Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-130/2021 01.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X3 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1999-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı övladı olan, ünvan 1 ünvanında yaşayan, barəsində 01.08.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 17.07.2021-ci il tarixdə saat 21 radələrində Ağdaş rayonu Pirəyir kəndində Mehman Səmədovun həyətində keçirilən toy şənliyində musiqi alətində ifa edən xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs toy şənliyində iştirak edən şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər etdirərək özünün digər şəxslərdən üstünlüyünü nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə vurub burun sümüyünün sınığı ilə nətiçələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək heç bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, hazırda ailəli olduğunu və himayəsində bir azyaşlı uşağın olduğunu, fərdi əməklə məşğul olduğunu, belə ki, avtomaşın yumaqla məşğul olduğunu, 17.07.2021-ci il tarixdə Ağdaş rayonu Pirəyir kəndində Mehman Səmədov adlı şəxsin qızının və dayısı Davudun oğlu Pərvinin el adəti üzrə nişan məclisinə dəvətli olduğunu, buna görə də 17.07.2021-ci il tarixdə saat 17-də Ağdaş rayonu Pirəyir kəndində yaşayan Mehman Səmədovun həyətinə ailəsi ilə birlikdə nişan mərasimi keçirilən həyətə getdiklərini, saat 18-də nişan mərasiminin başladığını, nişan mərasimi davam edərkən təxminən saat 21 radələrində sintezatorda musiqi ifa edən sonradan adını bildiyi Zərərçəkmiş şəxs yaxınlaşaraq ona musiqi sifariş etdiyini və 5 (beş) manat pul verərək “Qara Gözlər” mahnısını ifa etməsini bildirdiyini, Vüqarın isə “ev yiyəsi başqa mahnı sifariş edib” deyə söylədiyini, özünün də ona heç nə demədiyini və kənara çəkildiyini, təxminən 2-3 dəqiqə sonra onun sifariş verdiyi “Qara Gözlər” mahnısı ifa olunmağa başladığını, sifariş etdiyi musiqiyə ailə ilə birlikdə oynadığını, həmin mahnının təxminən 20 saniyə davam etdiyini, sintezatorda musiqi ifa edən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs “Avara” mahnısını ifa etməyə başladığını, özünün də buna görə Zərərçəkmiş şəxs yaxınlaşaraq öz narazılığını bilidirdiyini və ona “sən niyə Qara Gözlər mahnısını axıra kimi ifa etmədin” deyə söylədiyini, Zərərçəkmiş şəxs isə onun qolundan tutaraq kənara çəkdiyini, özünün Zərərçəkmiş şəxs “sən niyə mahnını axıra kimi ifa etmədim” deyə söylədiyini, Vüqarın isə ona “yaxşi edirəm” deyə söylədiyini, özünün də ona “sən niyə bele danışırsan, mən sənə 5 (beş) manat pul verdim ki, Qara Gözlər mahnısını ifa edəsən” deyə söylədiyini, Vüqarın əlləri ilə onun yaxasından tutaraq onu itələdiyini, daha sonra əli ilə boyun nahiyəsindən vurduğunu, özünün arxaya çəkildiyini, Vüqarın yenidən ona tərəf gələrək əli ilə üz nahiyəsindən sillə vurduğunu, Vüqara əl onu vurmaq üçün əl atdığını, bu vaxt onun başının arxa nahiyəsindən Vüqarın oğlu Vüsalın yumruqla vurduğunu, həmin vaxt dayısı Davudun gəlib onu kənara çəkərək öz avtomobilinə mindirirək dayısı oğlu Fəqanın onu evə apardığını, dava-dalaş zamanı Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün əl atdığını, lakin onu vurub vurmadığını xatırlamadığını, onun başının arxa hissəsində Vüqarın oğlu Vüsalın yumuruq ilə bir dəfə vurduğunu, eyni zamanda Vüqarın onu sillə ilə iki dəfə vurduğunu bildirmişdir.Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində özünün uzun illərdir ki, musiqi müəllimi olaraq işlədiyini, Kəmalə Cəfərlinin onun həyat yoldaşı olduğunu, özünün musiqiçi olduğunu, sintezator və qarmon musiqi alətlərində ifa etdiyini, eyni zamanda Ağdaş şəhəri, H.Əliyev adına musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işlədiyini, eyni zamanda toy şənliklərinə də getdiyini, keçirilən şənliklərdə qarmon ifa etdiyini, 17.07.2021-ci il tarixdə Ağdaş rayonu Pirəyir kəndində Mehman Səmədov adlı şəxsin qızının nişan mərasiminə dəvətli olduğunu, buna görə də 17.07.2021-ci il tarixdə saat 18-də Ağdaş rayonu Pirəyir kəndində yaşayan Mehman Səmədovun həyətinə ansabılın üzvləri ilə, yəni oğlu Şahid1 və səs operatoru Orxan ilə birlikdə nişan mərasimi keçirilən həyətə getdiklərini, saat 18-də nişan mərasiminin başladığını, nişan mərasimi davam edərkən təxminən saat 21 radələrində sintezatorla musiqi ifa edərkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaxınlaşaraq hazırda ifa etdiyi ritmi dayandıraraq dərhal onun sifariş verdiyi “Qara Gözlər” mahnısını ifa etməyini ona tapşırdığını, özünün də ona hazırda ifa etdiyi musiqini sona çatdırdıqdan sonra onun sifariş verdiyi mahnını ifa edəcəyini bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs ağzından kəskin spirtli içkinin iyi gəldiyini, özünün Təqsirləndirilən şəxs sakitləşdirmək üçün onu nişan məclisindən çölə dəvət etdiyini, məclisdən musiqiçilər əyləşən masanın sol tərəfinə, yəni yanına keçdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs ona “sən kimsən ki, mənim sifariş verdiyim musiqini dərhal ifa etmirsən” deyərək qəflətən yumruqla bir neçə dəfə onun alın və burun nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini, bundan sonra Təqsirləndirilən şəxs ona qarşı yüksək səslə nalayiq ifadələr işlədərək orada olan toy şənliyində iştirak edən insanlara məhəl qoymayaraq onu ayırmaq istəyən, yəni sakitləşdirmək istəyən şəxslərə müqavimət göstərərək onların əlindən çıxaraq təkrar onun üzərinə hücum çəkmək istədiyini, bu vaxt onun burnundan qan axmağa başladığını, huşunu itirərək yerə çökdüyünü, Təqsirləndirilən şəxs ilə aralarındakı dava-dalaş zamanı özü və oğlu Şahid1 Anarı vurmadıqlarını, ona heç bir xəsarət yetirmədiklərini, Təqsirləndirilən şəxs onların barəsində etdiyi şikayətin əsassız olduğunu, aralarındakı mübahisənin təxminən 5-6 dəqiqə çəkdiyini, hadisə zamanı orada Orxan, ev sahibi Mehman, Davud və oğlu Vüsalın olduğunu,yaranmış səs küyə də orada olan adamların topalaşdıqlarını, özünün Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki güc tətbiq etmədiyini, Təqsirləndirilən şəxs yalan dediyini, oğlu Vüsalın Anarı vurmadığını bildirmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs ilə barışmadığını və hazırda ondan şikayətçi olmasını nəzərə alaraq, ona qanuna müvafiq, obyektiv cəza təyin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində Zərərçəkmiş şəxs onun doğma atası olduğunu, atası Zərərçəkmiş şəxs musiqiçi olduğunu, sintezator və qarmon musiqi alətlərində ifa etdiyini, eyni zamanda atası Zərərçəkmiş şəxs Ağdaş şəhəri H.Əliyev adına musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işlədiyini, eyni zamanda atasının toy şənliklərinə də getdiyini və keçirilən şənliklərdə qarmon ifa etdiyini, 17.07.2021-ci il tarixdə Ağdaş rayonu Pirəyir kəndində Mehman Səmədov adlı şəxsin qızının nişan mərasiminə dəvətli olduqlarını, buna görə də 17.07.2021-ci il tarixdə saat 18-də Ağdaş rayonu Pirəyir kəndində yaşayan Mehman Səmədovun həyətinə ansabılın üzvləri ilə özü və səs operatoru Orxan ilə birlikdə nişan mərasimi keçirilən həyətə getdiklərini, saat 18-də nişan mərasiminin başladığını, nişan mərasimi davam edərkən təxminən saat 21 radələrində atası sintezatorla musiqi ifa edərkən sonradan adını bildikləri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə atama yaxınlaşaraq hazırda ifa etdiyi ritmi dayandıraraq dərhal onun sifariş verdiyi “Qara Gözlər” mahnısını ifa etməyini ona tapşırdığını, atasının da ona hazırda ifa etdiyi musiqini sona çatdırdıqdan sonra onun sifariş verdiyi mahnını ifa edəcəyini bildirdiyini, atası Təqsirləndirilən şəxs sakitləşdirmək üçün onu nişan məclisindən çölə dəvət etdiyini, onların məclisdən, musiqiçilər əyləşən masanın sol tərəfinə yəni yanına keçdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs atasına “sən kimsənki mənim sifariş verdiyim musiqini dərhal ifa etmirsən” deyərək qəflətən yumruqla bir neçə dəfə onun alın və burun nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini, özünün də tez atasının yanına getdiyini, bundan sonra Təqsirləndirilən şəxs atasına qarşı yüksək səslə nalayiq ifadələr işlədərək orada olan toy şənliyində iştirak edən insanlara məhəl qoymayaraq onu ayırmaq istəyən, yəni sakitləşdirmək istəyən şəxslərə müqavimət göstərərək onların əlindən çıxaraq təkrar atasının üzərinə hücum çəkmək istədiyini, bu vaxt atasının burnundan qan axmağa başladığını və atasının huşunu itirərək yerə çökdüyünü, Təqsirləndirilən şəxs 18.07.2021ci il tarixdə Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək Vüqarın onu döyməyini bildirməsi barədə Təqsirləndirilən şəxs ilə atasının arasındakı dava-dalaş zamanı atası və özünün Anarı vurmadıqlarını, ona heç bir xəsarət yetirmədiklərini, Təqsirləndirilən şəxs onların barəsində etdiyi şikayətin əsassız olduğunu, Təqsirləndirilən şəxs vurmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 ifadəsində Təqsirləndirilən şəxs onun bacısı nəvəsi olduğunu, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 17.07.2021-ci il tarixdə Ağdaş rayonu Pirəyir kəndində Mehman Səmədov adlı şəxsin qızının və qardaşı Davudun oğlu Pərvinin el adəti üzrə nişan məclisinə dəvətli olduğunu, buna görə də 17.07.2021-ci il tarixdə saat 17-18 radələrində Ağdaş rayonu Pirəyir kəndində yaşayan Mehman Səmədovun həyətinə, nişan mərasimi keçirilən həyətə getdiklərini, saat 18-də nişan mərasiminin başladığını, nişan mərasimi başladıqdan sonra qonaqların bir qisminin yeyib içdiyini, bir qisminin isə ifa edilən musiqilərə oynaydıqlarını, nişan məclisi davam edərkən təxminən saat 20 radələrində məclisdən biraz kənarda dayandığını, həmin zaman musiqiçilər olan tərəfdə qohumu Anar ilə sintezatorda musiqi ifa edən sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini gördüyünü, mübahisənin çox da davam etməməsi üçün onlara yaxınlaşıb onları sakitləşdirmək istədiyini, həmin zaman Anarı arxadan bir nəfər cavan oğlanın vurmasını gördüyünü, həmin cavan oğlanı yəni Zərərçəkmiş şəxs oğlu, sonradan adını bildiyi Vüsal adlı şəxsi mübahisə etməmələri üçün tutub saxladığını, mübahisənin daha da böyüməsini istəmədiyini, Anarla Vüqar arasında dava dalaş başladığını, həmin zaman özü və orada olan qohumlarının onları aralaşdırdıqlarını, daha sonra Anarı oradan kiminsə götürüb apardığını, Vüqarın burun nahiyəsindən qan gəldiyini gördüyünü və ona köməklik etdiyini, Anarla Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin qohumu Anarın musiqi sifarişi səbəbindən baş verdiyini, Vüqar adlı şəxsin burun nahiyyəsindən qan axdığını və həmin vaxt qanı kəsmək üçün soyuq buz axtardığını, mübahisənin təxminən 2-3 dəqiqə çəkdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 ifadəsində 17.07.2021-ci il tarixdə Ağdaş rayonu Pirəyir kəndində onun həyətində el adəti üzrə qızının nişan məçlisi keçirildiyini, onun yeni qohum olduğum qudası Davudun yaxınları həmin şənlikdə iştirak etdiklərini saat 20 radələrində musiqiçilər olan tərəfdə söz söhbət olduğunu gördüyünü və onlara yaxınlaşdığını, nə baş verdiyini soruşduğunu və həmin vaxt hər hansı bir mübahisənin olduğunu görmədiyini, yəqin ki anlaşılmazlıq olduğunu düşündüyünü, bundan sonra məclisə gəlib gedən qonaqları yola salmağa başladığını, bir az sonra şənlikdə iştirak edən Davudun qohumu Anar ilə sintezatorda musiqi ifa edən Zərərçəkmiş şəxs arasında mübahisə baş verməsinin ona məlum olduğunu, mübahisənin çox da davam etməməsi üçün onlara yaxınlaşıb onları sakitləşdirdiyini, həmin vaxt ona Anar adlı şəxs ilə Vüqar arasında musiqi sifarişi ilə bağlı mübahisə olması məlum olduğunu, Vüqarın burun nahiyəsinin qanadığını gördüyünü, həmin zaman orada olan qohumlarının onları sakitləşdirdiklərini, daha sonra Anarı oradan kiminsə götürüb apardığını, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı mübahisənin 17.07.2021-ci il tarixdə təxminən saat 20 radələrində Ağdaş rayonu Pirəyir kəndində onun yaşadığı evin həyətində təşkil edilən nişan məclisində baş verdiyini, təxminən 4-5 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid3 və X1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 Nəsrəddin oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmə tibbi ekspertizasının 19.07.2021-ci il tarixli 444 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – burun sümüyünün sınığı, küt alət təsirindən törənmiş, törənmə müddəti 17.07.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan məhkəmə tibbi ekspertizasının 19.07.2021-ci il tarixli 453 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər – başın sağ ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoma) küt alət təsirindən törənmiş, törənmə müddəti 17.07.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aiddirlər Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Aşağı Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Aşağı Zeynəddin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Aşağı Zeynəddin kəndində yaşamaqla aşağıdakı ailə üzvlərindən ibarətdir: anası- X4, yoldaşı – X2, övladı –X5 28.11.2019-cu il təvəllüdlü. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RMX-nın 23 avqust 2021-ci il tarixli 1051 saylı məktubdan görünür ki, Ağdaş şəhəri, İ.Qaradağlı küçəsində yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX-nı PHŞ-in poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 17.07.2021-ci il tarixdə, saat 21 radələrində Ağdaş rayonu, Pirəyir kəndində Mehman Səmədovun həyətində keçirilən toy şənliyində musiqi alətində ifa edən xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs toy şənliyində iştirak edən şəxslərə məhəl qoymadan, onların narahatçılıqlarına səbəb olan və etik normalardan kənara çıxan hərəkətlərə yol verərək, səs-küyə toplaşan şəxslərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirməklə, ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək özünün digər şəxslərdən üstünlüyünü nümayiş etdirərək heç bir əsaslı səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə vurub burun sümüyünün sınığı ilə nətiçələnən sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran bədən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etməklə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi üzrə özünü təqsirli bilərək əməlindən peşiman olduğunu qeyd etmiş və əməlinə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya aktını tətbiq etməklə barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinliklik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcəli əlil övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədən atalığı, övladlığı götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərin amnistiya aktının təsiri altına düşməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, həmçinin himayəsində bir azyaşlı uşağı olduğundan onun barəsində amnistiya aktı tətbiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə icraata təqibinə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndlərinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi1 göstərilmiş 5 (beş) saat hüquqi xidmətə görə 30 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 1.16-cı və 9.1-ci bəndlərinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs göstərilmiş 5 saat hüquqi xidmətə görə 30 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-130/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-130/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver