Məhkəmə qərarları › İş №1(014)-131/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-131/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-131/2022 14.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Ağdaş şəhəri, Azadlıq küçəsi, ev 63də qeydiyyatda olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə südçülük sovxozunda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29 dekabr 2015-ci il tarixdən hesablanmaqla 30 noyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 80 manat manat sabit pul məbləğində aliment alınaraq Sadıqova (Teymurova) Günel Fizuli qızına verilməsinə dair Neftçala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 fevral 2016-cı il tarixli, 2(53)-40/2016 saylı qətnaməsini, həmçinin 06 aprel 2018-ci il tarixdən hesablanmaqla, 05 yanvar 2015-ci il təvəllüdlü X5 və 30 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Şıxəliyeva (Teymurova) Günel Əbilağa qızına verilməsinə dair Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 may 2018-cı il tarixli, 2(010)-3267/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli, 3(014)-464/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-ın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 9 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 24 fevral 2021-ci il, 06 mart 2021-ci il və 06 may 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 20 aprel 2022-ci il tarixinə kimi Neftçala Rayon Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(53)-40/2016 saylı qətnaməsi üzrə 6080 manat, Suraxanı Rayon Məhkəməsinin 04 may 2018-cı il tarixli, 2(010)-3267/2018 saylı qətnaməsi üzrə 14784 manat, ümumilikdə isə 20864 məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxslər Sadıqova (Teymurova) Günel Fizuli qızına və Şıxəliyeva (Teymurova) Günel Əbilağa qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sadıqova (Teymurova) Günel Fizuli qızını Bakı şəhərində tanımış və münasibətləri yaranmışdır. 2007-ci il tarixdə rəsmi şəkildə ailə qurmuşlar. Evləndikdən sonra Bakı şəhərində yaşamışlar. Evliliklərindən 30 noyabr 2008-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Əvvəllər Zərərçəkmiş şəxs1 (Teymurova) ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs1 (Teymurova) himayəsində olan uşaqlarını tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Neftçala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 fevral 2016-cı il tarixli, 2(53)-40/2016 saylı qətnaməsinə əsasən cavabdeh ondan əvvəli 29 dekabr 2015-ci il tarixdən hesablanmaqla, 30 noyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər 80 manat sabit pul məbləğində aliment alınaraq Sadıqova (Teymurova) Günel Fizuli qızına verilməsi qət edilmişdir. Təxminən 2014-cü il tarixdə Şıxəliyeva (Teymurova) Günel Əbilağa qızı ilə el adəti ilə ailə həyatı qurmuş, 2015-ci il tarixdə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 05 yanvar 2015-ci il təvəllüdlü X9 və 30 iyul 2017-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Əvvəllər Şıxəliyeva (Teymurova) ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən ayrılmaq qərarına gəlmişlər. Zərərçəkmiş şəxs2 (Teymurova) himayəsində olan uşaqlarını tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 may 2018-cı il tarixli, 2(010)-3267/2018 saylı qətnaməsinə əsasən, ondan əvvəli 06 aprel 2018-ci il tarixdən hesablanmaqla, 05 yanvar 2015-ci il təvəllüdlü X5 və 30 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq Şıxəliyeva (Teymurova) Günel Əbilağa qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri müvafiq olaraq qanuni qüvvələrini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. İmkanının kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq tam şəkildə ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2021-ci il tarixli qərarı ilə 9 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 1 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. 02 mart 2022-ci il tarixdə cəzasını çəkib başa vurmuşdur. Əvvəllər bər-bər olmuş, daha sonra xırda bizneslə, yəni dönərçi işləmişdir. Həmin vaxtlar aylıq 600 manat qazanc əldə etmişdir. Məşğulluq Mərkəzində qeydiyyatda dursa da, işlə bağlı müraciət etməmişdir. Təqdimat verilən günə, yəni 20 aprel 2022-ci il tarixə kimi Neftçala Rayon Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(53)-40/2016 saylı qətnaməsi üzrə 6080 manat, Suraxanı Rayon Məhkəməsinin 04 may 2018-cı il tarixli, 2(010)-3267/2018 saylı qətnaməsi üzrə 14784 manat, ümumilikdə isə 20864 manat ödənməmiş aliment borcu təşkil edir. Əməlindən peşman deyil. Hazırda barəsində başqa cinayət işi də olduğu üçün ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhərində tanımış və münasibətləri yaranmışdır. Təxminən 2014-cü il tarixdə el adəti ilə ailə həyatı qurmuş, 2015-ci il tarixdə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 05 yanvar 2015-ci il təvəllüdlü X9 və 30 iyul 2017-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşlar. Evləndikdən sonra Bakı şəhərində yaşamışlar. Evli olduqları vaxtlarda Təqsirləndirilən şəxs Bakı şəhərində müxtəlif işlərdə işləmiş və yetərli qazanc əldə etmişdir. Əvvələr Seymur ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, tüfeyli həyat tərzi keçirdiyindən, uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 may 2018-cı il tarixli, 2(010)-3267/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs əvvəli 06 aprel 2018-ci il tarixdən hesablanmaqla, 05 yanvar 2015-ci il təvəllüdlü X5 və 30 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Suraxanı Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 9 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 20 aprel 2022-ci il tarixə kimi cəmi 14784 manat aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda və hazırda daim müxtəlif işlərdə çalışmış və yetərli qazanc əldə etmişdir. İstəsə hər ay alimenti ödəyə bilər, lakin ödəmək niyyəti yoxdur. Övladları ilə maraqlanmır, nə mənəvi, nə maddi dəstək göstərmir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhərində yaşadığı vaxtlarda tanımış və münasibətləri yaranmışdır. Təxminən 2007-ci il tarixdə rəsmi şəkildə ailə həyatı qurmuşlar. Həmin evlilikdən 30 noyabr 2008-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Bakı şəhərində yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs Bakı şəhərində müxtəlif yerlərdə ofisiant işləmişdir. Əvvələr Seymur ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığından, tez-tez spirtli içkilər qəbul edib dava-dalaş saldığından, uşağı ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Neftçala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 fevral 2016-cı il tarixli, 2(53)- 40/2016 saylı qətnaməsinə əsasən cavabdeh Təqsirləndirilən şəxs əvvəli 29 dekabr 2015ci il tarixdən hesablanmaqla, 30 noyabr 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər 80 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Ağdaş Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Neftçala Rayon Məhkəməsinin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsilə təqsirli bilinərək 9 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 20 aprel 2022-ci il tarixə kimi cəmi 6080 manat aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs evli olduqları vaxtlarda və hazırda daim müxtəlif işlərdə çalışmış və yetərli qazanc əldə etmişdir. İstəsə hər ay alimenti ödəyə bilər, lakin ödəmək niyyəti yoxdur. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və probasiya şöbəsinin rəisi Şahid2 ifadəsində göstərmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(53)-40 saylı 08 fevral 2016-cı il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 29 dekabr 2015-ci il tarixdən hesablanmaqla 30 noyabr 2008-ci ildə doğulmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq Sadıqova (Teymurova) Günel Fizuli qızının xeyrinə verilməlidir. Qətnamə şöbənin icraatına 28 avqust 2016-cı ildə daxil olmuş və 28 avqust 2016-cı il tarixdə tərəflərindən icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs könüllü icra müddətində icra sənədini icra etmədiyi üçün onun barəsində müvafiq sorğular edilmişdir. Verilmiş sorğulara əsasən borclu Təqsirləndirilən şəxs adına bank filiallarında şəxsi əmanət, vergi hesabı olması aşkar olunmamışdır. Borclunun əmlakına baxış keçirilmiş zəruri əmlakdan başqa tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün Ağdaş Rayon Məhkəməsinə təqdimat verilmiş və Ağdaş rayon məhkəməsinin 8(014)- 682/2017 saylı 22 may 2017-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 may 2018-cı il tarixli, 2(010)-3267/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs əvvəli 06 aprel 2018-ci il tarixdən hesablanmaqla, 05 yanvar 2015-ci il təvəllüdlü X5 qızının və 30 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün üçün hər ay hər hər uşaq üçün 154,00 manat olmaqla, cəmi 308,00 manat sabit pul məbləğində alimentin tutularaq Şıxəliyeva (Teymurova) Günel Əbilağa qızına verilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına 10 oktyabr 2018-ci ildə daxil olub və 10 oktyabr 2018-ci il tarixdə tərəfimizdən icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs yaşadığı ünvana göndərilmişdir. Tərəflərindən 22 oktyabr 2018-ci il tarixdə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul olunmuşdur. Borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyi üçün borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün Ağdaş rayon məhkəməsinə təqdimat verilmiş və Ağdaş rayon məhkəməsinin 8(014)-142/2021 saylı 18 may 2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə əlaqədar olaraq izahatı alınmış, borclu izahatında aliment borcundan ödəniş edəcəyini bildirmiş, lakin yaranmış aliment borcunu qərəzli olaraq ödəməmişdir. Borclunun əməllərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində 18 dekabr 2020-ci il tarixli protokol tərtib edilməklə, protokol digər sənədlərlə birlikdə baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmiş və Ağdaş Rayon Məhkəməsinin 3(014)-464/2020 saylı 18 dekabr 2020-ci il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 9 gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İnzibati məsuliyyətə cəlb edildikdən sonra borclu şöbəyə çağırılmış ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında təqdimat veriləcəyinə dair xəbərdarlıq olunmuşdur. Borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X7 19 saylı Ərazi Məşğulluq Mərkəzinə işlə təmin olunması üçün müraciət etməsinə baxmayaraq hazırda qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. Tələbkar Sadıqova (Teymurova) X12 rayon icra və probasiya şöbəsinə ərizəylə müraciət edərək Təqsirləndirilən şəxs ona olan aliment borcunu tələb etmiş və həmçinin tələbkar Şıxəliyeva (Teymurova) X10 rayon icra və probasiya şöbəsinə müraciət edərək borclunun ona aliment ödəmədiyini borcunun olduğunu bildirmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Nəticədə borclu Təqsirləndirilən şəxs tələbkar Sadıqova (Teymurova) Günel Fizuli qızına 6080,00 manat və Tələbkar Şıxəliyeva (Teymurova) Günel Əbilağa qızına 14784,00 manat aliment borcu vardır. Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin qanuni qüvvəyə minmiş icra sənədlərini qərəzli olaraq icra etməmişdir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid Ağdaş rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Neftçala Rayon Məhkəməsinin 08 fevral 2016-cı il tarixli, 2(53)-40/2016 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il tarixdə anadan olmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Sadıqova (Teymurova) Günel Fizuli qızının xeyriə hər ay 80 manat məbləğində almentin tutulması qət edilmişdir. İşin materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(010)-3267/2018 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şıxəliyeva (Teymurova) Günel Əbilağa qızının xeyriə hər ay 154 manat məbləğində almentin tutulması qət edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 8(014)-142/2021 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 8(014)-595/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli, 3(014)-464/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 9 gün müddətinə inzibati həbs edilmişdir. İşin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(010)-268/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, 19 may 2021-ci ildən həbsdə saxlanıldığı 4 (dörd) ay 24 (iyirmi dörd) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanması və ona qəti olaraq 1 (bir) il 2 (iki) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli yaşadığı yer üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, pandemiya əleyhinə rejimə, sanitariyagigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X2 tövsiyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əməl etmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınması və Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinin seçilməsi və o, hazırkı hökm elan edildikdən dərhal sonra, məhkəmə iclası zalında həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,594 qram təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetaminin məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd DVD diskin iş materiallarında saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 198 (yüz doxsan səkkiz) manat 60 (altmış) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. İşin materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2022ci il tarixli, 7(010)-340/2022 saylı qərarından görünür ki, təqdimat təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(010)- 268/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 1 il 2 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək, onun azadlığın məhdudlaşdırılması cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 1 il 2 ay 12 gün gün hissəsi 1 il azaldılması, Vəkil X1 məhkum Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə sərf etdiyi 1 saata görə Azərbaycan Respublikasının dövlət büdcəsindən 6 manat tutularaq 9 saylı Vəkil Bürosunun hesablaşma hesabına (VÖEN **********, h/h ********************, BANK ABB Suraxanı filialı, SWİF+GODE İBAZAZ2X, müxbir hesabı **********031, kod 805692, VÖEN **********) ödənilməsi qərara alınmışdır. İşin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21- 1/314-926-1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar idarənin qeydiyyatından çıxmışdır. İşin materiallarında olan axtarışda olan xx.xx.2022-ci il tarixli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə keşirilmiş tədbirlər nəticəsində Ağdaş rayonu ərazisində tutulduğu üçün Ağdaş RPŞ-yə gətirilərək, Bakı şəhəri Nərimanov RPİ-nin MSY-yə göndərilərək təhvil verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə anadan olmuş Zəhra adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin Sadıqova (Teymurova) Günel Fizuli qızına tutularaq verilməsinə dair Neftçala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 fevral 2016-cı il tarixli, 2(53)-40/2016 saylı qətnaməsini və xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində Şıxəliyeva (Teymurova) Günel Əbilağa qızına tutularaq verilməsinə dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 04 may 2018-ci il tarixli, 2(010)-3267/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli, 3(014)-464/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 9 gün müddətində inzibati qaydada həbs edilməsinə və icra sənədi üzrə tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 aprel 2017-ci il, 07 iyul 2017-ci il, 20 noyabr 2018-ci il və 29 iyul 2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən səmimi etirafını, həmçinin birbaşa onun himayəsində yaşamasa da, alimentin ödənilməsi nəzərdə tutulmaqla himayəsində 3 azyaşlı uşağın olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun əməlindən peşman olmamasını isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar