Məhkəmə qərarları › İş №1(014)-130/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-130/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-130/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 Zərərçəkmiş şəxs "xxxx" FT MMC-nin nümayəndəsi (direktoru) X1 iştirakı ilə Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1998-ci ildə Ağdaş rayonu, Pirkəkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 27 aprel 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, X5 xx xxxxxxxx 1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, İsmayıllı şəhəri, M.Müşfiq küçəsi 3 saylı evdə qeydiyyatda olan, faktiki olaraq Ağdaş rayonu, Ərəbocağı kəndində yaşayan, barəsində 27 aprel 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 xx xxxxxx 1996-cı ildə Ağdaş rayonu, Ərəbocağı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 27 aprel 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2022-ci ilin aprel ayının 21-də saat 00:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə İsmayıllı şəhəri, M.Müşfiq küçəsi, ev 3-də qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 və Ağdaş rayonu Ərəbocağı kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayonu, Ərəbocaq kəndində yerləşən "xxxx" FT MMC-yə məxsus qoyun fermasına qanunsuz olaraq daxil olub oradan hər biri 275 manat dəyərində olan 02 baş dişi qoyunları və hər biri 440 manat dəyərində olan 03 baş erkək qoyunları, ümumilikdə 5 baş qoyunları oğurlayaraq "xxxx" FT MMC-nin cəmi 1870 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 2022-ci ilin aprel ayının 21-də saat 00:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayonu, Ərəbocaq kəndində yerləşən "xxxx" FT MMC-yə məxsus qoyun fermasına qanunsuz olaraq daxil olub oradan hər biri 275 manat dəyərində olan 02 baş dişi qoyunları və hər biri 440 manat dəyərində olan 03 baş erkək qoyunları, ümumilikdə 5 baş qoyunları oğurlayaraq "xxxx" FT MMC-nin cəmi 1870 manat dəyərində əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 2022-ci ilin aprel ayının 21-də saat 00:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədilə İsmayıllı şəhəri M.Müşfiq küçəsi ev 3-də qeydiyyatda olan xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 və Ağdaş rayonu, Pirkəkə kəndində qeydiyyatda olan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Ağdaş rayonu, Ərəbocaq kəndində yerləşən "xxxx" FT MMC-yə məxsus qoyun fermasına qanunsuz olaraq daxil olub oradan hər biri 275 manat dəyərində olan 02 baş dişi qoyunları və hər biri 440 manat dəyərində olan 03 baş erkək qoyunları, ümumilikdə 5 baş qoyunları oğurlayaraq "xxxx" FT MMC-nin cəmi 1870 manat dəyərində əmlakını gizli olaraq talamışdır. İş üzrə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində "xxxx" FT MMC əvvələr iki gün müddətində çoban işləmiş, fermada çoban işləməzdən təxminən 3-4 gün əvvəl dostluq münasibətləri olan Nihat ona borcunun olmasını söyləmiş və ona "xxxx" FT MMC-yə məxsus fermadan oğurluq etməyi təklif etmiş, əvvəlcə Nihata atasının və qardaşının həmin fermada işlədiklərini, əgər belə bir şey edərsə onları da işdən çıxaracaqlarını söyləmiş, Nihat da ona borcu olduğu üçün buna məcbur qalmasını söyləmiş, daha sonra Nihatla razılaşmış, lakin həmin vaxt Nihat ona neçə baş qoyun oğurlamaq istəməsini söyləməmiş, bundan bir neçə gün sonra Mirzə adlı şəxs ona fermada çoban lazım olmasını söyləmiş və ondan da iki günlük çoban işləməsini xahiş etmiş, Mirzə ilə razılaşmış və hazırda dəqiq yadında olmayan tarixdə fermaya getmiş, iki günü başa vurmuş və fermada işdən çıxmış, bundan sonra, yəni xx.xx.2022-ci il tarixdə axşam üstü dostları Nihat və Toğrul ilə görüşmüş, söhbət zamanı Nihat yenidən fermadan qoyun oğurlamaq istəməsini söyləmiş, həmin vaxt o və Toğrul Nihat ilə razılaşmış və gecə saatlarında fermaya daxil olaraq oradan qoyun oğurlamağı qərara almış, buna görə də xx.xx.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində fermanın yaxınlığına getmiş və yaxınlıqda heç kimin olmadığını görmüş, daha sonra Nihata zəng edərək gəlmələrini söyləmiş, bundan təxminən 40 dəqiqə sonra Nihat və Toğrul həmin vaxt Nihatın idarə etdiyi “VAZ 21011” markalı **-CC-*** nömrə nişanlı avtomobil ilə fermanın yaxınlığına gəlmişlər, Nihat və Toğrulu qarşılamış, bundan sonra onlarla birlikdə qoyunların olduğu tövləyə tərəf getmiş, həmin vaxt qapıda qıfılın olmadığını fermada işləyən vaxtdan bildiyi üçün qapını açmış, bundan sonra hər üçü tövləyə daxil olmuş, əvvəlcə 3 baş erkək qoyun seçib tutmuş və aparıb Nihatın idarə etdiyi avtomobilə qoyaraq geri qayıtmışlar, daha sonra isə 2 baş dişi qoyun götürmüş və yenə də aparıb Nihatın avtomobilə qoymuşlar, daha sonra oradan çıxıb birbaşa Bərdə rayonuna heyvan bazarına getmiş, Bərdə rayon heyvan bazarında fermadan oğurladıqları beş baş qoyunu tanımadıqları şəxslərə ümumilikdə 780 manata satmış, daha sonra əldə etdikləri pulu öz aralarında bərabər şəkildə bölmüş, bundan sonra yaşadıqları Ağdaş rayonuna gəlmişlər. İş üzrə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində dostu Təqsirləndirilən şəxs1 ilə söhbət edən zaman Əlvana maddi vəziyyətinin yaxşı olmadığını və pula ehtiyacının olmasını söyləmiş, xx.xx.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində Əlvan ona zəng edərək fermada olduğunu söyləmiş və Toğrulu da götürüb gəlməssini tapşırmış, buna görə də o, Toğrulu da götürmüş və idarə etdiyi VAZ21011 markalı **-CC-*** nömrə nişanlı avtomobil ilə fermanın yaxınlığına getmiş, avtomobili fermadan təxminən 10-15 metr aralıda saxlamış, Əlvan gələrək onları qarşılamış, daha sonra Əlvan fermanın qapısının qarşısında dayanaraq itləri yaxın gəlməyə qoymamış, o və Toğrul fermanın qapısından içəri daxil olmuş, bundan sonra 3 dişi və 2 erkək qoyun tutaraq oğurlayıb avtomobilə aparmış, onlar qoyunları avtomobilə aparan zaman Əlvan da onlara kömək etmiş, daha sonra o idarə etdiyi avtomobili Bərdə rayonunda yerləşən heyvan bazarına sürmüş, qoyunları tanımadıqları şəxslərə ümumilikdə 780 manata satmışdır, lakin həmin vaxt qoyunları ayrı-ayrılıqda neçəyə satdığını hazırda dəqiq olaraq xatırlamır, daha sonra həmin pulu öz aralarında bərabər şəkildə bölmüşlər. İş üzrə Təqsirləndirilən şəxs3 məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində bildirdi ki, təxminən 2022-ci ilin aprel ayının 20-də dostları Nihat və Əlvan ilə söhbət edən zaman Nihat onlara borcunun olduğunu və pula ehtiyacının olduğunu bildirmiş, buna görə də gecə saatlarında fermaya daxil olaraq oradan oğurluq etmək qərarına gəlmiş, daha sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində Nihat və Əlvan ilə birlikdə həmin vaxt Nihatın idarə etdiyi “VAZ 21011” markalı **-CC-*** nömrə nişanlı avtomobil ilə fermanın yerləşdiyi Ağdaş rayonu, Ərəbocaq kəndinə getmiş, daha sonra o və Nihat avtomobildə gözləmiş, Əlvan isə fermanın yaxınlığına getmiş, bundan təxminən 30-40 dəqiqə sonra Əlvan Nihatın mobil telefonuna zəng etmiş və həmin vaxt telefonu o götürmüş, Əlvan onlara “salamatçılıqdı, gəlin” deyə söyləmiş, buna görə də onlar avtomobili bir qədər uzaqda saxlayaraq fermaya getmiş və Əlvan onları qarşılamış, daha sonra əvvəlcədən razılaşdıqları kimi Əlvan fermanın qarşısında dayanaraq itlərin onlara hürməsinin qarşısını almış, bundan sonra o və Nihat fermanın qapısından içəri daxil olmuş, bundan sonra 3 dişi və 2 erkək qoyun tutaraq oğurlayıb avtomobilə aparmış, onlar qoyunları avtomobilə aparan zaman Əlvan da onlara kömək etmiş, daha sonra Nihat avtomobili Bərdə rayonunda yerləşən heyvan bazarına sürmüş, onlar qoyunları tanımadıqları şəxslərə ümumilikdə 780 manata satmış, lakin həmin vaxt qoyunları ayrı-ayrılıqda neçəyə satdıqlarını hazırda dəqiq olaraq xatırlamır, daha sonra həmin pulu öz aralarında bərabər bölmüşlər. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ağdaş rayonu, Ərəbocaq kəndində yerləşən "xxxx" FT MMC-nin direktoru vəzifəsində işləyir, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Nihat, Toğrul və Əlvan adlı şəxslər təsərrüfatın qoyunlarının saxlanıldığı qoyunların yerləşdiyi fermaya qanunusuz olaraq daxil olub, oradan ümumilikdə 05 baş qoyunu oğurlamış, həmin şəxslər fermanın arxa tərəfindən gələrək həmin hissədə yerləşən dəmir qapını açmış və oradan da qoyunların saxlanc yeri olan fermaya daxil olmuş, daha sonra həmin şəxslər 02 baş dişi qoyun və 03 baş damazlıq erkək qoyunlarını oğurlayaraq aparmış, bu barədə məlumat aldıqdan sonra həmin yerə gedərək baxmış, MMC-dən oğurluq edilməsi nəticəsində MMC-yə təxminən 1870 manat maddi ziyan dəymişdir, hazırda vurulmuş ziyan tam olaraq ödənilmişdir, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbləri yoxdur. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Ağdaş rayonu Ərəbocaq kəndində yerləşən "xxxx" FT MMC-nin icraçı direktoru işləmişdir, cəmiyyətinin ümumilikdə 1300 baş xırda buynuzlu qoyun heyvanları vardır, həmin qoyunları təsərrüfatın çobanları otarır, təsərrüfatda çoban işləyən Şahid1 xx.xx.2022-ci il tarixdə ona yaxınlaşaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslərin qoyunların saxlandığı tövləyə daxil olaraq oradan 5 baş qoyun oğurlaması barədə məlumat vermiş, bundan sonra o xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində qoyunların saxlandığı tövləyə getmiş, hadisə yerinə baxan zaman tövlənin arxa hissəsində yerləşən taxta pəncərənin taxtaları sındırılmasını görmüş, təsərrüfatda çoban işləyən Şahid1 verdiyi məlumata görə naməlum şəxs və ya şəxslər həmin pəncərədən tövləyə daxil olmuş, daha sonra tövlənin qapısını açaraq qoyunları aparmış, Şahid1 hadisə baş verən zaman bu barədə xəbərinin olub-olmamasını soruşmuş, Rasim də ona bundan heç bir xəbərinin olmadığını bildirmiş, bundan sonra onun tapşırığı ilə qoyunlar iki dəfə sayılmış və 02 baş dişi və 03 baş erkək qoyunun oğurlanması müəyyən olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyun 2022-ci il tarixli 9/3948 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən qoyunların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1870 manat müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğlu əvvəllər məhkum olunmamışlar, X5 məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 təqsirlərini etiraf edərək əməllərindən peşman olmalarını bildirmələrini, vurduqları ziyanı tam olaraq ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, cavanlıqlarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayət törətmələrini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 cəmiyyət üçün təhlükəli olmadıqları qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmalarını mümkün hesab edir, təqsirləndirildikləri maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, 26 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldıqları 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün, təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkmələrinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı, hökm qanuni qüvvəsinə minənə qədər barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müştərək qaydada Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, vurulmuş 1870 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 26 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, iki il beş ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X5 26 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, iki il beş ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X4 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. X5 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X5 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 26 aprel 2022-ci il tarixdən 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti cəza, iki il beş ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1, X7 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olmaması, vurulmuş 1.870 manat ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar