir. 22 sentyabr 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, “X19 Kompleksi” MMC-nin inzibati binasında yerləşən müşahidə kameralarına nəzarət otağında Təqsirləndirilən şəxs “X19 Kompleksi” MMC-nin inzibati binasını tərk etməsi barədə müşahidə kamerası vasitəsi ilə qeydə alınmış videogörüntüyə baxış zamanı 21 sentyabr 2024-cü il tarixdə saat 10:52-də Təqsirləndirilən şəxs “X19 Kompleksi” MMC-nin inzibati binasını tərk etdiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs kilidli qapını açmaq üçün istifadə etdiyi 01 ədəd qaşıq və 01 ədəd yağ bıçağı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin 25 oktyabr 2024-cü il tarixli, 859 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda baş-beyin üzvi xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu xbt 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi aşkar edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki verilmiş ifadələr, tibbi sənədlər (Lənkəran şəhər Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 657 saylı arayış, Lənkəran şəhər Narkoloji Xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli 410 saylı arayış), anamnestik məlumatla və hal-hazırkı psixiatrik müayinənin nəticələri (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, tez qıcıqlanması, onda səbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, söhbət zamanı tez yorulması, astenizə olunması, xırda qıcığa güclü affektiv tipli reaksiyalarla cavab verməsi, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, yeni məlumatları bir qədər pis qavraması, mülahizə və mühakimələrinin bir qədər səthi olması, onda qavrama, intellekt tənqid pozuntuları aşkar edilməməsi, psixoproduktiv simptomatika müəyyən olunmaması, törətmiş olduğu əmələ tənqidi münasibət bəsləməklə əməlindən peşiman olduğunu soyləməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs baş-beyin üzvi xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs istinad olunan cinayət əməlini törədən zaman onun əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda baş-beyin üzvi xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. “Məhkəmə Ekspertiza Mərkəzi”nin 10 dekabr 2024-cü il tarixli, 9/9398 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hazırki orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 335 manat müəyyən edilir. Qərarda qeyd edilən digər malların, yəni 2024-cü ildə alınmış, dolu vəziyyətdə, az istifadə olunmuş, 100 ml “Sole Age” markalı ətirin və 01 ədəd 2024-cü ildə alınmış, dolu vəziyyətdə az istifadə olunmuş, 150 ml “Nivea Men” markalı dezodorantın satışına dair yerli internet saytlarında məlumat mövcud deyil. Bu səbəbdən də həmin mallar üzərində qiymətləndirmə aparmaq mümkün olmamışdır. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli, xxxx/2409 saylı arayışdan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi – atası 04 iyul 1970-ci il təvəllüdlü X14, anası 15 may 1979-cu il təvəllüdlü X8 və qardaşı 02 fevral 2003-cü il təvəllül X9 ibarətdir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömərli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə-şikayət daxil olmamışdır. “Lənkəran şəhər Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 657 saylı məktubdan görünür ki, Lənkəran şəhəri, X20 küçəsi, ev 49 ünvanında qeydiyyatda olan və yaşayan xx xxxx 2000-ci il təvəllüdlü Nağızadə X11 şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. “Lənkəran şəhər Narkoloji Xəstəxanası” tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, 710 saylı məktubdan görünür ki, Lənkəran şəhəri, X20 küçəsi, ev 49 ünvanında qeydiyyatda olan və yaşayan xx xxxx 2000-ci il təvəllüdlü Nağızadə X11 şəhər Narkoloji Xəstəxanasında 2021-ci il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatdadır. “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 22 sentyabr 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdə saat 19:00da şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2024-cü il tarixdə, saat 09:30-da Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə 10:05-də təqsirləndirilən şəxs qismində dindirilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4(014)-40/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat və vəsatət təmin edilməmiş, 24 sentyabr 2024-cü il tarixdə Ağdaş rayon X12 Bölməsinin müstəntiqi X15 tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(107)-84/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 4(014)- 40/2024 nömrəli qərarından verilmiş apellyasiya protesti təmin edilərək, Təqsirləndirilən şəxs оğlunun hаqqındа həbs qətimkаn tədbirinin seçilməsindən imtina edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 4(014)-40/2024 nömrəli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddət nəzərə alınmaqla barəsində 2 (iki) ay 28 (iyirmi səkkiz gün) müddətə həbs qətimkan tədbiri seçilmişdir. Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin rəisi Samid Kərimov tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəis müavini İlkin Hüseynova ünvanlanmış 20 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx xxxx 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 20 oktyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Lənkəran şəhəri ərazisində tutularaq Ağdaş rayon Polis Şöbəsinə gətirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X6 yerləşdirilməsi üçün Ağdaş rayon X10 Saxlama Yerinə təhvil verilmişdir. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin tədqiq edilmiş ifadələrini, 21 sentyabr 2024-cü il və 22 sentyabr 2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokolları, Təqsirləndirilən şəxs ifadəsinin yoxlanılması istintaq hərəkəti keçirilən zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd DVD diski və fotoşəkilləri, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə daxil olub özgə əmlakını gizli yolla talamış, yəni oğurluq cinayətini törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə Cinayət Məcəlləsinin 177.2.2-ci, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2018-ci i tarixli Qərarında qeyd olunur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Məhkəmə, işdəki sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lənkəran Rayon Məhkəməsinin 1(049)-156/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-(106)-521/2022 nömrəli, 27 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmündən verilmiş apellyasiya şikayəti təmin edilərək, həmin hökm Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına bərəbər tutulması və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Nağızadə X11 Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 234.1 və 66.2-ci maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 noyabr 2023-cü ildə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilmədən və ya götürülmədə yenidən qəsdən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, bununla da cinayətin residivinə yol vermişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, iş materiallarına istinad edib təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, yenidən qəsdən cinayət törətməsini, onun barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbirinin gözlənilən səmərəni verməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını, onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, əməlində cinayətin residivi olduğu və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla həmin cəzadan çıxılmalı, cəza çəkmə müddətinin əvvəli Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2024-cü il tarixli qərarına əsasən həbsə alındığı tarixdən, yəni 20 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı X13 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********0002088 501 saylı hesabına ödənilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin, o cümlədən 197.1.4cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 1 ədəd qaşıq və 01 ədəd yağ bıçağı dəyərini itirdiyindən məhv edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsi, 01 ədəd “Dell” markalı komputer, 01 ədəd “Texet” markalı mobil telefon, 01 ədəd “Sole Age” markalı ətir, 01 ədəd “Nivea Men” markalı dezodoranın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyini, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onların məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Müdafiəçi tərəfindən təqdim edilmiş müvafiq arayışdan görünür ki, Ağdaş rayon vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 21 saat vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 126 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 22 sentyabr 2024-cü il tarixdən 24 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 126 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsi, 01 ədəd “Dell” markalı komputer, 01 ədəd “Texet” markalı mobil telefon, 01 ədəd “Sole Age” markalı ətir, 01 ədəd “Nivea Men” markalı dezodoranın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 1 ədəd qaşıq və 01 ədəd yağ bıçağı məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X18
Məhkəmə qərarları › İş №1(014)-13/2025
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-13/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver